Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1412/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiаçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinə verilən bir aylıq vəzifə maaşı həcmində əlavə - 1980 manat və AR Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanma Qaydasının təsdiq edilməsi haqqında” Qərara uyğun olaraq Ali Məhkəmənin hakimlərinə verilməsi müəyyən edilmiş 2465 manat 82 qəpik məzuniyyət haqqının da pensiya məbləğinə əlavə edilməsi, bu öhdəliyin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun pensiya məbləğinin yenidən hesablanması barədə iddiası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, ona Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimi kimi, Ali Məhkəmənin hakimlərinin əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla, həmçinin AR Milli Məclisi tərəfindən ona verilmiş İİ ixtisas dərəcəsinə görə, hərbi rütbəyə, xidmət illərinə və ərzaq təminatı ilə əlaqədar verilən haqlar ödənilməklə pensiya təyin edilməsi barədə qərar qəbul edilmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün tədbirlər görülür, qərar tam icra edilməmişdir. Bundan əlavə hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir. xx.xx.2019-cu il tarixdən AR Nazirlər Kabinetinin 468 saylı xx xxxxxx 2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydasının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq hesablanan məzuniyyət haqqı verilir. Ali Məhkəmənin hakimlərinə 2465 manat 82 qəpik məzuniyyət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Həmin bir aylıq vəzifə maaşına əlavə və məzuniyyət haqqı o məhkəməyə müraciət edəndən sonra təyin edildiyindən həmin – bir aylıq vəzifə maaşı həcmində əlavənin və məzuniyyət haqqının, pensiyanın miqdarı yenidən hesablanarkən nəzərə alınması barədə xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş. Lakin 4 aydan da çox vaxt keçsə də müraciətinə cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialının nümayəndəsi X3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinə verilən bir aylıq vəzifə maaşı həcmində əlavə - 1980 manat və AR Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanma Qaydasının təsdiq edilməsi haqqında” qərara uyğun olaraq Ali Məhkəmənin hakimlərinə verilməsi müəyyən edilmiş 2465 manat 82 qəpik məzuniyyət haqqının da pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Hesab edirik ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2015-ci tarixdə sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən müddətsiz 4079 (dörd min yetmiş doqquz) manat 92 qəpik əmək pensiyası hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər Müdirinin xx.xx.2020-ci il tarixli, 66/20 saylı arayışından görünür ki, hakimlərə xx.xx.2019cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 468 saylı xx.xx.2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq hesablanan məzuniyyət haqqı verilir. xx xxxx 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci bəndinə əsasən 106-cı maddə üzrə birinci hissəyə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri əlavə edilmişdir. Həmin Qanunun 1.1.2-ci bəndinə əsasən 106-cı maddə üzrə birinci hissənin ikinci abzasında “2280 manat” sözləri “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci hissəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya xx.xx.2015-ci tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən hakim kimi əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı xx xxxx 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən həmin Qanuna edilmiş dəyişikliyə uyğun olaraq aylıq vəzifə maaşlarında olan artımın və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmaqla, həmçinin, xx.xx.2019-cu il tarixdən AR Nazirlər Kabinetinin 468 saylı xx xxxxxx 2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydasının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq hesablanan məzuniyyət haqqı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin iş materiallarından və proses iştirakçılarının məhkəmə baxışı zamanı verdikləri izahatlardan da görünür ki, qeyd olunan dəyişikliyə əsasən aylıq vəzifə maaşlarında olan dəyişiklik nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası xx.xx.2020-ci ildən yenidən hesablanmışdır (iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl). Məhkəmə iddia tələbinin qeyd olunan dəyişikliyə əsasən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması hissəsi ilə əlaqədar qeyd edir ki, hakimlərin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni nəzərdə tutan dəyişiklik xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. İddiaçıya isə həmin tarixdən əvvəl pensiya təyin edilmişdir və iddiaçı işlədiyi dövrdə həmin əlavəni və məzuniyyət haqqını almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni və məzuniyyət haqqını işlədiyi dövrdə almadığı üçün həmin əlavə və məzuniyyət haqqı iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1412/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1412/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver