Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1413/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, X3 nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı X9 cаvаbdеh X1rşı Təhsil Nazirliyi 3-cü şəxs qismində cəlb edilməklə “xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: X5 cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Milli Əczaçılıq Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə M 18 seriyalı 107949 nömrəli diplomun və ******* nömrəli diploma əlavə üzrə magistr dərəcəsi barədə diplomun tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı nümayəndəsi və vəkili X10 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh X8 Agentliyi ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh X8 Agentliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1413/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh X8 Agentliyi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1413/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Ukrayna Respublikası Milli Əczaçılıq Universitetinin əczaçılıq ixtisası üzrə təhsil almışdır. Bu barədə iddiaçıya Ukrayna Respublikası Milli Əczaçılıq Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə M 18 № 07949 saylı diplom, № ******* saylı diploma əlavə verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin diplomun tanınması ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçının diplomunun tanınması ilə əlaqədar müraciətinə baxılmış və xx.xx.2019-cu il tarixli, B-449/03-ANİ nömrəli məktubla diplomun tanınmasından imtina edilmişdir. Həmin məktubda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlət ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən A74F**********0 nömrəli müraciəti üzrə alınan ixtisasın ölkə ərazisində tanınması mümkün deyildir. Əsas kimi qeyd edilir ki, müsahibə zamanı ekspert qrupu tərəfindən almış olunan ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Ekspert qrupu tərəfindən iddiaçının dil qabiliyyətinin qənaətbəxş olmasının müəyyən edilməsi üçün iddiaçıdan imtahanın necə verildiyi soruşulmuş, iddiaçı da suala cavab vermişdir. Bundan başqa, iddiaçıya hər hansı başqa bir sual verilməmişdir. İddiaçı bildirir ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilini Bakı şəhəri, A.Məmmədov adına 115 nömrəli orta məktəbdə almışdır. Rus dilində sərbəst oxumağı və yazmağı bacarır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X8 Agentliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazı təqdim edilərək bildirmişdir ki, ekspert tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyasi) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A74F**********0 nömrəli iddiaçının müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Ukrayna Respublikaslı Milli Əczaçılıq Universitetinin normativ üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında X11 həmin ölkədə qısa müddət ərzində olmuşdur. İddiaçı 2012-2018-ci illərdə Milli Əczaçılıq Universitetində qiyabi təhsil aldığı – 2012/2013-cü tədris ilində - 18 gün; 2013/2014- 17 gün; 2014/2015-15 gün; 2015/2016-1 ay 03 gün; 2016/2017-28 gün; 2017/2018-1 ay 4 gün dərslərdə iştirak etmişdir. Göründüyü kimi, Ukrayna Respublikasının qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmiş və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükükü yetirmək qeyri-mümkündür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə hazırki 3-cü şəxs (əvvəlki cavabdeh) Azərbaycan Respublikası Təhsil Nazirliyi yazılı etiraz təqdim edərək bildirmişdir ki, ekspert qrupunun rəyinə əsasən, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. İddiaçının tədris dilinin tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsənilməsi şübhə altına alır. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə üçüncü şəxs lazımi qaydada xəbərdar edilmiş, lakin üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili G.Sultanova iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Abdullayev iddia tələbinin əsassız olduğunu bildirdi və iş üzrə qanuni qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər. İş materiallarında olan: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1995-ci il təvəllüdlüdür, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatdadır - Ukraynanın Milli Əczaçılıq Universiteti tərəfindən xx.xx.2018-ci ildə verilmiş M18 № 107949 saylı diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X12 həmin Universitetinin tam kursunu bitirmiş və ona “Əczaçılıq” istiqaməti üzrə magistr dərəcəsi verilmişdir. Sözügedən magistr diplomu Milli Əczaçılıq Universitetinin rektoru Alla Kotvitska və Ukrayna Təhsil və Elm Nazirliyinin Departamentinin baş mütəxəssisi Levitska.İ.Y apostili ilə xx.xx.2018-ci il tarixdə təsdiq olunmuşdur. - Ukraynanın Milli Əczaçılıq Universiteti tərəfindən xx.xx.2018-ci ildə verilmiş M18 № 107949 saylı nömrəli diploma olan №2247842 saylı, xx.xx.2018-ci il tarixli əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin Universitetinin “Əczaçılıq” istiqaməti üzrə magistr təhsil aldığı zaman 66 fənndən qənaətbəxş və məqbul qiymət almış, 7 kurs işi yazmış, 7 fənn üzrə təcrübələrdən iştirak etmiş və ixtisası üzrə dövlət imtahanlarını vermişdir. Həmin əlavədə iddiaçının təhsil müddəti olaraq xx.xx.2012-xx.xx.2018 Milli Əczaçılıq Universiteti olduğu göstərilmişdir. - Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin xx.xx.2019-cu il tarixli B- 449/03-ANİ saylı cavab məktubundan müəyyən olunur ki, İddiaçı xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə xx.xx.2018-ci il tarixli müraciətinə baxılmış, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-cı bəndinə əsasən, A74F**********0 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - “ŞAM” Tədris Mərkəzi tərəfindən verilmiş sertifikatının surətindən görünür ki, həmin sertifikat İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən xx.xx.2012-cı il tarixdən xx.xx.2012-ci il tarixədək rus dili üzrə hazırlıq kursuna uğurla bitirmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş sənədlərdən görünür ki: - Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyinə əsasən, xarici dillərin tədrisinə dair normativ sənədlərdə istənilən xarici dildə, o cümlədən rus dilində nitq fəaliyyətinin müxtəlif səviyyələri fərqləndirilir: reseptiv, reprodiktiv və produktiv. Təlim prosesində nitq fəaliyyəti sadalanan bu səviyyələrdən keçməklə formalaşır. İlkin, yəni reseptiv səviyyəsi dedikdə danışan şəxsin yalnız xarici dildə nitqi dinləyib anlama, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi nəzərdə tutulur. Reproduktiv nitq səviyyəsinə malik olan şəxs dinlədiyi, eləcə də oxuduğu mətni yenidən canlandırır, ona mətnlə bağlı verilən sadə sualları anlaşıqlı şəkildə, dilin fonetik, leksik və qrammatik qaydalarına uyğun olaraq cavablandırır. Produktiv nitq səviyyəsində danışan şəxs nəinki xarici dildə danışanı dinləyib başa düşür, onunla üsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyə özünü mövcud iki - yazılı və şifahi - formada biruzə verir. İddiaçı özü və aldığı “Əczaçılıq” ixtisası haqqında ona verilən ən müxtəlif suallara şifahi və yazılı formada cavab verir. Nitqində bəzi fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də, əsasən fikrini tam və düzgün ifadə edir. İddiaçı rus dilində lüğət ehtiyatı xeyli zəngindir. “Əczaçılıq” ixtisasına, eləcə də tibbə dair rus dilində verilən suallara məntiqi və dolğun cavablar onun bakalavr səviyyəsində yaxşı ali təhsil aldığına, rus dilində sərbəst surətdə dinləyib anlama, danışma, oxu və yazı bacarıqlarına malik olmasına əyani sübutdur. İddiaçı aldığı ixtisasına dair elmi və terminoloji söz və ifadələrdən yerində və düzgün istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, asanlıqla ünsiyyət qurur. Yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edirəm ki, İddiaçı rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx xxxxxxx 2020-ci il tarixli, 33/3588 saylı məktubuna əsasən, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdaki məlumatlar qeydə alınmışdır: xx.xx.2013 (Çıxış Ukrayna), xx.xx.2016 (Giriş Ukrayna), xx.xx.2014 (Çıxış Ukrayna), xx.xx.2014 (Giriş Ukrayna), xx.xx.2015 (Çıxış Ukrayna), xx.xx.2015 (Giriş Ukrayna), xx.xx.2016 (Çıxış Ukrayna), xx.xx.2016 (Giriş Ukrayna), xx.xx.2016 (Çıxış Ukrayna), xx.xx.2016 (Giriş Rusiya), xx.xx.2017 (Çıxış Ukrayna), xx.xx.2017 (Giriş Rusiya), xx.xx.2017 (Çıxış Ukrayna), xx.xx.2017 (Giriş Ukrayna), xx.xx.2018 (Çıxış Ukrayna), xx.xx.2018 (Giriş Ukrayna). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Ukrayna Respublikasında yerləşən Milli Əczaçılıq Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə xx.xx.2018-ci ildə verilmiş M18 № 107949 saylı magistr diplomu verilmişdir. Diplom apostil olunmuş, iddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, Nazirliyin nəzdində fəaliyyət göstərən müvafiq komissiya onun (ərizəçi İddiaçı) tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığını müəyyən etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir İşin faktiki və mübahisə edilməyən halları: iddiaçı Ukraynanın Milli Əczaçılıq Universitetinin “Əczaçılıq” ixtisası üzrə qiyabi təhsil almış, xx.xx.2018-ci ildə verilmiş M18 № 107949 saylı magistr diplomu verilmiş, diplom Ukraynanın Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə A-48960-18 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndinə əsasən nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Əsasnamənin 8.28-ci bəndinə əsasən nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir.Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamə-nin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respub likasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan tərəfi Ukraynada verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 7-ci maddəsinə görə, ali təhsil müəssisəsinə qəbul edilmə müraciətçinin təhsil müəssisəsində tədris olunan dil və yaxud dillərin kifayət qədər bilik nümayiş etdirilməsindən asılı ola bilər. Məhkəmə ilk öncə bildirir ki, vətəndaşın ixtisas üzrə aldığı təhsilin mənimsənilməsinin ən mühüm şərtlərindən biri dil bazasının kifayət qədər zəngin olmasıdır. Cavabdehin imtinasında duran hal odur ki, komissiya tərəfindən aparılan yoxlama zamanı İddiaçı dil bilikləri qənaətbəxş deyildir. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı bir xüsusatı qeyd edir ki, məhkəmə icraatı zamanı alınmış müvafiq mütəxəssis rəyi ilə iddiaçının aldığı ixtisas üzrə tədris dilini qənaətbəxş səviyyədə bilməməsi təsdiqini tapmır. Belə ki, məhkəmə tərəfindən Bakı Slavyan Universitetinə müraciət olunaraq İddiaçı rus dilini bilmə səviyyəsinin ona Ukrayna Respublikasında yerləşən Milli Əczaçılıq Universiteti tərəfindən verilmiş “Əczaçılıq” ixtisasını mənimsəmək üçün yetərli olub-olmaması barədə mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur. Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyindən isə məlum olmuşdur ki, iddiaçının rus dili bilikləri, “Əczaçılıq” ixtisası üzrə keçirilmiş fənnlərin mənimsənilməsinə, həmçinin, onun sərbəst rus dili səviyyəsinə malik olduğuna əsas verir. Bundan başqa isə, məhkəmə tərəfindən Bakı Slavyan Universitetinin Təcrübə və məzunları karyera inkişafı şöbəsinin müdiri, pedagogika üzrə fəlsəfə doktoru, dosent Yaşar Alxasovun mütəxəssis qismində xx xxxx 2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuş, lakin mütəxəssisin iştirakı təmin olunmamışdır. Həmin tarixdə İddiaçı iştirakı ilə məhkəmə iclası keçirilmiş, İddiaçı diplom üzrə müdafiənin rus dilində həyata keçirildiyini, buna dair video görüntülər mövcud olduğunu, hətta uzun müddət rus dilindən hazırlıq kursları keçdiyini, müsahibə zamanı da verilən suallara rus dilində aydın cavab verdiyini bildirmişdir. Hətta, iddia ərizəsinə əlavə olunmuş sertifikadan da göründüyü kimi, İddiaçı 2012-ci ildə 6 ay müddətində rus dili hazırlıq kursunu uğurla bitirmişdir. Cavabdehin imtina məktubunda qeyd etmədiyi, lakin məhkəmə icraatı zamanı təqdim etdiyi etiraz ərizəsində, iddiaçının Ukrayna Respublikası Milli Əczaçılıq Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə M 18 seriyalı 107949 nömrəli diplomun və ******* nömrəli diplomunun təsdiq edilməsinin digər bir əsası kimi, ölkə ərazisində qısa müddət olması təşkil edir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, tədris komponentləri və təlim nəticələri haqqında məlumatı əks etdirən bakalavr diplomuna əlavədə iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsi aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. Bundan əlavə, iddiaçının təhsil aldığı 2012-2018-cı illərdə ölkədən çıxışı və girişi ilə bağlı məlumatlar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş sorğuda qeyd edilmişdir. Bundan savayi Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bitirdiyi ixtisas üzrə dərs yükünün, həmçinin, həmin dərs proqramını əhatə edən dərs saatları, o, cümlədən iddiaçının həmin fənnlərini mənimsəməsi və qiymətləndirilməsini təsdiq edən Milli Əczaçılıq Universitetinin rəsmi transkripti (Diploma Əlavə) mövcuddur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"-ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən xx xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər;c) notarial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Ukrayna da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Göstərilənlərə əsasən, Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə icraatı zamanı alınmış müvafiq mütəxəssis rəyi ilə cavabdeh tərəfindən keçirilən müsahibə üzrə nəticələr arasında ziddiyyət mövcud olduğundan, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Ukrayna Respublikasında yerləşən Milli Əczaçılıq Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci ildə verilmiş M18 № 107949 saylı magistr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan (müsahibədən) keçirilməlidir. İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilərək, İddiaçı Ukrayna Respublikasında yerləşən Milli Əczaçılıq Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci ildə verilmiş M18 № 107949 saylı magistr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan (müsahibədən) keçirilməsi X8 Agentliyinəhəvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Ukrayna Respublikasında yerləşən Milli Əczaçılıq Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci ildə verilmiş M18 № 107949 saylı magistr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan (müsahibədən) keçirilməsi X8 Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1413/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1413/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver