Məhkəmə qərarları › İş №2-1(112)-1413/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1413/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1413/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.08.1982-ci il tarixdən 10.09.2003-cü il tarixədək müxtəlif adlarda motorçu və maşinist vəzifələrində, habelə 29.09.2004-cü il tarixdən 10.02.2009-cu ilədək növbə mexaniki vəzifələrində işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşının tamam olduğu 06.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 16.08.1982-ci il tarixdə 64/k nömrəli əmrlə Bakı İimanının Kür sahəsində “Sabirabad” teploxodunda motorçu-sükançı şagirdi qismində işə qəbul edilmişdir. 25.10.1982-ci il tarixdə həmin gəmiyə baş motorçusükançı vəzifəsinə, 12.07.1985-ci il tarixdə isə “Əli-Bayramlı” teploxoduna baş motorçusükançı vəzifəsinə keçirilmişdir. 38-ci maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir. 03.02.1987-ci il tarixdə Bakı Dəniz Limanında (indiki “xxxx” QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən “Bakineç” (indiki “Bakılı”) gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə işə qəbul edilmişdir. Həmin ildən etibarən 10.09.2003-cü il tarixə qədər müxtəlif gəmilərdə müxtəlif adlarda motorçu vəzifələrində, 29.09.2004-cü il tarixdən 10.02.2009-cu il tarixə qədər isə növbə mexaniki vəzifəsində çalışmışdır. Bundan sonra, 10.02.2009-cu il tarixdə kapitan vəzifəsinə keçirilmiş və hal-hazırda Dəniz Xidmətləri Departamentində Donanma xidmətində “Kür” gəmisində kapitan vəzifəsində çalışmaqdadır. Belə ki, HT-1 № ******* saylı əmək kitabçasına və “xxxx” QSC-in İRD 090 saylı 09.08.2019-cu il tarixli arayışına əsasən, ardıcıllıqla bu vəzifələrdə işləmişdir: 286/л saylı 13.02.1987 ci il tarixli əmrə əsasən “Sputnik” gəmisində 1 dərəcəli motorçu matros; 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən “Buxtoviy” gəmisində 1 dərəcəli motorçu - matros; 1079/л saylı 18.07.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 1494/л saylı 21.09.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 484/л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 776/11 saylı 16.05.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 881/л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinistimatros; 1280/m saylı 15.09.1993 cü il tarixli əmrə əsasən “Ulduz” gəmisində 1 dərəcəli motorçu matros; 52/k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində İ dərəcəli motorçu matros; 1671k saylı 16.08.1004 cü il tarixli əmrə əsasən “Kür” gəmisində 2-ci dərəcəli pompa maşinisti-matros; 43/k saylı 22.04.1998-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisində İ dərəcəli motorçu matros; 178/k saylı 03.01.2000-ci il tarixli əmrinə əsasən “Şəfəq” gəmisində 2 dərəcəli pompa maşinisti-matros, 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisində İ dərəcəli motorçu matros; 95/k saylı 15.08.2000-ci il tarixli əmrinə əsasən “Kür” gəmisində 1-ci dərəcəli motorçu matros; 100/k saylı 10.00.2003 cü il tarixli əmrə əsasən “Kür” gəmisində bosman; 117/k saylı 20.00.2004-cü il tarixli əmrə asasan “Kür” gəmisində 3 aylıq sınaq müddəti ilə növbə mexaniki; 325/ş saylı 02.11.2004-cü il tarixli əmrə əsasən sınaq müddəti bitməmiş həmin gəmidə daimi növbə mexaniki; 10/k saylı 09.02.2000cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 10/k saylı 09.02.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində növbə kapitan köməkçisi; 211 saylı 06.04.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 38/k saylı 01.04.2013-cü il tarixli əmrə əsasən “S.Əsgərova” gəmisində kapitan; 09/k saylı 30.01.2014-cü il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan: 02.05.2016-ci il tarixli ştat cədvəlinə əsasən həmin vəzifəylə Donanma xidmətində sayılmışdır. 1/027 saylı 24.01.2017-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar olaraq Donanma və dəniz xidməti, “Kür” gəmisində kapitan; hal-hazırda Dəniz xidmətləri departamentində Donanma xidmətində “Kür” gəmisində kapitan vəzifəsində çalışır. İddiaçı dəfələrlə güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Sonuncu müraciətinə cavab olaraq, **********4 saylı 08.01.2020-ci il tarixli, məktub ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərəlri və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququnun olduğu” bildirilmişdir. Bundan başqa, işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından ona pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 16.08.1982-ci il tarixdən 10.09.2003-cü il tarixədək çalışdığı müxtəlif adlarda motorçu və maşinist və 29.09.2004-cü il tarixdən 10.02.2009-cu ilədək işlədiyi növbə mexaniki vəzifələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarının 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “duru yanacaqla işləyən gəmi ocaqçıları bütün adlarda maşinistlər, bütün adlarda motorçular, mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” hissəsində birbaşa qeyd olunmuşdur. Buna əsasən, iddiaçı müxtəlif vaxtlarda təqribən 26 il ərzində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Bu isə “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə eyni zamanda 1 yanvar 2006-cı ilədək meydana gələn münasibətlərə tətbiq edilən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin b bəndinə əsasən, göstərilən vəzifədə 12 il 6 aylıq iş stajı tələbini tamamilə qarşılayır. İddiaçı uzun illər işləmiş və aldığı əmək haqqından dövlətə vergi ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir və dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir halda ki, iddiaçı 26 il ərzində əmək şəraiti xüsusilə ağır və ya zərərli olan vəzifələrdə çalışmışdır, buna görə də hesab edir ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh nümayəndəsi X1 tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 avqust 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa 08.02.1987-10.02.2009-cu il tarixləri arasındakı dövr ərzində Bakı Dəniz Limanında (hazırki “xxxx” QSC) işlədiyi motorçu-matros, pompa maşinisti-matros, növbə mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısf’nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı-Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Neftçala rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 10 sentyabr 2019-cu il tarixli **********7 saylı, 17 dekabr 2019-cu il tarixli **********4 saylı, 08 yanvar 2020-ci il tarixli **********4 saylı iddiaçının müraciətlərinə baxılaraq ünvanladığı eyniməzmunlu məktublarında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəqliyyat bölməsinin (21) dəniz, çay donanması bəndinin (21.2) üzən heyəti (b) (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. İdarəyə təqdim edilmiş 23 avqust 1982-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa 08.02.1987-10.02.2009-cu il tarixləri arasındakı dövr ərzində Bakı Dəniz Limanında (hazırki “xxxx” QSC) işlədiyi motorçu-matros, pompa maşinisti-matros, növbə mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda nəzərdə tutulmamışdır. - “xxxx” QSC-nin iddiaçıya verdiyi 09.08.2019-cu il tarixli İRD 090 saylı arayışdan görünür ki, iddiaçı 03.02.1987-ci ildə Bakı Dəniz Limanında (indiki “xxxx” QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən “Bakineç” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə işə qəbul edilmişdir. 286/n saylı 13.02.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisində 1 dərəcəli motorçu matros; 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən “Buxtoviy” gəmisində 1 dərəcəli motorçu - matros; 1079/л saylı 18.07.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 1494/л saylı 21.09.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 484/л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 776/11 saylı 16.05.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 881/л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinistimatros; 1280/m saylı 15.09.1993 cü il tarixli əmrə əsasən “Ulduz” gəmisində 1 dərəcəli motorçu matros; 52 k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində İ dərəcəli motorçu matros; 167/k saylı 16.08.1994 cü il tarixli əmrə əsasən “Kür” gəmisində 2-ci dərəcəli pompa maşinisti-matros; 43/k saylı 22.04.1998-ci il tarixli əmrə asasan “Şəfəq” gəmisində İ dərəcəli motorçu matros; 178/k saylı 03.01.2000-ci il tarixli əmrinə əsasən “Şəfəq” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisində İ dərəcəli motorçu matros; 95/k saylı 15.08.2000-ci il tarixli əmrinə əsasən “Kür” gəmisində 1-ci dərəcəli motorçu matros; 100/k saylı 10.09.2003 cü il tarixli əmrə əsasən “Kür” gəmisində bosman; 117/k saylı 29.09.2004-cü il tarixli əmrə əsasən “Kür” gəmisində 3 aylıq sınaq müddəti ilə növbə mexaniki; 325/ş saylı 02.11.2004-cü il tarixli əmrə əsasən sınaq müddəti bitməmiş həmin gəmidə daimi növbə mexaniki; 19/k saylı 10.02.2009cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 10/k saylı 09.02.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində növbə kapitan köməkçisi; 21/k saylı 06.04.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 38/k saylı 01.04.2013-cü il tarixli əmrə əsasən “S.Əsgərova” gəmisində kapitan; 09/k saylı 30.01.2014-cü il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 02.05.2016-ci il tarixli ştat cədvəlinə əsasən həmin vəzifəylə Donanma xidmətində sayılmışdır. 1/027 saylı 24.01.2017-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar olaraq Donanma və dəniz xidməti, “Kür” gəmisində kapitan; hal-hazırda Dəniz xidmətləri departamentində Donanma xidmətində “Kür” gəmisində kapitan vəzifəsində çalışır. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “duru yanacaqla işləyən gəmi ocaqçıları bütün adlarda maşinistlər, bütün adlarda motorçular, mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. - İddiaçıya məxsus 11 may 1980-ci il tarixdə tərtib edilmiş HЭ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 11 may 1980-ci il tarixdən 13 iyun 1982-ci il tarixə qədər SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - “xxxx” tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının güzəştli pensiya üçün stajı 13 il 7 ay təşkil edir. - İddiaçıya məxsus olmaqla 23.10.1982-ci ildə doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı 16.08.1982-ci il tarixdən 25.10.1982-ci il tarixə qədər 64/k nömrəli 16.08.1982-ci il tarixli əmrlə Bakı İimanının Kür sahəsində “Sabirabad” teploxodunda baş motorçu-sükançı şagirdi kimi, 25.10.1982-ci il tarixdən 12.07.1985-ci il tarixə qədər 04.07.1985-ci il tarixli 26 saylı əmrlə həmin gəmiyə baş motorçu-sükançı vəzifəsində, 12.07.1985-ci il tarixdən 06.01.1987-ci il tarixə qədər isə 26/k saylı 04.07.1985-ci il tarixli əmrlə “Əli-Bayramlı” teploxoduna baş motorçu-sükançı vəzifələrində işləmiş, 06.01.1987-ci il tarixdə 06.01.1987-ci il tarixli əmrlə isə həmin işdən azad edilmişdir. 03.02.1987-ci il tarixdən Bakı Dəniz Limanında (indiki “xxxx” QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən “Bakinets” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsində, 10.02.1987-ci il tarixdən 01.03.1989-cu il tarixədək 286/л saylı 13.02.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisində 1 dərəcəli motorçu matros; 01.03.1989-cu il tarixdən 18.07.1990-cu il tarixədək 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən “Buxtoviy” gəmisində 1 dərəcəli motorçu matros; 18.07.1990-cu il tarixdən 21.09.1990-cı il tarixədək 1079/ л saylı 18.07.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti - matrosu; 21.09.1990-cı il tarixdən 01.04.1991-ci il tarixədək 1494/ л saylı 21.09.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 01.04.1991-ci il tarixdən 16.05.1991-ci il tarixə qədər 484/ л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 16.05.1991-ci il tarixdən 01.06.1991-ci il tarixədək 776/л saylı 16.05.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 01.06.1991-ci il tarixdən 15.09.1993-cü il tarixədək 881/ л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 15.09.1993-cü il tarixdən 10.04.1994-cü il tarixədək 1280/m saylı 15.09.1993 cü il tarixli əmrə əsasən “Ulduz” gəmisində 1 dərəcəli motorçu - matros; 10.04.1994-cü il tarixdən 16.08.1994-cü il tarixədək 52/k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində İ dərəcəli motorçu matros; 16.08.1994-cü il tarixdən 22.04.1998-ci il tarixədək 167/k saylı 16.08.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində 2-ci dərəcəli pompa maşinisti-matros; 22.04.1998-ci il tarixdən 01.01.2000-ci il tarixədək 43/k saylı 22.04.1998-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisində İ dərəcəli motorçu-matros; 01.01.2000-ci il tarixdən 03.03.2000-ci il tarixədək 178/k saylı 01.01.2000-ci il tarixli əmrinə əsasən “Şəfəq” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 03.03.2000-ci il tarixdən 15.08.2000-ci il tarixədək 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən "Şəfəq" gəmisində İ dərəcəli motorçu matros; 15.08.2000-ci il tarixdən 10.09.2003-cü il tarixədək 95/k saylı 15.08.2000-ci il tarixli əmrinə əsasən “Kür” gəmisində 1-ci dərəcəli motorçu matros; 10.09.2003-cü il tarixdən 01.10.2004-cü il tarixədək 100/k saylı 10.09.2003cü il tarixli əmrə əsasən “Kür” gəmisində bosman; 01.10.2004-cü il tarixdən 02.11.2004-cü il tarixədək 117/k saylı 20.09.2004-cü il tarixli əmrə əsasən “Kür” gəmisində 3 aylıq sınaq müddəti ilə növbə mexaniki; 03.11.2004-cü il tarixdən 10.02.2009-cu il tarixədək 325/ş saylı 02.11.2004-cü il tarixli əmrə əsasən sınaq müddəti bitməmiş həmin gəmidə daimi növbə mexaniki; 10.02.2009-cu il tarixdən 10.02.2010-cu il tarixədək 19/k saylı 10.02.2009-cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 10.02.2010-cu il tarixdən 08.04.2010-cu il tarixədək 10/k saylı 09.02.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində növbə kapitan köməkçisi; 08.04.2010-cü il tarixdən 01.04.2013-cü il tarixədək 21/k saylı 06.04.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 01.04.2013-cü il tarixdən 01.02.2014-cü il tarixədək 38/k saylı 01.04.2013-cü il tarixli əmrə əsasən “S.Əsgərova” gəmisində kapitan; 01.02.2014-cü il tarixədək 02.05.2016-cı il tarixədək 09/k saylı 30.01.2014-cü il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan vəzifələrində işləmişdir. 02.05.2016-cı il tarixli ştat cədvəlinə əsasən həmin vəzifəylə Donanma xidmətində sayılmışdır. 02.05.2016-ci il tarixədək 24.01.2017-ci il tarixədək 1/027 saylı 24.01.2017-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar olaraq Donanma və dəniz xidmətinin “Kür” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. 24.01.2017-ci il tarixdən 10.06.2019-cu il tarixədək Struktur dəyişikliyi ilə əlaqədar olaraq Dəniz Xidmətləri Departamenti, Donanma və dəniz xidmətinin “Kür” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. - “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 19 noyabr 2020-ci il tarixli 2/02-09/1031 saylı arayışdan görünür ki, iddiaçı 03.02.1987-ci il tarixindən 18.07.1990-cı il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 18.07.1990-ci il tarixindən 21.09.1990-cı il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros; 21.09.1990-cı il tarixindən 01.04.1991-ci il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 01.04.1991-ci il tarixindən 16.05.1991-ci il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros; 16.05.1991-ci il tarixindən 04.06.1991-ci il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 04.06.1991-ci il tarixindən 15.09.1993-cü il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros, 15.09.1993-cü il tarixindən 16.08.1994-cü il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350), 16.08.1994-cü il tarixindən 22.04.1998-ci il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros; 22.04.1998-ci il tarixindən 03.01.2000-ci il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 03.01.2000-ci il tarixindən 03.03.2000-ci il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros; 03.03.2000-ci il tarixindən 10.09.2003-cü il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 10.09.2003-cü il tarixindən 29.09.2004-cü il tarixinədək bosman (kod 8350); 29.09.2004-cü il tarixindən 10.02.2009-cu il tarixinədək növbə mexaniki; 10.02.2009-cu il tarixindən 09.02.2010-ci il tarixinədək kapitan (kod 3152); 09.02.2010-ci il tarixindən 06.04.2010-ci il tarixinədək növbə kapitan köməkçisi; 06.04.2010ci il tarixindən bu günə kimi kapitan (kod 3152). Hazırda Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Kür” gəmisində kapitan vəzifəsində çalışır. - “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 22.02.2021-ci il tarixli İRD 011 saylı arayışdan görünür ki, iddiaçı 03.02.1987-ci ildə Bakı Dəniz Limanında (indiki “xxxx” QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən “Bakineç” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə işə qəbul edilmişdir. 286/n saylı 13.02.1987 ci il tarixli əmrə əsasən “Sputnik" gəmisində 1 dərəcəli motorçu matros; 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən “Buxtoviy” gəmisində 1 dərəcəli motorçu - matros; 1079/л saylı 18.07.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 1494/л saylı 21.09.1990-cı il tarixli əmrə əsasən “Vosxod" gəmisində İ dərəcəli motorçu matros; 484/л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 776/11 saylı 16.05.1991-ci il tarixli əmrə əsasən "Vosxod" gəmisində İ dərəcəli motorçu matros; 881/л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən "Vosxod" gəmisində 2 dərəcəli pompa maşinistimatros; 1280/m saylı 15.09.1993-cü il tarixli əmrə əsasən "Ulduz" gəmisində 1 dərəcəli motorçu matros; 52 k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən "Kür" gəmisində İ dərəcəli motorçu matros; 167/k saylı 16.08.1994-cü il tarixli əmrə əsasən "Kür" gəmisində 2-ci dərəcəli pompa maşinisti-matros; 43/k saylı 22.04.1998-ci il tarixli əmrə asasan "Şəfəq" gəmisində İ dərəcəli motorçu matros; 178/k saylı 03.01.2000-ci il tarixli əmrinə əsasən "Şəfəq" gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən "Şəfəq" gəmisində İ dərəcəli motorçu matros; 95/k saylı 15.08.2000-ci il tarixli əmrinə əsasən "Kür" gəmisində 1-ci dərəcəli motorçu matros; 100/k saylı 10.09.2003-cü il tarixli əmrə əsasən "Kür" gəmisində bosman; 117/k saylı 29.09.2004-cü il tarixli əmrə asasan "Kür" gəmisində 3 aylıq sınaq müddəti ilə növbə mexaniki; 325/ş saylı 02.11.2004-cü il tarixli əmrə əsasən sınaq müddəti bitməmiş həmin gəmidə daimi növbə mexaniki; 19/k saylı 10.02.2009cu il tarixli əmrə əsasən "Kür" gəmisində kapitan; 10/k saylı 09.02.2010-cu il tarixli əmrə əsasən "Kür" gəmisində növbə kapitan köməkçisi; 21/k saylı 06.04.2010-cu il tarixli əmrə əsasən "Kür" gəmisində kapitan; 38/k saylı 01.04.2013-cü il tarixli əmrə əsasən "S.Əsgərova" gəmisində kapitan; 09/k saylı 30.01.2014-cü il tarixli əmrə əsasən "Kür" gəmisində kapitan; 02.05.2016-ci il tarixli ştat cədvəlinə əsasən həmin vəzifəylə Donanma xidmətində sayılmışdır. 1/027 saylı 24.01.2017-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar olaraq Donanma və dəniz xidməti, "Kür" gəmisində kapitan; hal-hazırda Dəniz xidmətləri departamentində Donanma xidmətində "Kür" gəmisində kapitan vəzifəsində çalışır. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında 28 saylı (kod ********) bölmənin 3-cü (kod ********) bəndinin 1 yarımbəndinə (kod ********) əlavə edilən “üzən heyətə məxsus bütün adlarda maşinistlər (kod 23003020—13502), bütün adlarda motorçular (kod 23003020—14706)” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Güzəştli pensiya üçün stajı 16 il 7 ay təşkil edir. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 06.04.2019-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu **********4 saylı 08.01.2020-ci il tarixli məktub ilə “Əmək pensiyası haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərəlri və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququnun olduğunu bildirmişdir. Bundan başqa, işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixədək İddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 06.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ. Nəqliyyat (kod ********) bölmənin 3-cü (kod ********) bəndinin (Dəniz və çay donanması) 1 yarımbəndində (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)) (kod ********) əlavə edilən “üzən heyətə məxsus bütün adlarda maşinistlər (kod 23003020—13502), bütün adlarda motorçular (kod 23003020—14706) mexaniklər, (23003020—23484) onların köməkçiləri, baş və böyük mexaniklər” peşələri təsbit olunmuşdur. İddiaçı da məhz 03.02.1987-ci il tarixdən Bakı Dəniz Limanında (indiki “xxxx” QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən “Bakinets” gəmisinə 1 dərəcəli motorçumatros vəzifəsində, 10.02.1987-ci il tarixdən 01.03.1989-cu il tarixədək 286/л saylı 13.02.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisində 1 dərəcəli motorçu matros; 01.03.1989-cu il tarixdən 18.07.1990-cu il tarixədək 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən “Buxtoviy” gəmisində 1 dərəcəli motorçu - matros; 18.07.1990-cu il tarixdən 21.09.1990-cı il tarixədək 1079/ л saylı 18.07.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti - matrosu; 21.09.1990-cı il tarixdən 01.04.1991-ci il tarixədək 1494/ л saylı 21.09.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 01.04.1991-ci il tarixdən 16.05.1991-ci il tarixə qədər 484/ л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 16.05.1991-ci il tarixdən 01.06.1991-ci il tarixədək 776/л saylı 16.05.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 01.06.1991-ci il tarixdən 15.09.1993cü il tarixədək 881/ л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 15.09.1993-cü il tarixdən 10.04.1994-cü il tarixədək 1280/m saylı 15.09.1993 cü il tarixli əmrə əsasən “Ulduz” gəmisində 1 dərəcəli motorçu - matros; 10.04.1994-cü il tarixdən 16.08.1994-cü il tarixədək 52/k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində İ dərəcəli motorçu matros; 16.08.1994-cü il tarixdən 22.04.1998-ci il tarixədək 167/k saylı 16.08.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində 2-ci dərəcəli pompa maşinisti-matros; 22.04.1998-ci il tarixdən 01.01.2000-ci il tarixədək 43/k saylı 22.04.1998-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisində İ dərəcəli motorçu-matros; 01.01.2000-ci il tarixdən 03.03.2000-ci il tarixədək 178/k saylı 01.01.2000-ci il tarixli əmrinə əsasən “Şəfəq” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 03.03.2000-ci il tarixdən 15.08.2000-ci il tarixədək 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən "Şəfəq" gəmisində İ dərəcəli motorçu matros; 15.08.2000-ci il tarixdən 10.09.2003-cü il tarixədək 95/k saylı 15.08.2000-ci il tarixli əmrinə əsasən “Kür” gəmisində 1-ci dərəcəli motorçu matros peşələrində işləmiş, bu barədə işlədiyi müəssisə tərəfindən ona güzəştli staja dair arayış verilmişdir. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək toplamış, onun 57 yaşı 06.04.2019-cu il tarixdə tamam olmuş, cavabdeh pensiya təyinatı orqanı isə iddiaçının 03.02.1987-ci il tarixdən 10.09.2003-cü il tarixədək müxtəlif adlarda motorçu və maşinist işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın deyil, məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nın təsir dairəsinə düşməsini nəzərə almadan formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 06.04.2019-cu il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 06.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 06.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar