Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1414/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 may 2023-cü il tarixli **********172255 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı təqdim edilmiş vergi bəyannamələrində hər hansı vergidən yayınma faktı aşkar edə bilmədiyindən, yoxlamanı "məcburi olaraq" VCİAD-ın əməkdaşları tərəfindən yoxlamadan əvvəlki tarixdə qeyriqanuni olaraq götürülmüş ciddi hesabat blankı və ilkin mühasibat sənədi sayılmayan, mənbəyi bəlli olmayan elektron faylda qeyd olunan rəqəmlər əsasında aparmış və həmin sənədə əsasən bizə əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. Halbuki, cavabdehin hesablama zamanı istinad və sübut qismində istifadə etdiyi sənəd iddiaçının faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergi tutulan dövriyyəsini, gəlir və xərclərini əks etdirən və öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Buna baxmayaraq, cavabdeh inzibati orqan həmin təsdiqedici sənədə hər hansı vergidən yayınma halı aşkar edə bilmədiyindən, hesablama zamanı mənbə qismində qanunvericiliyin tələblərinə cavab verməyən, mənbəyi bəlli olmayan, hər hansı rəsmi xarakter daşımayan, mötəbərliyi şübhə doğuran və ən əsası ciddi hesabat blankı sayılmayan sənədə istinad edərək əlavə vergi məbləği hesablamışdır ki, bu da bizim qanunla qorunan hüquq və maraqlarımızın kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, vergi orqanı tərəfindən hesablamanın əsası kimi qəbul edilən sənədlər (vergi orqanının “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallar) əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Eyni zamanda, həmin “qara mühasibatlıq" sənədlərinin nədən ibarət olması nə səyyar vergi yoxlaması aktında, nə də ki “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda göstərilməmişdir. Vergi orqanı özünün adlandırdığı “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Vergi orqanı tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, vergi orqanının “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxslərə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə dövriyyəni müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan bizim həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqı- satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Səyyar vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh hesablamanın riyazi əsasını konkret mötəbər sübutlara istinadla göstərməmişdir. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, bizim real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, vergi orqanı bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********163026 saylı qərarına əsasən bizim Cəmiyyətin Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 11 aprel 2023-cü il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Cavabdehin tərtib etdiyi 11 aprel 2023-cü il tarixli səyyar vergi yoxlaması aktına əsasən 272035.57 manat mənfəət vergisinin, 2858543.28 manat əlavə dəyər vergisinin, 3958.61 muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin, 140309.8 manat ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 may 2023-ci il tarixli **********172255 nömrəli Qərarına əsasən iddiaçıya ümumilikdə 3.274.847.26 manat əlavə vergi məbləği hesablanmış və 1.662.937.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: 3.2-ci bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 2.2- ci bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərini pozaraq yoxlama zamanı “qara mühasibatlıq” sənədlərə istinad olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163026 nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot- baza məlumatlarına və operativ vergi nəzarət tədbirləri zamanı əldə edilmiş sahibkarlıq fəaliyyəti ilə bağlı sənədlərə əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti ilə bağlı satış dövriyyələrinə uyğun bəyan edilməmişdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı olan qanunla nəzərdə tutulmuş, lakin rəsmiləşdirilməyən məlumatlara əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən həmin vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin olunmuşdur.Yoxlama ilə əhatə olunan vergi dövrü: sentyabr 2019- avqust 2022 Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçotbaza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2631 nömrəli Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına əsasən götürülmüş sənədlər, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparıldı. "xxxx" MMC xx.xx.2016-cı il tarixli ərizə ilə vergi orqanına müraciət edilərək təsis edilmişdir. Vergi ödəyicisinin mülkiyyət növü xüsusi mülkiyyət, təşkilati- hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir. Yoxlama müəssisənin direktoru X3 iştirakı ilə aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 272035.57 manat azaldılmasına görə 50% məbləğində, yəni 136017.79 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 2 858 543.28 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 1 429 271.64 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 140 309.8 manat ödəmə mənbəyində tutulan vergi məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 140 309.8 vergi məbləğinin 50 faizi miqdarında, yəni 70154.9 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4050.6 məcburi dövlət sosial sığorta haqqı məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 2025.3 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Kassadan nağd şəklində 35880.9 manat vəsait əmək haqqı ödənişi kimi ödənilmiş və nəticədə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 -cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 10%- lə 3588.09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Təsisçisi tərəfindən borc müqaviləsinə əsasən alınmış borcların nağd qaydada kassadan ödənilməsinə görə təqvim ayı ərzində 30 min manatdan artıq əməliyyatlar üzrə ümumilikdə 218000.0 manatlıq vəsait olduğu müəyyən edilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 21800.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2019-cu il 3-rüb və 2022-ci il 2-ci rüb ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim olunmamasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Növbəti səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2023-cü il tarixli **********163622 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edilənlərə əsasən müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilməmişdir. Bu səbəbdən də, yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır.Ona görə də anoloji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə müvafiq struktura müraciət olunumuş və cavab olaraq anoloji fəaliyyətlə məşğul olan X4 (VÖEN: **********) və "Camal” LTD Şirkətinin (VÖEN: **********) vergi ödəyiciləri müəyyən edilmişdir. Lakin qeyd edilən vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə müəssisənin iqtisadi göstəricilərinin, eyni zamanda işçi saylarının və digər göstəricilərin oxşar olmaması müəyyən edilmişdir. Bu səbəbdən, qeyd edilən müəssisələri analoji müəssisə kimi qəbul edib, analoji hesablamaların aparılması mümkün olmamışdır. Bundan başqa digər analoji vergi ödəyicisi tapılmamışdır. Cavabdeh hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş qərar əsaslı olmuşdur. Cavabdeh səyyar vergi yoxlamasında göstərilənləri əsas gətirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 oktyabr 2022-ci il tarixli **********163026 №-li Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar ilə "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2019 – avqust 2022 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2019-xx.xx.2022 dövrün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti xx.xx.2022-xx.xx.2022 tarixləri əhatə etmişdir. Səyyar vergi yoxlamasının aktından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 272.035,57 manat azaldılmasına görə 50% məbləğində, yəni 136.017,79 manat məbləğində maliyyə sanksiyasının; Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 2.858.543,28 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 1.429.271,64 manat məbləğində maliyyə sanksiyasının; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 140 309.8 manat ödəmə mənbəyində tutulan vergi məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 140.309,8 vergi məbləğinin 50 faizi miqdarında, yəni 70.154,9 manat tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4.050,6 məcburi dövlət sosial sığorta haqqı məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 2.025,3 manat maliyyə sanksiyasının; kassadan nağd şəklində 35.880,9 manat vəsait əmək haqqı ödənişi kimi ödənilmiş və nəticədə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 10%-lə 3.588,09 manat maliyyə sanksiyasının; təsisçisi tərəfindən borc müqaviləsinə əsasən alınmış borcların nağd qaydada kassadan ödənilməsinə görə təqvim ayı ərzində 30 min manatdan artıq əməliyyatlar üzrə ümumilikdə 21.8000,0 manatlıq vəsait olduğu müəyyən edilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 21.800.0 manat maliyyə sanksiyyası tədbiq edilməsi; 2019-cu il 3-rüb və 2022-ci il 2-ci rüb ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim olunmamasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172255 saylı qərarı ilə iddiaçı 2020-2021-ci illər üzrə mənfəət vergisi, 2020-2021-ci illər üzrə əlavə dəyər vergisi, 2020-2022-ci illər üzrə muzdlu işlə əlaqədar öödəmə mənbəyindən tutulan, məcburi dövlət sosial sığorta haqları, 2019- 2022 ödəmə mənbəyindən tutulan vergilər üzrə ümumilikdə 3.274.939,25 manat borcun və ona tətbiq olunmuş 1.662.937,75 manat maliyyə sanksiyasının, sənədləri müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 80 manat məbləğində maliyyə sanksiyasına cəlb olunmuşdur. Ekspert rəyində qeyd olunmuşdur ki: - Yoxlama ilə vergi orqanı tərəfindən vergi məbləğinin hesablanması zamanı qara mühasibatlıq sənədləri (fleşkartda olan məlumatlar, excel cədvəllər) nəzərə alınmaqla hesablama aparılmışdır. Bildirilir ki, qara mühasibatlıq sənədləri ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması vergi qanunverciliyi (yoxlanılan vergi dövrlərində qüvvədə olan) və mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir. Eyni zamanda qeyd edilir ki, hazırki iz üzrə “qara mühasibatlıq” sənədləri əsasında hər hansı hesablamanın müəyyən edilməsi də imkan xaricindədir. Belə ki, “qara mühasibatlıq” sənədlərinin təqdim edilməli olması ilə yanaşı, həmin sənədlərdə olan yazılışların bilavasitə vergi ödəyicisi üzrə aparılmış əməliyyatlara aid olub-olmaması, “qara mühasibatlıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması, alqı-satqı və digər əməliyyatların predmeti olan malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olub-olmaması və s.müəyyən olunmalıdır ki, həmin sənədlər hesablama üçün əsas təşkil edə bilsin. Bundan başqa qeyd edilir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə xx.xx.2022-ci il tarixindən dəyişiklik edilib. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2019-2021-ci illər üzrə fəaliyyəti yoxlanan zaman isə həmin maddə qüvvədə olmamışdır. Qeyd edilir ki, 2022-ci il ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlaması ilə vergi orqanı tərəfindən əlavə mənfəət vergisi və ƏDV hesablanmamışdır. Göstərilənlərə əsasən qeyd edilir ki, xx.xx.2023-cü il tarixli **********163622 saylı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən əlavə hesablanmış mənfəət vergisi və ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Qeyd olunanlarla yanaşı bildirilir ki, müəssisəyə yoxlamanın əhatə etdiyi dövrdə 140309,80 manat məbləğində əlavə olaraq ödəmə mənbəyində tutulan vergi və 4050,60 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Bildirilir ki, müəssisəyə yoxlamanın əhatə etdiyi dövrdə 140309,80 manat məbləğində əlavə olaraq ödəmə mənbəyində tutulan verginin hesablanma səbəbi hüquqi xarakter olduğundan məhkəmə tərəfindən qiymət verilməlidir.Belə ki, təqdim edilmiş iş materiallarında qanunvericiliyə uyğun olaraq müəssisənin təsisçisinin müstəqil qaydada həmin peşə fəaliyyət ilə məşğul olmasına və ya həmin hüquqa malik olmasına dair sənədlər və həmçinin tərəflər arasında bağlanmış müqavilə mövcud deyildir. Hazırki tədqiqatla yoxlama aktında göstərilənlər yəni bəyannamələrin təqdim edilməməsi və s. nəzərə alınmaqla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4.050,60 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya mənfəət vergisi, əlavə dəyər vergisi, MÖMV və ödəmə mənbəyindən tutulan vergi üzrə əlavə vergi məbləğləri hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. İddiaçı hesab edir ki, mübahisələndirilən inzibati akt ilk növbədə prosessual əsaslara görə əsassız hesab olunur. Məhkəmə inzibati aktın əsassız olması ilə bağlı aşağıdakiları bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221799937 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2022, sona çatma tarixi xx.xx.2022 tarixidir. Halbuki, yoxlama xx.xx.2022-ci il tarixində başlasa da, yoxlama müddəti (təxminən 05 ay 19 gün) keçdikdən sonra xx.xx.2023-cü il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2022-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Məhkəmə inzibati aktın mahiyyəti etibarı ilə əsassız olmasına keçməzdən əvvəl qeyd edir ki, mübahisələndirilən qərardan da göründüyü kimi vergi orqanı iddiaçıya 2020-2021-ci illər üzrə mənfəət vergisi, 2020-2021-ci illər üzrə əlavə dəyər vergisi, 2020-2022-ci illər üzrə muzdlu işlə əlaqədar öödəmə mənbəyindən tutulan, məcburi dövlət sosial sığorta haqları, 2019-2022 ödəmə mənbəyindən tutulan vergilər, o cümlədən arayışın vaxtinda təqdim etməməsinə görə əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq etmişdir. Məhkəmə qərarın əsassız olması ilə bağlı ilk növbədə qərarın - mənfəət vergisi və əlavə dəyər vergisi üzrə hesablanmış əlavə vergilər və ona tətbiq olunmuş maliyyə sanksiyasına münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar; 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). "Mühasibat uçotu haqqında" tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində aŞagığakılar təsbit olunmuşdur: 1.1.1. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11. İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. 2.1.12. Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir. 2.1.13. Analitik uçot - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır. 2.1.14. Analitik uçot registrləri - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır. 2.1.15. Sintetik uçot - baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir. 2.1.23. Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır”. Habelə, "Mühasibat uçotu haqqında" 29 iyun 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci tarixdə Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib. Həmin sənəd xx.xx.2017 tarixdə **********0001 nömrəsi ilə X5 Reyestrində qeydiyyata alınıb. Qaydaların 2.1.14-ci bəndində ilkin uçot sənədlərinin anlayışı verilib. Belə ki, ilkin uçot sənədləri - maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1.Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3.İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4.Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtıda mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edir. İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. İş materiallarında yuxarıda da qeyd edildiyi kimi, "xxxx" MMC-nin fəaliyyəti üzrə vergi orqanı tərəfindən əlavə hesablanmış vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında alış və satışa dair elektron qaimə fakturalar, VHF, ödəniş sənədləri, mədaxil məxaric orderləri, mənfəət və mənfəətin əldə edilməsi ilə bağlı xərc sənədləri, bank reysterləri və s. öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən vergi məbləğinin hesablanması zamanı nəzərə alınmış fləşkarta yüklənərək götürülmüş excel fayllarında olan cədvəl məlumatları ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması vergi qanunverciliyi (yoxlamanın dövrdə qüvvədə olan) və mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir. Eyni zamanda müvafiq olaraq məhkəmə mühasibatlıq ekspertizasının rəyindən də görünür ki, mübahisələndirilən qərar əsasında aparılmış yoxlama zamanı cavabdeh məhz ciddi hesabat blankı hesab olunmayan sənədlər əsasında araşdırma aparmışdır ki, ümumiyyətlə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisəsi tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən əlavə hesablanmış mənfəət vergisinin və əlavə dəyər vergisinin düzgünlüyü müəyyən olunmur. Beləliklə Məhkəmə bir daha qeyd edir ki, cavabdeh vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə etmişdir. Halbuki, bir daha da qeyd olunur ki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər əsasında əldə olunduğu qeyri-müəyyəndir. Beləliklə, yoxlamada əldə edilən «qara mühasibatlıq» sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyrimüəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə, VM-nin 67.1.9-cu maddəsinin hazırki redaksiyası ilə bağlı bildirir ki, bu maddəyə dəyişiklik 01 yanvar 2022-ci il tarixdən sonra qüvvədə olmuşdur ki, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə həmin maddənin tətbiqi ədalətli olmazdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, hətta həmin normada göstərilənlərin yoxlama zamanı tətbiqi mümkün olsa belə, nəzərə alınmalıdır ki, “vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” özündə yetərli qədər mötəbər məlumatlar əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı,növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1971/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı,növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz.” Eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2504/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyrimüəyyəndir. Beləliklə, yoxlamada əldə edilən «qara mühasibatlıq» sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir.” Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-608/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-806/202 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-1921/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)- 851/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-1245/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarında nümayiş etdirilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı qərarda istinad olunan oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Bundan başqa, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergiləri Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları ükəndikdən sonra, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçıya mənfəət vergisi və əlavə dəyər vergisi (3.130.578,85 manat əsas) üzrə hesablanmış əlavə vergi əsassız olduğundan, mübahisələndirilən qərar həmin hissədə ləğv olunmalıdır. Məhkəmə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə hesablanmış əlavə vergiyə münasibətdə hesablanmış maliyyə sanksiyası ilə bağlı bildirir ki, qərar həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Hazırki işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərarın 1.565.289 manat maliyyə sanksiyası iddiaçının 2020-2021-ci illər üzrə müəyyən edilmiş 3.130.578,85 manata münasibətdə tətbiq edildiyindən və həmin məbləğin əsassız olduğu müəyyən edildiyindən, 1.565.289 manat maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Odur ki, qərar 1.565.289 manat maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir. Məhkəmə mübahisələndirilən qərarın ödəmə mənbəyindən tutulan vergi ilə bağlı hissəsində hesab edir ki, qərar həmin hissədə də əsassızdır. Belə ki, təsisçinin vermiş olduğu borca münasibətdə faiz nəzərə alınmaqla vergi hesablanması və məsuliyyət tədbirinin tətbiqinə münasibətdə işə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunmalıdır ki, vergi orqanı təsisçinin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən iddiaçı arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsinə görə vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Məcəllənin 104.1-cü maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Cavabdeh isə heç bir əsaslı səbəb olmadan borc məbləğləri hələ tam qaytarılmamış vəziyyətdə inzibati orqan tərəfindən mənfəət kimi vergitutma obyekti qismində qiymətləndirilmişdir. İlk növbədə həmin pul vəsaitləri qaytarılmadığı halda, ümumiyyətlə vergitutmanın obyekti ola bilməz. Bundan başqa, kredit və ya digər formada pul vəsaitlərinin verilməsinin hazırkı təsisçinin sahibkarlıqla bağlı fəaliyyət istiqamətinə daxil olmaması (yəni, onun bank təşkilatı və ya BOKT olmaması) və bu vəsaitlərin verilməsinin məqsədi nəzərə alınmalı idi. Qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələbindən də göründüyü kimi borcun mütləq qaydada faizlə verilməsi barədə şərt nəzərdə tutulmamış, faizsiz də borcun verilməsinin mümkünlüyü qanunvericiliklə təsbit edilmişdir. Hətta, həmin hal mövcud olsa belə, cavabdeh tərəfindən həmin məbləğ xərc kimi də nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2215/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının təsis etdiyi digər hüquqi şəxslərə verdiyi borc məbləğləri hələ qaytarılmamış vəziyyətdə inzibati orqan tərəfindən mənfəət kimi vergitutma obyekti qismində qiymətləndirilmişdir. İlk növbədə həmin pul vəsaitləri qaytarılmadığı halda, ümumiyyətlə vergitutmanın obyekti ola bilməz. Bundan başqa, kredit və ya digər formada pul vəsaitlərinin verilməsinin hazırkı iddiaçının fəaliyyət istiqamətinə daxil olmaması (yəni, onun bank təşkilatı və ya BOKT olmaması) və bu vəsaitlərin verilməsinin məqsədi nəzərə alınmalı idi. Sadalanan xüsusatların qiymətləndirilməsi həmin pul vəsaitlərinin faizlə verilən borc məbləğlərinə aid edilməsini, eləcə də pul vəsaitlərinin hərəkəti üzrə iddiaçının mənfəət əldə etməsi ehtimalını aradan qaldırır. Halbuki, cavabdeh inzibati orqan iddiaçının həmin borc vəsaitlərindən faizlər üzrə gəlir əldə etməsini konkret sübutlara söykənmədən, ehtimal olunan hallarla əsaslandırmaqla kifayətlənmişdir. Belə halı isə, Vergi Məcəlləsinin müddəaları (o cümlədən, 53-cü maddəsi) vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin əsası kimi müəyyən etməmişdir. Həmçinin həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2215/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı borc vermişdir və bu maliyyə vəsaitinin yaranma mənbəyi iddiaçının öz təsisçisindən aldığı borcdur. Yəni, təsisçi fiziki şəxs öz müəssisəsinə (iddiaçıya) borc vermiş, iddiaçı isə həmin vəsaiti özünün də təsisçisi olduğu digər müəssisəyə ("xxxx" MMC-yə) yenidən borc olaraq vermişdir. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş üzrə materiallarda mövcuddur. Göründüyü kimi, iddiaçı borc təqdim edəndir və bu əməliyyat üzərindən onun hər hansı gəliri formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə verdiyi nəzərdə tutulmamışdır və borcun verilməsi hər hansı faizlə şərtləndirilməmişdir. Yalnız iddiaçının borcu faizlə verdiyi və borc verilən məbləğin geri qaytarıldığı təqdirdə, iddiaçının faizlərdən gəliri formalaşa və ya yarana bilərdi. Hazırki mübahisəyə münasibətdə isə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur. MM-nin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilmişdir), müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki iş üzrə materiallardan iddiaçının belə fəaliyyətlə məşğul olan şəxs olduğu görünmür. Bu baxımdan iddiaçının borcu faizsiz verdiyi, onun hər hansı gəlirinin formalaşmadığı qəbul olunmalıdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt ödəmə mənbəyindən tutulan vergi hissəsində, yəni 140.309,80 manat və ona tətbiq olunmuş maliyyə sanksiyası hissəsində əsassız olmuşdur. Məhkəmə mübahisələndirilən qərarın muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan 4.050,60 manat hissəsinə münasibətdə bildirir ki, inzibati akt həmin hissədə əsaslı olmuşdur. Belə ki, səyyar vergi yoxlaması ilə "Sosial sığorta haqqında" qanunun 14.5.2-ci maddəsinə əsasən 4050.6 manat məcburi dövlət sosial sığorta haqqı məbləği azaldılmış və 92.74 manat artıq hesablanma müəyyən edilmişdir. Azalmanın və artıq hesablamanın səbəbi vergi tutma obyektinin düzgün müəyyən edilməməsi olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı məbləğinin azaldılması eyni zamanda ekspert rəyi ilə də təsdiq olunmuşdur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4050.6 məcburi dövlət sosial sığorta haqqı məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 2025.3 manat maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Odur ki, qərar həmin hissədə əsaslı olmuşdur. Məhkəmə eyni zamanda bildirir ki, inzibati akt “Nağsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 58.7-1-1-ci maddəsinin tələblərinə görə tətbiq olunmuş maliyyə sanksiyası hissəsində də əsaslı olmuşdur. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun: Maddə 1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Maddə 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: - əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar. (3.4.4) Məhkəmə hesab edir ki, kassadan nağd şəklində 35880.9 manat vəsait əmək haqqı ödənişi kimi ödənilmiş və nəticədə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 ,3.4.6- cı- maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 10%-lə 3588.09 manat maliyyə sanksiyasının, o cümlədən təsisçisi tərəfindən borc müqaviləsinə əsasən alınmış borcların nağd qaydada kassadan ödənilməsinə görə təqvim ayı ərzində 30 min manatdan artıq əməliyyatlar üzrə ümumilikdə 218000.0 manatlıq vəsait olduğu müəyyən edildiyindən, cavabdeh haqlı olaraq “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 21800.0 manat maliyyə sanksiyası hesablanmışdır. Odur ki, sözügedən qərar həmin hissədə də əsaslı olmuşdur. Məhkəmə qərarın digər hissə ilə bağlı bildirir ki, iddiaçı VM-nin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və VM-nin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyində görə və bu halın əksini təsdiq edən sənədlər təqdim etmədiyindən, cavabdeh iddiaçıya münasibətdə 80 manat maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Odur ki, mübahisələndirilən qərarın həmin hissədə ləğvi istisna olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İddia tələbindən göründüyü kimi tələb vergi orqanı tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi ilə bağlı olmuş, məhkəmə isə iddianı qismən təmin edərək qərarı 31.543,99 manat (muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, “Nağdsız hesablaşmalar haqqında” Qanunun pozulmasına və bəyannamənin vaxtında təqdim edilməməsinə görə tətbiq olunmuş maliyyə sanksiyası) istisna olmaqla digər hissədə ləğv etmişdir. Göründüyü kimi tələbə münasibətdə təmin faizi çox təşkil etdiyindən, ekspert xərci cavabdehdən tutulmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 may 2023-cü il tarixli **********172255 saylı Qərarı – 31.543,99 manat (muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, “Nağdsız hesablaşmalar haqqında” Qanunun pozulmasına və bəyannamənin vaxtında təqdim edilməməsinə görə tətbiq olunmuş maliyyə sanksiyası) istisna olmaqla digər hissələrdə ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində prosessual xərcin X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1414/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1414/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver