Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14145/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı, ünvan 1 ünvanda yerləşən "AVANT PARK" layihəsinin 3-cü binasında, 3-cü blok, 6-cı mərtəbə, 4 saylı, 2 otaqlı, 77.70 kv.m. mənzilinin yaşayış sahəsinə görə ödədiyi əlavə dəyər vergisinin qaytarılmasından imtina olunmasına dair Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 aprel 2025-ci il tarixli **********052800 saylı qərarının ləğv edilməsi və qeyd olunan ƏDV-nin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin arasında bağlanmış 06 iyul 2022-ci il tarixli 0367 nömrəli payçı müqaviləsinə əsasən, "xxxx" MTK “Avant Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3cü blok, 6-cı mərtəbə, 4 nömrəli 2 otaqlı mənzili tikib İddiaçı mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla, 109946 manat təşkil edilmişdir. "xxxx" ASC-nin verdiyi 06 iyul 2022-ci il tarixli FJB**********605 saylı mədaxil orderi ilə təsdiq edilir ki, iddiaçı 55.000 manat pulu "xxxx" MTK-nın şəxsi bank hesabına ilkin ödəniş etmişdir. "xxxx" ASC-nin verdiyi 06 sentyabr 2022-ci il tarixli FJB**********571 saylı mədaxil orderi ilə təsdiq edilmişdir ki, iddiaçının həyat yoldaşı X10 yekun 6105.10 manat pulu “Avant Group" MTKnın şəxsi bank hesabına yekun ödənişi etmişdir. İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə əlavə dəyər vergisinin qaytarılması ilə bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Həmin qərarda göstərilmişdir ki, alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə 0367 nömrəli müqavilə və ödəniş sənədləri əlavə edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi 14 aprel 2025-ci il tarixli **********052800 saylı qərarına əsasən İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Aşağıda göstərilənlərə əsasən imtina məktubu əsassız hesab edilməlidir. "xxxx" MTK-nın verdiyi 03 aprel 2025-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilmişdir ki, ünvan 1 ünvanda yerləşən "AVANT PARK" layihəsinin 3-cü binasında, 3-cü blok, 6-cı mərtəbə, 4 saylı, 2 otaqlı, 77.70 kv.m. mənzil "xxxx" MTK-ya məxsusdur. 06 iyul 2022 tarixli, 0367 saylı Payçı müqaviləsinə əsasən 3-cü bina, 3-cü blok, 6- cı mərtəbə, 4 saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Payçı İddiaçı MTK-ya hər hansı borcu yoxdur”. İddiaçı ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair "xxxx" MTK-a müraciət etmişdir. "xxxx" MTK-nın verdiyi 29 aprel 2025-ci il tarixli 118 saylı arayış ilə bildirilmişdir ki, “Sizin "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənizə Kooperativdə baxılmışdır. Məlumatınız üçün bildirmək istəyirik ki, "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 109 946 manat məbləğin 16771.42 ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. İddia ərizəsinə əlavə edilmiş, “Azərbaycan Beynəlxalq Bank" ASC-nin verdiyi 06 iyul 2022-ci il tarixli FJB**********605 saylı mədaxil orderi ilə təsdiq edilir ki, İddiaçı 55.000 manat pulu "xxxx" MTK-nın şəxsi bank hesabına ilkin ödəniş etmişdir. “Azərbaycan Beynəlxalq Bank" ASC-nin verdiyi 06 sentyabr 2022-ci il tarixli FJB**********571 saylı mədaxil orderi ilə təsdiq edilir ki, İddiaçı həyat yoldaşı X10 yekun 6105.10 manat pulu “Avant Group" MTK-nın şəxsi bank hesabına yekun ödənişi etmişdir. Göründüyü kimi, iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış sahəsinə görə ödənişlər edərkən MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün internet Vergi idarəsində müvafiq portal yaradılmamışdır. Qeyd olunanlara əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 aprel 2025-ci il tarixli **********052800 saylı qərarı əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2025-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********432300 nömrəli) "Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” ilə bağlı elektron ərizə təqdim etmiş, müvafiq olaraq müraciət araşdırıldıqdan sonra cavabdeh tərəfindən 14 aprel 2025-ci il tarixli, **********052800 №-li "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” Qərar qəbul edilmişdir. "Azərbaycan Beynəlxalq Bank” ASC-nin verdiyi 06 iyul 2022-ci il tarixli FJB**********605 saylı mədaxil qəbzi ilə təsdiq edilmişdir ki, İddiaçı 55000 manat pulu "xxxx" MTK-nın şəxsi bank hesabına ilkin ödəniş etmişdir. "xxxx" ASC-nin verdiyi 25 sentyabr 2025-ci il tarixli BPM**********009 saylı mədaxil qəbzi ilə təsdiq edilmişdir ki, "xxxx" MTK-nın şəxsi bank hesabına 0367 №-li payçı müqaviləsi ilə əlaqədar 3947 manat yekun ödəniş Həsən Həsənov tərəfindən həyata keçirilmişdir. 25 may 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək portalın işləmədiyi dövrdə alıcı fiziki şəxslər - X1 (satıcı "xxxx" Mənzil-Tikinti Kooperativi), X4 (satıcı "xxxx" Mənzil-Tikinti Kooperativi), X9 (satıcı "xxxx" Mənzil-Tikinti Kooperativi), X5 (satıcı "xxxx" Mənzil-Tikinti Kooperativi), X6 (satıcı "xxxx" Mənzil-Tikinti Kooperativi), X2 (satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti), X7 (satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti) və X8 (satıcı "Şərur" Mənzil- Tikinti Kooperativi) tərəfindən həyata keçirilmiş ƏDV ödənişləri nağdsız qaydada satıcının depozit hesabına köçürülmüşdür, bu hallar da bir daha onu təsdiq edir ki, hətta portalın işləmədiyi dövrdə belə ödənişlərin satıcının ƏDV depozit hesabına həyata keçirilməsi ilə bağlı hər hansı bir maneə olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, tələbin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 0367 nömrəli, xx.xx.2022-ci il tarixli bir tərəfdən “MTK” adlanacaq “AVANT Group'’ Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 şəxsində, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı şəxsində bağlanmış payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 6-cı mərtəbə, 4 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən onun ümumi dəyəri ƏDV daxil olmaqla 109946 manat təşkil edir. İşdən görünür ki, iddiaçı mənzilin dəyəri kimi ilkin ödəniş olaraq 55000 manat məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə “AVANT Group'’ MTK-nın bank hesabına köçürmü, daha sonra qalan məbləği hissə hissə ödəyərək son ödənişi 3947 manat olmaqla xx.xx.2025-ci ildə etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 3-cü binasında, 3-cü blok, 6-cı mərtəbə, 4 saylı, 2 otaqlı, 77.70 kv.m. mənzil "xxxx" MTK- ya məxsusdur. 06 iyul 2022 tarixli, 0367 saylı Payçı müqaviləsinə əsasən 3-cü bina, 3-cü blok, 6-cı mərtəbə, 4 saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə cavabdehə müraciət etmiş, cavabdeh isə Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********432300 nömrəli, xx.xx.2025-ci il tarixli qərar ilə İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasını təmin etməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə- məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasfnın 5.1.2-cı bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli, 118 nömrəli arayışından görünür ki, '‘Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanının tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə iddiaçı tərəfindən ödənilən ƏDV daxil 109 946 (yüz doqquz min doqquz yüz qırx altı) manat məbləğin 16771.42 (on altı min yeddi yüz yetmiş bir manat qırx iki qəpik) ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişə uyğun təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. Həmçinin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 249 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli 0367 nömrəli payçı müqaviləsinə əsasən satılan mənzilin dəyəri tam olaraq ödənilmişdir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasf'na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Lakin Kooperativə ödənilən ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. İddiaçı hazırda vergi orqanının müvafiq qərarını mübahisələndirərək, ödənilmiş məbləğ üzrə ƏDV-nin ona geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Göründüyü kimi, keçid müddəa ödənişləri davam etdirən alıcılara münasibətdə yalnız Qaydanın qüvvəyə mindiyi tarixədək edilmiş ödənişlərin ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmamasını müəyyən etdmiş, Qayda qüvvəyə mindiyi tarixdən sonra davam edən ödənişlər üçün isə belə bir istisna müəyyən etməmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Hazırki işdə iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə dair müqaviləni xx.xx.2022-ci il tarixdən sonra, xx.xx.2022-ci il tarixdə bağlamış və müqavilələr üzrə ödənişi də həmin tarixdən sonra, hissə-hissə ödəyərək, sonuncu ödənişi xx.xx.2025-ci il tarixdə etmişdir. Belə olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalı, yəni hazırkı işə Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır. Belə ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranacaqdır. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) iyul 2022-ci il tarixdən etibarən 2025-ci ilin mart ayına kimi satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Belə ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Analoji mübahisə üzrə apellyasiya instansiyası məhkəməsinin icratında olan işlər üzrə (2-1(103)-145/2025; 2-1(103)-542/2025) müəyyən olunmuşdur ki: -Məhkəmə sorğularına cavab olaraq 2022 dekabr-2023-cü ilin yanvar-aprel ayları ərzində müraciətləri təsdiqlənmiş şəxslər barədə məlumatı əks etdirən cədvəl məhkəməyə təqdim edilmiş, həmin cədvələ əsasən də müəyyən edilir ki, sistemin işlək olmamasına, hətta 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə müxtəlif şəxslərə ƏDV geri qaytarmaları həyata keçirilmişdir. -Həmçinin, sorğuya cavab olaraq təqdim edilmiş aid olan ödəniş tapşırıqlarından da göründüyü kimi, Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən (bu hal iddianın təmin edilməsini istisna etdiyindən qərarda göstərilən digər dəlillərə münasibət bildirilməsinə zərurət qalmır), həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-14145/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14145/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver