Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1415/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi, vəkili X1,cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 13 mart 2017-ci il tarixli, 0186 nömrəli əmrinin ləğv olunması və İddiaçı N saylı hərbi hissəsnin rəisi( “Hərbi Hava Qüvvələrinin X4 şöbəsinin rəisi-rabitə rəisi” vəzifəsinin təminat xərclərini əks etdirən yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müdafiə Naziirliyi “Hərbi Hava Qüvvələrinin X4 şöbəsinin rəisi-rabitə rəisi” vəzifəsi üzrə təminat xərcliyini əks etdirən məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 13 mart 2017-ci il tarixli, 0186 nömrəli əmrinin ləğv olunması və İddiaçı N saylı hərbi hissəsnin rəisi( “Hərbi Hava Qüvvələrinin X4 şöbəsinin rəisi-rabitə rəisi” vəzifəsinin təminat xərclərini əks etdirən yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən verilmiş 12.12.2016-ci il tarixli, 256 nömrəli arayışla Azərbaycan Respublikası nazirlər Kabinetinin təsdiq etdiyi əsasnaməyə əsasən “sıradankənar hərbi xidmətə yararlı ” hesab olunmuşdur. Ordu sıralarındn təxris olunmasından qabaq səhhətində yaranan problemlərlə bağlı Mərkəzi Kilinik hospitalda müalicə alan zaman Müdafiə Nazirinin 13 mart 2017-ci il tarixli, 0186 nömrəli əmri ilə “Hərbi Hava qüvvələrinin İdarəetmə Heyətinin rabitə şöbəsinin rəisi- rabitə rəisi” vəzifəsindən azad edilərək “N nömrəli hərbi hissənin Rabitə şöbə rəisi vəzifəsinə ” təyin edilmişdir. Qeyd olunan əmr qanunsuz və əsassızdır. Belə ki, 13 mart 2017-ci il tarixli, 0186 nömrəli əmr imzalanan zaman mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən iddiaçı artıq həqiqi hərbi xidmətə yararsız hesab olunmuşdur. Hərbi xidmətə yararsız bir hərbiçinin müstəqil qərar qəbul edən bir vəzifəyə təyin olunması Hərbi xidmətkeçmə haqqında Əsasnamənin tələblərinə ziddir. 13 mart 2017-ci il tarixli ,0186 nömrəli əmr qanunsuz olduğundan ləğv edilməlidir. Hərbi xidmət keçmə haqqında Əsasnamənin 72-ci maddəsinə əsasən, hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. Həmin bəndinin z) yarımbəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan, səhhətinə görə hərbi xidmətə, yaxud dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, lakin səhhətinə, yaxud ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. Bu zaman səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən hərbi qulluqçular ehtiyata buraxılmağa və ya istefaya göndərilməyə təqdim edilirlər. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsinin xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddiaçı ehtiyyatda olan polkovnik İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0423 nömrəli 16 iyun 2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq N nömrəli hərbi hissənin rabitə rəisi- rabitə şöbəsinin rəisi vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissə komandirinin N nömrəli 30 iyun 2017-ci il tarixli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçının Müdafiə nazirinin 0186 nömrəli 13 mart 2017-ci il tarixli əmri ilə “Hava Qüvvələrinin idarəetmə heyətinin (N №-li hərbi hissə) rabitə şöbəsinin (A6) rəisirabitə rəisi” vəzifəsindən 2-ci Ordu korpusunun idarəetmə heyətinin N №-li hərbi hissə) rabitə rəisi- rabitə şöbəsinin (Q6 rəisi) vəzifəsinə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bundan başqa İddiaçı Silahlı qüvvələrin Baş Klinik Hospitalından verilmiş 1434 nömrəli 27.04.2017-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, o, sonuncu dəfə 27 mart 2017-ci il tarixdə müayinə və müalicə olunmaq üçün hospitala müraciət etmişdir. Yəni, burdan məlum olur ki, bu İddiaçı iddia etdiyi kimi deyil, hospitala müraciət etməsi onun məhz yuxarı maaşı vəzifədən daha az maaşı vəzifəyə keçirilməsindən (keçirilməsi üçün imzalanmış əmrdən) 14 gün sonra baş vermişdir. Bu səbəbdən də İddiaçı pensiya təyin olunması tutduğu sonuncu vəzifənin, yəni N nömrəli hərbi hissənin rabitə rəisi-rabitə şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyi barədə məlumatlar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi əsas iddia tələbi 13 mart 2017-ci il tarixli, 0186 nömrəli əmrinin ləğv olunmasından ibarətdir, digər tələbi (yeni məlumat vərəqinin DSMFyə göndərilməsi ) isə həmin əmrin ləğv edilib-edilməməsi ilə bağlıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0186 nömrəli, 13 mart 2017-ci il tarixli əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, N №-li hərbi hissənin Rabitə şöbəsinin (A6) rəisi-rabitə rəisi polkovnik İddiaçı tutduğu vəzifədən azad edilmiş və N nömrəli hərbi hissənin rabitə rəisi –rabitə şəbəsinin (06) rəisi təyin olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının iddiası mübahisələndirmə iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 38.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1- ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 62.2.-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3. –ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisələndirilən əmr barədə 2017-ci ildə məlumatlı idi. Belə ki, iddiaçının 02.06.2017-ci il tarixdə Müdafiə nazirinin adına verilmiş raportda qeyd etmişdir:” Cənab nazir, Sizin 13 mart 2017-ci il tarixli 186 nömrəli əmrinizə əsasən mən Hərbi Hava qüvvələrinin rabitə şöbə rəisi vəzifəsindən 2-ci Ordu Korpusunun rabitə şöbə rəisi vəzifəsinə (bərabər vəzifəyə) təyin olunmuşam. Çox təəssüf hissə ilə qeyd etmək istəyirəm ki, hal-hazırda sağlamlığında olan problemlər mənə imkan vermir ki, Sizin etimadınızı həmin vəzifədə doğrudum. Belə ki, mart ayının 27-də Silahlı Qüvvələrinin Baş Kilinik Hospitalına qəbul olunub, may ayının 6-da Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “hərbi xidmətə yararsız” kimi şəhadətlənmişəm. Sağlamlığımda olan problemlər sərbəst hərəkətlərimə ciddi problemlər yaradır və mənim N nömrəli hərbi hissədə xidmətimi davam etdirməyimə imkan vermir... Cənab nazir sizin rəhbərlik etdiyiniz Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyuram və hər bir əmr və göstərişiniz hər zaman mənim üçün qanundur...” İddiaçı 13 mart 2017-ci il tarixli 186 nömrəli əmrin ləğv edilməsi barədə iddia ilə məhkəməyə 23 iyul 2019-cu ildə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktdan şikayət vermək üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə hesab edir ki, 17 mart 2017-ci il tarixli əmr ilə iddiaçı N nömrəli hərbi hissənin rabitə rəisi –rabitə şəbəsinin (06) rəisi təyin olunduğundan, həmin əmr qüvvədə olduğundan, iddiaçının N saylı hərbi hissəsnin rəisi (“Hərbi Hava Qüvvələrinin X4 şöbəsinin rəisi-rabitə rəisi” vəzifəsinin təminat xərclərini əks etdirən yeni məlumat vərəqəsinin DSMF-yə göndərilməsini tələb etmək subyektiv hüququ mövcud deyil (birmənalı nəzərə çarpmır). Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 13 mart 2017ci il tarixli, 0186 nömrəli əmrinin ləğv olunması və İddiaçı N saylı hərbi hissəsnin rəisi( “Hərbi Hava Qüvvələrinin X4 şöbəsinin rəisi-rabitə rəisi” vəzifəsinin təminat xərclərini əks etdirən yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 13 mart 2017-ci il tarixli, 0186 nömrəli əmrinin ləğv olunması və İddiaçı N saylı hərbi hissəsnin rəisi( “Hərbi Hava Qüvvələrinin X4 şöbəsinin rəisi-rabitə rəisi” vəzifəsinin təminat xərclərini əks etdirən yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1415/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1415/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver