Məhkəmə qərarları › İş №2-1(112)-14158/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14158/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14158/2025 26.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN” Xidmət X3rşı “nikah haqqında akt qeydinə düzəlişedilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN” Xidmət X3rşı “nikah haqqında akt qeydinə düzəliş edilməsi dəyişdirilmə öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1991-ci ildə Astara rayonu, Sım kəndində anadan olmuş, doğumu xx.xx.1991-ci il tarixli, 133 № li akt qeydi ilə qeydə alınmışdır. İddiaçı “doğum, nikah və nikahın pozulması haqqında akt qeydində adının dəyişdirilməsi barədə” ərizə ilə 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, sənədlərin yoxlanılması nəticəsində aşkar olunmuşdur ki, müraciətiniz zamanı təqdim etdiyiniz AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində adınız “Sulduzə”, AZ-T №291717 seriya və nömrəli təkrar doğum haqqında şəhadətnamənizdə “Sulduzə” kimi yazılmasına baxmayaraq Astara rayon Pəlikəs İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli 133 saylı doğum haqqında akt qeydində uşaq bəndində ad “Sulduzə Ceyran”, digər akt qeydlərində isə yalnız “Ceyran” kimi qeyd edilmişdir. Sənədlərdəki ziddiyətin mövcudluğunu və dəyişiklik üçün zəruri əsasların olmadığını nəzərə alaraq bildiririk ki, doğum haqqında akt qeydində adınızın “Sulduzə”-dən “Ceyran”-a dəyişiklik edilməsi tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52№-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikah haqqında xx.xx.2025-ci il tarixli 475 saylı akt qeydində əvvəlki adı “Ceyran”ın "Sulduzə”yə dəyişdirilməsi öhdəliynnin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, adı əvvəllər “Ceyran” olub. Şəxsiyyət vəsiqəni dəyişmək istəyəndə ona bildirmişlər ki, doğum haqqında akt qeydində adı “Sulduzə”dir. Ona məsləhət görmüşdürlər ki, sənədlər arasında ziddiyyət olduğundan ona yenidən “Ceyran” adı ilə vəsiqə verilə bilməz və qeydiyyat şöbəsinə müraciət etməlidir. Astara rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və müəyyən edilmişdir ki, doğum haqında akt qeydində adı “Sulduzə qeyd edilmişdir. Əvvəl “Sulduzə” adının “Ceyran”a dəyişdirilməsini xahiş etmişdir. Astara rayon Qeydiyyat şöbəsində ona bildirilmişdir ki, akt qeydində olan adının dəyişdirilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Ona bildirilmişdir ki, aktda olduğu kimi “Sulduzə” adı ilə doğum haqında təkrar şəhadətnamə götürüb həmin adla vəsiqə ala bilər. Məcbur olub doğum haqqında akt qeydində olan adla, yəni “Sulduzə” adı ilə doğum haqqında təkrar şəhadətnamə və bu adla da yeni şəxsiyyət vəsiqəsi almışdır. Əslində onun ilk adı “Sulduzə” olub və hansı formada “Ceyran”a dəyişdirilməsi haqqında heç bir məlumatı yoxdur. Əvvəlki adı bəzi sənədlərdə qaldığı üçün onların dəyişdirilməsinə başlamışdır. İlk olaraq nikah haqqında şəhadətnamədə dəyişiklik edilməsini qərara almışdır. Nikahının qeydə alındığı 1 saylı Bakı Cavabdeheydiyyat şöbəsinə müraciət etmişdir ki, nikah haqında akt qeydində əvvəlki adı olan “Ceyran” “Sulduzə”yə dəyişdirilsin. Lakin qeydiyyat şöbəsi nikah haqqında akt qeydində olan “Seyran” adının “Sulduzə”yə dəyişdirilməsindən əsassız olaraq imtina etmişdir. Halbuki şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə adı “Sulduzə”dir. Qeydiyyat orqanı imtinanı onunla əsaslandırmışdır ki, doğum haqqında akt qeydində ad qrafasında “Sulduzə Ceyran ” yazılmışdır. Hesab edir ki, 1 saylı Bakı Cavabdeheydiyyat şöbəsində nikah haqqında akt qeydində dəyişiklik etməkdən imtina edilməklə hüququ məhdudlaşdırılmışdır.. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin əsaslandırması: İşin hallarından göründüyü kimi, iddiaçı “doğum, nikah və nikahın pozulması haqqında akt qeydində adının “Ceyran”dan “Sulduzə”yə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdeh imtina əsası kimi qeyd etmişdir ki, AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində iddiaçının adı “Sulduzə”, AZ-T №291717 seriya və nömrəli təkrar doğum haqqında şəhadətnaməsində “Sulduzə” kimi yazılmasına baxmayaraq Astara rayon Pəlikəs İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli 133 saylı doğum haqqında akt qeydində uşaq bəndində ad “Sulduzə Ceyran”, digər akt qeydlərində isə yalnız “Ceyran” kimi qeyd edilmişdir. Sənədlərdəki ziddiyətin mövcudluğunu və dəyişiklik üçün zəruri əsasların olmadığını nəzərə alaraq doğum haqqında akt qeydində adının “Sulduzə”-dən “Ceyran”-a dəyişiklik edilməsi mümkün olmamışdır. Hazırda iddiaçı nikah haqqında xx.xx.2025-ci il tarixli 475 saylı akt qeydində əvvəlki adı “Ceyran”ın "Sulduzə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bənd. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bənd. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bənd. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı nikah haqqında akt qeydində adının dəyişdirilməsini tələb edir, hansı ki bunun üçün ilk növbədə həmin qeyddə dəyişikliyin zəruriliyini təsdiq edən əsasların olmasına dair sübutlar mövcud olmalıdır. Başqa sözlə cavabdeh tərəfindən həmin sənəddə iddiaçının adı qeyd edilərkən yanlışlığa yol verməsi müəyyən edilməlidir. Qanunvericilik normalarından da göründüyü kimi Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə və vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərildikdə yol verilir. İş materiallarında olan Nikahın pozulması haqqında AZ-İ № 515621, 11 fevral 2025ci il tarixli şəhadətnaməyə əsasən X15 ilə X7 arasında nikah Zaqatala Rayon Məhkəməsinin 2(033)-1095/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qətnaməsi əsasında 11 fevral 2025-ci il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 11 fevral 20205-ci il tarixdə, 22 № ilə qeyd edilmişdir. AZ - İİ № 665263, 25 mart 2025-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X21 ilə X16 25 mart 2025-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 mart 2025-ci il tarixdə 475 № ilə qeyd edilmişdir. AZ-T № 291717, 9 aprel 2025-ci il tarixli Doğum haqqında şəhadətnaməyə əsasən X9 3 sentyabr 1991-ci il tarixdə Astara rayonu, Sım kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 24 sentyabr 1991-ci il tarixdə 133 № ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş məlumata əsasən xx.xx.1991-ci il təvəllüdlü İddiaçı ilk dəfə xx.xx.2008-ci il tarixdə soyadı “Əliyeva” adı “Ceyran” qeyd edilməklə AZE-0634Ö559 nömrəli, xx.xx.2016-cı il tarixdə soyadı “Məmmədova” qeyd edilməklə AZE-15365534 nömrəli, xx.xx.2025-ci il tarixdə soyadı “Əliyeva” qeyd olunmaqla, AA7360747 nömrəli, xx.xx.2025-ci il tarixdə soyadı “Yurukova” qeyd olunmaqla AA7136873 nömrəli, xx.xx.2025-ci il tarixdə adı “Sulduzə” qeyd olunmaqla AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunmuşdur. Astara rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş iddiaçının fərdi uçot kartoçkasında sonuncunun soyad, ad və ata adı X2 qeyd edilmişdir. Astara rayon İcra Hakimiyyəti başçısının Pəlikəş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2 iyul 2025-ci il tarixli, 9 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı Astara rayonun Sım kəndində anadan olmuşdur. X1 12 avqust 1965-ci ildə Astara rayonun Sım kəndində anadan olmuşdur. 10 noyabr 1989-cu ildə xx.xx.1964-cü il təvəllüdlü, Astara rayonun Sım kəndində anadan olmuş X12 ilə nikah bağlanmışdır. Anası xx.xx.2015-ci ildə vəfat etmişdir. Birgə nikahdan 2 (iki) uşağı olmuşdur. Sulduzə və xx.xx.1995-ci ildə anadan olmuş X19. X19 xx.xx.2003-cü ildə vəfat etmişdir. Hazırda atası Astara rayonun Sım kəndində yaşayır. İddiaçı xx.xx.2013 -cü ildə Zaqatala şəhər sakini, xx.xx.1986-cı il təvəlldlü X15 ilə rəsmi nikah bağlamışdır. xx.xx.2016-cı ildə birgə nikahdan X17 adında oğlu olmuşdur. xx.xx.2025-ci ildə nikahları pozulmuş və məhkəmənin Qərarı ilə X17 atasının himayəsinə verilmişdir. İddiaçı xx.xx.2025-ci ildə Bolqarıstan vətəndaşı X21 ilə rəsmi nikah bağlamışdır. Ədliyyə Nazirliyi Vənətdaşlıq X8 tərəfindən təqdim edilmiş məlumata əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri 1965-ci il təvəllüdlü X11 ilə 1964-cü il təvəllüdlü X12 olan xx.xx.1991-ci il təvəllüdlü X6 və xx.xx.1995-ci il təvəllüdlü X13 doğumu haqqında məlumat aşkar edilmişdir. Eyni zamanda qeyd edirik ki, sorğuda göstərildiyi kimi Sulduzə deyil, X4 nikahı xx.xx.2013-cü ildə Astara rayonunun Pəlikəş icra nümayəndəliyində, həmin nikahın pozulması isə xx.xx.2025-ci ildə Zaqatala rayon qeydiyyat şöbəsində qeydə alınmışdır və bu nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X17 adlı övladı doğulmuşdur. Beləlilklə məhkəmədə iş materiallarının tədqiqi zamanı müəyyən edilir ki, iddiaçı ilk dəfə xx.xx.2008-ci il tarixdə soyadı Əliyeva adı Ceyran qeyd edilməklə AZE-0634Ö559 nömrəli, xx.xx.2016-cı il tarixdə soyadı Məmmədova qeyd edilməklə AZE-15365534 nömrəli, xx.xx.2025-ci il tarixdə soyadı Əliyeva qeyd olunmaqla, AA7360747 nömrəli, xx.xx.2025-ci il tarixdə soyadı Yurukova qeyd olunmaqla AA7136873 nömrəli, xx.xx.2025ci il tarixdə adı Sulduzə qeyd olunmaqla AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunmuşdur. İddiaçının düzəliş edilməsini istədiyi akt - AZ –İİ № 665263, 25 mart 2025-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X21 ilə X16 25 mart 2025-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 mart 2025ci il tarixdə 475 № ilə qeyd edilmişdir. İddiaçı 25 mart 2025-ci il tarixdə nikaha daxil olarkən AA7360747 nömrəli şəxsiyyət vəsiqəsinə malik olmuş, həmin şəxsiyyət vəsiqəsində onun adı, soyad və ata adı X5 qeyd edilmiş, bu səbəbdən də nikah haqqında şəhadətnamə də iddiaçının anket məlumatları onun şəxsiyyət vəsiqəsinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktına düzəliş edilə bilməsi üçün normada müəyyən edilmiş dispozitiv şərtlər hazırki iş üzrə mövcud olmamışdır. İddiaçı vətəndaşlıq vəziyyəti aktının qeydində səhvə yol verilməsi və vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsi müəyyən edilmir. Belə olan halda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar