Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1419/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X7 kаtibliyi, İddiaçının nümayəndəsi X8 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünasdır) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1.2 ha torpaq sahəsinə mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsini və mövcud vəziyyətə uyğun texniki pasportun tərtib edilməsini cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddianın dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun planölçünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Az-İnşaat“ MMC-nin mülkiyyətində və sahibliyində olan Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1.2 hektar torpaq sahəsini 31 iyul 2008-ci ildə "AKSON “ şirkətindən “Az-İnşaat “ MMC şirkəti Bakı şəhəri 42 saylı notariat kontorunda alqı satqı müqaviləsi bağlamaqla almışdır. Alqı-satqı müqaviləsindən sonra tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesi 80 ünvanında yerləşən 4.2 ha. torpaq sahəsinin 1.2 ha torpaq sahəsinin düzgün bölünməsi və mərclənmə nişanlarını düzgün işarələnməsi üçün mütəxəssis dəvət edilmişdir. Mütəxəssiz tərəfindən Bölgü eskizi hazırlamış və həmin bölgü eskizi 16 avqust 2008-ci ildə Bakı şəhəri 38 saylı Notatiat Kontorunda təsdiq edilmişdir. Tərəflər bölgünü Notarial qaydada təsdiq etdikdən sonra, mişar daşından hasar hörülərək mərclənmə nişanları çəkmişdirlər. "Az-İnşaat” MMC-nin sahibliyində və istifadəsində olan 1.19 torpaq sahəsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xüsusi mülkiyyətə dair çıxarış verilmişdir. "Az-İnşaat“ MMC 2008-ci ildən mülkiyyətində olan 1.2 ha torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyətinin davam etdirmək üçün 1863.74 kv.m əsaslı qeyri-yaşayış sahələri də inşa edilmişdir. Az-İnşaat MMC alqı-satqı yolu ilə mülkiyyətində olan 1.2 ha torpaq sahəsini mövcud vəziyyətdə kordinatlarını və döngə nöqtələrini qeyd etməklə həmin torpaq sahəsinə yeni texniki pasportun verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Lakin müraciətə hal-hazırki vaxta qədər cavab verilməmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır və göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı idarəyə 18.06.2021-ci il tarixli müraciəti zamanı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi- Balaxanı şossesi 80 ünvanda yerləşən torpaq sahəsi üzərində qeyri-yaşayış sahələrinə pasportun tərtib edilməsini xahiş etmişdir. İddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti ilə iddia tələbi yalnız texniki üst-üstə düşmür. Həmçinin, mövcud vəziyyətlə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, ərazidən 150 kV yüksək gərginlikli elektrik xətti keçir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********45 saylı, 22.07.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi X11 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin çıxışını dinləyərək, nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışına əsasən İddiaçı 04.05.2007-ci ildə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. AN-İ saylı ******* nömrəli 31.07.2008-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial surətinə əsasən, “Akson” şirkəti adından satıcı qismində X9 və X1 rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanda yerləşən 4.2 hektar torpaq sahəsindən 1.2 hektar torpaq sahəsini alıcı qismində isə X4 mülkiyyətinə 49.200 (qırx doqquz min iki yüz) AZN-ə vermişdir. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanda yerləşən 4.2 ha torpaq sahəsinin eskizinə əsasən, X5 1.2 ha, X9 və X2 isə 3.0 ha torpaq sahəsi ayrılmışdır 14.07.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki torpaq sahəsində icazəsiz qeyri-yaşayış tikili və qurğuları mövcuddur və inşa edilmiş qeyri-yaşayış tikililərinin sənədləşməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər olduğu halda müraciət etmələri məqsədə uyğundur. Ərazidən 150 KV YGE xətti keçir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətn reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi 07.06.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı direktoru V.Muradovun 18 iyun 2021-ci il tarixli müraciət məktubundan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində və istifadəsində olan 1.1906 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri yaşayış sahələrini nəzərə alınmaqla müvcud mərclənmə nişanlarına uyğun (koordinatları) texniki pasportun verilməsi barədə göstəriş verilməsini cavabdehdən xahiş etmişdir. İş materiallarına İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubun, 10.08.2021-ci il tarixli 10/H nömrəli İddiaçınə Mütəxəssisin ayrılması barədə cavabdehin ünvanladığı məktubun, İddiaçı Nizamnaməsinin, Azərbaycan Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin, 10.08.2021-ci il tarixli 10/H nömrəli İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə ünvanladığı məktubun surəti əlavə olunmuşdur. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır., 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir., İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1. –ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) İşin faktiki hallarından görünür ki, iddiaçı onun mülkiyyətində olan 1.19 ha torpaq sahəsini mövcud vəziyyətdə koordinatlarını və döngə nöqtələrini qeyd etməklə həmin torpaq sahəsinə plan-ölçünün verilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək (3.0.23) Xidmətin vəzifəsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6. –ci maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Az-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun planölçünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Az-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1419/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1419/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver