Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1419/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti) qarşı “çıxarış verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 2-ci döngə, 0,03 ha torpaq sahəsində mövcud olan, 51 B ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb texniki ölçüləri çəkilməklə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə təqdim edərək ona məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 2-ci döngə, 0,03 ha torpaq sahəsində mövcud olan, 51 B ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsində mövcud fərdi yaşayış evində yenidənqurma və yenidən planlaşdırma işləri aparılaraq hündürlüyü 9,6 metr olmaqla 3-cü mərtəbə (mansar) inşa etmiş, 18 avqust 2022-ci il tarixdə məlumatlandırma icraatı qaydasında Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı müraciətində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icratı qaydasında mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsində mövcud fərdi yaşayış evində yenidənqurma və yenidən planlaşdırma işləri aparılaraq hündürlüyü 9,6 metr olmaqla 3-cü mərtəbə (mansar) inşa etdiyini bildirmiş və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən bununla bağlı heç bir irad bildirilməmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-30/2-H-0373-8/2023 ******* 18324 saylı cavab məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə cavabdeh tərəfindən baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı iddiaçının müraciətinə **********11 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yeklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdı. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əvvəlki **********11 saylı cavab məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hündürlüyü 12 metrdən çox olduğu üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əasasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqlı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh qurum tərəfindən qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını göstərsə də, faktiki olaraq imtina etmişdirlər və fərdi yaşayış evinə çıxarış verilmir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, eskiz layihəsindən də görünür ki, inşa edilmiş fərdi yaşayış evinin hündürlüyü 11.90 metrdir. Halbuki, fərdi yaşayış evinin hündürlüyü imtina məktubunda 12 metrdən çox olaraq qeyd edilmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə cavabdeh tərəfindən baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı iddiaçının müraciətinə **********11 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yeklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdı. Cavabdeh orqan bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını nəzərə alınmasını xahiş etmişdir.
5. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı iddiasının təmin edilib, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə iddiaçıya məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 2-ci döngə, 0.03 ha torpaq sahəsində mövcud olan, 51 B ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb texniki ölçüləri çəkilməklə çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müvafiq fərdi yaşayış evi ümumi sahəsi 193.6 kv.m olmaqla xx.xx.2022-ci ildə İddiaçı adına daşınmaz əmlakın döğvlət reyestrində qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş teniki baxış zamanı məlum olmuşdur ki, qeydiyyatdan keçmiş fərdi yaşayış evinin 1-ci mərtəbəsinin sahəsi artırılmış, üzərində 2-ci, 3-cü mərtəbələr və mansard inşa edilməklə ümumi sahəsi 765.5 kv.m təşkil edir. Həmçinin fərdi yaşayış evinin hündürlüyü 13 metr təşkil edir. Qeyd edilən fərdi yaşayış evinin hündürlüyü 12 metrdən çox olduğu üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh qurum Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus yaşayış evinin eskiz layihəsi iş materiallarına əlavə olunmuşdur.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 yerləşən mənzil xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Çıxarışa əsasən torpaq sahəsiniin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, torpaq sahəsinin ölçüsü (hektarla) 0.03 ha qeyd olunmuşdur.
10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən qeydiyyatdan keçmiş “A” yaşayış evi mövcuddur və yaşayış evinin 1-ci mərtəbəsinin sahəsi artırılmış, üzərində 2-ci, 3-cü mərtəbələr və mansard inşa edilmişdir ki, aparılmış tikiliyə dair layihə təqdim olunmuşdur. Layihədə göstərilən bəzi yerləşkələrin daxilində arakəsmələr, mansard mərtəbəsində isə açıq eyvan sahəsində yerləşkələr inşa edilmişdir. Fərdi evin daxili qapıları quraşdırılmayıb. Həyətyanı sahədə layihənin baş planında göstərilən “İ” literli həyət tikilisi (yay mətbəxi) hələ ki inşa edilməyib. Yaşayış evində və həyətyanı sahədə təmir işləri davam etdirilir. Ümumi sahədə yaranan fərq layihədə açıq eyvan sahələrinin (149.5 m2) ümumi sahədə hesablanması səbəbindəndir. 1-ci döşəməsindən mansard mərtəbəsinin üst hissəsinə qədər H=13.0 m-dir.
11. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən təqdim edilən X3 xx.xx.2023-cü il tarixli rəyi iş materiallarına əlavə olunmuşdur. Tədqiqat ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evi üzrə aparılır. Tədqiqatın aparılması üçün ekspert-mütəxəssis tərəfindən, Vəkil iştirakı ilə, tədqiqat obyektinə xx.xx.2023-cü iİ tarixdə baxış keçirilərək, "distometr“ ölçü cihazı vasitəsi ilə müvafiq ölçü işləri aparılmış, fotoşəkillər çəkilmiş, digər zəruri məlumatlar əldə edilmiş və ekspertiza tədqiqatına təqdim olunmuş materiallardan (sənədlərin surəti) istifadə edilmişdir. Tədqiqata təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azorbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********60-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış tərtib edilmişdir. Həmin çıxarışa əsasən fərdi yaşayış evinin ümumi sahəsi 193.60 kv.m-dir, 0.03 ha "yaşayış məntəqələrinin torpaqları" təyinatlı torpaq sahəsində yerləşir və İddiaçı xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair **********60-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli Texniki pasport tərtib edilmişdir. Texniki pasportun "yaşayış evlərinin texniki göstəriciləri" bölməsindən görünür ki, fərdi yaşayış evi 2019-cu ildə inşa olunmuşdur, 2 mərtəbəlidir, 5 otaqlıdır, ümumi sahəsi 193.6 kv.m, yaşayış sahəsi 92.5 kv.m, köməkçi sahəsi isə 101.1 kv.m-dir. “Mərtəbələr üzrə otaqların təsnifatı“ bölməsinə əsasən, fərdi yaşayış evinin birinci mərtəbəsinin tərkibinə sahəsi 26.0 kv.m olan holl, sahəsi 9.2 kv.m olan mətbəx, sahələri 20.0 və 18.5 kv.m olan yaşayış otağı, sahəsi 13.5 kv.m olan qaraj, sahəsi 4.0 kv.m olan sanitar qovşağı, sahəsi 3.6 kv.m olan pilləkən qəfəsəsi və sahəsi 24.1 kv.m olan açıq eyvan daxildir. İkinci mərtəbənin tərkibinə sahəsi 44.8 kv.m olan holl, sahələri 20.0, 19.0 və 19.0 kv.m olan yaşayış otaqları və sahəsi 30.2 kv.m açıq eyvan daxildir. Tikililərin hər birinin daxili hündürlüyü 3.0 metrdir. Eyni zamanda “həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri" bölməsindən görünür ki, həyətyanı sahədə bir ədəd sahəsi 10.5 kv.m olan sanitariya qovşağı vardır. Torpaq sahəsinin planında, evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq 0.03 ha olduğu qeyd edilmişdir. Ekspertiza tədqiqatına ünvan 2 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsi (layihənin müəllifi "xxxx" MMC-dir, layihə memarlıq-planlaşdırma bölməsidir və 8 vərəqdən ibarətdir) təqdim edilmişdir. Eskiz lahiyəsindən göründüyü kimi, layihələndirilən fərdi yaşayış evi 3(üç) mərtəbəli, mansardlı evdir. Ev 300,0 kv.m (0.03 ha və ya 3 sot) torpaq sahəsində yerləşir, evin tikintialtı sahəsi 270.4 kv.m, ümumi sahəsi 910.8 kv.m-dir. Evin yerləşdiyi ərazi (həyətyanı sahə) iki tərəfdən yol ilə, qalan iki tərəfdən qonşu ilə həmsərhəddədir. Həmin ərazidə "İ” literli yay mətbəxinin sahəsi 7.4 kv.m-dir. Fərdi yaşayış evinin birinci, ikinci, üçüncü mərtəbəsinin və mansardanın tərkibində müxtəlif ölçü və sahələrə malik olan yaşayış və yardımçı (köməkçi) tikililər vardır. Fərdi yaşayış evinin “bünövrə planı” bölməsinə (layihənin 2-ci vərəqi) əsasən ev planda dördbucaq şəklində olub, oxlar arası 19,80x14,20 metr ölçüdədir. Fərdi yaşayış evinin yanaşı yükdaşıyan konstruksiyalarının (sütunlar) mərkəzi oxları arasında olan məsafələr 3,10; 3,40; 3,45; 3,75; 4,10; 4,30; 5,40 metr təşkil edir. Fərdi yaşayış evinin baş planı və "A-A kəsiyi" bölmələrinə (layihənin 7-ci və 8-ci vərəqi) əsasən evin xarici hündürlüyü 11,90 metrdir. Yəni layihə üzrə evin +0.00 səviyyəsindən (evin birinci yerüstü mərtəbəsinin döşəməsinin üst hissəsidir) evin sonuncu mərtəbəsinin örtüyünün alt hissəsinədək (mansardın çardaqaltı döşəməsinin alt hissəsidir) olan hündürlük səviyyəsidir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı məxsus (eskiz layihəsi üzrə) fərdi yaşayış evi faktiki olaraq dəmir-beton konstruksiyadan və mişar daşından inşa olunmuş, kürsülü, üçmərtəbəli, mansardlı fərdi yaşayış evidir. Fərdi yaşayış evinə iki girişçıxış yolu vardır. Bunlardan biri küçədən dəmir qapı, digəri isə metal jalüz vasitəsilədir. Evə daxil oduqda müəyyən olunmuşdur ki. evin əsaslı tikintisi tam başa çatmış, daxili təmirliyi isə yarımçıq vəziyyətdədir. Tədqiq olunan ev kəskin relyef quruluşuna malik olan ərazidə yerləşdiyinə görə, evin hündürlük səviyyəsi müxtəlifdir. Fərdi yaşayış evinin mövcud vəziyyəti ilə evə dair tərtib edilmiş eskiz layihəsinin göstəriciləri müqayisə olunarkən, evin xarici və daxili texniki parametrlərinin, o cümlədən ölçülərinin, hündürlüyünün eskiz layihəsinə uyğun olduğu müəyyən edilmişdir. Müraciət məktubunda, tədqiq olunan 3 mərtəbəli fərdi yaşayış evinin hündürlüyünün və aşırımlarının uzunluğunun müəyyən edilməsi tələbi ilə bağlı, yuxarıda qeyd edildiyi kimi, "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsində, fərdi yaşayış evinin +0.00 səviyyəsindən evin sonuncu mərtəbəsinin örtüyünün alt hissəsinədək olan hündürlük səviyyəsi 11,90 metrdir və evin aşırımlar arası (yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arası) məsafəsi 3,10-5,40 metr təşkil edir. Mütəxəssis tərəfindən qeyd olunur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsində (bu məcəllədə istifadə olunan əsas anlayışlar) aşağıdakılardır: 3.0.15. mansarda mərtəbəsi - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. 3.0.48. aşırım - yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafədir. Həmçinin qeyd olunur ki, 80-cı maddəsinin (Məlumatlandırma icraatı) 80.1. bəndində aşağıdakılar göstərilir: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Qeyd edildiyi kimi, tədqiq olunan fərdi yaşayış evinin kəskin relyef quruluşuna malik olan ərazidə yerləşməsinə və bununla da evin hündürlük səviyyəsi müxtəlif olmasına baxmayaraq, tətbiq edilmiş normativ sənədlərin tələblərinə və eskiz İayihəsinə müvafiq olaraq, fərdi yaşayış evinin xarici hündürlüyü evin (binanın) "0" səviyyəsindən, yəni birinci yorüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çnrdnqallı döşəmənin alt hissəsi) 11,90 metr müəyyən edilir. Eyni zamanda qoyd olunur ki, ovin aşırımlar arası (yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arası) məsafəsi 3,10-6,60 metr təşkil edir. Beləliklə, aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80.1. bəndinin tələblərinə müvafiq olaraq, ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin xarici hündürlüyünün (evin “O" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqəltı döşəmənin alt hissəsi) 11,90 metr, evin aşırımlar arası (yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arası) məsafənin isə 3,10-5,40 metr təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80.1. bəndinin tələblərinə müvafiq olaraq, ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin xarici hündürlüyünün (evin “0'' səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) 11,90 metr, evin aşırımlar arası (yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arası) məsafənin isə 3,10-5,40 metr təşkil etdiyi müəyyən olunmuşdur.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
19. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
20. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
21. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd
25. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
26. Cavabdeh tərəfindən imtinanın əsas dəlili olaraq qeyd edilmişdir ki, mübahisələndirilən fərdi yaşayış evinin hündürlüyü 13 metr təşkil etdiyi (qeyd edilən fərdi yaşayış evinin hündürlüyü 12 metrdən çox olduğu) üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinin əhatə dairəsinə düşür və iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir.
27. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş X3 xx.xx.2023-cü il tarixli rəyinə əsasən iddia tələbinin predmeti olan ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin xarici hündürlüyü (evin “0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) 11,90 metr, evin aşırımlar arası (yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arası) məsafəsi isə 3,10-5,40 metr təşkil edir.
28. Məhkəmə eyni zamanda nəzərə alır ki, cavabdeh tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin hündürlüyünün 13 metr olması bildirilsə də, iddiaçının marağının təmin edilməsini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir. Müayinə aktından isə görünür ki, evin hündürlüyü “0” səviyyəsindən deyil, 1-ci döşəməsindən (yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən deyil) mansard mərtəbəsinin üst hissəsinə qədər (yəni sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) deyil) nəzərə alınmışdır. Halbuki 80.1-ci maddəsinin dispozisiya şərtinə əsasən binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək nəzərə alınmalıdır. İddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyinə əsasən isə evin hündürlüyü layihəyə və məlumatlandırma icraatının şərtlərinə uyğundur.
29. Belə olan təqdirdə məhkəmə hesab edir ki, fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tikinti başa çatdıqdan sonra xx.xx.2022-ci il tarixində tikinti barədə Suraxanı Rayon İcra Hakimiyyətinə məlumat verilməsini təsdiq edən ərizə məhkəməyə təqdim edilmişdir.
30. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 2-ci döngə, 51 B ünvanında yerləşən 0,03 ha torpaq sahəsində mövcud olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına texniki pasportun və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva