Məhkəmə qərarları › İş №2-1(112)-14222/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14222/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14222/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “müavinətin təyin edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyı̇ natı üzrə Mərkəzi Filialına qarşı “müavinətin təyin edilməsi bаrədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1; 177.2.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən o, CM-nin 66.5-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün azad edilmişdir. xx.xx.2007-ci il tarixli 353-İİİQ saylı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası” haqqında Azərbaycan Respublikasının qanununa əsasən müavinət almaq üçün DOST xidmətinə müraciət etmişdir. Lakin DOST xidmətində ona Azərbaycan Respublikasının mövcud qanunlarına istinad etməyərək onun müraciətinə rədd cavabı verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzında bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən İddiaçı 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü ildə cəzasının müddəti bitdiyi üçün cəzadan azad edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarxidə Mərkəzi Filiala müraciət edərək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya 2023-cü ilin sentyabr ayı üzrə birdəfəlik müavinət təyin edilərək ödənilmişdir. Daha sonra Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə, İddiaçı 2 il 3 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təqsirli bilinərək 1 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdə İddiaçı cinayəti 22 fevral 2022-ci il tarixdə törətdiyi qeyd olunmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş basqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2023-cü il tarixində sözügedən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2025-ci il tarixində azad edilməyilə əlaqədar həmin müavinətin eyni hökm əsasında təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2025-ci il, 2-1(102)-430/2025 nömrəli qərarında göstərilmişdir ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi kimi anlayış verilmişdir. Həmin Qanunun 8.1-ci maddəsində sosial adaptasiya müddətinin 1 il olduğu və 9.3-cü maddəsində isə cəza çəkməkdən azad edilmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməli olduğu göstərilmişdir. Xususilə vurğulanmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə (iddiaçıya) öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar. İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1986-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, apellyasiya protestinin təmin edilməsi, İddiaçı CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 1(010)-89/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 1(010)-89/2023 saylı hökmü ilə İddiaçı CM-in 66.5-ci maddəsi üzrə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından onun 26 fevral 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək hazırkı iş üzrə həbsdə saxlanıldığı 05 ay, əvvəlki iş üzrə tutulduğu 02 gün, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 137/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə çəkdiyi 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, ümumilikdə 01 (bir) il 02 (iki) ay çıxılması və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, 15-17 oktyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 gün ona təyin edilmiş cəzasında çıxılmaqla üzərində 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasının əvvəlinin 11 oktyabr 2022-ci il tarixindən hesablanması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı əvvəlki hökmlə təyin edilmiş cəza müddətinin sonu xx.xx.2023-cü il tarix olmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı məhkəmənin çağırışlarından yayındığından barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilməsi qərara alınmış və xx.xx.2023-cü il tarixdə saxlanılaraq Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması üçün Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı hazırki hökmlə təyin edilmiş cəzanı əvvəlki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq cinayətlərin məcmusu üzrə qəti cəza təyin etsə də, əvvəlki hökmlə çəkilmiş cəzanı cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxmamışdır. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 17-1/2-A-148078/2025 №-li məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində sözügedən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2025-ci il tarixində azad edilməsi ilə əlaqədar həmin müavinətin eyni hökm əsasında təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraza qoşma edilmiş Azərbaycan Respublikası Əmək və Əlahinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A-206109/23 №-li qərarından görünür ki, İddiaçı 1380 manat məbləğində “cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyac olan şəxslərə” birdəfəlik müavinəti təyin edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İİİ. Hüquqlar və azadlıqlar hər kəsincəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə 72.Vətəndaşların vəzifələrinin əsası İ.Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.3. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial psixoloji tədbirlər sistemi. 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; 6.1.2. sosial adaptasiya mərkəzləri yaratmaq; 6.1.3. daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; 6.1.4. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; 6.1.5. təhsil almalarına şərait yaratmaq; 6.1.6. şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; 6.1.8. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. 6.2. Bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. 6.3. Bu Qanunun 6.1.7-ci maddəsində nəzərdə tutulan birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 9.1. Cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. 9.2. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. 9.3. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının müddəti bitdiyi üçün cəza çəkməkdən azad edildiyindən iddiaçı xx.xx.2023-cü il tarxidə müavinət ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı əsasında iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs olduğundan 1380 manat məbləğində birdəfəlik müavinət ödənilmişdir. İşin hallarından müəyyən olunur ki, iddaçı 2023-cü ilin sentyabr ayında sosial adaptasiya tədbiri kimi birdəfəlik müavinət alsa da, eyni zamanda (2022-ci ildə) törətdiyi cinayətlərə görə,Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü, və onun dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə çəkdiyi azadlıqdan məhrum etmə cəzası(8 ay 28 gün) çıxılmaqla, müəyyən edilmiş 1 il 07 ay azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra, cəza çəkməkdən azad edildiyindən 05 iyun 2025-ci il tarixdə müavinət ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. İddiaçı tərəfindən eyni vaxtda törədildiyi cinayətlərə görə cəza yuxarıda qeyd edilmiş məhkəmə aktları ilə “əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəza” kimi müəyyən olunduğundan, cavabdeh iddiaçıya sosial adaptasiya tədbiri kimi müavinətin təkrar ödənilməsindən imtina etmişdir. İddiaçı, tələbinin hüquqi əsası kimi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun “Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər” adlanan 6-cı maddəsində sadalanan, sosial adaptasiya məqsədilə həyata keçirilən tədbirlərdən biri kimi qeyd olunmuş birdəfəlik pul müavinətinin verilməsinə istinad etmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanununun 1.0.3-cü maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi kimi anlayış verilmişdir. Həmin Qanunun 8.1-ci maddəsində sosial adaptasiya müddətinin 1 il olduğu və 9.3-cü maddəsində isə cəza çəkməkdən azad edilmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməli olduğu göstərilmişdir. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşiliqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Qeyd edilməlidir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aklartında cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasını istisna edən hüquqi norma yoxdur. Lakin hazırkı işin xüsusi halları nəzərə almaqla məhkəmə hesab edir ki,iddiaçıya sosial adaptasiya üçün müavinətin ödənilməsindən cavabdehin imtinası qanunauyğun olmuş, kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, “müdaxilə o zaman qanuni məqsədə çatmaq baxımından “demokratik cəmiyyətdə zəruri sayıla bilər ” “təcili sosial ehtiyaca” cavab versin və xüsusən də, müdaxilə çatmaq istənilən qanuni məqsədə mütənasib olsun və dövlət orqanları tərəfindən irəli sürülən səbəblər “ağılabata və kifayət qədər əsaslandırılmış” olsun” (FernandezMartinezİspaniyaya qarşı(Böyük Palata) № 56030/07,paraqraf 124,AİHM 2014) İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “müavinətin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar