Məhkəmə qərarları › İş №2-1(112)-14227/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14227/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14227/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və nümayəndəsi (atası) X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65c saylı qeyri- yaşayış binasının bir hissəsində (0.02046 ha torpaq sahəsi və 63.1 kv.metr qeyri-yaşayış sahəsi) tərəflərin yəni mülkiyyətçiləri olan İddiaçı ilə cavabdeh X15 arasında ümümi mülkiyyətdə olan payları naturada ayrıldığından, məhkəmə qərarının icrası ilə bağlı İddiaçı aid olan hissəyə çıxarış və texniki pasport vermək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X12 qarşı əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65c saylı qeyri-yaşayış binasının bir hissəsində (0.02046 ha torpaq sahəsi və 63.1 kv.metr qeyri-yaşayış sahəsi), ’’NİSSAN MAXİMA” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobildə, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobildə, “KAMAZ 55111” yük markalı **-FM- *** dövlət qeydiyyat nişanlı avtomobildə və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildə payının naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılması, həmçinin iddia tələbi üzrə ödənilən 100 (bir yüz) manat dövlət rüsumu məbləğində dövlət rüsumunun alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-210/2023 saylı 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X9 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65c saylı qeyri-yaşayış binasının tərəflərin payına müvafiq olaraq naturada aşağıdakı qaydada ayrılması, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65 c saylı qeyri-yaşayış binasından 2, 4, 5, 9, 13, 7 saylı dəhlizin daxilində yaranmış 2 kv.m sahə və 12 saylı otağın daxilində yaranmış 31.1 kv.m sahə tərəflərin birinə, digər hissələri tərəflərin digərlərinə düşməsi tərəflərin birinə qeyri-yaşayış sahəsindən payına 31,4 kv.m, torpaq sahəsindən 96 kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 76.8 kv.m) və tərəflərin digərinə isə qeyri-yaşayış sahəsindən 1/2 payına 31,1 kv.m torpaq sahəsindən 103.kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 80.9 kv.m düşməsi İddiaçı ilə cavabdeh X9 ümumi paylı mülkiyyətində olan "Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobil, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması qərara alınmışdır. Açıq hərracda satılan “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 17.500 (on yeddi min beş yüz) manat, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobil dəyəri 6000 (altı min) manat, “Kamaz 55111” yük markalı, 10- FM-171 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 20000 (iyirmi min) manat, “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 6000 (altı min) manat məbləğində müəyyən edilmişdir. “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobil, “Kamaz 55111” yük markalı, 10-FM171 dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin satışından əldə edilən pul vəsaitinin bu avtomobillərin mülkiyyətçiləri olan İddiaçı ilə cavabdeh X15 arasında, onların paylarına mütənasib surətdə (1/2 hissəsinə X13 və 1/2 hissəsinə X9 payları nəzərə alınmaqla) bölüşdürülməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanununi qüvvəsini almış və icraya yönəldilmişdir. 16 avqust 2023-cü il tarixində Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş, icra məmuru X7 icraatına verilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddia tələbindən göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65c saylı qeyriyaşayış binasının bir hissəsində (0,02046 ha torpaq sahəsi və 63,1 kv.metr qeyri-yaşayış sahəsi) tərəflərin yəni mülkiyyətçiləri olan İddiaçı ilə cavabdeh X15 arasında ümümi mülkiyyətdə olan paylarının naturada ayrılması xahiş edilmişdir. Mülki iş məhkəmənin icraatında olarkən məhkəmənin qərardadına əsasən iş üzrə mübahisələndirilən qeyri-yaşayış sahəsi üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza rəyinə əsasən bölünməsi mümkün olduğu müəyyən edilmişdir. Sözügedən məhkəmə qətnaməsi rəy əsasında iddia tələbini təmin etmişdir. İddiaçı qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65c saylı qeyriyaşayış binasının bir hissəsində (0.02046 ha torpaq sahəsi və 63.1 kv.metr qeyri-yaşayış sahəsi) tərəflərin yəni mülkiyyətçiləri olan İddiaçı ilə cavabdeh X15 arasında ümümi mülkiyyətdə olan payları naturada ayrıldığından, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bakı şəhəri Ərazi İdarəsi tərəfindən məhkəmə qərarının icrası ilə bağlı iddiaçıya aid olan hissəyə çıxarış verməkdən imtina edilmiş və qərar Bakı şəhəri Ərazi İdarəsinə göndərilmədiyindən qərarı icra etməmişlər. İddiaçı bununla bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək, qərarın icraya yönəldilməsi xahiş etmiş və məhkəmə qətnamənin icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bakı şəhəri Ərazi İdarəsinə göndərilməsini təmin etmişdir. Lakin iddiaçı məhkəmənin qərarının icrası ilə maraqlandıqda şifahi olaraq bildirilmişdir ki, qərarın icrası qeyri-mümkündür. Ona görə də aidiyyəti üzrə məhkəməyə müraciət etmələri məqsədə müvafiqdir. İddiaçı hesab edir ki, cavabdeh onun mülkiyyət hüquqlarını kobudcasına pozmuş və səbəb göstərmədən qərarı icra etməkdən əsassız olaraq yayınmışdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65 C saylı qeyri-yaşayış binasının bir hissəsində (0,02046 ha torpaq sahəsi və 63,1 kv.m qeyri-yaşayış sahəsi) tərəflərin yəni mülkiyyətçiləri olan İddiaçı ilə cavabdeh X15 arasında ümumi mülkiyyətində olan payları naturada ayrıldığından, məhkəmə qərarının icrası ilə bağlı ona aid olan hissəsinə çıxarış və texniki pasport vermək vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** saylı ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il, **********2 xaricolma nömrəli tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-210/2023 saylı qətnaməsi ilə İdarə üzərinə icra ediləcək öhdəlik qoyulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı və X9 hissələrinə yerli baxış zamanı məlum olmuşdur ki, dövlət reyestrindən Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə qoşma edilən bölgü sxemində göstərilən payçıları bir birindən təcrid edən divar faktiki olaraq mövcud deyildir və qeyriyaşayış binasının 1 (bir) qapısı mövcuddur. Belə ki, qeyd olunan səbəblərdən qeyri-yaşayış binasının naturada bölünməsi mümkün deyildir. Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65c ünvanında yerləşən qeyri-yaşayış binası paylı mülkiyyət hüququ ilə X2, X9, İddiaçı, X3 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-36/2022 nömrəli qərardadı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 65C nömrəli qeyri-yaşayış sahəsinin (0,02046 ha torpaq sahəsi və 63,1 kv.m qeyri-yaşayış sahəsi) üzərinə 1/2 hissədə borclu X9 payı həcmində həbs qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

4. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X9 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65c saylı qeyri-yaşayış binası tərəflərin payına müvafiq olaraq naturada aşağıdakı qaydada ayrılması qərara alınmışdır: Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65 c saylı qeyri- yaşayış binasından 2, 4, 5, 9 , 13, 7 saylı dəhlizin daxilində yaranmış 2 kv.m sahə və 12 saylı otağın daxilində yaranmış 31,1 kv.m sahə tərəflərin birinə, digər hissələri tərəflərin digərlərinə düşməsi tərəflərin birinə qeyri-yaşayış sahəsindən 1/2 payına 31,4 kv.m , torpaq sahəsindən 96 kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 76.8 kv.m) və tərəflərin digərinə isə qeyri-yaşayış sahəsindən 1/2 payına 31,1 kv.m torpaq sahəsindən 103.kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 80.9 kv.m düşməsi.

5. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra vərəqəsində qeyd olunmuşdur ki, iddiaçı X13 ilə cavabdeh X9 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65 c saylı qeyri-yaşayış binası tərəflərin payına müvafiq olaraq naturada aşağıdakı qaydada ayrılmışdır: Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65 c saylı qeyriyaşayış binasından 2, 4, 5, 9, 13, 7 saylı dəhlizin daxilində yaranmış 2 kv.m sahə və 12 saylı otağın daxilində yaranmış 31.1 kv.m sahə tərəflərin birinə, digər hissələri tərəflərin digərlərinə düşməsi tərəflərin birinə qeyri-yaşayış sahəsindən 1/2 payına 31,4 kv.m, torpaq sahəsindən 96 kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 76.8 kv.m) və tərəflərin digərinə isə qeyri-yaşayış sahəsindən 1/2 payına 31,1 kv.m torpaq sahəsindən 103.kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 80.9 kv.m düşməsi

6. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən İcra sənədinə əsasən İddiaçı ilə cavabdeh X9 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65 c saylı qeyri-yaşayış binası tərəflərin payına müvafiq olaraq naturada aşağıdakı qaydada ayrılsın. Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65c saylı qeyri-yaşayış binasından 2, 4, 5, 9, 13, 7 saylı dəhlizin daxilində yaranmış 2 kv.m sahə və 12 saylı otağın daxilində yaranmış 31.1 kv.m sahə tərəflərin birinə, digər hissələri tərəflərin digərlərinə düşməsi tərəflərin birinə qeyriyaşayış sahəsindən ½ payına 31,4 kv.m , torpaq sahəsindən 96 kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 76.8 kv.m) və tərəflərin digərinə isə qeyri-yaşayış sahəsindən ½ payına 31,1 kv.m torpaq sahəsindən 103.kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 80.9 kv.m düşməsi... müəyyən edilmişdir.

7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən obyektin texniki pasportu arxivdə aşkarlanmamışdır. Çıxarışda göstərilən 203.1 m2 ümumi sahədən 63,1 m2-i 1/2 hissə X10 və 1/2 hissə X12 məxsusdur. Yalnız Arzu və Vüqarın hissələrinə baxış keçirilmışdir. Çıxarışda 63.1 m2 payçılara qeyd edilsə də, faktiki 162.8 m2 sahə mövcuddur, 190 m2 əlavə boş torpaq sahəsindən istifadə edilir. Ekspertizanın tərtib etdiyi bölgü sxeminə göstərilən payçıları bir-birindən təcrid edən divar faktiki mövcud deyil və obyektə yalnız 1 qapı mövcuddur. Bütün bu səbəblərdən obyektin naturada bölünməsi mümkün deyil.

8. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65c ünvanına xüsusi mülkiyyət hüququ X2 (0.0125 ha torpaq sahəsi və 90.0 kv.m qeyri-yaşayış sahəsi), X3 (0.02046 ha torpaq sahəsi və 50.0 kv.m qeyri-yaşayış sahəsi), X9 (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahədən ½ hissə) və İddiaçı (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahədən ½ hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunmuşdur ki, iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65 c ünvanında yerləşən qeyri-yaşayış binası paylı mülkiyyət hüququ ilə X2, X9, İddiaçı, X3 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X2, X9, X3 və X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh orqan işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X2, X9, X3 və X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.

11. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

15. X16 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

18. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X9 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65 c saylı qeyri-yaşayış binası tərəflərin payına müvafiq olaraq naturada aşağıdakı qaydada ayrılması qərara alınmışdır: Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 65 c saylı qeyri- yaşayış binasından 2, 4, 5, 9 , 13, 7 saylı dəhlizin daxilində yaranmış 2 kv.m sahə və 12 saylı otağın daxilində yaranmış 31.1 kv.m sahə tərəflərin birinə, digər hissələri tərəflərin digərlərinə düşməsi; tərəflərin birinə qeyri-yaşayış sahəsindən 1/2 payına 31,4 kv.m , torpaq sahəsindən 96 kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 76.8 kv.m və tərəflərin digərinə isə qeyri-yaşayış sahəsindən 1/2 payına 31,1 kv.m torpaq sahəsindən 103.kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 80.9 kv.m düşməsi.

19. Məhkəmə qeyd edir ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçının yekun məqsədi naturada bölünmə nəticəsində müəyyən olunmuş paya müvafiq olaraq qeyri yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən qeyri-yaşayış binasının naturada bölünməsi qaydası müəyyən olunarkən “tərəflərin birinə”, “tərəflərin digərinə” ifadələrindən istifadə olunmuş, hər bir paya uyğun olaraq onların aid olduğu şəxslərin adı konkret qeyd olunmamışdır.

20. Odur ki, mövcud olan qeyri-müəyyənlik səbəbilə konkret şəxs(lər)ə (tərəf(lər)ə) düşən payı müəyyən etmək və hazırkı vəziyyətdə iddiaçının adına müvafiq qeydiyyatın aparılması mümkün deyildir.

21. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli ümumi məhkəmə tərəfindən ekspert rəyinə əsasən əmlakın naturada bölgüsünün mümkünlüyünə əsaslanmaqla məhkəmə aktı qəbul edilmiş, lakin əmlakın həmin rəyə uyğun olaraq yerində real bölgüsü və sərhədləri müəyyən edilməmişdir. Belə ki, əmlaka dair müayinə aktından da görünür ki, payçıları birbirindən təcrid edən divar faktiki mövcud deyil və obyektə yalnız bir qapı mövcuddur. Qeyd edilən hal iddiaçı tərəfindən mübahisələndirilmir.

22. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi qətnaməyə izah verilməsi barədə ərizə ilə səlahiyyətli ümumi məhkəməyə (Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi) müraciət və ekspert rəyinə uyğun olaraq əmlakın real bölgüsünü aparmaqdır.

23. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

24. İddia tələbi mümkün sayılmadığından məhkəmə prosssual qənaət prinsipindən çıxış edərək cavabdeh tərəfindən təqdim edilən vəsatətə (üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı) münasibət bildirməyi zəruri hesab etmir.

25. İPM-in 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.

26. İPM-in 54.3-cü maddəsinə görə iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.

27. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti 65c saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 0,02046 hektar hissəsində və qeyri-yaşayış sahəsinin 63,1 kv metr hissəsinə Dövlət reyestrində qeydiyyata alınmış iddiaçı X8 1/2 hissəsində olan payının, həmin əmlakın yerləşdiyi torpaq sahəsinin 0,01023 hektar olması, qeyri-yaşayış sahəsinin 31,55 kv.metr olması məhkəmə tərəfindən müəyyən edilməklə Dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, iddianın dəyişdirilməsi onun mümkünüzlüyünü istisna etmədiyindən onun dəyişdirilməsinin qəbulundan imtina edilməlidir.

29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar