Məhkəmə qərarları › İş №2-1(112)-1424/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1424/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1424/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, hər hansı bir qanunsuz müdaxilənin qadağan edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadələrində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.018 ha və 0.038 ha torpaq sahələri üzərindəki hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən müdaxilələrin və mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, o cümlədən onların qanuni əsaslarla apardığı tikinti işlərinə qarşı hər hansı müdaxilə olunmasının cavabdehə qağadan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX ******* nömrəli çıxarışla İddiaçı2 Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,018 ha “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 687 nömrəli reyestr kitabının 65085 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX ******* nömrəli çıxarışla İddiaçı1 Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,038 ha “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 692 nömrəli reyestr kitabının 65499 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa həmin torpaq sahələrinə dair kadastr göstəriciləri müəyyən edilməklə verilmiş torpaq sahəsinin qaimələrində (sertifikatında) onun əsas döngə nöqtələrinin koordinatları, döngə nöqtələri arasındakı məsafə, torpaq sahəsinin qonşu sərhədləri göstərilmişdir. Həmçinin həmin torpaq sahələrinin koordinatlarının peyk vasitəsi ilə də yoxlanılması təmin edilmiş və torpağın iddiaçılara məxsus olması öz təsdiqini tapmışdır. Bundan sonra onlar həmin torpaq sahəsinin hasarlamasını həyata keçirmək istədikdə Suraxanı rayon İcra Hakimiyyətinin işçiləri iddiaçılara mane olmuş və əsas göstərmədən qanunsuz müdaxilələr etmişlər. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Suraxanı rayon İcra Hakimiyyətinin S-88-151 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən onlara bildirilmişdir ki, yerində baxış zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş (A №117188) torpaq sahəsinin ölçü planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən daş hasar çəkilməsi nəzərdə tutulan torpaq sahəsi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində olan məhəllədaxili avtomobil yolunun üzərinə düşdüyündən və sakinlərin narazılığına səbəb olduğunu nəzərə alaraq müraciətin müsbət həlli məqsədəmüvafiq hesab edilmir. Suraxanı rayon İcra Hakimiyyətinin A-166-151 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən onlara bildirilmişdir ki, yerində baxış zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş (A № 117189) torpaq sahəsinin ölçü planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən daş hasar çəkilməsi nəzərdə tutulan torpaq sahəsi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində olan məhəllədaxili avtomobil yolunun üzərinə düşdüyündən və sakinlərin narazılığına səbəb olduğunu nəzərə alaraq müraciətin müsbət həlli məqsədəmüvafiq hesab edilmir. Eyni zamanda bildiririk ki, İcra Hakimiyyətinin aidiyyəti vəzifəli şəxslərinin qəbulunda olsalar da, onlar həmin ərazinin Suraxanı rayonunun inzibati ərazisinə daxil olduğunu və həmin torpaq sahəsində hər hansı işlərin aparılması üçün rayon İcra Hakimiyyətindən icazə alınmalı olduğu lakin, rəsmi olaraq cavab verilən məktubda göstərilən hallara görə bunun mümkün olmadığını bildirmişlər. Onlar sadə vətandaş kimi hesab edirlər ki, onlara məxsus torpaq sahəsində aparacaqları hasarlama işləri həmin ərazidə yaşayan şəxslərin hüququna toxunmur, həmçinin onların istifadəsində olan ümumi yol heç bir plan ölçüdə və yaxud xəritədə öz əksini tapmamışdır. Bu səbəbdən də hesab edirlər ki, həmin vətəndaşlar tərəfindən “ümumi hesab edilən yol” qanunsuz olaraq onların mülkiyyətlərində olan torpaq sahəsindən keçir. Bu isə mülkiyyətçinin hər hansı bir formada razılığı və ya icazəsi olmadan özbaşına istifadədir. Təqdim etdikləri sənədlərə və mövcud qanunvericiliyin tələblərinə əsaslanaraq belə qənaətə gəlirlər ki, cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti onlara məxsus torpaq sahələrində hasarlama işlərinin aparılmasına müdaxilə etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX ******* nömrəli çıxarışda və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX ******* nömrəli çıxarışda torpaq sahəsinin təyinatı “yaşayış məntəqələrinin torpaqları” olması öz təsdiqini tapmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, vətəndaşlar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda RİH-ə müraciət edərək Hövsan qəsəbəsi, sahə 2 M və 2 K ünvanlarda yerləşən 180.0 kv.m və 380.0 kv.m torpaq sahələrinin daş hasara alınmasına münasibət bildirilməsini xahiş etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş (A № 117188) Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən daş hasar çəkilməsi nəzərdə tutulan torpaq sahəsi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində olan məhəllədaxili avtomobil yolunun üzərinə düşdüyündən və sakinlərin narazılığına səbəb olduğundan vətəndaşlar İddiaçı2 və İddiaçı1 müraciətlərinə RİH-in S-88-151 № xx.xx.2019-cu il tarixli və A-166- 151 № xx.xx.2019-cu il tarixli məktubları ilə cavab verilərək məsələnin müsbət həllinin məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, İddiaçı2 və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı2 ünvanlanmış S-88-151 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının torpaq sahəsinin daş hasara alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, yerində baxış zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş (A № 117188) Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən daş hasar çəkilməsi nəzərdə tutulan torpaq sahəsi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində olan məhəllədaxili avtomobil yolunun üzərinə düşdüyündən və sakinlərin narazılığına səbəb olduğunu nəzərə alaraq, müraciətin müsbət həlli məqsədəuyğun hesab edilməmişdir. İşdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış A-166-151 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının torpaq sahəsinin daş hasara alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, yerində baxış zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş (A № 117189) Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən daş hasar çəkilməsi nəzərdə tutulan torpaq sahəsi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində olan məhəllədaxili avtomobil yolunun üzərinə düşdüyündən və sakinlərin narazılığına səbəb olduğunu nəzərə alaraq, müraciətin müsbət həlli məqsədəuyğun hesab edilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 126 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün X6, Bakı şəhəri, Hövsan qəsəbəsi, 2 saylı sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair X5 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü, eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarış verilmişdir. X8 həmin torpaq sahəsininin 400 kv.m hissəsini X2, 200 kv.m hissəsini İddiaçı2, 400 kv.m hissəsini İddiaçı1, 200 kv.m hisəsini isə X4 xx.xx.2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən satmışdır. xx.xx.2016-cı il tarixdə X1, İddiaçı2, X3 və İddiaçı1 razılığına əsasən Daşınaz Əmlakın kadastrı və texnikii nventarlaşdırılması şöbəsi tərəfindən tərtib edilmiş həmin torpaq sahəsinin bölgü sxemi notarial qaydada təsdiq edilmişdir. Həmin bölgü sxemə əsasən hər sahədən 20.15 kv.m olmaqla, cəmi 80.6 kv.m yola görə azaldılmışdır. Bundan sonra İddiaçı2 məxsus 0.018 ha (180 kv.m) torpaq sahəsinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahə 2 M ünvanı verilərək, İddiaçı2 torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış və buna dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, 096818 nömrəli çıxarış və torpaq sahəsinin plan ölçüsü verilmişdir. Eləcədə, İddiaçı1 məxsus 0.038 ha (380 kv.m) torpaq sahəsinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, sahə 2k ünvanı verilərək, İddiaçı1 torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış və buna dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış və torpaq sahəsinin plan ölçüsü verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********86 nömrəli məktundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2 M saylı sahədə yerləşən torpaq sahəsinə dair qanunvericiliyə uyğun dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsi iddiaçıların qanuni mülkiyyətindədir. Onların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. İddiaçıların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydiyyata alınarkən tərəflərin razılığı ilə Daşınmaz Əmlakın kadastrı və texniki inventarlaşdırma şöbəsi tərəfindən bölgü sxemi tərtib edilmiş və həmin bölgü sxem notarial qaydada təsdiq edilmişdir. Sözügedən bölgü sxeminə əsasən iddiaçıların hər birinə məxsus sahədən 20.15 kv.m torpaq sahəsi məhəllə daxili yola görə azaldılmışdır. Bununla da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçılara məxsus torpaq sahələrinə dair qanunvericiliyə uyğun dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Məhkəmə hesab edir ki, qanunverciliyə uyğun olaraq iddiaçıların mülkiyyətinə ayrılmış torpaq sahəsində hər-hansı bir hasarlama işlərinin aparılmasına qanunsuz müdaxilə edilməsi iddiaçıların mülkiyyətçi kimi Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə qorunan hüquqlarının pozulması deməkdir ki, bu halda yol verilməzdir. Bu səbəbdən də, iddia tələbi təmin olunaraq, cavabdehin iddiaçılara münasibətdə mübahisələndirilən hərəkətləri qanunsuz sayılmalı, o cümlədən iddiaçıların qanuni əsaslarla apardığı tikinti işlərinə qarşı hər hansı müdaxilə olunması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsaəsn istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni istifadələrində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.018 ha və 0.038 ha torpaq sahələri üzərindəki hüquqlarının həyata keçirilməsinə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən edilən müdaxilələr və mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər qanunsuz hesab edilsin, iddiaçıların qanuni əsaslarla apardığı tikinti işlərinə qarşı hər hansı müdaxilə edilməməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar