Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14246/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının 2 saylı X1rşı “diaqnozun ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının 2 saylı X1rşı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 tərəfindən İddiaçı barəsində təyin edilmiş "baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixomatik daxilolmalarla" diaqnozun ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 üzərinə üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər qeyri-könüllü hospitalizasiya olunmuşdur. Belə ki, sağlamlıq vəziyyəti yerində olduğu halda, heç bir əsas olmadan "baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixomatik daxilolmalarla" diaqnozu qoyulmuşdur və həmin diaqnoz əsasında məcburi olaraq qeyri-qanuni şəkildə müalicədə olmuşdur. Halbuki, qeyd olunan diaqnoz yanlış qoyulmuşdur. Ona görə ki, onun sağlamlıq vəziyyəti yerindədir, öz hərəkətlərinin mənasını dərk edə və onları idarə edə bilir. Belə olan halda cavabdeh tərəfindən əsassız olaraq qoyulmuş diaqnoz nəticəsində hüquqları qeyriqanuni şəkildə pozulmuşdur. Məsələ ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, guya ki, onda psixotik əlamətlər mövcuddur və baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixomatik daxilolmalarla" diaqnozu qoyulmuşdur. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, məhkəmə diaqnozun ləğv edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul etməlidir.
3. İddiaçının müraciətinə cavabdeh məktubunda bildirmişdir ki, İddiaçı dəfələrlə Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicədə olmuşdur. Xəstə İddiaçı son dəfə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri 2 nömrəli X3 qeyri-könüllü hospitalizasiya olunmuşdur. “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla". Diaqnozu ilə müalicədə olmuşdur. Qeyd etmək lazımdır ki, İddiaçı Nəsimi Rayon Prokurorluğuna ünvanladığı məktubuna dair araşdırılma aparılmışdır. Bildiririk ki, xəstənin halına uyğun olaraq psixotik əlamətlər mövcuddur.
4. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ilk dəfə, X8 Stansiyasının göndərişinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yüngül ifadə olunmuş şəxsiyyət pozuntuları. Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, İddiaçı X8 Stansiyasının göndərişinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, Nəcəfov X6 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin göndərişinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müayinədə olmuşdur. Diaqnoz: “Baş Beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi”. Təkrarən, İddiaçı 3 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 2 nömrəli X3 müayinədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, İddiaçı 3 nömrəli Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 2 nömrəli X3 müayinədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, İddiaçı X8 Stansiyasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Sonuncu dəfə, İddiaçı X8 Stansiyasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur.Diaqnoz: “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla”.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
12. İddia tələbi İddiaçı barəsində təyin edilmiş "baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixomatik daxilolmalarla" diaqnozun ləğv edilməsindən ibarədir.
13. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yüngül ifadə olunmuş şəxsiyyət pozuntuları. Başbeyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Daha sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək stasionar müayinədə olmuşdur. Diaqnoz: “Baş Beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi”. Təkrarən, xx.xx.2022-ci il tarixdə müayinədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, xx.xx.2023-cü il tarixdə müayinədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla”.
14. Göründüyü kimi iddiaçı sözügedən xəstəlikdən uzun müddətdir əziyyət çəkir, cavabdeh Səhiyyə Nazirliyinin 2 nömrəli X5 dəfələrlə iddiaçını müayinə edərək, Həkim Psixiatr Komissiyasının qərarı ilə “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla” diaqnoz qoyulmuşdur.
15. İddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifənin cavabdehin üzərinə qoyulması onun hüquqlarına birbaşa müdaxilə hesab olunur.
1. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
2. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
3. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva