Məhkəmə qərarları › İş №2-1(112)-1425/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1425/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1425/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Sənan Xaliq oğlu İmanovun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baхaraq, müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil nazirliyinə qarşı X3 Universiteti tərəfindən adına verilmiş B16 111744 nömrəli, 30 iyun 2016-ci il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18 oktyabr 2019-cu il tarixdə cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmiş məhkəmənin hazırlıq icraatında iddiaçı vəsatətlə çıxış edərək bildirdi ki, cavabdehin imtina məktubunda göstərilən hal(aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə cavab vermədiyinə görə, ərizəsinin yenidən cavabdeh inzibati orqan tərəfindən araşdırılmasını xahiş etdi. Məhkəmənin iş üzrə qəbul edilmiş 2-1(82)-3021/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Rеspublikasının Təhsil nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə: X3 Universiteti tərəfindən adına verilmiş B 16111744nömrəli, 30 iyun 2016-ci il tarixli diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsil nazirliyinə təqdim edilməsi üçün İddiaçı 15 gün, “İnzibati İcraat haqqında”Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 30 gün müddət təyin edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Təhsil nazirliyi Bakı İnzibati Məhkəməsinə 30 yanvar 2020ci il tarixli, 18-18-04/12 nömrəli məktubla müraciət edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Rеspublikasının Təhsil nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3021/2019 saylı qərardadı icra edilmiş və Ekspert qrupu tərəfindən iddiaçı ilə yenidən müsahibə aparılaraq, ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Məcəllənin 67-ci maddəsinə göstərilmişdir: “67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır.” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Rеspublikasının Təhsil nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 67-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Rеspublikasının Təhsil nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar