Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1425/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçularının siyahısına daxil edilməsi" tələbinə dair iddiası üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan polkovnikleytenant 12 avqust 1993-cü il tarixdən 5 may 2015-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. Xidmət müddəti bitdiyinə görə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”j” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xidmət müddətində ləğv edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunaraq barəsində 2 il sınaq müddəti təyin edilmişdir. Hökmlə təyin olunmuş sınaq müddəti başa çatdığı üçün CM-nin 83.3.1-ci maddəsinin tələbinə müvafiq olaraq məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. CM-nin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində müvafiq qaydada qüsursuz xidmətlərə görə medallarla təltif edilmişdir. 7 noyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək N nömrəli hərbi hissədə səfərbərliklə baglı həqiqi hərbi xidmət müddətində Vətən müharibəsində döyüşlərdə aktiv iştirak etdiyinə görə Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən 30 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə “Şücaətə görə” və “Şuşanın azad olunmasına görə” medallarla təltif edilmişdir. Mövcud qanunvericilikdə, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən barəsində təyin edilmiş 2 il sınaq müddətinin onun hərbi xidmət müddətinə hesablanmaması barədə hər hansı bir müddəa yoxdur. Qanununun tələbinə uyğun olaraq qeyd edilən müddəa olmadığı halda keçdiyi 21 il 11 aydan çox hərbi xidmət müddəti hesablanmalıdır. İddiaçı bir neçə dəfə cavabdehə dövlət hesabına mənzillə təmin edilməsi üçün müraciətlər etsə də, cavabdeh tələbini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif edilmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdehin xx.xx.2023-ci il tarixli 3-25-4/2-4708/2023 saylı məhkəməyə ünvanlandığı etiraz məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 4069 nömrəli məktubunda İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddətinin (xx.xx.1993-xx.xx.2015, xx.xx.2020xx.xx.2020) 21 (iyirmi bir) il, 10 (on) ay, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2 il sınaq müddətinə məhkum edilməyi barədə qərarına əsasən məhkumluq müddətinin 2 (iki) il təşkil etdiyini, qeyd olunan hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim ilinin olmadığına görə onun dövlət vəsaiti hesabına mənzillə təmin olunması Fərmanın təsirinin xaricində olunduğu qeyd edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 4069 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklərin edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda 20 təqvim ili olarsa mənzil təminatına baxılmaq üçün adlı siyahıya daxil edilir. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddəti (xx.xx.1993-xx.xx.2015, xx.xx.2020-xx.xx.2020) 21 (iyirmi bir) il, 10 (on) ay, ACDİÜ Hərbi Məhkəmənin xx.xx.2008-ci il tarixli 2 il sınaq müddətinə məhkum edilməyi barədə qərarına əsasən məhkumluğ müddəti 2 (iki) il təşkil edir. Yuxarıda qeyd olunan hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim ili olmadığına görə onun dövlət vəsaiti hesabına mənzillə təmin olunması bu Fərmanın təsiri xaricindədir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 51 saylı arayışından görünür ki, 1976-cı il təvəllüdlü, ehtiyatda olan polkovnik-leytenant İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı ABKM-də müdavim kimi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2010-cu ıi tarixdən xx.xx.2011-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə zabit heyətində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0213 nömrəli əmri ilə HXH Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (oz arzusu ilə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə səfərbərliklə həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01445 nömrəli əmri ilə “HXH” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilmişdir. - ünvan 1 ünvanlanmış məktubundan görünür ki, iddiaçı ləğv edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 19 noyabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən İddiaçı təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunmuş və barəsində 2 (iki) il sınaq müddəti təyin edilmişdir. İddiaçı hökmlə təyin olunmuş sınaq müddəti başa çatdığı üçün Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinin tələbinə müvafiq olaraq o, məhkumluğu ödənilmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-19/2-1567/2023 saylı məktubu ilə məhkəməyə göndərilmiş iddiaçının xidmət dəftərçəsindən görünür ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müxtəlif hərbi vəzifələrdə xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0213 nömrəli əmri ilə HXH Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (oz arzusu ilə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə səfərbərliklə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01445 nömrəli əmri ilə “HXH” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilmişdir. - Müxtəlif medal vəsiqələrinə əsasən iddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqnda” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır(152-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 saylı Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Həmin Fərmanda şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi üçün iki əsas:
1. Şəxsin Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il və daha artıq xidmət etməsi;
2. Həmin xidmət illərinin qüsursuz olması tələb olunur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanı:
4. Aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilsin: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: ...3-2.3. məhkumluğun olduğu müddət. Hazırki işin hallarına görə iddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsini xahiş etmiş, cavabdeh orqanın iddiaçıya ünvanladığı imtina məktubuna əsasən iddiaçıya xidmət illərində məhkumluğu olduğuna görə adının mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına salınması üçün müsbət qərar qəbul edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə xüsusilə vurgulayır ki, sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən bərabərləşməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir. Odur ki, məhkəmə hesab edir ki, hüquq sisteminin ayrılmaz tərkib hissəsi olan sosial ədalətlilik prinsipi baxımından hazırki işin hallarına görə iddianın təmin edilməsi mövcud normalarla ziddiyyət təşkil etməyəcək. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı ehtiyatda olan polkovnikleytenant İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddəti xx.xx.1993-xx.xx.2015, xx.xx.2020-xx.xx.2020 illər üzrə hesablanmaqla 21 (iyirmi bir) il, 10 (on) ay 15 gün xidmət etmiş, bu müddətə ACDİÜ Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən şərti məhkumluq müddəti 2 (iki) il çıxmaqla 1 ay 15 gün xidmət müddətinin 20 il qüsursuz xidmət müddətinə çatmaması əsası ilə və digər tərəfdən də iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə” medallarla təltif olunmasının nəzərə almaması eyni vəziyyətdə olan şəxslərlə bağlı fərqli qərarlar qəbul etməklə ilk növbədə iddiaçıya münasibətdə ədalətlilik, habelə hüquqi müəyyənlik, bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı xx.xx.2011ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Naziliyinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 saylı 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Naziliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva