Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1426/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs “xxxxxxxx” ASC-yə qarşı çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “MARS-M” firmasına məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100,5 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin 130,0 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqla 130.0 kv.m qeyri-yaşayış sahəsinə dair çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-1426/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən “xxxxxxxx” ASC üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MARS-M” firmasına məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100,5 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin 130,0 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. “MARS-M” firması ilə onun arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli müqaviləyə əsasən satıcı öhdəsinə götürmüşdür ki, bir il müddətinə öz adına qeyd olunan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış aldıqdan sonra alıcıdan 520.000 manat alaraq əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini təmin edəcəkdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı öhdəsinə götürmüşdür ki, müqavilənin 1.4-cü bəndində göstərilən məbləği, yəni 520.000 AZN-i müqavilənin imzalandığı gün ödəyir. xx xxxxxxx 2013-cü il tarixdə müqavilə ilə şərtləşdirilmiş 520.000 AZN iddiaçı tərəfindən “MARS-M” firmasına ödənilmişdir.“MARS-M” firması müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan öhdəliyi yerinə yetirmədiyindən iddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət olunaraq ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100,5 kv.m qeyri-yaşayış sahəsinin 130 kv.metrdən ibarət olan (tərəflər arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, M-ƏK 30/10 saylı müqavilə əsasında tərtib olunmuş və satıcı tərəfindən təsdiq olunmuş eskizdə qeyd olunan hissə) qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış alaraq həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-1364/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.Ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100,5 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin 130,0 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müvafiq ərizə ilə tələb olunan sənədlər (notariat qaydasında təsdiq edilmiş surətləri) əlavə edilməklə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********43 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla müraciətinə imtina verilərək, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı və ərizəyə əlavə olan sənədlərin surət olduğu göstərilmişdir.Hesab edir ki, imtina əsassızdır, tərəfindən mülkiyyət hüqununun qeydə alınması üçün əsas olmuş bütün sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri qeydiyyat orqanına təqdim edilmişdir ki, həmin sənədlər də imtina məktubuna əlavə olunmamışdır. Cavabdeh orqan tərəfindən nümayəndəsinə qeyri-yaşayış sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması ilə bağlı müraciət olunmuş və sahəyə baxılmasına şərait yaradılmışdır. İnzibati orqanın bununla bağlı qeyd etdikəri tərəfindən başa düşülən deyil. Görünən odur ki, inzibati orqan qanuni və əsaslı müraciətinə imtina etnək üçün qanuni əsas tapmadığından qeyri-yaşayış sahəsinə baxılması ilə bağlı şərait yaradılmamasını imtina məktubunda qeyd etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X6 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarını nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 09 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Üçüncü şəxs “xxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının şifahi dinləmələr keçirilmədən baxılmasına razı olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********43 saylı, xx xxxx 2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair “Mars-M” firması ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında onun adına mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-1364/2018 saylı iş üzrə 1 saylı Bakı Ərazi İdarəsi tərəf kimi cəl olunmamış və İdarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bundan əlavə əmlak üzərinə Nərimanov Rayon Məhkəməsinin 2(005)-523/2017, 5(005)-485/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-3689/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1247/2019 saylı, xx.xx.2019-cu il tarixli bildirişinə əsasən qeydlər edilmişdir. Bundan başqa texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin müvafiq şöbəsinin mütəxəssisinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1364/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr qeyri-yaşayış sahəsinin 130 kv.metrdən ibarət olan (tərəflər arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, M-ƏK 30/10 saylı müqavilə əsasında tərtib olunmuş və satıcı tərəfindən təsdiq olunmuş eskizdə qeyd olunan hissə) qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alaraq həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh “Mars-M” firmasına həvalə edilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı barədə iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı korrupsiya faktı ilə əlaqədar müraciətlərin olub-olmaması, həmçinin müraciətlərə baxılmasının nəticəsi barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2019-cu il tarixli, ********* saylı məktubla bildirilmişdir ki, Baş İdarənin İstintaq İdarəsində İddiaçı müraciəti əsasında hər hansı cinayət işinin ibtidai istintaqı aparılmır. Lakin “Mars-M” firması tərəfindən ünvan 1 ünvanında inşa edilən qeyri-yaşayış sahəsindəki mağazaların ayrı-ayrı fiziki şəxslərə satıldıqdan sonra firmanın təsisçisi və direktoru X4 tərəfindən həmin qeyri-yaşayış sahəsinin ipoteka predmeti şəkilində bütövlükdə “xxxxxxxxx” ASC-nə girov qoyularaq külli miqdarda kredit vəsaitinin götürülməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********92saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası “Mars-M” firmasının mülkiyyətindədir və “xxxxxxxxx” ASCnin xeyrinə ipoteka ilə yüklüdür. Məhkəmə tərəfindən sorğu əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının “Mars-M” firması tərəfindən “xxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə əsas olmuş sənədlərin surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq xx xxxx 2020-ci il tarixli, **********55 saylı məktubla tələb olunan sənədlərin surəti məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş “xxxxxxxxx” ASC ilə “Mars-M” firması arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, **********30113/SİM saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, “Mars-M” firması xx xxxxxxx 2013-cü il tarixli **********30113 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin təmin edilməsi məqsədilə kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilən zirzəmi və 5 mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 kv.metr, əsas sahəsi 16043,1 kv.metr olan qeyri-yaşayış binasını ipoteka qoymuşdur. Həmin məktuba əlavə edilmiş “xxxxxxxxx” ASC ilə “Mars-M” firması arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, **********58815/SİM saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, “Mars-M” firması xx xxxx 2015-ci il tarixli, **********58815 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin təmin edilməsi məqsədilə kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilən zirzəmi və 5 mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 kv.metr, əsas sahəsi 16043,1 kv.metr olan qeyri-yaşayış binasını ipoteka qoymuşdur. Məhkəmə araşdırması dövründə üçüncü şəxs “xxxxxxxx” ASC-nin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxxxxxxx” ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2018-ci il tarixli qərarının surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxxxxxxx” ASCnin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, “Mars-M” firmasının “xxxxxxxxx” ASC-nə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. İşə bu Qərarda əsk olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətə yenidən baxılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, şikayətdən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi “MARS-M” firmasının ona məxsus torpaq sahəsi üzərində tikintisi başa çatmamış qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qabaqcadan dövlət qeydiyyatı həyata keçirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən hüquqların qabaqcadan dövlət qeydiyyatı haqqında arayış verilmişdir. Bundan sonra tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsi əsasında “xxxxxxxx” ASC-yə həmin əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair xx xxxx 2015-ci il tarixli çıxarış verilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı iddiasının əsası olaraq “Mars-M” firması ilə onun arasında bağlanmış M-ƏK 30/10 saylı, xx xxxxxxx 2013-cü il tarixli müqaviləyə və “Mars- M” firmasının direktoru tərəfindən verilmiş arayışa istinad etmişdir. İstinad olunan sənədlərdən görünür ki, iddiaçı ilə “Mars-M” firması arasında “Mars- M” firmasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin, 130 kv.metrdən ibarət olan hissəsinə dair müqavilə bağlanmışdır və həmin müqavilə üzrə əmlakın dəyəri olan 520000 manat iddiaçı tərəfindən “Mars-M” firmasına tam ödənilmişdir. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi əmlak hazırda “xxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Belə ki, “MARS-M” firmasının ona məxsus torpaq sahəsi üzərində tikintisi başa çatmamış qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qabaqcadan dövlət qeydiyyatı həyata keçirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən hüquqların qabaqcadan dövlət qeydiyyatı haqqında arayış verilmişdir. Bundan sonra “xxxxxxxxx” ASC ilə “Mars-M” firması arasında xx xxxxxxx 2013cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödəmək şərti ilə 60 ay müddətinə ******* manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 manat təşkil etmişdir. xx xxxx 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə borcalan xx xxxxxxx 2018-ci il tarixinədək 17.000.000 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda “Mars-M” firmasına məxsus ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.metr təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə xx xxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Göstərilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair “xxxxxxxxx” ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2015-ci il tarixli çıxarış verilmişdir. Hazırda “Mars-M” firması ilə “xxxxxxxxx” ASC arasında kredit borcunun ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. Həmin məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qərarlardan görünür ki, həmin məhkəmə mübahisəsinə Hacıyeva Könül Rəşid qızı və Ağa-zadə Afət Rəşid qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qoşularaq, “xxxxxxxxx” ASC-yə və “Mars-M” firmasına qarşı sonuncu ilə aralarında bağlanmış müqavilələrə əsasən onlara məxsus qeyri-yaşayış sahələrinə dair hissədə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə apelyasiya instansiya məhkəməsinə müraciət etmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, Hacıyeva Könül Rəşid qızı və Ağazadə Afət Rəşid qızı sözügedən ünvanda yerləşən 16100,5 kv.metrdən ibarət olan qeyriyaşayış sahəsinin bir hissəsinin “Mars-M” firması ilə aralarında bağlanmış müqavilələrə əsasən dəyərini ödəməklə almışlar və hazırki halda iddiaçı ilə eyni statusa malik olan şəxslərdir. Üçüncü şəxslərin tələbləri Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və Azərbaycan Respublikası Ali Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxxxxxxx” ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2018-ci il tarixli qərarına əsasən “Mars-M” firmasının “xxxxxxxxx” ASC-nə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. İşə bu Qərarda əsk olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətə yenidən baxılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edə şəxsin reyetsrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Lakin işə baxan apelyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 140 və 271.1-ci maddələrini düzgün şərt etməmiş, ipoteka müqaviləsini hissəvi etibarsız hesab etməklə yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın – iddiaçının məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi 130,0 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi də daxil olmaqla, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100,5 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi ümumilikdə “xxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyindən, həmin əmlak üzərində bankın məhdud əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, hazırki halda kredit müqaviləsindən irəli gələn öhdəliklərlə və ipoteka müqaviləsi ilə bağlı məhkəmə mübahisəsi davam etdiyindən iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması barədə tələbi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “MARS-M” firmasına məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100,5 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin 130,0 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqla 130.0 kv.m qeyri-yaşayış sahəsinə dair çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi üçün əsas olmadığından, cavabdehin imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1426/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1426/2020
09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver