Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14268/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qəbulundan çəkinmə” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarş iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun və ailə üzvlərinin (arvadı xx.xx.1979-cu il təvəllüdlü X8, qızı - xx.xx.2001-ci il təvəllüdlü X2, oğlu - xx.xx.2008-ci il təvəllüdlü X6 və qızı - xx.xx.2014-cü il təvəllüdlü X4) Azərbaycan Respublikasının ərazisində müvəqqəti qalma müddətinin 2024-cü ilin sonuna qədər uzadılmasını təmin etmək üçün Dövlət Miqrasiya Xidmətini onun və ailə üzvlərinin Azərbaycandan çıxarılması barədə deportasiya qərarının 2024-cü ilin sonuna qədər qəbul edilməsindən çəkindirməyə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasında xristian dini etiqadlarına görə təqib olunduqları üçün o və ailə üzvləri qaçqın kimi Azərbaycana qaçıb gəldilər. Bundan sonra onlara qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 04 avqust 2022-ci il tarixində müraciət etdilər. Lakin buna baxmayaraq Dövlət Miqrasiya Xidməti onlara təqib olumuş pakistanlı xristianlar kimi qaçqın statusu verməkdən imtina etmiş və 02 noyabr 2022-ci il tarixli, İQ-35/5 №-li imtina qərarını onlara təqdim etmişdir. Onlar bu qərarla razılaşmayaraq Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Belə ki, o və ailə üzvləri cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-35/5 nömrəli 02 noyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçı olaraq o İddiaçı öz ailə üzvləri ilə birlikdə (arvadı - xx.xx.1979-cu il təvəllüdlü X8, qızı - xx.xx.2001-ci il təvəllüdlü X2, oğlu - xx.xx.2008-ci il təvəllüdlü Miles Regulus D”Souza və qızı - xx.xx.2014cü il təvəllüdlü X7) 04 avqust 2022-ci il tarixli vəsatətimin təmin edilərək İddiaçı və ailə üzvlərinə qaçqın statusu qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(112)-4585/2023 saylı qərardadı ilə iddia tələbinin İddiaçıın ailə üzvlərinə (arvadı-xx.xx.1979-cu il təvəllüdlü X8, qızı- xx.xx.2001-ci il təvəllüdlü X2, oğlu- xx.xx.2008-ci il təvəllüdlü X6 və qızı-xx.xx.2014-cü il təvəllüdlü X9) qaçqın statusunun verilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(112)-45 85/2023 saylı qərarı ilə iddia rədd edilmişdir. O apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2350/2023 nömrəli iş üzrə 11 oktyabr 2023-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(112)- 4585/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 596/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-2350/2023 saylı iş üzrə 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda onun və ailəsinin həyatında gərgin vəziyyət yaranmışdır.Onların Pakistana deportasiya olunmağı üçün Dövlət Miqrasiya Xidmətinin əməkdaşları onları axtarır və onları zorla Pakistana qaytarmaq istəyirlər. X3 Xidmətində verdikləri ilk müsahibə zamanı dedikləri təhrif olunmuş, həqiqətlər yazıya alınmamışdır. Sadəcə dediyimiz mülahizələrdən və dəlillərdən tarixi faktları götürüb ailəsinin xristian (katolik) dini etiqadına görə təqib olunmaması kimi yanlış fikir formalaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və xx.xx.2022-ci il tarixli, İQ-35/5 №-li qərarla ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı və onun ailə üzvlərinin vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. İddiaçı qərardan narazı qalaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4585/2023 saylı qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ünvanlamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2350/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-4585/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 596/2024 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3132/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, DMX-nin qərarının məhkəmə orqanlarında mübahisələndirilməsi ilə bağlı hüququnu azad şəkildə müdafiə etmək üçün o, müvəqqəti şəhadətnamə ilə təmin olunmuşdur. Lakin şəxsin kassasiya şikayəti təmin edilməmiş və ona son dəfə verilmiş xx.xx.2023-cü il tarixli MŞ-72-2022 nömrəli müvəqqəti şəhadətnamənin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Şəxsə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsasının mövcud olmadığı müəyyən olunmuşdur. Əlavə olaraq, həmin Məcəllənin 79.1.4-cü maddəsinə əsasən qaçqın statusu verilməsindən imtina edildikdə müvafiq icra hakimiyyəti orqanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir. Həmin Məcəllənin 79.5.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərar əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi vaxtdan müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, habelə qaçqın statusu verilməsindən imtina edilmiş şəxslərin üzərinə 10 gün ərzində ölkəni tərk etmək öhdəliyi qoyur. Yenə həmin Məcəllənin 79.8-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, iddiaçı məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı ixtisaslı hüquqi yardım alaraq vəkillə və ya nümayəndəsi vasitəsilə ilə təmsil oluna və hüquqlarını həyata keçirə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,2.1,27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət etmişş, cavabdehin xx.xx.2022-ci il tarixli İQ-35/5 nörməli qərarı ilə ona və ailə üavərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-35/5 nömrəli 02 noyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçı olaraq o İddiaçı öz ailə üzvləri ilə birlikdə (arvadı xx.xx.1979-cu il təvəllüdlü X8, qızı - xx.xx.2001-ci il təvəllüdlü X2, oğlu - xx.xx.2008-ci il təvəllüdlü X6 və qızı - xx.xx.2014-cü il təvəllüdlü X7) 04 avqust 2022-ci il tarixli vəsatətinin təmin edilərək İddiaçı və ailə üzvlərinə qaçqın statusu qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4585/2023 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2350/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4585/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-596/2024 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3132/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iddiasında iddiaçı qaçqın statusunun verilməsindən imtina edildikdən sonra ölkə ərazisindən çıxarılması ilə bağlı qərarın qəbulundan çəkinməyi mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. -28.2-ci maddəsinə görə bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Miqrasiya Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -79.1. Müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə. 79.5. Kənara çıxarma haqqında qərar əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi vaxtdan həmin şəxslərin üzərinə aşağıdakı müddətlərdə ölkəni tərk etmək öhdəliyi qoyur: 79.5.2. müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, habelə qaçqın statusu verilməsindən imtina edilmiş şəxslər – 10 gün ərzində. Göründüyü kimi qaçqın statusunun verilməsindən imtina edilməsi ilə bağlı inzibati aktın sonrakı hüquqi nəticəsi müraciətin təminindən imtina edilmiş əcnəbinin ölkə ərazisindən çıxarılması ilə bağlı müvafiq tədbirlərin görülməsidir. Bu baxımdan iddiaçının hüquqi marağı ona qaçqın statusunun və yaxud ölkə ərazisində müvəqqəti yaşamağa dair icazənin verilməsi ilə bağlıdır. Lakin hazırkı işdən görünür ki, qaçqın statusunun verilməsi ilə bağlı mübahisə artıq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə öz həllini tapmışdır, bu halda hazırkı iddianın qaldırılmasına dair iddiaçının hüquqi marağı müəyyən olunmur. Eyni zamanda iddiaçıya qaçqın statusunun verilməsindən imtina edildiyi halda həmin inzibati aktdan doğan digər inzibati aktın qəəbulundan çəkinmə ilə bağlı iddia hüquqdan sui istifadəyə gətirib çıxarmaqla prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-14268/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14268/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver