Məhkəmə qərarları › İş №2-1(112)-1427/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1427/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1427/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “qeydiyyat ünvanının dəyişdirilərək yeni şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin vəsiqənin verilmə tarixini xx.xx.2016-cı il tarixi qeyd edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 X3 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi ilə əvəz edilməsini, onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin vəsiqənin verilmə tarixini xx.xx.2016-cı il tarixi qeyd edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X3 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək əsl olmayan iddiaçı əsl iddiaçı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixində Ağdaş rayonu, Ağcayazı kəndində doğulmuşdur. Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9 saylı sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzil növbəsinə qəbul edilmişdir. Güzəştli mənzil növbəsinə qəbul edildiyi vaxtdan-1992-ci ildən hazırkı vaxtadək Bakı şəhəri, Xəzər rayonu, X4 Liseyinin yataqxanasında qeydiyyatda olmuş və ona Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və X2 tərəfindən şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Xəzər rayonu, X4 Liseyinin yataqxanası göstərilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən yataqaxananın ünvanı Fioletov küçəsi 4 olaraq dəqiq göstərilmişdir, indiki ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 (X3) kimi qeyd edilmişdir. xx.xx.2016-cı il tarixində 5 saylı “ASAN xidmət" mərkəzi tərəfindən AZE seriyalı №******** saylı şəxsiyyət vəsiqəsi verilən zaman qeydiyyatda olduğu ünvan səhv olaraq ünvan 5 qeyd edilmişdir. Halbuki iddiaçı həmin ünvanda nə yaşamış, nə də orada qeydiyyata alınması ilə bağlı hər hansı müraciət etmişdir. İddiaçıya şəxsiyyət vəsiqəsi verildiyi vaxtdan uzun müddət sağlamlığında problemlər olduğundan yataq xəstəsi olmuş və şəxsiyyət vəsiqəsindəki səhvin səbəb və aradan qaldırılması ilə maraqlana bilməmişdir. Hazırda Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9 saylı Sərəncamı ilə iddiaçının 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzillə təmin edilməsi ilə əlaqədar yaşayış yerindən arayış tələb edilən zaman Bakı şəhəri, Xəzər rayonu, X4 Liseyinin yataqxanasında yaşamağı barədə arayışı ala bilməmişdir. Arayışın verilməməsinə səbəb kimi isə şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan kimi ünvan 6 bildirilmişdir. İddiaçı 30 ildir ki, mənzil növbəsi gözləyir. Hazırda şəxsiyyət vəsiqəsində səbəbləri ona məlum olmayan bir yanlışlıq üzündən gözlədiyi 30 ili hədər gedə bilər. İddiaçının yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanı deyildir. Həmin evin kimə məxsus olması və hansı əsasla, həmin ünvana qeydiyyata düşməsi barədə heç bir məlumatı yoxdur. İddiaçı şəxsiyyət vəsiqəsini dəyişən zaman həmin ünvanın sahibi iddiaçının həmin ünvana qeydiyyata düşməsi ilə bağlı razılıq ərizəsi təqdim etməmiş, iddiaçıya məlum olmayan şəxsə məxsus evə hansı səbəbdən (əgər varsa, hansı məqsədlə) qeydiyyata alınması barədə məlumatı yoxdur. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının şəsiyyət vəsiqəsindəki məlumatlara dəyişiklik edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. Həmin Qanunun 2016-cı il tarixdə qüvvədə olan 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır (Qanunun 2004-cü ildə olan redaksiyasına əsasən). İşdə olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2016cı il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzi tərəfindən şəxsiyyət vəsiqəsi verilmiş, bu zaman iddiaçının yaşayış yeri üzrə ünvanı “ünvan 7 İşdə olan X4 Liseyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan (ünvan 8 ünvanı X4 Liseyinin yataqxanasının ünvanı deyildir. X4 Liseyinin yataqxanasının düzgün ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə 1-dir. İddia ərizəsindən görünür ki, iddiaçı onun xx.xx.2016-cı il tarixədək yaşayış yeri üzrə ünvanının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X1, lakin xx.xx.2016-cı ildə yeni şəxsiyyət vəsiqəsi alarkən ünvanının yanlış olaraq ünvan 13yd edildiyini iddia edərək, xx.xx.2016-cı il tarixdən ünvanının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X3 kimi qeyd edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işdə olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-20701-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, İ.Əhmədov küçəsi, ev 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin Xəzər Rayon Polis İdarəsi tərəfindən ilk dəfə verilmiş AZE- 01703940 nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası həmin idarənin arxivində aşkar edilməmişdir. Göründüyü kimi, müvafiq inzibati orqan iddiaçıya ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən onun ünvanının ünvan 15 ona yeni şəxsiyyət vəsiqəsi verilərkən yanlışlıq olmadığını bildirmişdir. Bu halı işdə olan iddiaçıya məxsus AZE seriyalı, 01703940 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti də təsdiq edir. Belə ki, xx.xx.2004-cü il tarixdə Əzizbəyov RPİ tərəfindən iddiaçıya verilən həmin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının yaşayış yeri üzrə ünvanı xx.xx.2016-cı il tarixdə verilən AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindəki ünvanla eynilik təşkil etmiş, ünvan olaraq ünvan 16 qeyd edir ki, işdə olan iddiaçıya məxsus şəxsi vərəqədən görünür ki, o, xx.xx.1991-ci ildə Ağdaş rayonu, Ağcayazı kəndindən gələrək xx.xx.1991-ci il tarixdə Binə qəsəbəsi, Fioletov 4 ünvanında qeydiyyata alınmışdır, hansı ki, həmin ünvan hazırda İlqar Əhmədov 4 ünvanı ilə eynidir. Belə olan halda aydın olur ki, iddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi aldığı zaman yaşayış yeri üzrə düzgün olaraq ünvan 17 ünvanına qeydiyyata alınmış, daha sonra 50 yaşının tamam olması ilə əlaqədar 2016-cı ildə yeni şəxsiyyət vəsiqəsi alarkən yaşadığı yeni ünvanla bağlı hər hansı bir sənəd təqdim etmədiyindən yeni şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə ünvanı dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının yaşayış yerinin xx.xx.2016-cı il tarixdən etibarən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X3 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi barədə tələbi təmin edilə bilməz. İddiaçı tələbinin əsası kimi X4 Liseyinin 2007-ci il tarixli 96 saylı arayışına istinad etsə də, məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı hərəkətin edlməsini istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ünvanlanmış imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar