Məhkəmə qərarları › İş №2-1(112)-14282/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14282/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14282/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin mart, aprel, may, iyun və iyul ayının ilk 21 gününə görə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (İİ dərəcə) əmək pensiyasının hesablanaraq tam şəkildə iddiaçıya ödənilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin mart, aprel, may, iyun və iyul ayının ilk 21 gününə görə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (İİ dərəcə) əmək pensiyasının hesablanaraq tam şəkildə iddiaçıya ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildən etibarən İİ dərəcəli əlilliyi olan şəxs kimi əmək pensiyası almışdır. Onun əlillik statusu hər il tibbi müayinə nəticəsində yenilənmiş, bu əsasla pensiya ödənişləri davam etdirilmişdir. Sonuncu dəfə 18 fevral 2021-ci il tarixində əlilliyin müddəti başa çatmış, lakin dərhal sonra - 2021-ci ilin yanvar ayında yenidən müayinələrdən keçmək üçün yaşadığı ərazi üzrə 27 saylı poliklinikaya müraciət etmişdir. Poliklinika tərəfindən iddiaçıya ixtisaslaşdırılmış tibb müəssisəsinə (kardioloji mərkəzə) göndəriş verilmiş, o, həmin müayinələrdən keçmiş və tibbi sənədləri yenidən poliklinikaya təqdim etmişdir. Poliklinika bu sənədlər əsasında forma 88 tərtib edərək aidiyyəti üzrə göndəriləcəyini bildirmişdir. Lakin bu proses uzanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə dəfələrlə edilən zənglər nəticəsində yalnız sənədlərin yoxlamada olduğu cavabı alınmışdır. Üç aydan artıq müddət ərzində cavab verilmədiyindən, 2021-ci ilin may ayında yenidən əlaqə saxlanıldıqda bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə xəstəlik açıq şəkildə əks olunmur. Bunun nəticəsində iddiaçı yenidən müayinəyə göndərilmiş, ikinci dəfə forma 88 hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Buna baxmayaraq, 2015-2020-ci illərdə dövlət müəssisələrində tibbi müayinələrin olmaması əsas göstərilərək əlilliyin bərpasından imtina edilmişdir. Daha sonra iddiaçı əlillərin reabilitasiya mərkəzinə müraciət edərək, həm dövlət. həm də özəl tibb müəssisələrində 2015-2021-ci illərdə keçdiyi bütün müalicə və müayinə sənədlərini, dərman reseptlərini təqdim elmişdir. Bu sənədlər əsasında onun əlillik statusu 20 iyul 2021-ci il tarixindən bərpa olunmuş və əmək pensiyasının ödənişi həmin tarixdən etibarən yenidən başlanmışdır. Burada qeyd olunmalıdır ki, iddiaçı əlilliyin müddəti bitdikdən dərhal sonra qanuni prosedurlara uyğun şəkildə yeni əlillik qiymətləndirilməsi üçün müraciət elmişdir. Lakin sənədlərin təqdimatı, yoxlanması və cavablandırılması ilə bağlı yaranmış gecikmələr onun nəzarət imkanları xaricində olmuş, yalnız cavabdeh qurumların koordinasiyasızlığı və ləng fəaliyyəti ilə bağlı baş vermişdir. Nəticədə 2021-ci ilin mart, aprel, may, iyun və iyul ayının ilk 21 günü üzrə iddiaçı əmək pensiyası ala bilməmiş, həmin dövrdə rəsmi təqaüdçü kimi qeydiyyatda olsa da, faktiki olaraq gəlirsiz vəziyyətdə qalmışdır. Pandemiya dövründə tətbiq edilən sosial yardım proqramlarından da təqaüdçü statusunda göründüyü üçün yararlana bilməmişdir. Bu səbəbdən həm maddi, həm də psixoloji baxımdan zərər çəkmiş, borc içində yaşamışdır. İddiaçının əlillik müddəti 18 fevral 2021-ci il tarixində bilmiş, yeni əlillik 21 iyul 2021-ci il tarixində təsdiq olunmuşdur ki, bu da qanunla müəyyən edilmiş 6 aylıq müddəi daxilindədir. Bu halda, iddiaçı həmin keçid dövründə də əlilliyi olan şəxs kimi tanınmalı və ona bu dövr üzrə əmək pensiyası ödənilməli idi. Cavabdehin bu dövr üzrə ödənişi rədd etməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzında bildirmişdir ki, iddiaçı 17 iyun 2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək ona 2021-ci ilin mart, aprel, may, iyun və iyul ayının ilk 21 gününə görə pensiyanın ödənilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli 3-17-1/2- X-163127/2025 nömrəli imtina məktubu ilə ona qeyd etdiyi dövrlərdə qüvvədə olan əlilliyinin olmaması və əlilliyinin bərpa olunmasının qanunvericilikdə olan dəyişiklikdən əvvələ təsadüf etməsi osas gətirilərək tələbinin təmin olunmasının mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinin xx.xx.2008-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 20 il 10 ay 5 gün sığorta stajına uyğun olaraq 2004-2005-ci illər üzrə orta aylıq əməkhaqqının 48 faizi və xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3,46 manat (2008-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən (Qanunun 32.1-1- ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli müraciətinizdən 3 il əvvələ) 482,08 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyası məbləği indeksləşdirilərək 01.01,2023-cü il tarixindən 572,06 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 636,13 manata, xx.xx.2025-ci il tarixindən 687,66 manata çatdırılmışdır. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı təkrar müayinə əsasında xx.xx.2021-ci il tarixindən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlilliyi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qanunda qeyd olunan dəyişiklik xx.xx.2021- ci il tarixindən (iddiaçının əlilliyinin növbəti təyinat tarixindən sonra) qüvvəyə mindiyindən, İddiaçı 2021-ci ilin mart, aprel, may, iyun və iyul ayının ilk 21 gününə görə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (İİ dərəcə) əmək pensiyasının hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək) hesablanmış fərq məbləği cari ilin iyul ayından iddiaçının aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. Analoji işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2025-ci il tarixli 2-1(102)-691/2025 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə xx.xx.2021-ci il tarixli, 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu yeni normanın əlilliyi olan şəxslərin 25.07,2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir. Sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. İşin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. İddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdu. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Faktiki hallar və sübutlar. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron iformasiya sistemi “Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayış”dan görünür ki, İddiaçı xx.xx.2021-ci ildən müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 11 iyul 2025-ci il tarixli 3-17-1/2-X-163127/2025 nömrəli “Əlilliyə görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 12.1ci maddəsinin xx.xx.2008-ci ii tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib, hazırda ödənişi davam etdirilir. Pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1976-cı il tarixindən xx.xx.1981 -ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 20 il 10 ay 5 gün sığorta stajına uyğun olaraq 2004- 2005-ci illər üzrə orta aylıq əməkhaqqının 48 faizi və xx.xx.2006-cı il tarixindən xx.xx.2006cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3,46 manat (2008ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən (Qanunun 32.1-1- ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli müraciətindən 3 il əvvələ) 482,08 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyası məbləği indeksiəşdirilərək xx.xx.2023-cü il tarixindən 572,06 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 636,13 manata, xx.xx.2025-ci il tarixindən 687,66 manata çatdırılmışdır. Nazirliyin elektron informasiya ehtiyatlarında oian məlumatlara əsasən təkrar müayinə osasında xx.xx.2021-ci ii tarixindən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlilliyiniz müəyyən edilib. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxü olmaqla, əlilliyi olan şəxs hesab ediür. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qanunda qeyd olunan dəyişiklik xx.xx.2021-ci il tarixindən (əlilliyinizin növbəti təyinat tarixindən sonra) qüvvəyə mindiyindən, sizə ərizənizdə qeyd etdiyiniz dövr üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Ötən dövr üzrə (xx.xx.2022ci il tarixindən xx.xx.2025-ci il tarixinədək) hesablanmış fərq məbləği cari ilin iyul ayından aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/1-X-142677/2025 nömrəli Qərarı ilə İddiaçı pensiya məbləği yenidən hesablanmış və 687.66 manat müəyyən edilmişdir. Qeyd: əlillik müddəti bitdikdən sonra 6 ay ərzində, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ödənilməyən pensiya aylarının məbləği ötən dövr olaraq ödənilir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununa əsasən 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqlivə ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının mübahisələndirdiyi zaman kəsiyində (xx.xx.2021 - xx.xx.2021) qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun göstərilən müddəalarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli 356- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci ildən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir”. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir. Sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik oldluğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixdən sonra yaranmış münasibətlərə şamil edilməlidir. Cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin mart, aprel, may, iyun və iyul ayının ilk 21 gününə görə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (İİ dərəcə) əmək pensiyasının hesablanaraq tam şəkildə iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar