Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14286/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 847 nömrəli xx.xx.2016-cı il tarixli qərarı əsasında mənə - müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” müəyyən edilməsinə dair izah verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1-ci Qarabağ müharibəsi zamanı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə xəsarət almış və həmin gündən xx.xx.1993-cü ilədək 2ay 15 gün olmaqla 230 saylı hərbi hospitalda müayinə və müalicə olunmuşdur. Diaqnoz isə “sol bazu-çiyin nahiyəsini dəlib keçən qəlpə yarası, deltayabənzər əzələnin dağılması olmuşdur. Daha sonra xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə qədər Müdafiə Nazirliyinin Hərbi Kliniki Hospitalında müayinə və müalicə olunmuş və yaralanmanın nəticələri- diaqnoz “sol çiyin oynağının qəlpə yaralanmasıdır”. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 847 nömrəli xx.xx.2016-ci il tarixli Qərarına əsasən qeyd olunmuşdur ki, aldığı xəsarət hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Qərarda həmçinin hərbi xidmət dövründə 1995-ci ilin iyun ayında aldığım və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğum travmanın nəticələri-diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasmın-baş-beyin silkələnməsinin zəif astenizasiya əlamətləri ilə təzahür olunan nəticəsi”, xəsətlik-diaqnoz isə “sol aşağı ətraf venalarının varikoz genişlənməsi, 1-ci dərəcəli xroniki venoz çatşmazlığı” qeyd edilmişdir. İddiaçı dəfələrlə əlilliyə bərpa edilməyi üçün ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətlər etmiş, təxminən 7 dəfə (həm onlayn müraciət, həm də əyani komissiya zamanı) imtina aldıqdan sonra nəhayət, Bakı İnzibati Məhkəməsinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvale edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdi. Sonda hər üç instansiya məhkəməsi də iddiaçının lehinə qərar qəbul etdiyindən Bakı İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2-1(112)-1757/2023 nömrəli qərarı cavabdeh qurum tərəfindən icra edilmiş və idiaçıya xx.xx.2021-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirilməklə əlaqədar 5 il müddətinə xx.xx.2026-ci il tarixinədək ikinci dərəcə əlillik təyinatı verilmişdir. Tibbi sənədlərin təhlili - X1 reabilitasiya kartasmdan çıxarış, AR SN Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin arayışı və təsdiq edir ki, iddiaçı döyüş zonasında çoxsaylı travmalar almışdır və üzərindən illər keçməsinə baxmayaraq xəsarətin izləri hələ də davam edir, hazırda gündəlik həyatında xeyli çətinliklərlə qarşılaşır. Əlilliyin təyin edilməsi bu qədər uzunmüddətli və keşməkeşli proses olmuşkən, üstəlik vətənin ərazi bütövlüyü, müstəqilliyinin müdafiəsi ilə əlaqədar şücaət göstərən hərbi qulluqçu olaraq 5 il müddətinə əlilliyin təyin edilməsi ədalətli qərar deyildir. Həmçinin səhhətini və yaşını da nəzərə alsaq, hər dəfə cavabdeh quruma əlilliyə bərpa ilə bağlı müraciət etməyi çox ağır prosesdir. Ən azından əsaslı araşdırma aparılaraq iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi mümkün ola bilərdi. Sağlamlıq vəziyyəti ilə bağlı tibbi sənədlərin təhlili və son müayinələrin nəticələrinə əsasən, iddiaçının əlilliyinə səbəb olan halın müharibə ilə əlaqədar olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, əlillik səbəbinin müvafiq şəkildə qeyd edilməməsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 847 nömrəli xx.xx.2016-ci il tarixli Qərarı rəhbər tutularaq iddiaçıya əlillik təyin edilmişdir. Belə ki, müvafiq qərarda qeyd edilən “hərbi travmalar Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi məhz mənim “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanlar” siyahısına aid olduğunu təsdiq edir. Lakin iddiaçıya “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik təyin edilmişdir. Məhz bu səbəbdəndir ki, iddiaçı qanunda nəzərdə tutulan çoxsaylı güzəştlərdən yararlana bilmir. Məhkəmənin hazırki iş üzrə tarixli Qərardadı ilə iddia tələbi “əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 847 nömrəli xx.xx.2016-cı il tarixli qərarı əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 2750003AAFJT nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Vətandaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 847 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sol bazu-çiyin nahiyəsinin dəlib-keçən qəlpə yarası, deltayabənzər əzələnin dağılması. Sol çiyin oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Deltayabənzər əzələnin hissəvi çatışmazlığı" diaqnozlu travmanın səbəq əlaqəsi Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Keçirilmiş qapalı kəlləbeyin travmasının baş beyin silkələnməsinin (xx.xx.1995) zəif astenizasiya əlamətləri ilə təzahür olunan nəticəsi" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" və "Sol aşağı ətraf venalarının varikoz genişlənməsi, İ dərəcəli xroniki venoz çatışmazlıqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol bazuda yaralanmadan sonra köndələn 10-12 sm uzunluğunda kobud dəri çapığı izlənilmişdir, lakin hərəkətləri sərtbəst etmiş, əzələ atrofiyası və funskional pozuntu müşahidə olunmamışdır. Nevroloji ocaqlı əlamətlər hazırda müəyyən edilməmişdir.. Reflekslər norma daxilində, Romberq vəziyyətində dayanıqlılıq qeyd olunmuşdur. Əlillik təyinatına əsas verən venoz çatışmazlıq əlamətləri izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra qərardan narazı qalan vətəndaş məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2023 saylı 07 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli, 2750003AAF14 saylı tibbi göndəriş əsasında (Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 847 nömrəli qərar nəzərə alınmaqla) əlilliyin təyin edilməsi vəzifəsi Agentliyə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərarından tərəfimizdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2- 1(103)-2471/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2- 1(102)-2660/2024 nömrəli Qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Qərar qanuni qüvvəsini aldığından icraya yönəldilmiş və İddiaçı xx.xx.2022-ci il tarixli, 2750003AAF14 saylı tibbi göndəriş əsasında (Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 847 nömrəli qərar nəzərə alınmaqla) xx.xx.2021-ci ildən 5 il müddətinə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar Əsasnamənin 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...diaqnozu ilə əlillik təyin edilmişdir. Hazırki halda məhkəmə qərarı tam icra edilmişdir. Göründüyü kimi, iddiaçı barədə verilmiş MHHK qərarında 3 fərqli diaqnoz qeyd edilmişdir. Qərar verilərkən əlillik təyinatına əsas verən diaqnoz və onun MHHK qərarında müəyyən edilən xəstəlik qanuni formada nəzərə alınmışdır. Hazırki halda iddiaçının ilkin təyinatı 2016-cı ildə müəyyən olunduğu üçün qanunvericilikdə nəzərdə tutulan müddətlə bağlı şərtlər ödənmədiyi üçün iddiaçının əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı tələbi də əsassız hesab edilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. II. Tərəflərin izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. III. Tədqiq edilən sübutlar və faktiki hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 847 nömrəli Qərarında qeyd olunmuşdur ki, Qazax RHK tərəfindən 1984-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi 230 saylı hərbi hospitalda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sol bazu-çiyin nahiyyəsinin dəlib keçən qəlpə yarası, deltayabənzər əzələnin dağılması” və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanmanın nəticələri - diaqnoz: “Sol çiyin oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Deltayabənzər əzələnin hissəvi çatmamazlığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Xətai rayon idarəsinin xx.xx.2016-cı il tarixli 217 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 292 nömrəli arayışı, 230 saylı hərbi hospitaldan verilmiş xx.xx.1993-cü il tarxli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN Mərkəzi Hərbi Hospitaldan verilmiş xx.xx.1998-ci il tarixli çıxarış epikrizləri, MN MHHK həkim mütəxəssisinin rəyi ilə təsidiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”, və hərbi xidmət dövründə 1995ci ilin iyun ayında aldığı və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticələri diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasının- baş beyin silkələnməsinin (xx.xx.1995) zəif astenizasiya əlamətləri ilə təzahür olunan nəticəsi” (MN Mərkəzi Hərbi Hospitaldan verilmiş xx.xx.1997-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqun rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”, və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi MN Mərkəzi Hərbi Hospitalda müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Sol aşağı ətraf venalarının varikoz genişlənməsi, İ dərəcəli xroniki venoz çatışmazlıqla” (MN Mərkəzi Hərbi Hospitaldan verilmiş xx.xx.1997-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a), c) və ç) yarımbəndləri. TSEK-Müayinələr: - xx.xx.2016-cı il tarixində “keçirilmiş qapalı kəllə-beyin travmasının sonrakı davamlı qalıq əlamətləri baş beyin silkələnməsi, posttravmatik ensefolatiya, qabarıq astenonevrotik sindrom” diaqnozun mətni ilə 5 il müddətinə ilkin ikinci dərəcə əlillik (2.2.9. qabarıq yaddaş əifliyi, idrakın enməsi, emosional labillik, vetibülyar pozuntular, gömə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəksin nəzərəçarpan veg...) təyin edilmişdir (Səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar). - xx.xx.2022-ci il tarixində “keçirilmiş KBT-dən sonrakı davamlı qalıq əlamətləri. Posstravmatik ensefalopatiya. Sol bazunun yumşaq toxumalarının yuxarı 1/3-nin dəlibkeçən güllə yaralanması, deltayabənzər əzələnin didilmiş-cırılmış yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və nəzərəçarpan yaddaş zəifliyi ilə. OU-angiopatiya. Presbiopiya. Diskogen mənşəli bel-oma radikulopatiyası. L4-L5, L5-S1 fəqərəarası disklərin protuziyası. Hepatosteatoz. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi” diaqnozun mətni ilə 5 il müddətinə təkrar ikinci dərəcə əlillik (2.2.9. qabarıq yaddaş əifliyi, idrakın enməsi, emosional labillik, vetibülyar pozuntular, gömə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəksin nəzərəçarpan veg...) təyin edilmişdir (Səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar). Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1757/2024 nömrəli Qərarı ilə İddiaçı xx.xx.2022-ci il tarixli 2750003AAF14 saylı tibbi göndəriş əsasında (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 847 nömrəli qərar nəzərə alınmaqla) əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 2471/2024 nömrəli Qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1757/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2660/2024 nömrəli Qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-2471/2024 nömrəli qərarından cavabdeh tərəfindən velmş kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tibbiekspertizası təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli T960/2025 saylı Ekspert Rəyində qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı təyin olunmuş “Keçirilmiş KBT-dan sonrakı davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Sol bazunun yumşaq toxumalarının yuxarı 'A-nın dəlib-keçən güllə yaralanması, deltayabənzər zələnin didilmiş-cırılmış yaralanmasından sonrakı bərkimiş dəri çapığı, üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və nəzərə çarpan yaddaş yaddaş zəifliyi ilə. OU-angiopatiya. Presbiopiya. Diskogen mənşəli bel-oma radikulopatiyası. L4-L5, L5-S1 fəqərəarası disklərin protuziyası. Hepatosteatoz. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi” diaqnoz ilə Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə müəyyən edilmiş “sol çiyin oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Deltayabənzər əzələnin hissəvi çatmamazlığı, keçirilmiş qapalı kəllə-beyin travmasının baş beyin silkələnməsinin zəif atnizasiyası əlamətləri ilə təzahür olunan nəticəsi, sol aşağı ətraf venalarının varikoz genişlənməsi, İ dərəcəli xroniki venoz çatışmazlıqları” diaqnoz ümumən eynilik təşkil edir. IV. İddianın növü və mümkünlüyü İddia tələbi İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür. V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşmasıvə ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ...1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;.... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Vİ. Məhkəmənin mövqeyi
Məhkəmə ilk növbədə müəyyən edir ki, İddiaçı xx.xx.2016-cı il tarixində “keçirilmiş qapalı kəllə-beyin travmasının sonrakı davamlı qalıq əlamətləri baş beyin silkələnməsi, posttravmatik ensefolatiya, qabarıq asteno-nevrotik sindrom” diaqnozun mətni ilə 5 il müddətinə ilkin ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə xx.xx.2022-ci il tarixində “keçirilmiş KBT-dən sonrakı davamlı qalıq əlamətləri. Posstravmatik ensefalopatiya. Sol bazunun yumşaq toxumalarının yuxarı 1/3-nin dəlib-keçən güllə yaralanması, deltayabənzər əzələnin didilmiş-cırılmış yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və nəzərəçarpan yaddaş zəifliyi ilə. OU-angiopatiya. Presbiopiya. Diskogen mənşəli beloma radikulopatiyası. L4-L5, L5-S1 fəqərəarası disklərin protuziyası. Hepatosteatoz. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi” diaqnozun mətni ilə 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı ona təyin edilmiş ikinci dərəcə əlilliyi mübahisələndirmir. İddiaçı sadəcə təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsini cavabdeh orqandan tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi zamanı tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 847 nömrəli Qərarına əsasən Qazax RHK tərəfindən 1984-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi 230 saylı hərbi hospitalda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sol bazu-çiyin nahiyyəsinin dəlib keçən qəlpə yarası, deltayabənzər əzələnin dağılması” və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanmanın nəticələri diaqnoz: “Sol çiyin oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Deltayabənzər əzələnin hissəvi çatmamazlığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Xətai rayon idarəsinin xx.xx.2016-cı il tarixli 217 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 292 nömrəli arayışı, 230 saylı hərbi hospitaldan verilmiş xx.xx.1993-cü il tarxli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN Mərkəzi Hərbi Hospitaldan verilmiş xx.xx.1998-ci il tarixli çıxarış epikrizləri, MN MHHK həkim mütəxəssisinin rəyi ilə təsidiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”, və hərbi xidmət dövründə 1995-ci ilin iyun ayında aldığı və xx.xx.1997-ci ildən xx.xx.1997ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticələri - diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasının- baş beyin silkələnməsinin (xx.xx.1995) zəif astenizasiya əlamətləri ilə təzahür olunan nəticəsi” (MN Mərkəzi Hərbi Hospitaldan verilmiş xx.xx.1997-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqun rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”, və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi MN Mərkəzi Hərbi Hospitalda müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Sol aşağı ətraf venalarının varikoz genişlənməsi, İ dərəcəli xroniki venoz çatışmazlıqla” (MN Mərkəzi Hərbi Hospitaldan verilmiş xx.xx.1997-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a), c) və ç) yarımbəndləri. Məhkəmə qeyd edir ki, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə səbəb olmuş xəstəliyin (keçirilmiş KBT-dən sonrakı davamlı qalıq əlamətləri. Posstravmatik ensefalopatiya. Sol bazunun yumşaq toxumalarının yuxarı 1/3-nin dəlib-keçən güllə yaralanması, deltayabənzər əzələnin didilmiş-cırılmış yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və nəzərəçarpan yaddaş zəifliyi ilə. OU-angiopatiya. Presbiopiya. Diskogen mənşəli bel-oma radikulopatiyası. L4-L5, L5-S1 fəqərəarası disklərin protuziyası. Hepatosteatoz. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 847 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq edilmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli T960/2025 saylı Ekspert Rəyində qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı təyin olunmuş “Keçirilmiş KBT-dan sonrakı davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Sol bazunun yumşaq toxumalarının yuxarı 'A-nın dəlib-keçən güllə yaralanması, deltayabənzər zələnin didilmiş-cırılmış yaralanmasından sonrakı bərkimiş dəri çapığı, üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və nəzərə çarpan yaddaş yaddaş zəifliyi ilə. OUangiopatiya. Presbiopiya. Diskogen mənşəli bel-oma radikulopatiyası. L4-L5, L5-S1 fəqərəarası disklərin protuziyası. Hepatosteatoz. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi” diaqnoz ilə Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə müəyyən edilmiş “sol çiyin oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Deltayabənzər əzələnin hissəvi çatmamazlığı, keçirilmiş qapalı kəllə-beyin travmasının baş beyin silkələnməsinin zəif atnizasiyası əlamətləri ilə təzahür olunan nəticəsi, sol aşağı ətraf venalarının varikoz genişlənməsi, İ dərəcəli xroniki venoz çatışmazlıqları” diaqnoz ümumən eynilik təşkil edir. Odur ki, İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi dəyişdirilməlidir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1230/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-2315/2022 nömrəli qərarları). Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. İddiaçı bildirir ki, əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı forma 88 tərtib olunması üçün səhiyyə müəssisəsinə hər hansı müraciəti olmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, Qaydaların tələbinə əsasən, (3.2-ci bənd) əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunduqdan sonra Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul etməli olduğu müəyyən edilmiş, bu zaman hər hansı göndərişin rəsmiləşdirilməsi və ya əyani müayinə tələbi nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X6