Məhkəmə qərarları › İş №2-1(112)-143/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-143/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-143/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X8 idarəsi işə cəlb edilməklə “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxsin nümayəndəsi X3 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X8 İdarəsi işə cəlb edilməklə “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çin Xalq Respublikasının “X17 Material Co” LTD şirkətindən 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə ünvanına göndərilmiş və bundan sonra ünvanına göndəriləcək “PVC coated film” yəni “çap banerləri (parçaları)” adlı malların XİF MN üzrə 5903 10 900 0 təsnifat kodu altında sinifləşdirilməklə müvafiq gömrük rəsmiləşdirilməsinin aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə fərdi sahibkarlıq subyekti (fiziki şəxs olaraq) kimi qeydiyyata alınmışdır. Sahibkarlıq fəaliyyətinin əsas istiqaməti kimi “Reklam məhsulların topdan və pərakəndə satışı” təşkil edir. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq yeni reklam məhsullarının satışını təşkil etmək məqsədi ilə ölkəyə müxtəlif adda xammallar idxal edir. Belə ki, tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı idxal olunan mallar arasında “PVC coated film” yəni çap banerləri (parçaları) adlı mal vardır. Həmin mallar uzun müddətdir ki, tərəfindən “Çin Xalq Respublikasının “X17 Material Co” LTD şirkətindən alınaraq ölkəyə idxal olunur. Sonuncu dəfə bağlanmış 07 yanvar 2022-ci il tarixli, 1701/22 nömrəli müqaviləyə əsasən “Çin Xalq Respublikasının “X17 Material Co” LTD şirkətindən müxtəlif invoyslar ilə “PVC coated film” yəni çap banerlərinin (parçalarının) müxtəlif vaxtlarda tərəfindən ölkəyə idxal olunmuş və həmin mallara görə cavabdeh tərəfindən ona idxal vergisi tətbiq edilməmişdir. Ölkəyə idxal olunan həmin malların təsnifat kodu istehsalçı tərəfindən verilmiş mənşə sertifikatı, həmçinin, gömrük sənədi olan malın CMR və invoysda göstərilən koda uyğun olaraq müəyyən olunur. Hazırki vəziyyətdə həmin malın mənfə sertifikatında, CMR və invoysda malların təsnifat kodu “5903 10 900 0” kimi qeyd olunmuşdur. Həmin malların mənşə sertifikatında olan hazırki kod Çin Xalq Respublikasının Ticarət və Sənaye Palatası tərəfindən verilmiş təsnifat kodudur və həmin kodun tərəfindən və yaxud da, hər hansı şəxs tərəfindən dəyişdirilməsi qeyrimümkündür. Bundan başqa, malların ixrac bəyannaməsində belə malın təsnifat kodu “5903 10 900 0” kimi qeyd olunur. Həmin mallara “Azərbaycan Respublikasının xarici X13 nomenklaturası, X9 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında 500 saylı, 17 noyabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici X13 Nomenklaturası, X9 X10 X1 əsas Şərhetmə Qaydalarının Xİ bölməsinə əsasən tərəfindən “PVC coated film” adda ölkəyə idxal edilmiş mallar 59 qrupa aid edilir. XİF MN üzrə 5903 10 900 0 təsnifat kodu olmaqla tarif dərəcəsi (gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 0 məbləği ilə hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən idxal olunan malların XİF MN üzrə 5903 10 900 0 təsnifat kodu kimi tərəfindən səhv bəyan edilməmiş və həmin idxal olunan mallara idxal rüsumu tətbiq olunmur. Bununla bağlı bildirir ki, həmin adda mallar tərəfindən 4 ildən artıq müddətdir ki, XİF MN 5903 10 900 0 təsnifat kodu üzrə ölkəyə idxal olunur və 40 tipli bəyannamələr tərtib edilərək həmin mallara Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən idxal rüsumu tətbiq edilməmişdir. Sonuncu dəfə, ünvanında 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli, GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə idxal olunan yuxarıda qeyd olunan eyni adlı mallar üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi yenidən məhkəmə qərarlarına, həmin mallar üzrə əvvəlki bəyannamələrə və digər hüquqi sənədlərə (mənşə sertifikatı, gömrük sənədi olan malın CMR və invoysda göstərilən koda, malların ixrac bəyananməsinə) məhəl qoymayaraq əsassız və qanunsuz olaraq idxal olunmuş həmin malları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İpək Yolu Postunda saxlamış, nəticədə ona 2.800,00 (iki min səkkiz yüz) ABŞ dolları və 1.600,00 (bir min altı yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bu səbəbdən tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış olduğu şikayətlərdən sonra cavabdeh İdarədən ona zəng gələrək mallara dair 61 tipli gömrük bəyananməsi tərtib edilməklə yəni məhsul saxlanca verilməklə, malları çıxara biləcəyi bildirilmiş, o, məcburiyyət qarşısında qalaraq sürücülərin xərclərini əlavə ödəməmək üçün malları boşaltmaq məcburiyyətində qalmışdır. Tərəfindən idxal olunan “PVC coated film” yəni, çap banerlərinin (parçalarının) adlı malların tərkibinə və təsnifat koduna dair onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı onun xeyrinə yekunlaşan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2706/2019 saylı, xx.xx.2019cu il tarixli və 2-1(102)-3446/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qərarlarının olmasına baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi yenidən eyni adlıl, xassəyə, əlamətə və mənşə sertifikatına malik ünvanına 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar üzrə idxal olunan 6 konteyner “PVC coated film” adlı mallara başqa təsnifat kodu tətbiq etmək məqsədi ilə malların nümunələrini götürərək ekspertiza təyin olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X11 İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-012/0xx-xx/007933 nömrəli, 28 oktyabr 2022-ci il tarixli müraciəti əsasında 28 oktyabr 2022-ci il tarixdə təqdim olunmuş sənədlər və 03 noyabr 2022-ci il tarixdə təqdim olunmuş “PVC coated film” adlı nümunələr üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X11 İdarəsi tərəfindən aparılmış, 07 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən təqdim olunmuş sənədlər və nümunələr əsasında onun ünvanına 07 sentyabr 2022-ci il tarixli, GLJF220626+710+713 nömrəli və 18 avqust 2022-ci il tarixli, GLJA220522 nömrəli invoyslar üzrə idxal olunan mallardan təqdim olunmuş nümunələr üzrə - GLJA220626+710+713 nömrəli invoysun 1-ci mövqeyi üzrə 1-ci bəndinə görə malların səthi sıxlığını müəyyən etmək mümkün olmadığından səthi sıxlıqlarına müvafiq olaraq 56 qrupa aid edilməklə, XİF MN üzrə 5603 11 100 0, 5603 12 100 0 və 5603 14 100 0 kodları altında sinifləşdirilmiş, (tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 15 ABŞ dolları); GLJA220626+710+713 nömrəli invoysun 1-ci mövqeyi üzrə 2, 3 və 4-cü bəndləri, 59 qrupa aid edilməklə, XİF MN üzrə 5903 90 990 0 kodu altında sinifləşdirilmiş (tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 0 məbləği) və; GLJA220522 nömrəli invoysun 1-ci mövqeyi üzrə 1-ci bəndi, 56 qrupa aid edilməklə, XİF MN üzrə 5603 12 900 9 kodu altında (tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 15 ABŞ dolları) sinifləşdirilmişdir. Ekspert rəyi ilə bağlı qeyd edir ki, necə ola bilər ki, eyni adlı, xassəli, mənfə sertifikatlı və biri digərindən əlamətləri ilə fərqlənməyən mallar müxtəlif invoyslar altında gəlməsinə baxmayaraq, Azərbaycan Respublikası Gömrük Komitəsinin X11 İdarəsinin eksperti tərəfindən kəskin fərqlənan mallar qrupu üzrə qruplaşdırılmış və müxtəlif XİF MN üzrə kodlaşdırılmışdır. Bundan başqa, ekspert eyni adda, xassəyə, mənşə sertifikatına və əlamətlərə malik malların bir qismini “Pambıq keçə və ya fetr və toxunmamış materiallar, xüsusi iplik, ciyərlər kəndirlər, kanatlar və troslar və onlardan məmulatlar” 56-cı qrupu, digər qismini isə “Hopdurulmuş, üzlüklü və ya təkrarlanmış tekstik materialları, texniki təyinatlı tekstil materialları” 59-cu qrup üzrə təsnifatlandırılmışdır. Bundan başqa, ekspert tərəfindən GLJA220626+710+713 nömrəli invoysın 1-ci mövqeyi üzrə 1-ci bəndi üzrə ekspert tərəfindən bir mala dair dörd təsnifat kodu verirsə və ekspertiza idarəsi malların səthi sıxlığını müəyyən edə bilmrsə və eyni mallara müxtəlif tənsifat kodu verirsə bu artıq ekspertiza deyil, hüquqdan kəanr öz dərnək fəaliyyətidir. Həmin kodlu mal hopdurulmuş, plastmass material ilə örtülmüş və ya təkrarlanmış materiallar kateqoriyasına aid olub, toxuculuq (tekstil) məmulatıdır və gömrük tarifi 0 % təşkil edir. Lakin, X8 İdarəsi tərəfindən malın XİF MN üzrə müxtəlif kodlar kimi müəyyənləşdirilmişdir ki, həmin kodlar üzrə gömrük dərəcəsi isə 15 % təşkil edir. Tərəfindən malın XİF MN üzrə kodunun “5903 10 900 0” olduğunu qeyd etsə də, cavabdehin əməkdaşları bunu qəbul etməyərək X11 İdarəsi tərəfindən malın kodunun dəyişdirilməsini əsas gətirərək MGEİ-nin verdiyi kodla gömrük rəsmiləşdirilməsini tələb edirlər. Bundan başqa, hazırki mallar ilə bağlı əvvəlki tarixlərdə ölkəyə gətirilən mallarla eyni növlü olmasına baxmayaraq, X8 İdarəsi tərəfindən həmin mallara dair bir dəfə də XİF MN görə 3921 90 900 0 alt yarımmövqeyində sinifləşdirilmişdir. Göründüyü kimi, X8 İdarəsinin ekspertlər tərəfindən eyni adlı məhsul müxtəlif ziddiyyətli kod altında sinifləşdirilmişdir. Cavabdehin əməkdaşları da, ekspertizanın rəyinə istinad etməklə malın təsnifat kodunun idxal vergisi olan kod üzrə gömrük rəsmiləşdirilməsini ondan tələb etmələri səbəbindən tərəfindən 40 tipli bəyannamnin rəsmiləşdirilməsinə şərait yaradılmır. Lakin, qoyduqları tələb qanunsuz olduğundan gömrük rəsmiləşdirilməsi həyata keçirilmir. Bütün bunlar bir daha o halı təsdiq edir ki, cavabdeh heç bir qanuna və məhkəmə qərarlarına məhəl qoymamaqla onun sahibkar kimi hüquqlarını pozur.

3. Məhkəmənin 2-1(112)-4536/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X8 İdarəsi iş üzrə aid cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Çin Xalq Respublikasının “X17 Material Co” LTD şirkətindən 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə iddiaçının ünvanına göndərilmiş “PVC coated film” yəni “çap banerləri (parçaları)” adlı malların XİF MN üzrə 5903 10 900 0 təsnifat kodu altında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının təqdim etdiyi gömrük bəyannamələrində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün ekspert rəyinin verilməsi məqsədilə X8 İdarəsinə müraciətlər edilmişdir. Həmin müraciətlərin nəticəsində keçirilmiş ilkin ekspertizalara əsasən cavabdehə elektron formada göndərilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ekspert rəylərində bəyan edilmiş malların təsnifat kodunun fərqli kod ilə sinifləşdirildiyi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, cavabdeh hazırki iş üzrə X11 İdarəsinin malların təsnifat kodu üzrə verdiyi rəyləri əsas tutur və tərəflərindən X11 İdarəsinin verdiyi rəyə zidd olaraq gömrük rəsmiləşdirilməsinin aparılması mümkün deyildir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

11. İş materiallarına müqavilə, invoys, bəyannamələr, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X8 İdarəsi tərəfindən verilmiş ekspert rəyləri əlavə edilmişdir.

12. Məhkəməninin müvafiq qərardadları ilə təyin edilmiş məhkəmə texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi barədə qərardadlarının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən aşağıdakı rəylər daxil olmuşdur: - xx.xx.2023-cü il tarixli, 9/5854 nömrəli ekspert rəyinə əsasən “X17 Material Co” LTD şirkətindən 18 aavqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə iddiaçının ünvanına göndərilmiş malların aparılmış tədqiqat nəticəsində təqdim edilmiş nümunənin üst örtüyü adi gözlə görünən, diametri 7 mm olan silindrin ətrafına sınmadan sarılması mümkün olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici X13 nomenklaturası, X9 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən həmin nümunənin malın ixrac bəyananməsində və invoysda göstərilən “5903 10 900 0” nömrəli koda uyğunluğu müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli, 9/1781 nömrəli ekspert rəyinə əsasən əsasən “X17 Material Co” LTD şirkətindən 18 aavqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli invosylarla iddiaçının ünvanına göndərilmiş malların aparılmış tədqiqat nəticəsində təqdim edilmiş nümunələrdə armaturlaşdırma aparılmadığı, üst örtüyü adi gözlə görünən, 15-300 C tempraturunda diametri 7 mm olan silindirin ətrafına sınmadan sarılması mümkün olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici X13 nomenklaturası, X9 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən həmin nümunələrin, yəni reklam bannerlərinin “5903 10 900 0” nömrəli alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı malların rəsmiləşdirilməsi ilə bağlı cavabdehə bəyannamə təqdim edərək müraciət etmiş, cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilməyərək, iddiaçının təqdim etdiyi bəyannamədə göstərilmiş malın XİF mal nomenklaturasındakı kod ilə razılaşmayaraq, gömrük ekspertizası təyin edilmiş, təyin edilmiş gömrük ekspertizasının nəticəsindən narazı qalan iddiaçı, cavabdeh tərəfindən malların təqdim edilmiş gömrük bəyannaməsinə əsasən gömrük rəsmiləşdirilməsinin aparılmayacağı qənaətinə gələrək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı bəyannamə təqdim etməsini inzibati orqana müraciət, həmin bəyannamənin cavabdeh tərəfindən rəsmiləşdirilməməsini isə inzibati orqanın həmin müraciətdən imtinası kimi qiymətləndirərək hazırki iddianı mümkün hesab edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:

20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur iki, İddiaçı tərəfindən Çin Xalq Respublikasından mallar idxal olunmuş və sözügedən mallar “5903 10 900 0” kod ilə iddiaçının ünvanına göndərilmiş, iddiaçı gömrük bəyannaməsində sözügedən malları “5903 10 900 0” kodu ilə bəyan edərək gömrük dəyərinin 0% olmasını bəyan etmiş, sözügedən mallar barəsində Bakı Baş Gömrük İdarəsindən X8 İdarəsinə göndərilən sorğuya əsasən ekspertiza aparılmış və ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli və 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli invoyslar ilə idxal olunan “PVC coated film” yəni “çap banerləri (parçaları)” adlı mallar istifadə olunan materiallar baxımından XİF MN görə 5603 11 110 0, 5603 12 100 0, 5603 13 100 0, 5603 14 100 0, 5609 90 990 0 və 5603 12 900 9 alt yarımmövqeyində, 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoys ilə idxal edilmiş mallar isə istifadə olunan material baxımından XİF MN-ə görə 5903 90 990 0 alt yarımmövqeyində sinifləşdirilir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən idxal edilmiş malları sözügedən qruplara aid edərək iddiaçı tərəfindən bəyan edilmiş malların “5903 10 900 0” kodu altında rəsmiləşdirilməsindən imtina etmişdir.

21. Cavabdehin imtinasının dəlillərinin hər tərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən müvafiq qərardadlar ilə təyin edilmiş məhkəmə texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi barədə qərardadlarının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/5854 nömrəli və xx.xx.2024-cü il tarixli, 9/1781 nömrəli ekspert rəylərinə əsasən “X17 Material Co” LTD şirkətindən 18 aavqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə iddiaçının ünvanına göndərilmiş malların aparılmış tədqiqat nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici X13 nomenklaturası, X9 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən “5903 10 900 0” nömrəli alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmişdir.

22. Məhkəmə həmin ekspert rəylərini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir.

23. Beləliklə məhkəmə, işin məhkəmətərəfindən araşdırılmış hallarına və keçirilmiş ekspertizalar üzrə alınmış ekspert rəylərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən “X17 Material Co” LTD şirkətindən 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə idxal edilmiş malların cavabdeh tərəfindən tələb edilən kodlarla uyğunlaşdırılması düzgün deyildir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici X13 nomenklaturası, X9 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə Qrup 59-a aid olan qeydlərdə göstərilir ki, 5903 mal mövqeyinə aşağıdakılar daxil edilir: (a) aşağıdakılar istisna olmaqla, istənilən səthi sıxlıqlı və istənilən təbiətli plastmasla (bərk və ya məsaməli) hopdurulmuş, örtülmüş və ya təkrarlanmış tekstil materiallar: (1) hopdurulması və örtüyü adi gözlə görünməyən materiallar (adətən, 50 – 55- ci, 58-ci və ya 60-cı qruplar); bu zaman hər hansı bir rəng dəyişməsi nəzərə alınmır; (2) 15 - 300 C temperaturunda diametri 7 mm olan silindrin ətrafına sınmadan sarınması mümkün olmayan məmulatlar (adətən, 39-cu qrup); (3) tekstil materialı tamamilə plastmasın və ya rezinin daxilinə yerləşdirilmiş, və ya hər iki tərəfdən adi gözlə görünən (bunun nəticəsində yaranmış rəng dəyişməsi nəzərə alınmır) belə örtüklə örtülmüş məmulatlar (39-cu qrup); (4) qismən plastmasla örtülmüş və belə emalın nəticəsində üzərinə şəkil əks olunmuş materiallar (adətən, 50 - 55-ci, 58-ci və ya 60-cı qruplar); (5) tekstil materialı yalnız armaturlaşdırmaq üçün nəzərdə tutulmuş məsaməli plastmasla birləşmədə olan tekstil materialdan lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər (39-cu qrup); və ya (6) 5811 mal mövqeyinin tekstil məmulatları; (b) 5604 mal mövqeyindəki plastmasla hopdurulmuş, örtülmüş və ya üzlüklü saplardan, yastı və ya analoji saplardan materiallar.

25. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: Maddə 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə 121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Maddə 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Maddə 148.3. Malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. M a d d ə 319. Xarici X13 nomenklaturası 319.1. Xarici X13 nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.2. Xarici iqtisadi X1 şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi X1 ayrılmaz hissəsidir. 319.3. Xarici X13 nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici X13 nomenklaturası X4 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X12 Edilmiş Sisteminə və X5 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 319.5. Xarici X13 nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. M a d d ə 321. Malların təsnifatı 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici X13 nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların xarici X13 nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici X13 nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

28. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

29. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Çin Xalq Respublikasının “X17 Material Co” LTD şirkətindən 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə İddiaçı ünvanına göndərilmiş “PVC coated film” yəni “çap banerləri (parçaları)” adlı malların XİF MN üzrə 5903 10 900 0 təsnifat kodu altında rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar