Məhkəmə qərarları › İş №2-1(112)-14302/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14302/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14302/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9ə qarşı “şəhadətnamənin verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair üzrə iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9ə qarşı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 1 ünvanında yerləşən (“Leyla” kiçik müəssisəsini ayrica tikili) olan qeyri-yaşayış tikililərdə paya münasibətdə onun da payı göstərilməklə yeni şəhadətnamənin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı ünvan 1 ünvanında yerləşən “Leyla” kiçik müəssisəsinin əmlakında paya malik olmuşdur. Mülkiyyətçi olduğu “Leyla” müəssisəsi vaxtı ilə xx.xx.1993-cü il tarixdən Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin nəzdində “Leyla” kiçik müəssisəsi kimi fəaliyyət göstərmişdir. xx.xx.2001-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Leyla” kiçik müəssisəsi “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət Mülkiyyətinin özəlləşdirilməsi proqramına” müvafiq olaraq özəlləşdirilmiş və ona Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025ci il tarixdə “Medleks “Vəkil Bürosuna unvanladığı cavab məktubunda qeyd edibmişdir ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 1 MK- 3369 saylı 11 noyabr 2002-ci il tarixli qətnaməsinə əsasən sözügedən daşınmaz əmlaka dair hissəsi ləğv edilmişdir. Odur ki Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 1 MK-3369 saylı 11 noyabr 2002-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, “təsisçilikdən, ortaqlıqdan çıxarılması qət edilsə də, həmin daşınmaz əmlakda olan payıma münasibətdə isə heç bir mövqe bildirilməmişdir. Bu da onu deməyə əsas verir ki, təsisçilikdən çıxarılsa da, həmin əmlak üzərində mülkiyyət hüququ saxlanılmışdır. Lakin buna baxmayaraq, onun mülkiyyət hüququ kobudcasına pozulmaqla Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 saylı şəhadətnamə dəyişdirilmiş və onun adı qeyd olunmadan xx.xx.2004-cü il tarixdə 002871 nömrəli mülkiyyət hüququ haqqında yeni şəhadətnamə verilmişdir. Məhkəmə qətnaməsində onun mülkiyyətçi olaraq şəhadətnamədən adının çıxarılması nəzərdə tutulmasa da, əsassız olaraq şəhadətnamədə mülkiyyətçi kimi göstərilməmiş və əmlak üzərində mülkiyyət hüququndan məhrum olmuşdur. Adıçəkilən əmlakda payı olmağına baxmayaraq, onun razılığı və məlumatı olmadan mülkiyyət hüquqularının pozulmaqla, adı həmin şəhadətnamədən çıxarılmış və payı qanunsuz şəkildə özgəlləşdirilmişdir. Halbuki, həmin şəhadətnamədə (xx.xx.2001-ci il tarixli 001154 saylı) də birbaşa göstərilirdi ki, əmlak alıcının toxunulmaz mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin ləğv edilməsinə dair, və onun payını əks etdirən yeni şəhadətnamənin verilməsi tələbi ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Lakin ona bununla bağlı xx.xx.2025-ci il tarixli əsaslandırılmayan cavab məktubu göndərilmişdir. Sözügedən problemin məhkəmə yolu ilə həll edilməsinə və bu iş üzrə məhkəmədə ədalətli qərar çıxarılacağına inanaraq məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-21-3-02/2-M-0181-xxxx/2025 nömrəli görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 nömrəli xx.xx.2001-ci il tarixli şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən (“Leyla” kiçik müəssisəsini ayrıca tikili) X5 və digərlərinin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi departamenti mülkiyyət hüququ haqqında 002871 nömrəli xx.xx.2004-cü il tarixli şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən (“Leyla” kiçik müəssisəsini ayrıca tikili) X3, X6, X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21739/2025 **********39 nömrəli məktubdan görünür ki, İddiaçı adına ümumbirgə payda ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına dair Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 nömrəli, xx.xx.2001-ci il tarixli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-3369 nömrəli, xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən sözügedən daşınmaz əmlaka dair hissəsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kolegiyasının xx.xx.2002-ci il tarixli MK-3369/02 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı və X1 “vəzifəli şəxslərin hərəkətindən şikayətləri barədə” ərizələri əsassız olduğu üçün təmin edilməmiş, iddiaçılar “Leyla” tam ortaqlı müəsisəsinin direktoru X6 və direktor müavini X3 cavabdeh İddiaçı qarşı “təsisçilikdən, ortaqlıqdan çıxarılmaya dair” qarşılıqlı iddiaları təmin edilmiş, İddiaçı “X7 və ortaqlarının tam ortaqlı “Leyla” müəsisəsinin ortaqlığından və təsisçilyindən çıxarılmış, “Leyla” tam ortaqlı müəsisəsi tərəfindən İddiaçı onun malik olduğu 5.0625% pay haqqı, yəni, ******* manat ödənilmiş, Qətnamənin İddiaçı “X7 və ortaqlarının tam ortaqlı “Leyla” müəsisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması və həmin müəssisə tərəfindən İddiaçı onun malik olduğu 5.0625% pay haqqı, yəni, ******* manat ödənilməsi eyni vaxtda icra edilmiş, İddiaçı “Leyla” tam ortaqlı müəsisəsinin təsisçiliyindən ortaqlıqdan çıxarılması ilə əlaqədar Nizamnamədə müvafiq dəyişikliklər edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-6- 8/2-16705/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 1MK-3369/2002 nömrəli mülki iş xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-6- 8/2-17158/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 1MK-3369/2002 nömrəli mülki iş xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon Məhkəmə Nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin xx.xx.2002-ci il tarixli məktubundan göründüyü kimi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kolegiyasının xx.xx.2002-ci il tarixli MK-3369/02 nömrəli icra vərəqəsinə əsasən İddiaçı “Leyla” müəsisəsinin ortaqlığından və təsisçilyindən çıxarılmaqla “Leyla” tam ortaqlı müəsisəsi tərəfindən İddiaçı onun malik olduğu 5.0625% pay haqqı, yəni, ******* manat ödənilmişdir. Pay haqqının götürülməsindən imtina olunduğuna görə, məbləğ məhkəmənin depozit hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı qeyri-yaşayış tikililərinə şəhadətnamənin və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkmə kollegiyasının xx.xx.2002-ci il tarixli 1MK-3369/02 nömrəli qətnaməsi ilə İddiaçı “X7 və ortaqlarının tam ortaqlı “Leyla” müəsisəsinin ortaqlığından və təsisçilyindən çıxarılmış, “Leyla” tam ortaqlı müəsisəsi tərəfindən İddiaçı onun malik olduğu 5.0625% pay haqqı, yəni, ******* manat ödənilməsi qərara alınmışdır. İddiaçı ifadəsində qeyd edilən məbləğin ödənildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələb üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, qanuni qüvvədə olan qətnamə ilə İddiaçı pay haqqı ödənilməklə təsisçilikdən və ortaqlıqdan çıxarılmışdır. Qətnamə icra olunmaqla pay haqqı depozit hesaba köçürülmüşdür. Beləliklə, iddia olunan hüquqa dair əsas mövcud deyildir. Odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Qeyd edilən Qərara əsasən subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə bir daha qeyd edir ki, iddiaçı iddia etdiyi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına dair hüquqi marağının mövcudluğunu (subyektiv hüququnu) təsdiq edən sənəd əlavə etməmiş, iddiaçıya hüquqi yardım edilərək subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Lakin qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1, 2, 3, 16 və 35- ci maddəsini rəhbər tutaraq, məhkəmə

qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar