Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1431/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 08.06.2021-ci il tarixli, **********2684 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində tərtib olunmuş 23.04.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında 08.06.2021-ci il tarixli, **********2684 nömrəli qərar qəbul edilmiş və Cəmiyyət 6000 (altı min) manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Çıxarılmış qərar ədalətsiz, qeyri-qanuni və qeyri-obyektivdir. Belə ki, dünyada, eləcə də ölkədə sürən ağır pandemiya şəraitində vətəndaşların dərman məhsulları ilə təchizatı ilə məşğul olan apteklərin fəaliyyətinə böyük ehtiyac duyulur. Belə bir dövrdə apteklər barədə bəzən ədalətsiz və qeyri-obyektiv surətdə vergi yoxlamalarının aparılması nəticəsində cərimələnməsi ölkə sahibkarlığının, xüsusilə də əczaçılıq fəaliyyətinin inkişafına ağır zərbələr vurur. Belə bir zərbələrdən birini də İddiaçı 23.04.2021-ci il tarixdə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, E.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski və Təbriz küçələrinin kəsişməsi ünvanında fəaliyyət göstərən Aptek 91-də həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı almışdır. Aptekdə yoxlama aparılarkən fəaliyyətdə olan satıcı X1 hadisə ilə əlaqədar təqdim etdiyi izahatına əsasən o, aptekdə xidmətdə olduğu dövrdə 23.04.2021-ci il tarixdə saat 12:30 radələrində iki nəfər mülki geyimdə olan əməkdaş aptekə girmişlər. Onlar kənarda söhbət edərək alış-satışı müşahidə etmişlər. Sonra satıcıya yaxınlaşıb ondan çek istəmişlər, o da öz növbəsində onların kimliyini soruşmuş və özlərini təqdim etmələrini istəmişdir. Onlar da bildirmişlər ki, vergi xidmətinin əməkdaşlarıdır, aptekdən maska aldıqları zaman çek vurulmamışdır. Satıcı da öz növbəsində çeki təqdim etmişdir, vergi əməkdaşları onlara baxmışlar. Belə ki, aptekdə olan Azsmart kassa aparatında yaranan nasazlığa görə çek vurulmuşdur, lakin gec çıxmışdır. Vergi əməkdaşı bərpa çekini çıxardarkən satıcı ona öz etirazını bildirmişdir ki, niyə görə bərpa çeki çıxardılır, çünki çek artıq mövcuddur və sonra satıcı çeki təqdim etmiş və vergi əməkdaşları da çeki götürmüşlər. ”Zeytun Pharmaceuticals’' MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 08.06.2021-ci il tarixli, **********2684 nömrəli qərar qəbul olunarkən qeyd edilən obyektiv hallar nəzərə alınmamış və hadisənin mahiyyətinə hərtərəfli, tam və obyektiv surətdə diqqət yetirilməmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.04.2021-ci il tarixli **********7486 nömrəli qərarına əsasən "xxxx" MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Belə ki, 23.04.2021ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən aptekdə saat 12:30-da keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış 1 ədəd tibbi maska üçün 0,20 manat ödənilmiş və nəzarət-kassa aparatı çekinin vurulmadığı və müştəriyə təqdim edilmədiyi aşkar edilmişdir. Vergi orqanının əməkdaşları tərəfindən həmin məbləğ (0,20 manat) saat 12:35-də 2552 saylı çeklə nəzarət-kassa aparatına bərpa olunmuşdur. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə vergi orqanı tərəfindən 23.04.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli AKT tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən AKT əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 08.06.2021-ci il tarixli **********2684 saylı qərar qəbul edilmişdir. Operativ vergi nəzarəti zamanı Cəmiyyətin rəhbəri və ya səlahiyyətli nümayəndəsi yoxlama yerinə gəlməkdən, qərar və çıxarışla tanış olmaqdan və bir nüsxəsini qəbul etməkdəın imtina etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, nəzarətkassa aparatında yaranan nasazlıqlara görə çek vurulmuş, lakin gec çıxmışdır. Bununla əlaqədar qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.3-cü bəndinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək istifadəçinin vəzifələrinə aiddir. Qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir, operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Hüquqi kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC 09.10.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir, qeydiyyat nömrəsi (VÖEN **********). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 21.04.2021-ci il tarixli **********7486 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz E.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski və Təbriz küçələrinin kəsişməsi, Aptek 91, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda əzcaçılıq mallarının pərakəndə satışı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə 22.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək (06.05.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları E.M.Həsənov və C.Ə.Cəfərov tərəfindən tərtib olunmuş 23.04.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli aktın və akta əlavə edilmiş çekin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz E.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski və Təbriz küçələrinin kəsişməsində yerləşən Aptekdə 23.04.2021ci il tarixdə saat 12:30 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən müştəri tərəfindən alınmış 1 ədəd tibbi maska üçün 0,20 manat ödənildiyi, nəzarət-kassa aparatına çekin vurulmadığı və müştəriyə təqdim edilmədiyi aşkar edilmişdir, 0,20 manat 2552 nömrəli çeklə saat 12:35-də əməkdaşlar tərəfindən nəzarət-kassa aparatına bərpa edilmişdir, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2684 nömrəli 08.06.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMCnin (Ünvanı: AZ1030, Bakış şəhəri, Nizami rayonu, Oqtay Vəliyev, ev 21C, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 17.06.2021 tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.9-cu maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir. 1.3-cü bəndinə əsasən NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi). 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. 8.3.3, 8.3.15 və 8.3.16-cı bəndlərinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək İstifadəçinin vəzifələrinə daxildir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 21.04.2021-ci il tarixli **********7486 nömrəli qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz E.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski və Təbriz küçələrinin kəsişməsi, Aptek 91, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda əzcaçılıq mallarının pərakəndə satışı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə 22.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək (06.05.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 23.04.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli akta əsasən iddiaçıya məxsus olan həmin aptekdə 23.04.2021-ci il tarixdə saat 12:30 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən müştəri tərəfindən alınmış 1 ədəd tibbi maska üçün 0,20 manat ödənildiyi, nəzarət-kassa aparatına çekin vurulmadığı və müştəriyə təqdim edilmədiyi aşkar edilmiş, 0,20 manat 2552 nömrəli çeklə saat 12:35-də əməkdaşlar tərəfindən nəzarət-kassa aparatına bərpa edilmiş, iddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2684 nömrəli 08.06.2021-ci il tarixli qərarına əsasən İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 17.06.2021 tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, müştəri tərəfindən alınmış mala görə nağd pul ödənilsə də, iddiaçının əməkdaşları tərəfindən ödəniş müqabilində çek vurulmamışdır. Bununla əlaqədar olaraq cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmış və bu hal öz təsdiqin tapmışdır. İddiaçı aptekdə olan kassa aparatında nasazlığın olduğunu, buna görə də çekin gec çıxdığını bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın tələblərindən də göründüyü kimi, nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək, nəzarət kassa aparatının istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək iddiaçının (İstifadəçi) vəzifələrinə daxildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1431/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1431/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver