Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14324/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Xətai rayonu X3 İdarəsinə qarşı “cərimələr üzrə dəbbələrin silinməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək üzərinə hesablanan cərimələrin dəbbələrin silinməsi vəzifəsinin cavabdeh Xətai rayonu X3 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 22 avqust 2023-cü il tarixində Xətai RPİ "DYP şöbəsindən bildiriş almışdır. Şöbəyə getdikdə məlum olmuşdur ki, DYP-si iddiaçını 600 manat cərimələyib, avtomobilini həbs edib, sürücülükdən məhrum edib. İddiaçı isə ona bu barədə heç bir xəbərdarlıq edilmədiyini bildirmişdir. İddiaçı aradırma edərək müəyyən etmişdir ki, 2023-cü ilin fevral ayından başlayaraq müxtəlif formada yol hərəkəti qaydaların pozmuş, xəta törətdiyi 11 dəfə üçün cərimə olunmuşdur. Cərimənin 424 manatı 11 dəfə eyni yerdə törədilmiş xətaya görədir və külli miqdarda dəbbə əlavə olunmuşdur. İddiaçı bildirir ki, 1 ədəd elektron qərarla tənbeh almışdır. 50 manat cərimə olunmağı haqqında məlumat almış və o saat da onu 10 faiz güzəştlə ödəmişdir. İddiaçının həyat yoldaşı X2 Bünyadov prospektində yerləşən X1 işlədiyi üçün iddiaçı hər gün onu işə aparıb, gətirirəm. Nəticədə həftədə 5 gün x 4= 20 dəfə, ayda 80 dəfə prospektdə olur. Əgər iddiaçıya xəbərdarlıq edilsəydi, xətanı təkrarlamazdı. Həmin institutun baş direktoru akademik Vaqif Fərzəliyev Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək bildirib ki, Polisin sxemasını icra etmək qeyri-mümkündür və xəta qaçılmazdır. Polis tərəfindən heç bier cavab verilməmişdir. İddiaçı qeyd edir ki, cərimələrin yarısını ödəmişdir, qalan cərimələrin də dəbbəsiz hissəsini ödəməyə hazırdır.
3. Xətai RPİ DYPŞ tərəfindən iddiaçıya ünvanlanan Bildirişdə qeyd olunmuşdur ki, vətəndaş İddiaçı idarə etdiyi Mercedes B markalı 90VM182 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolla çıxarılmış qərar qanuni qüvvəyə mindikdən 3 (üç) ay sonra cərimə ödənilməmişdir. Cərimə ödənilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən sürücünün iştirak olmadan, ona inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndəriləcəyi qeyd olunmuşdur.
4. İddiaçı tərəfindən təqdim edilmiş cərimə qəbzləri iş materiallarına əlavə olunmuşdur.
5. Məhkəmənin hazırlıq icraatı üzrə (mümkünlük) iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbini müdafiə etdi.
II. İddianın mümkünlüyü
6. Məhkəmə hesab edir ki, iddianın məzmunundan görünür ki, tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, hazırki iş üzrə inzibati xəta törədilməsi nəticəsində cavabdeh tərəfindən tətbiq edilmiş cərimələr üzrə dəbbələr mübahisələndirilir.
7. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
8. “İnzibati icraat haqqında” Qanunun: 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.2-1. Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.
9. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
10. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ (qərardaddan narazı qaldığı təqdirdə apellyasiya instansiya məhkəməsinə şikayət verməklə) izah olunur.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva