Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14326/2025 04.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X1 yanında Antiinhisar və İstehlak Bazarına X4rşı qərarın ləğv edilməsi tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 yanında Antiinhisar və İstehlak Bazarına X4rşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-5206/2025 nömrəli xx.xx.2025ci il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və X7 Dövlət Agentliyinin AİBNDA/SQ-5206/2025 nömrəli xx.xx.2025ci il tarixli qərar əsasında, 27.515 (iyirmi yeddi min beş yüz on beş) manat məbləğində təklif təminatı əsassız olaraq tutulmuş və daha sonra satınalma proseduru birtərəfli qaydada ləğv edilmiş, bununla bağlı hər hansı əsaslandırma təqdim olunmadan təqdim etdiyim təklif təminatı əsassız olaraq tutulmuşdur. Aşağıda qeyd olunan hüquqi və faktiki əsaslara əsasən qərarın qanunsuzdur: Maddə 4. Dövlət satınalmalarının əsas prinsipləri 4.1.Dövlət satınalmaları aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 4.1.1.maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi; 4.1.2. satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi; bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi. Azərbaycan Respublikasının “X3” Qanununun 4-cü maddəsinə əsasən, dövlət satınalmalarının həyata keçirilməsində maliyyə vəsaitlərindən səmərəli və qənaətli istifadə edilməsi, şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsipləri əsas götürülməlidir. Lakin təqdim olunan konkret halda aidiyyəti nəzarət orqanı və satınalma komissiyası tərəfindən bu prinsipial tələblərə əməl olunmamış, nəticədə maliyyə vəsaitlərinin istifadəsində səmərəlilik və qənaətlilik təmin edilməmişdir. Bu cür hərəkətlər yalnız qanunla müəyyən edilmiş prinsiplərin pozulması ilə məhdudlaşmır, eyni zamanda satınalma prosedurlarının hüquqi legitimliyini və nəticələrinin etibarlılığını ciddi şəkildə şübhə altına alır. Belə hallarda dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsi təhlükə altına düşməklə yanaşı, rəqabətli və ədalətli mühitin formalaşmasına da xələl yetirilmiş olur. Nəticə etibarilə, bu cür pozuntular həm konstitusion hüquq prinsiplərinə, həm də “X3” Qanunun mahiyyətinə ziddir və hüquqi məsuliyyət doğuran əsaslar kimi qiymətləndirilməlidir. X3 Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsində şərtlər toplusunun məzmunu və tərkibi konkret şəkildə müəyyən edilmişdir. Belə ki, şərtlər toplusuna satınalma predmetinə, təkliflərin təqdim edilməsinə, qiymətləndirilməsinə, müqavilə şərtlərinə və digər texniki, hüquqi və prosedur tələblərə dair mühüm məlumatlar daxil edilməlidir (maddə 25.1). Həmin şərtlər toplusu satınalma prosesində iştirak edən təchizatçılar üçün bərabər və şəffaf rəqabət mühiti yaratmağa xidmət edir və onların təqdim etdikləri təkliflərin obyektiv şəkildə qiymətləndirilməsinə imkan verir. Qanunun 22.3-cü maddəsinə əsasən, satınalma predmetinin təsvirində konkret marka, model, istehsalçı, patent, konstruksiya və istehsal mənbələrinə dair istinadlar yalnız texniki cəhətdən zəruri hallarda və “və ya ekvivalent” qeydi ilə göstərilə bilər. Bu norma satınalmaların ədalətli və diskriminasiyasız şəkildə həyata keçirilməsinə xidmət edir. Lakin praktiki baxımdan müəyyən hallarda inzibati orqanlar tərəfindən təchizatçıların təkliflərinin guya şərtlər toplusuna uyğun olmadığı əsas gətirilərək rədd edilməsi hallan müşahidə olunur. Halbuki yalnız malların marka və modelinin dəyişdirilməsi faktı, əgər həmin mallann texniki və keyfiyyət göstəriciləri, eləcə də istehsal xüsusiyyətləri şərtlər toplusunda göstərilən tələblərə cavab verirsə, təklifin uyğun hesab edilməməsi üçün əsas təşkil etmir. Belə hallarda inzibati orqan, yəni satınalma komissiyası, konkret əsaslandırma təqdim etməli, şərtlər toplusuna uyğunluğun hansı göstəricilər üzrə təmin olunmadığını açıq şəkildə göstərməlidir. Bu əsaslandırmanın olmaması və təchizatçıların təkliflərinin rədd edilməsinin ümumi və qeyri-müəyyən arqumentlərlə əsaslandırılması, Qanunun 4-cü maddəsində təsbit olunmuş şəffaflıq, ədalətlilik və rəqabətlilik prinsiplərinin pozulması ilə nəticələnir. Bundan başqa, bu cür yanaşma inzibati aktın (satınalma komissiyasının qərarının) əsassız və qanunsuz hesab edilməsinə dair hüquqi baza yaradır və hüquqi məsuliyyət doğurur. Azərbaycan Respublikasının “X3” Qanununun 30.2.1-ci maddəsinə əsasən, təklif üçün tələb olunan təminat yalnız müəyyən hallarda geri qaytarılmır. Bu hallar sırasında, təchizatçının təkliflərin təqdim edilməsinin son müddətindən sonra və ya təklifin qüvvədəolma müddəti ərzində təklifini geri götürməsi və ya dəyişdirməsi göstərilmişdir. Lakin Qanunvericilikdə “təklifin dəyişdirilməsi” anlayışının konkret hüquqi izahı və məzmunu verilməmişdir. Belə olan halda, bu müddəanın tətbiqi zamanı geniş və subyektiv yozumlara yol verilməsi risklidir və hüquqi qeyri-müəyyənlik yaradır. Qanunun hüquqi qətilik və aydınlıq prinsiplərinə əsasən, təchizatçının hər hansı texniki düzəliş və ya izahat xarakterli addımını “təklifin dəyişdirilməsi” kimi qiymətləndirmək hüquqi cəhətdən əsaslandırılmamış sayılmalıdır. Bundan əlavə, Qanunun 34-cü maddəsində satınalma komissiyasının hansı qərarları qəbul edə biləcəyi konkret olaraq sadalanmışdır. Bu qərarlar sırasında təklif təminatının tutulması və ya müsadirə edilməsi ilə bağh hər hansı qərar növü nəzərdə tutulmamışdır. Başqa sözlə, satınalma komissiyasının funksional səlahiyyətləri çərçivəsində təklif təminatının tutulması barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Həmçinin, bu barədə xüsusi mexanizm və prosedur da Qanunvericilikdə müəyyən edilməmişdir. Qanunvericilikdə hüquqi sanksiyanın tətbiqi üçün hüquqi baza, prosedur qaydalar və müvafiq səlahiyyətli orqanın açıq şəkildə müəyyən edilməsi tələb olunur. Bu tələblərə riayət olunmadan təqdim edilmiş təklif təminatının “təklifin dəyişdirilməsi” bəhanəsi ilə geri qaytanlmaması və ya tutulması hüquqi əsasdan məhrumdur və inzibati aktın qanunsuzluğu üçün əsas yaradır. Azərbaycan Respublikasının “X3” Qanununun 34.6 və 34.7-ci maddələrinə əsasən, satınalma komissiyası tərəfindən satınalmanın nəticələrini əks etdirən yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanmalıdır. Bu protokol, şikayət daxil olmadığı hallarda gözləmə müddəti bitdikdən sonra 1 (bir) iş günü ərzində, şikayət olduğu təqdirdə isə həmin şikayətə Qanunim 37.3-cü maddəsinə uyğun qaydada cavab verildikdən sonra 1 (bir) iş günü ərzində nəzarət orqanına təqdim edilməlidir. Nəzarət orqanı isə, Qanunun 34.7-ci maddəsinə uyğun olaraq, protokol təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü ərzində: ya yekun protokolun təsdiqi və ya təsdiq edilməməsi barədə əsaslandırılmış qərar qəbul etməli, ya da bu müddətin kifayət etmədiyi hallarda protokola baxılma müddətinin 10 (on) iş gününədək uzadılması barədə əsaslandırılmış qərar verməlidir. Əgər nəzarət orqanı tərəfindən bu qərarlardan heç biri 10 iş günü ərzində qəbul edilməzsə, Qanuna əsasən, yekun protokol təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal elektron portalda yerləşdirilməlidir. Hazırkı halda, təqdim edilən məlumatlardan belə qənaətə gəlmək olar ki: Yekun protokol nəzarət orqanına xx.xx.2025-ci il tarixində təqdim edilsə də, xx.xx.2025-ci ilədək nə protokolun təsdiqinə, nə də baxılma müddətinin uzadılmasına dair əsaslandırılmış qərar qəbul edilməmişdir. Belə olan halda, nəzarət orqanı qanunla müəyyən olunmuş prosessual müddəti buraxmışdır və bu, inzibati icraat çərçivəsində ciddi hüquqi pozuntu hesab olunur. Qanunun 34.7-ci maddəsinin son cümləsinə əsasən, belə bir vəziyyətdə yekun protokol hüquqi nəticə doğurmaqla təsdiq edilmiş sayılır, yəni nəzarət orqanının fəaliyyətsizliyi satınalma prosesinin dayandırılmasına əsas vermir. Bundan əlavə, satınalma komissiyasının qərarının hüquqi qüvvəyə malik olub-olmaması Azərbaycan Respublikasının İnzibati İcraat Haqqında Qanunun tələblərinə və kollegial orqanların fəaliyyət prinsiplərinə uyğunluq baxımından da qiymətləndirilməlidir. İnzibati icraat qanuna əsasən, kollegial orqan tərəfindən qəbul edilən inzibati aktın hüquqi qüvvəyə malik olması üçün: qərarın qəbulunda qanuni tərkib (yəni kifayət sayda üzv), iştirak edən üzvlərin azad və bərabər hüquqlarla səsvermədə iştirakı, qərarın qəbul edilməsi üçün tələb olunan səs çoxluğu və bu qərarın sənədləşdirilməsi təmin edilməlidir. Əgər satınalma komissiyasının qərarı bu tələblərə uyğun olaraq qəbul edilməmişdirsə (məsələn, səsvermədə iştirak edən üzvlərin sayı kifayət deyilsə, və ya üzvlərin qərarda iştirakının sənədləşdirilməsi təmin edilməyibsə), bu zaman həmin qərarın inzibati akt kimi hüquqi qüvvəsi şübhə altına düşə bilər. “Şərtlər toplusunun nümunəvi forması”nın təsdiq edilməsi haqqında NK-nın 30 dekabr 2023-cü il tarixli 503 nömrəli qərarında işin hallan ilə bağlı aşağıdakı məsələlər öz əksini tapır. Əhəmiyyətsiz uyğunsuzluqların və formal uyğunluğun satınalma prosedurunda hüquqi mahiyyəti və tətbiq mexanizmi. Azərbaycan Respublikasında dövlət satınalmalarının hüquqi tənzimlənməsi sahəsində qüvvədə olan normativ hüquqi aktlar, xüsusilə də Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət satınahnalannın vahid elektron portal vasitəsilə həyata keçirilməsi Qaydaları və Şərtləri” (bundan sonra - Qaydalar), satınalma prosesinin şəffaflığını, rəqabətliliyini və hüquqi müəyyənliyini təmin etmək məqsədilə təkliflərin qiymətləndirilməsi mərhələsində “formal tələblərə uyğunluq”, “əhəmiyyətli dərəcədə uyğunluq” və “əhəmiyyətsiz uyğunsuzluq” anlayışlannı aydın şəkildə fərqləndirir. Formal uyğunluq və əhəmiyyətli dərəcədə uyğunluq Qaydalann 28.1-ci maddəsinə əsasən, satınalma komissiyası təklifin formal tələblərə uyğunluğunu müəyyən edərkən Qanunun 33-cü maddəsi və Qaydaların 11-ci hissəsində nəzərdə tutulmuş tələblərə əsaslanır. Bu mərhələdə əsas məqsəd, təkliflərin ilkin olaraq sənədləşmə və texniki baxımdan minimal uyğunluğunu müəyyən etməkdir. Eyni zamanda, 28.2 və 28.3-cü maddələrə əsasən, əhəmiyyətli dərəcədə uyğunluq dedikdə, təklifin şərtlər toplusunda müəyyən edilmiş əsas texniki və kommersiya tələblərinə heç bir əsaslı kənara çıxma, qeyd-şərt və ya çatışmazlıq olmadan cavab vennəsi başa düşülür. Bu kriteriya xüsusilə “İşlərə dair tələblər sənədi” baxımından ciddi əhəmiyyət kəsb edir və təkliflərin obyektiv və ədalətli şəkildə müqayisəsinə xidmət edir. Əhəmiyyətsiz uyğunsuzluq anlayışı və onun hüquqi nəticələri Qaydaların 29.1 və 29.2-ci maddələrində “əhəmiyyətsiz uyğunsuzluq” anlayışına xüsusi yer ayrılmışdır. Hüquqi baxımdan bu, təklifin mahiyyətini dəyişdirməyən, şərtlər toplusuna əhəmiyyətli şəkildə xələl gətirməyən, aradan qaldırılması mümkün olan kiçik texniki və ya sənədləşmə xarakterli çatışmazlıqları əhatə edir. Belə çatışmazlıqların aradan qaldırılması üçün satınalma komissiyasına 5 (beş) iş günü müddətində təchizatçıdan sənədlərin təqdimini tələb etmək səlahiyyəti verilir Bu norma hüquqi baxımdan tender iştirakçılarının hüquqlarını qorumaqla yanaşı, bürokratik formalıqların satınalmanın baş tutmamasına səbəb olmasının qarşısını almaq məqsədi daşıyır. Beləliklə, əhəmiyyətsiz texniki və ya sənədləşmə uyğunsuzluqları təklifin rədd edilməsi üçün hüquqi əsas sayılmır. Əhəmiyyətsiz uyğunsuzluqların “təklifin dəyişdirilməsi” kimi qiymətləndirilməsinin yolverilməzliyi Nazirlər Kabinetinin müvafiq qərarının hüquqi ruhuna uyğun olaraq, əhəmiyyətsiz uyğunsuzluqların və ya formal uyğunluğun sonradan aradan qaldırılması və ya dəqiqləşdirilməsi təklifin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Bu hüquqi yanaşma həm də qanunvericilikdə bərabər rəqabət mühitinin qorunması və ədalətli qiymətləndirmənin təmin olunması prinsipinə əsaslanır. Başqa sözlə, əgər təklif yalnız sənədləşmədə və ya texniki detallarda kiçik, lakin təklifin mahiyyətinə təsir etməyən çatışmazlıqlarla müşayiət olunursa, həmin təklifin bütövlükdə etibarsız və ya baş tutmamış kimi qəbul edilməsi hüquqi əsasdan məhrumdur. Belə bir yanaşma, əksinə, rəqabət mühitinə və satınalmanın məqsədlərinə zərər vura bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh iş üzrə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddiasının Agentliyə aid olan hissədə əsassız və qanunsuz olduğundan iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Dövlət satınalmalarının vahid internet portalında keçirilmiş 107757 nömrəli satınalma prosedurunda 4 (dörd) təchizatçı iştirak etmişdir. Bütün təchizatçılar satınalma komissiyasının qərarı ilə satınalmadan kənarlaşdırılmış və satınalma ləğv edilmişdir. Agentiik tərəfindən apardan araşdırma zamanı müəyyən edilmişdir ki, satınalmada iştirak etmiş fiziki şəxs X5, "xxxx" MMC, "X9" MMC və "xxxx" MMC-nin qiymət təklifləri dəyişdirilmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə uyğunsuzluq olduğundan tender komissiyası tərəfindən iddiaçıya portal vasitəsilə sorğu ünvanlanmış və uyğunsuzluqların aradan qaldırılması tələb edilmişdir. iddiaçı tərəfindən yenidən qiymət təklifi (Forma 2) təqdim edilmiş və bundan sonra aşkar edilmişdir ki, satınalma predmeti üzrə 80-87, 89-90, 257-258-ci sətirlərdə qeyd edilən marka və de ər dəyişdirilmişdir. Bununla əlaqədar bildirilir ki, “X3” Azərbaycan Respublikası Qanunun 30.2-ci maddəsinə əsasən satınalma komissiyası qarant barəsində hər hansı tələbini, habelə təklif üçün tələb olunan təminatın növünü, formasını və digər şərtlərini şərtlər toplusunda göstərir. Təchizatçı təkliflərin təqdim edilməsinin son müddəti bitdikdən sonra və ya təklifin qüvvədə olma müddəti bitənədək öz təklifini geri götürdükdə və ya dəyişdirdikdə təchizatçının təklifinin geri qaytarılmır. Qanunun 31.4-cü maddəsinə əsasən təchizatçı təkliflərin təqdim edilməsi müddəti bitənədək öz təklifini dəyişdirə və ya geri götürə bilər. Qanunun 33.4-cü maddəsinə əsasən təklifdə onun mahiyyətini dəyişdirməyən, şərtlər toplusunda göstərilmiş xüsusiyyətlərə, şərtlərə və başqa tələblərə əhəmiyyətli dərəcədə xələlgətirməyən aradan qaldırılması mümkün olan kiçik texniki səhvlər və ya çatışmazlıqlar olduqda, həmin səhvlər və ya çatışmazlıqlar kəmiyyətcə ifadə olunur və satınalma komissiyası təklifi formal tələblərə uyğun təklif hesab edir. Lakin, hazırkı iş üzrə satınalma predmeti üzrə təqdim edilən qiymət təklifinin 80-87, 89-90, 257-258-ci sətirlərdə qeyd edilən marka və modellərin dəyişdirilməsi həm təkliflərin təqdim edilməsinin son müddəti bitdikdən sonra baş vermişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, edilən dəyişiklik kəmiyyətcə ifadə edilməyən dəyişiklikdi və satınalma predmeti üzrə təqdim edilən qiymət təklifinə əhəmiyyətli dərəcədə dəyişiklik hesab edilir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ- 5206/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən Satınalmanın ləğv edilməsinə dair satınalma komissiyasının qərarı təsdiq edilmiş, Müdafiə Nazirliyi tərəfindən Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş müddəalar yerinə yetirilərək fiziki şəxs X5, "xxxx" MMC, İddiaçı MMC və "xxxx" MMC-nin təqdim etdiyi qiymət təkliflərinin təminatı tutulmuşdur. İşin hallarından görünür ki, tərəflər iddiaçı tərəfindən hərbi hissələr üçün avadanlıqların və əlaqəli digər vasitələrin satın alınması üçün tenderlə əlaqədar müəyyən öhdəliklərə əməl edilməməsi ilə əlaqədar 27.515 manat məbləğində pulun təminata qoyulduğunu mübahisələndirmirlər. Tərəflər arasında yaranan hazırkı mübahisə satınalma komissiyasının satınalmanın ləğv edilməsinə dair qərarının təsdiq edilməsi hissəsində yox, məhz qiymət təkliflərinin təminatının tutulması hissəsi ilə əlaqədardır. İşdə olan cavabdehin 03 iyul 2025-ci il tarixli qərarından görünür ki, bütün təchizatçılar satınalma komissiyasının qərarı ilə satınalmadan kənarlaşdırılmış, satınalma ləğv edilmişdir. Satınalmanın ləğv edilməsinə dair satınalma komissiyasının qərarı təsdiq edilmiş, Müdafiə Nazirliyi tərəfindən 30.2-ci maddədə nəzərdə tutulmuş müddəalar yerinə yetirilərək iddiaçı da daxil olmaqla digər şəxslərdən təqdim edilən qiymət təkliflərinin təminatı tutulması qərara alınmışdır. Eləcə də qərardan 30 gün müddətində şikayət vermə hüququ izah edilmişdir. İşdə olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən satınalma müsabiqə sənədlərinə baxılarkən bir sıra natamamlıqlar aşkar edilmiş, aradan qaldırılması təklif edilmiş, təchizatçı tərəfindən təqdim edilən qiymət təklifi təqdim edildikdən sonra satınalma predmeti üzrə malların marka və modelləri dəyişdirilmişdir. “X3” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsində Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin səlahiyyətləri göstərilmiş və həmin səlahiyyətlərin sırasında Agentliyin təminat təklifi ilə bağlı nəzarət funksiyasının olmaması müəyyən edilmişdir. Qanunun maddələri təhlil edilərkən təminat təklifinin tender keçirildiyi vaxtadək rəsmiləşdirildiyi və keçirilən tenderə hər hansı bir aidiyyatın olmaması müəyyən olunur. Başqa sözlə təminat təklifinin məqsədi təchizatçı tərəfindən satınalan təşkilata verdiyi vədə əməl etməməsi nəticəsində yarana biləcək zərərin ödənilməsi və təchizatçının tənbeh edilməsidir. O da nəzərə alınmalıdır ki, təminat təklifində göstərilən vəsait dövlət büdcəsinə deyil, satınalan təşkilatın hesabına göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təminat təklifində göstərilən vəsaitin Müdafiə Nazirliyinin hesabına keçirilməməsi birbaşa Müdafiə Nazirliyinin marağına toxunur və müvafiq bankdan təminat təklifi üzrə öhdəliyinin yerinə yetirilməsini tələb etmək hüququ yalnız Müdafiə Nazirliyinə məxsusdur. Nəzərə alınmalıdır ki, qeyd olunan vəsaitin Müdafiə Nazirliyin hesabına qaytarılmamasına görə dövlət nəzarətini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi deyil, Azərbaycan Respublikasının Hesablama Palatası həyata keçirir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyinin mərkəzi icra hakimiyyəti orqanı olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə hər hansı bir tabeçiliyi yoxdur. Belə olduğu tədqirdə mübahisə predmeti olan qərarın ikinci hissəsi inzibati aktın tələblərinə uyğun gəlmir. Qeyd olunan qərarın 2-ci hissəsindən görünür ki, Dövlət Agentliyi səlahiyyəti olmadan Müdafiə Nazirliyinə imperativ xarakterli göstəriş vermişdir. Qeyd olunan göstərişin isə İnzibati icraat haqqında Qanunun 65 və 64.4-cü maddələrinin tələbləri baxımından hüquqi qüvvəsi yoxdur. Belə ki, “İnzibati İcraat haqqında Qanunun” 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Hüquqi qüvvəsi olmayan və əhəmiyyətsiz göstərişin ləğv edilməsi ilə bağlı məhkəmə tərəfindən mahiyyəti üzrə baxılması isə həmin hissədə Agentliyin olmayan səlahiyyətlərinin rəsmiləşdirilməsi kimi qəbul edilə bilər. Ona görə də məhkəmə həmin hissədə tələbə mahiyyəti üzrə baxılmaması qənaətindədir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub- olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın 2-ci hissəsində olan qeydin hüquqi qüvvəsi olmadığından ona inzibati aktın bir hissəsi kimi baxılması mümkünsüz hesab edilməlidir. Lakin o da nəzərə alınmalıldır ki, qeyd olunan qərarın 2-ci hissəsinin mübahisələndirilməsinin mümkünsüzlüyü təminat təklifi üzrə nəzərdə tutulmuş vəsaitin iddiaçıya qaytarılması üçün əsas hesab edilə bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-14326/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14326/2025
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver