Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14329/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinin nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinə qarşı “medalın verilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun yubiley 90 illik (1918-2008) medalının özü və sənədinin, əsı sənədi əvəz edən 2 nüsxəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fevral 2024-cü il Daxili İşlər Nazirliyinə Daxili Qoşunlar Xidməti dövründə medal ilə təltif olunub-olunmadığı barəsində müraciət etmişdir. Ona xx.xx.2024-cü il tarixli, 3-13-14/2-V-1104011/2024 nömrəli məktubda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşunuz və həmin medal xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Baş İdarəsinə və Nəsimi rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə idarəsindən xx.xx.2024-cü il tarixli 3-43-78/2-651/2024 məktubda bildirilmişdir ki, arxiv-uçot sənədlərində ona aid “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh daxili Qoşunların Baş İdarəsi tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir və bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.2008-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət keçən və müddətdən artıq xidmət etmək haqqında öhdəlik vermiş ehtiyatda olan əsgər X2 çavuş hərbi rütbəsi verilməklə xüsusi təyinatlı dəstədə xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.2008-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq, daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2008-ci il tarixli 26 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən azad edilib Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdə Silahlı Qüvvələrə ehtiyata buraxıldığından həmin medal xx.xx.2009-cu il tarixli 13- 15/551 nömrəli məktubla Bakı şəhəri Nəsimi Rayon Hərbi Komissarlığına göndərilmiş, bu barədə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medallarının və vəsiqələrinin paylanışı kitabında 312-ci sıra nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı medalla təltif olunması barədə əmrin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə göndərilməsini təsdiq edən xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında istifadə olunan sənədlərin saxlanılma yeri və müddətləri haqqında siyahı”ya əsasən saxlanılma müddəti başa çatdığına görə xx.xx.2013-cü il tarixdə məhv edilmişdir. Bundan başqa, iddiaçının ərizəsində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalının özü və sənədinin, əsl sənədi əvəz edən 2-ci nüsxəsinin ona verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etməsinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikasının 605-İİİQ nömrəli, 16 may 2008-ci il tarixli Qanununa əsasən, “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2004-cü il tarixli Sərəncamının və 05 iyun 2008-ci il tarixli Fərmanının tələblərinə əsasən Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilməsi daxili işlər nazirinin səlahiyyətləri daxilindədir. Göstərilənlərə əsasən iddia tələbinin Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinə münasibətdə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etmımsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinin nümayəndəsi iddiaya etirazı müdafiə edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaısnda iştirak edən cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2024-cü il tarilxi 3-43-78/2-681/24 saylı iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin arxiv –uçot sənədlərində Sizə aid Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “90 illik (1918-2008) yubiley medalı aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xx.xx.2024-cü il tarixli 3-13-14/2-V-1104011/2024 saylı iddiaçlya ünvanlanmış məktubda bildirilmişdir ki, Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “90 illik (1918-2008) yubiley medalı ilə təltif olunmusunuz və həmin medal xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 34-3-78/2- 887 nömrəli məktubunda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində xx.xx.2022-ci il tarixədək hərbi qeydiyyatda olmuş və hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsində hərbi qeydiyyatda olan 1987-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “90 illik (1918-2008) yubiley medalı” ilə təltif olunmasına aid DİN-nin Daxili Qoşunlarının xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktubu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin arxiv uçot sənədlərində aşkar edilmədiyi üçün qeyd edilən məktub və məktuba əlavə edilmiş sənədlərin göndərilməsi mümkün olmamışdır. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xx.xx.2024-cü il tarixli, 3-13- 14/2-2596/2024 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı R.Vahabovun medalla təltif olunması barədə əmrin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsinə göndərilməsini təsdiq edən xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında istifadə olunan sənədlərin saxlanılma yeri və müddətləri haqqında siyahı”ya əsasən saxlanılma müddəti başa çatdığına görə xx.xx.2013-cü il tarixdə məhv edilmişdir. Həmin məktubla təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 ş/h nömrəli “Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”yubley medalı ilə təltif edilməsi haqqında” əmrindən görünür ki, Azərbaycan Respublikasının 605-İİİQ nömrəli, 16 may 2008-ci il tarixli Qanununa əsasən, “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2004-cü il tarixli Sərəncamının və 05 iyun 2008-ci il tarixli Fərmanının tələblərinin icrasını təmin etmək məqsədi ilə, 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında 26 iyun 2008-ci il tarixədək xidmət keçmiş, döyüş hazırlığında uğurlar qazanmış Daxili Qoşunların aşağıda adları göstərilən hərbi qulluqçuları “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı ilə təltif edilsinlər: - İddiaçı, N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə xüsusi vasitələrin tətbiqi qrupunun 2ci yarımqrupunda atıcıdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 ş/h nömrəli əmri ilə “Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”yubley medalı ilə təltif edilmişdir. İddiaçı həmin medalın v onun səndinin (vəsiqsinin) ona verilməsini cavabdehlərdən tələb edir. Eyni zamanda müəyyən olunur ki, sözügedən medalla təltif edilmə barədə əmr olsa da lakin medal fiziki olaraq aşkar olunmadığından onun təqdim edilməsi də mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə hesab edir ki, hazırkı halda inzibati mübahisəyə əsas ola biləcək predmet-1 dəfə üçün verilməsi nəzədə tutulmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı fiziki cəhətdən mövcud olmadığından həmin medalın iddiaçıya verilməsi də mümkün deyildir. Hazırkı halda inzibati orqandan tələb edilən predmet mövcud olmadığından və həmin medalın yenidən hazırlanaraq təqdim edilməsi ilə bağlı qanunla inzibati orqan üçün hər hansı vəzifə və ya səlahiyyət müəyyən olunmadığından, bununla da cavabdeh qismində qoyulmuş inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. Bundan əlavə məhkəmə tələb edilən medalın təqdim edilməsi tələbi ilə bağlı həm də iddia müddətinin ötürüldüyünə də diqqəti çəkir. Hazırkı işdən görünür ki, iddiaçı 2008-ci ildə təqdim edilmiş medalın verilməsindən və xidmətdən tərxis olunduğu vaxtdan 16 il sonra 2024-cü ildə hazırkı iddianı qaldırmışdır. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən irəli gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Beləliklə, iddiaçı medalın təqdim edilməməsi ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyini qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində tələb etməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllə inzibati orqanların 2011-ci il tarixədək hərəkət və ya hərəkətsizliyindən hüquqi müdafiəni təmin etmir. Bundan əlavə qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8387/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinə qarşı “medalın verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-4011/2024 saylı, xx.xx.2024-cü il tarixi qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8387/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının bundan əvvəl qaldırdığı iddia ilə eyni mahyyətdə olan hazırkı iddası yenidən mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə eyni zamanda iddiaçının medalın və ya sənədinin ikinci nüsxəsinin (dublikatın) verilməsi ilə bağlı tələb hissəsinə münasibətdə qeyd edir ki, sözügedən “Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”yubley medalı Azərbaycan Respublikasının 605-İİİQ nömrəli, 16 may 2008-ci il tarixli Qanununa əsasən, “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2004-cü il tarixli Sərəncamının və 05 iyun 2008-ci il tarixli Fərmanının tələblərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 ş/h nömrəli əmri ilə verilmişdir. Eyni medalın və onun sənədinin 2-ci nüsxəsinin verilməsi bu halda medalla təltif etmə barədə əmri vermiş qurumun səlahiyyətində olan məsələ olmaqla hazırkı cavabdeh qismində qoyulmuş inzibati orqanlarının səlahiyyətlərindən kənarda qalır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-14329/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14329/2024
02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver