Məhkəmə qərarları › İş №2-1(112)-1433/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1433/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1433/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Ermənistan Respublikası Silahlı Qüvvələrinə qarşı gedən döyüşlərdə iştirak etməyini nəzərə alaraq ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1975-cı ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. İddiaçı 1991- 1992-ci illərdə Naxçıvan MR-ın Sədərək rayonu istiqamətində Azərbaycan Respublikasının suverenliyi, müdafiəsi və ərazi bütovlüyü uğrunda Ermənistan Silahlı Qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələr tərkibində iştirak etmişdir. Bu barədə iddiaçının hərbi biletinin 7-ci səhifəsində Sədərək rayon hərbi komissarının möhürü ilə təsdiq olunmuş yazılı qeydi və döyüş əməliyyatlarında iştirakını təsdiq edən Sədərək rayon hərbi komissarı tərəfindən verilən xx.xx.2003-cü il tarixli 4/10 nömrəli arayışıda öz əksini tapmışdır. Bununla yanaşı iddiaçını həmin illərdə döyüşlərdə iştirak etməyi Naxçıvan MR Sədərək rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibatı ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən arayışda da təsdiq olunur. Əlavə olaraq qeyd edilir ki, iddiaçının 1973-cü il təvvəllüdlü mərhum qardaşı X5 18 may 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində Sədərək rayonu uğrunda erməni silahlı qüvvələrinə qarşı gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 31 may 1992-cı ildə isə böyük qardaşı, 1972-ci il təvəlüdlü X4 da Sədərək rayonu uğrunda gedən ağır döyüş əməliyyatında iştirak edərək yaralanıb ikinci qrup əlil olmuşdur. 1991-ci ildə Naxçıvan şəhərində Türkiyə Respublikası universitetlərinə keçirilən imtahan sınağında iştirak edib müvəffəqiyyət əldə edərək tələbə adı qazanmış, lakin döyüş əməliyyatlarında iştirak etdiyi üçün Türkiyə Respublikasında təhsilini davam etdirməkdən imtina etmişdir. 12 may 1994-cü ildə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında atəşkəs müqaviləsi bağlandıqdan sonra iddiaçı ilə birlikdə döyüşlərdə iştirak etmiş şəxslər müharibə veteranı statusu və vəsiqəsi aldıqları halda obyektiv səbəblərə gorə ona hələ də müharibə veteranı statusu və vəsiqəsi verilməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə elektron qaydada müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsi verilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə SHXÇDX tərəfindən verilən cavabda bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan doyuş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinə dair təsdiqedici sənədlər olmadığı üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Hesab edilir ki, verilmiş imtina cavabı həqiqəti əks etdirmir və ədalətli deyil, iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Sədərək rayon İcra Hakimiyyəti tərəfindən verilmiş siyahıda İddiaçı adı olmadığı üçün ona müharibə veteranı adının verilməsindən imtina edilmişdir. Etirazda “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müvafiq bəndlərinə istinad edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara və uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Sədərək rayon İcra Hakimiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 355 saylı arayışda göstərilmişdir ki, xx xxxx 1975-ci ildə anadan olmuş İddiaçı 1991-1992-ci illərdə Sədərək rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir; - Sədərək rayon İcra Hakimiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş 08 saylı, 05 sentyabr 2019-cu il tarixli mıktubda göstərilmişdir ki, İddiaçı Sədərək rayon İcra Hakimiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2016-cı il tarixli 355 saylı arayış 1991-1992-ci illərdə erməni qəsbkarlarının Sədərək rayonuna hücumu zamanı Sədərək kəndində yaradılmış özümüdafiə dəstələrinin həmin dövrdə göndərilmiş ümumi siyahısına istinad edilərək verilmişdir; - Sədərək rayon İcra Hakimiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən məhkəməyə daxil olmuş 01 saylı, xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, sabiq Sədərək rayon Sədərək kənd sakinin İddiaçı, Naxçıvan MR Sədərək rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş, 10 noyabr 2016-cı il tarixli 355 nömrəli arayış 1991-1992-ci illərdə Ermənistan Respublikası hərbi birləşmələrinin Sədərək rayonuna hücumu zamanı Sədərək kəndində yaradılmış özünü müdafiə dəstələrinin (köhnə adı Naxçıvan Muxtar Respublikası Sədərək rayon Hərbi Komisarlığına) həmin dövrdə göndərilmiş ümumi siyahısına istinad edilərək verilmişdir. xx.xx.2003- cü il tarixdə isə həmin siyahıya istinad olunaraq Naxçıvan MR Sədərək rayon Hərbi Komisarlığı tərəfindən İddiaçı 4/10 №-li (Sədərək rayonu uğrunda gedən döyüşlərdə iştirakı təstiq edən) müvafiq arayış verilmişdir. Əlavə olaraq qeyd edilir ki, bu günə kimi Naxçıvan MR Sədərək rayon Hərbi Komissarlığı tərəfindən, Sədərək könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etmiş müharibə iştirakçısına, müharibə veteranı statusu və vəsiqəsi, yuxarıda qeyd olunan həmin siyahıya istinad edilərək verilmişdir. Döyüşçülərin ümumi siyahısı Sədərək rayon Hərbi Komisarlığının arxivində saxlanılmalıdır; - İddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, Zamanov X3 MR Sədərək rayon hbir Komissarlığının çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2002-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2003-cü ildə AR MN-in xx.xx.2002-ci il tarixli 495 saylı əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və Sədərək RHK-na göndərilmişdir. Hərbi biletin 14-cü bölməsində iddiaçının döyüşlərdə iştirak etmədiyi göstərilsə də, sonradan həmin qeydin üzərindən xətt çəkilmiş, onun 1991-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etdiyi qeyd edilmişdir; - DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən məlum olur ki, İddiaçı məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş xx.xx.2019-cu il tarixli 2438 saylı məktubda göstərilmişdir ki, İddiaçı şəxsi işi olmayıb və hərbi bileti təhvil verilməyib. Məktuba əlavə edilmiş uçot kartasında o barədə qeydiyyata aparılmışdır ki, İddiaçı 1991-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etmişdir; - Naxçıvan MR Sədərək Rayon İcra Hakimiyyətindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş 94 saylı, xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakı haqqında heç bir məlumat yoxdur; - Naxçıvan MR Sədərək Rayon İcra Hakimiyyətindən Bakı İnzibati Məhkəməsinə daxil olmuş 39 saylı, xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi haqqında və məktubda qeyd edilən siyahı barədə heç bir məlumat yoxdur; - Elektron qaydada göndərilmiş cavab məktubundan müəyyən edilir ki, iddiaçının SHXÇDX-nin portalı vasitəsilə ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətinə baxılmış, cavab olaraq bildirilmişdir ki, Xidmətin Suraxanı rayon idarəsinə təqdim edilmiş sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinə dair təsdiqedici sənədlər olmadığı üçün ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, onun Xidmətin Suraxanı rayon idarəsinə ünvanladığı ərizəyə əsasən özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməyini sübut edən, həmin dövrə aid arxiv materialları olduğu təqdirdə ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. İş materiallarına həmçinin, 30 iyul 2019-cu il tarixli akt, MV seriyalı 045453 saylı vəsiqənin, AZE seriyalı 05742763 saylı şəxsiyyət vəsiqəsinin, AZE seriyalı 08020064 saylı şəxsiyyət vəsiqəsinin, MV seriyalı 066076 saylı müharibə veteranı vəsiqəsinin, MV seriyalı 018238 nömrəli müharibə veteranı vəsiqəsinin, AZE seriyalı 08645743 saylı şəxsiyyət vəsiqəsinin, AZE seriyalı 05743318 nömrəli şəxsiyyət vəsiqəsinin, 064221 saylı vəsiqənin kserosurətləri və digər sənədlər də əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim etdiyi sənədlərə SHXÇDXdə baxılmış və könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “Müharibə veteranı” vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edildiyi halda yuxarıda qeyd edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Lakin iddiaçının məhkəmə təqdim etdiyi sənədlər arasında ziddiyyətli məqamlar mövcuddur və ən azından aşağıda göstərilən hallara görə həmin sənədlər mötəbər sübutetmə vasitəsi kimi qəbul oluna bilmir. Belə ki, müvafiq məhkəmə sorğuları ilə 355 saylı, xx.xx.2016-cı il tarixli arayışın verilməsinə əsas olmuş sənədlərin və könüllü özümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş səxslərin adlarının qeyd edildiyi siyahının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surətləri tələb edilsə də, Sədərək rayon İcra Hakimiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tələb edilmiş sənədlər təqdim edilməmiş, məhkəmə sorğusuna yalnız məktubla cavab verilmişdir ki, bu hal da belə nəticəyə gəlməyə əsas verir ki, həmin arayışın verilməsinə əsas olan sənədlər müəyyən edilmir. Digər tərəfdən iddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletin 14-cü bölməsində iddiaçının döyüşlərdə iştirak etmədiyi göstərilsə də, sonradan həmin qeyd pozularaq onun 1991-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etdiyi qeyd edilmişdir. Həmin qeyd müvafiq vəzifəli şəxs tərəfindən imzalanmamış, qeydin üzərinə yalnız möhür icra edilmiş, düzəliş barədə ayrıca qeydiyyat aparılmamış, əksinə olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsindən daxil olmuş 233 saylı, xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, İddiaçı məxsus AO ******* saylı hərbi biletin 7-ci səhifəsində 1991-1992-ci illərdə Sədərək rayon döyüşlərində qeydlərin aparılması əsassız şəkildə qeyd olunmuş və şöbənin arxivində İddiaçı şəxsi qeydiyyat kartasında onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib-etməməsi barədə heç bir məlumat yoxdur. Bu səbəblərdən işdə olan iddiaçıya aid uçot kartasında onun 1991-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etməsi barədə aparılmış qeydiyyatın və Sədərək rayon hərbi komissarlığı tərəfindən Sədərək kənd icra nümayəndəliyinin arayışına istinadən verilmiş 4/10 saylı, xx.xx.2003-cü il tarixli arayışın da iddiaçıya münasibətdə müsbət sübutetmə vasitələri kimi qəbul edilməsi istisna edilir. Həmçinin Naxçıvan MR Sədərək Rayon İcra Hakimiyyətindən 39 saylı, xx.xx.2020-ci il tarixli məktubunda da qeyd edildiyi kimi İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi haqqında və məktubda qeyd edilən siyahı barədə heç bir məlumat yoxdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, işə əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən verilmiş 2396 saylı vəsiqənin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Qarabağ müharibəsi şəhidləri, veteranları və şəhid ailələri ictimai birliyinin Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən verilmiş 11 saylı, xx.xx.2010-cu il tarixli arayış və digər sənədlər də yuxarıda göstərilmiş qanunvericilik normalarının tələbləri baxımdan hazırkı iş üzrə sübutetmə vasitəsi kimi qəbul edilə bilməz. İşdə olan medallarla təltif edilmə barədə vəsiqələr də həmin medallar hərbi idarəetmə orqanları tərəfindən verilmədiyindən sübutedici əhəmiyyət daşımır. Beləliklə, məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar məhkəməyə təqdim edilmiş və toplanılmış sübutları əlaqəli və müqayisəli şəkildə tədqiq edərək, belə nəticəyə gəlir ki, həmin sənədlər arasında zidiyyət olduğundan və təqdim edilmiş sənədlərin mötəbərliyinə yuxarıda göstərilmiş hallara görə əsaslı şübhələr olduğundan, habelə, həmin şübhələri istisna edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən iddiaçının Sədərək rayonunun ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ermənistan Respublikasının silahlı birləşmələrinə qarşı aparılmış döyüşlərdə iştirakı haqqında iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar