Məhkəmə qərarları › İş №2-1(112)-1433/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1433/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1433/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X13 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis, X3 LTD şirkətində mühəndis vəzifəsində işləyir), iddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil) üçüncü şəxs X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı üçüncü şəxslər qismində X6 və X4 cəlb edilməklə “Bakı şəhər XDS İKnin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il il Б/С nömrəli orderlə X9 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X9 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il il Б/С nömrəli orderlə X9 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X9 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1722b nömrəli, 0,12 ha torpaq sahəsi və torpaq sahəsindəki yarımçıq tikili iddiaçının atası X9 verilmişdir. Torpaq sahəsi iddiaçının atası X9 Bakı şəhər X17 İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu və 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarı əsasında, 11 mart 1991-ci il tarixli B/C nömrəli orderlə verilmişdir. 29 mart 1991-ci il tarixli 110 nömrəli qərarla Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağda (sxematik) yer hissəsinin planı tərtib olunmuş və X19a verilmişdir. Bakı şəhər X17 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 29.03.1991-ci il tarixli, 216 nömrəli məktubu ilə X19a verilmiş torpaq sahəsində ev və hasar tikintisinə icazə verilmişdir. Torpaq sahəsi üzərində 01 mart 1991-ci il tarixdə istifadə hüququ əldə etdikdən və yer hussəsinin planını əldə etdikdən sonra iddiaçının X19 tərəfindən bağ sahəsinin tikintisi, abadlaşdırılması işlərinin görülməsinə başlanılmışdır. Belə ki, iddiaçının atası X15 ilə Xəzər dəniz gəmiçiliyinin sənaye kombinatının direktoru arasında 04 aprel 1991-ci il tarixli “əhalinin sifarişi ilə təmir-tikinti işlərinin görülməsinə dair” podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə podratçı təmir obyekti üçün tələb olunan materialların əldə edilməsini, sifarişçi isə onları saxlamaq üçün qəbul etməyi və əvəzində müəyyən edilmiş pul məbləğini Podratçıya ödəməyi öhdəsinə götürür. Müqavilədə nəzərdə tutulmuş təmir-tikinti işlərinin qiyməti 23981,67 rubl dəyərində hesablanmışdır. Podratçı 01 maydan 21 oktyabr 1991-ci il tarixədək müddətdə işlərin görülməsini öz öhdəsinə götürür. Həmçinin podratçı öz günahı ilə işlərin gecikmiş hər günü üçün Sifarişçiyə danışılan məbləğin 0,5 %-ni cərimə olaraq ödəyir. X19 ilə TO-7 “Baktonnelstroy” arasında 30 sentyabr 1991-ci il tarixli “Əhaliyə xidmətlərin göstərilməsinə dair” podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə görə podratçı layihəsmeta sənədləşməsinə əsasən tikinti daxili titul siyahısında qeyd edilmiş obyektlər üzrə bütün tikinti-montaj işlərinin görülməsini və razılaşdırılmış müddətdə sifarişçiyə təhvil verilməsini, sifarişçi isə müqavilə ilə müəyyən edilmiş pul məbləğini podratçıya ödənilməyi öz üzərinə götürür. Müqavilə üzrə podratçıya tapşırılmış bütün işlərin qiyməti 23982 rubl təşkil edir. Həmçinin müqavilə üzrə sifarişçi ilkin olaraq podratçıya danışılan məbləğin 25 faizini yəni, 5996 rubl ödəməyi öz öhdəsinə götürür. 29 mart 1991-ci il tarixdə Bakı şəhər XDS İK-nin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən tikinti smetasının tutulması ilə bağlı Smeta Bürosuna təqdim olunmaq üçün iddiaçının X19a 110 nömrəli arayış verilmişdir. 30 aprel 1991-ci il tarixdə Bilgəh qəsəbəsi 32 nömrəli bağ sahəsində müqavilə əsasında evin tikintisinin smetası hazırlanmışdır. Smeta üzrə qiymət 23981,71 rubl müəyyənləşdirilmişdir. Bakı şəhəri, Bilgəh bağ massivində yerləşən 1722b nömrəli, 0.12 ha torpaq sahəsində tikinti işlərinin aparılması üçün iddiaçının atası X15 18 iyun 1991-ci il tarixdə mənzil tikinti kooperativi üzvü kimi Dövlət Bankı ilə borc müqaviləsi bağlamışdır. Həmin borc müqaviləsinin şərtlərinə görə iddiaçının atası X15 özü tərəfindən 3 ildən 10 il müddətinə alınmış pul məbləğini 18.07.1991-ci ilə kimi məqsədli istifadə etməyi öhdəsinə götürür. Borc müqaviləsi ilə müəyyən edilmiş məbləğ 24.000 rubl təşkil edir. Həmçinin müqavilə üzrə hesablanan borc və faizlər 01.10.1991-ci ildən hər üç aydan bir 600 rubl məbləğində ödənilməlidir. Borc və ona aid faizlərin tam ödənilməsi 01.10.2002-ci il üçün başa çatmalıdır. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1722b nömrəli bağ sahəsinə telefon çəkilməsi üçün iddiaçının atası X15 lenin rayon A.T.S müraciət etmişdir. Həmin müraciət əsasında Lenin rayon A.T.S-ə təqdim olunması üçün Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən 29.03.1991-ci il tarixli, 109 nömrəli arayış iddiaçının atası X9 verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1722b nömrəli, 0,12 ha torpaq sahəsi və torpaq sahəsindəki yarımçıq tikilinin atası X9 məxsus olması Bakı şəhər XDS İK-nin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 29 mart 1991-ci il tarixli, 111 nömrəli məktuba da sübut olunur. Belə ki, Bakı şəhər XDS İK-nin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Azərbaycan SSR Hidrogeologiya İdarəsinin hidroloji ekspediyasına ünvanladığı 29 mart 1991-ci il tarixli 111 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi BTK-32 nömrəli müqaviləyə əsasən idarəsi Əhmədov T.K-ya məxsus Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağda su quyusunun qazılmasını Azərbaycan SSR Hidrogeologiya İdarəsinin hidroloji ekspediyasından xahiş edir. Həmçinin məktubda əsasnaməyə görə bütün işlərinin xərclərinin icarəçinin hesabından çıxılması xahiş edilmişdir. X5 17.02.1994-cü il tarixdə vəfat etdikdən sonra tikili yarımçıq saxlanılmış, tikinti işləri başa çatdırılmamışdır. X15 17.02.1994-cü il tarixdə vəfat etdikdən sonra onun miras qalmış əmlaklarını qanun üzrə vərəsəsi olaraq iddiaçı qəbul etmişdir. İddiaçının X19un vərəsəsi olmağınla bağlı Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmişdir. İddiaçının müraciəti əsasında vərəsəlik işi açılmış və iddiaçı atası X8 vərəsəsi olaraq tanınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən 02 may 2018-ci il tarixli, 699 nömrəli məktubla AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ünvanında yerləşən 1722b saylı bağ evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi barədə müraciət edilmişdir. Lakin həmin müaciət təmin olunmamış, iddiaçıya çıxarış verilməmişdir. Miras qalmış əmlaklar, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 1722b nömrəli bağ sahəsi 2018-ci ildən vərəsəlik hüququ əsasında iddiaçıya qalmış, onun sahibliyində və istifadəsində olmuşdur. 1991-ci ildən ötən müddət ərzində torpaq sahəsindən mütəmadi olaraq istifadə etmişlər, son bir neçə ildə iddiaçının atası X7 ona miras qalmış həmin torpaq sahəsinə ara-sıra getsə də, torpaq sahəsi daim iddiaçının istifadəsində olmuş, hazırda da onun sahibliyi və istifadəsindədir. 14 aprel 2015-ci il tarixdə 2002-ci ildən 2015-ci ilədək həmin bağ sahəsinə qoyulmuş torpaq vergisini ödəmişdir. Lakin həmin bağ sahəsi hələ də daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmamışdır. 26.04.2021-ci il tarixdə ********** nömrəli məktubla cavabdehə müraciət etsə də, 10.06.2021-ci il tarixli **********50 nömrəli cavab məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1722b nömrəli bağ sahəsinin ona məxsus olması barədə müraciəti təmin edilməmişdir. Müraciətinin təmin edilməməsinin əsası olaraq verilən sənəd və sübutların qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı ilə bağlı iradlar bildirilmişdir. Lakin bütün verilən sənədlər və həmin bağ sahəsinin onun mülkiyyətində olduğunu təsdiq edən sübutlar qanunla müəyyən edilmiş tələblərə uyğundur, həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmaması üçün heç bir əsaslı səbəb yoxdur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına dair yuxarıda qeyd edilən zəruri sənədlər mövcuddur və iş materiallarına əlavə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının sözügedən məsələ ilə əlaqədar idarəyə müraciəti daxil olmuşdur. Göstərilən torpaq sahəsinə digər şəxslərin – X1 və X2 müraciətləri mövcuddur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********50 saylı, 16.06.2021-ci il tarixli cavab məktubu təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında çıxış edərək, iddiaçının iddia etdiyi bağ sahəsinin nömrəsi əslində 1722 v olmaqla ona məxsus olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş üçüncü şəxs X4 məhkəmə bахışındа nümayəndəsinin iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə üçüncü şəxs X1 iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 15 aprel 2019-cu il tarixli, 876 nömrəli məktubuna əsasən, Vəkil Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 01.03.1991-ci il tarixli, 3/75 saylı qərarından və həmin qərara əlavə edilmiş protokoldan təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X16 Bağlar Sahəsindəki 32 №-li Kooperativi tərəfindən verilmiş 11 mart 1991-ci il tarixli, Б/С nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1 mart 1991-ci il tarixli 3/75 №-li qərarına əsasən, Bilgəh Bağlar sahəsində 32 №-li BTK nəznində 0.12 ha torpaq sahəsi olan 1722 B nömrəli bağ sahəsi X9 ayrılmışdır. Bakı şəhər X11 İcrayyə Komitəsi Bağlar Təsərrüfaıtının İnkişafı və Birliyi tərəfindən verilmiş 29 mart 1991-ci il tarixli 109 saylı arayışdan görünür ki, Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağ sahəsi X15 tərəfindən icarəyə götürülmüşdür. Bakı şəhər X11 icraiyyə komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 29.03.1991-ci il tarixli 216 nömrəli məktubuna əsasən, Bakı şəhər Sovetinin 18/924 nömrəli, 15.10.1986-cı il və 6/333 nömrəli, 14.06.1988-ci il tarixli qərarına əsasən Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi icarədara ona verilən sahədə ev və hasar tikməyə icazə verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 669 saylı, 02 may 2018-ci il tarixli məktubuna əsasən, 3 saylı “ASAN Xidmət” Mərkəzində notariat kontoru Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə məktub ilə müraciət edərək, X12 17.02.1994-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1722 b saylı bağ evinin tikintisi üçün ayrılmış 0.12 hektar torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 10.06.2021-ci il tarixli, **********50 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********79 nömrəli, 01.06.2016-cı il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Həmçinin qeyd olunan əmlaka dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4937/2021 saylı bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. X15 onun atasıdır. 033696 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 19 fevral 1994-cü il tarixdə vəfat etmişdir. İddiaçı sübut qismində əlavə olaraq vətəndaş Əhmədova T.K 29 mart 1991-ci il tarixli, 110 nömrəli qərarla Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağda (sxematik) verilmiş yer hissəsinin planını, əhalinin sifarişi ilə təmir-tikinti işlərinin görülməsinə dair 04.04.1991-ci il tarixli nümunəli sifariş – müqaviləni məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1 qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin... Həmin Qanunun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) İşin faktiki hallarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1722 B nömrəli bağ sahəsi Azərbaycan SSR Bakı şəhər X11 6/333 nömrəlli, 14 iyun 1988-ci il tarixli qərarı, Bakı şəhər İcraiyyə komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarına, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş b/s nömrəli 11 mart 1991-ci il tarixli orderi ilə iddiaçının atası X9 ayrılmışdır. İddiaçı həmin orderi və digər sənədləri cavabdehə təqdim edərək qeyd edilən torpaq sahəsinın mərhum atasına məxsus olmasına dair müraciəti təmin edilməmiş, imtinanın əsası kimi sözügedən torpaq sahəsinə digər şəxslərin müraciətlərin olması göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1.hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2.torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi;10.2..4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Belə ki, sözügedən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuku iddiaçının atası X9 torpağın (bağ sahəsinin) ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mərhum atasına qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, bu haqda arayışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il il Б/С nömrəli order əsasında Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X9 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il il Б/С nömrəli order əsasında Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X9 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar