Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1433/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Mətləb oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6 Ələkbər oğlunun, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Binəqədi Rayon Binəqədi Bələdiyyəsi, Bakı Şəhər İH X1 üçüncü şəxs qismində göstərilməklə “yaşıllıq ərazisinin bərpa edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) baxaraq müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 Mətləb oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 Ələkbər oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9n, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 cavabdeh Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Binəqədi Rayon Binəqədi Bələdiyyəsi, Bakı Şəhər İH X1 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayon, 8-ci mikrorayon, 3078-ci məhəllədə istifadəsi məhkəmə qətnaməsi və digər təşkilatların tələbi ilə "xxxx" MMC-yə qadağan edilmiş yaşıllıq sahəsindəki qazılmış çalanın torpaqla doldurulması (yaşıllıq ərazisinin əvvəlki vəziyyətdə bərpa edilməsi) istiqamətində Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması üçün qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddia ərizəsinə dair etiraz məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş iddiaçılar və cavabdeh müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Mətləb oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6 Ələkbər oğlunun, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17 İddiaçı18 ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Mətləb oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6 Ələkbər oğlunun, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17 İddiaçı18 cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Binəqədi Rayon Binəqədi Bələdiyyəsi, Bakı Şəhər İH X1 üçüncü şəxs qismində göstərilməklə “yaşıllıq ərazisinin bərpa edilməsi” tələbi barədə inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1433/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1433/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver