Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14334/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X1) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X1) “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırkı vəziyyətdə üçüncü şəxsin qeydiyyatda qalması onun hüquqlarının pozulmasına səbəb olur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Çıxarışdan görünür ki, üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələb edilən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı və üçüncü şəxs keçmiş ər-arvaddır, X3 İbrahimova qarşı yaşayış sahəsinə payların müəyyən edilməsi barədə iddia qaldırmış, bundan əlavə yaşayış sahəsinə istifadə hüququna xitam verilmə və yaşayış sahəsindən çıxarılma barədə qarşılıqlı iddia verilmişdir. Məhkəmənin qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək pay hüququ 1/2 hissədə tanınmış, qarşılıqlı iddia isə təmin edilməmişdir. Ali Məhkəmənin qərarından görünür ki, həmin iş üzrə apellyasiya məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə ilkin və qarşılıqlı iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi istifadə hüququna xitam və yaşayış sahəsindən çıxarılma barədə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər 1989-cu ildən ailə münasibətində olmuş, həmin vaxtdan üçüncü şəxs ailə üzvü kimi bu ünvanda yaşamağa başlamış, mülkiyyət hüquqları ilkin olaraq 2003-cü il tarixdən iddiaçının adına qeydiyyata alınmışdır. Beləliklə də MM-nin 228.5-ci maddəsinə əsasən üçüncü şəxsin Daş karxanası küçəsi, ev 208 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüququ yaranmışdır ki, ona xitam verilməsi ailə münasibətlərinə xitam verilmə ilə bağlı olmayıb, kompensasiya verilməsi ilə mümkündür ki, kompensasiya ilə bağlı hər hansı təklif olmamışdır. Apellyasiya Məhkəməsinin həmin qərarından yalnız ilkin iddianın təmin edilməməsi hissəsindən şikayət verilmiş, qarşılıqlı iddianın rədd edilməsi hissəsindən şikayət verilməmişdir. Punan Vəliyevanın kassasiya şikayəti təmin edilməmişdir. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və aidiyyəti İstismar Sahəsinin məktub və arayışında qeyd edilmişdir ki, üçüncü şəxs adıçəkilən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində yaşamaqdadır Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur Eyni zamanda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Göründüyü kimi istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. Hazırkı iş üzrə iş materiallarında olan məhkəmə qərarlarından isə görünür ki, nəinki iddiaçının keçmiş ailə üzvü kimi üçüncü şəxsin istifadə hüququnun olmaması, xitam verilməsi və ya itirilməsi barədə məhkəmə qərarı cavabdehə təqdim edilməmiş, əksinə üçüncü şəxsin istifadə hüququnu təsdiq edən məhkəmə qərarı mövcud olmuşdur ki, məhkəmə hesab edir ki, şəxsin istifadə hüququnu mövcudluğu həmin hüququn mövcud olduğu yaşayış sahəsindən onun qeydiyyatdan çıxarılmasını istisna edir. Belə ki, mülki iş üzrə işə baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər 1989-cu ildən ailə münasibətində olmuş, həmin vaxtdan üçüncü şəxs ailə üzvü kimi bu ünvanda yaşamağa başlamış, mülkiyyət hüquqları ilkin olaraq 2003-cü il tarixdən iddiaçının adına qeydiyyata alınmışdır. Beləliklə də MM-nin 228.5-ci maddəsinə əsasən üçüncü şəxsin Daş karxanası küçəsi, ev 208 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüququ yaranmışdır ki, ona xitam verilməsi ailə münasibətlərinə xitam verilmə ilə bağlı olmayıb, kompensasiya verilməsi ilə mümkündür ki, kompensasiya ilə bağlı hər hansı təklif olmamışdır. Göründüyü kimi qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxs yaşayış sahəsinə istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınan şəxsdir. Odur ki, həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina barədə cavabdehin mövqeyi qanuni və əsaslı olmuşdur. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-14334/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14334/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver