Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14341/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, məhkəmə iclas katibi X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı “xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi, ev 7, mənzil 17,20,21-in “X3 Azarbaijan” MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli A-İ/0657 saylı rəyi əsasında Cavabdeh "xxxx" MMC-yə hərrac keçirilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 7146/2011-16- 12/384 saylı sifarişin qeyri-qanuni hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı “xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi, ev 7, mənzil 17,20,21-in “X3 Azarbaijan” MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli A-İ/0657 saylı rəyi əsasında Cavabdeh "xxxx" MMC-yə hərrac keçirilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 7146/2011-16-12/384 saylı sifarişin qeyri-qanuni hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla səaslandırılmışdır ki, Nizami rayon Məhkəməsinin 2(007)- 648/2010 saylı 3.05.2010-cu il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə Səbail rayon icra şöbəsinin xx.xx.2021- ci il tarixli qərarı və 2173-7146/2011-xx-xx/4531 saylı müraciətinə əsasən mülkiyyət hüquqi ilə iddiaçıya məxsus sahəsi 527 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,21 saylı mənzillərin qiymətləndirməsi cavabdeh “X3 Azerbaijan” MMC-yə həvalə edilərək onunla xx.xx.2021 -ci il tarixli A- İ/0657 saylı müqavilə imzalanmışdır. Həmin qiymətləndirici tərəfindən 1 100 000 (bir miliyon yüz min) manata qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən iddiaçının adına xx.xx.2023-cü il tarixli bildiriş gələrək mənzilin 935000 (doqquz yüz otuz beş min) manata qiymətləndirildiyini və xx.xx.2023-cü il tarixdə saat 11-00-da ilk hərracın keçiriləcəyi bildirildi. Heç bir hərrac keçirilmədən ilk təyinatda hərrac keçirən təşkilat əmlakın qiymətini 15% azaldaraq hərraca çıxarmışdır. Qiymətləndirici tərəfindən qiymətləndirmə qeyri real aparılmışdır bu haqda cavabdehə iradlar bildirilsədə bir nəticə verməmişdir. Belə ki,qiymətləndirmə aktının 3-cü səhifəsinin ikinci abzasında qeyd edilir ki, “ qiymətləndirmə hesabatında göstərilmiş bütün faktlar, rəqəmlər və hesablamalar həqiqəti əks etdirir”. Lakin həmin hesabatın özündəki faktlar bunun əksini deyir. Belə ki, hesabatında qiymətləndirilən əmlakın aid olduğu bazar seqmentlərinin təhlili və qiymətləndirilməsi üçün əmlakın qiymətinə təsir edə biləcək zəruri olan informasiyalar əldə edilməmiş və hesabatda göstərilməmişdir. Hesabatın 15-ci səhifəsinin əvvəlində qiymətləndirilən əmlakın ünvanı “ünvan 1əhifənin sonunda “ Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, mənzil 17,20,21” göstərilmişdir. Həmin səhifədə mənzilin girişlərinin sayı 4 göstərilmiş, rəsmi və faktiki olaraq mənzilin 2 girişi vardır, magistral yola ən yaxın dayanacağa olan məsafə 120 metr göstərilib, lakin binanın 8-10 metrlik məsafəsində 6,10,18,31, 37, 53, 65, 77 saylı marşurutlar üzrə hərəkət edən avtobusların dayanacaqları mövcuddur (fotoşəkilləri əlavə edilir). Eyni zamanda hesabatda mənzilin daxili hündürlüyü 2.8 metr göstərilsədə faktiki olaraq mənzilin daxili hündürlüyü 4.5 metrdir. 42 kvm sahəsi olan 5 eyvan qiymətləndirmədə nəzərə alınmamışdır və hesabatda göstərilməmişdir, baxmayaraq ki, texniki pasportda eyvanlar göstərilmişdir.Hesabatın 16-cı səhifəsində Səbail rayonu üzrə iyul ayında təklif olunan mənzillər üzrə qiymətlər göstərilmişdir, bu qiymətlər həqiqəti əks etdirmir. Bakı şəhəri üzrə satş elanları (ərizəyə əlavə edilir) bunun tam əksini göstərir. Belə ki, Səbail rayonu üzrə yerləşdirilən köhnə tikililərdə olan mənzillərin hər kvadratmetrinin minimum satış qiyməti 4500 manat, maksimum satış qiyməti 7300 manat təşkil edir. Deməli rayon üzrə orta satış qiyməti 6115 manat təşkil edir. Ümumiyyətlə mənzilin yerləşdiyi rayonda yeni tikililərin bir kvadratmetrinin (sadəcə giriş qapısı və xaici pəcərələr qoyulmaqla, qara suvaqla (podmayak) satış qiyməti 3500-5000 manat civarındadır. Təmirsiz köhnə arxitektur binalarda isə ondan baha qiymətə satılır. Qiymətləndirilən əmlakın qiymətinə təsir edəcək real faktlar hesabatda nəzərə alınmamışdır. Belə ki, mənzil arxitektur binada yerləşir, döşəmədən tavana olan hündürük 4.0 metrdir, bütün otaqlara və salonlara 26 pəncərə vasitəsi ilə (pəncərələrin hamısı almania istehsalı PVC, qiymətləri isə ölçülərindən asılı olaraq ***-**** ABŞ dolları) ilk işıq (günəş işığı) düşür, otaqların qapıları təmiz bahalı ağacdan hazırlanıb (11 qapıdır,hündürlükləri 2.75 metrdir , ölçülərindən asılı olaraq qiymətləri 2500- 5000 manat), mənzilin döşəməsi bahalı ağaclardan hazırlanmış şəkilli və mozaikalı parketdir, mənzildə 4 sanuzel, 3 duş otağı, 1 böyük hamam (duş kabinə və cakkuzi ilə), bir sauna, bir camaşirxana mövcuddur, bütün avadanlıqları İtaliya və İspaniya istehsalıdır ( kafel və metlaxlarının bir kvadratmetrinin qiyməti 75-135 ABŞ dolları), qapıları Almaniya istehsalı PVC-dir. Mənzilin ümumi sahəsi 42 kvm.olan 5 eyvanı var, eyvanların döşəməsi bahalı metlax, tavanı lambirin, damı dəmir örtük, ətrafları dəmir barmaqlıqlarla bağlıdır. Qiymətləndirmə zamanı eyvanlar nəzərə alınmamışdır. Mənzil də hər birinin sahəsi 26 və 34 kvm olan iki mətbəx mövcuddur, avadalıqları xüsusi sifarişlə gətirilmişdir və ümümi qiymətləri 32000.00 ABŞ dolları təşkil edir, mənzil 4 ədəd soba ilə qızdırılır ( hər bir sobanın mal material və işləmə xərci ilə 14 000.00 - 20 000.00 ABŞ dolları təşkil edir), mənzil ümumilikdə 7 yataq otağından, 1 geniş iş otağından, 2 böyük salondan, geniş giriş otağından ibarətdir. Mənzilin dam örtüyü paslanmayan metaldandır. Mənzilin qiymətinə təsir edə biləcək binanın 30-200 metrlik məsafəsində yerləşən şəhərin yüksək səviyyəli təhsil müəssisələri olan 132-134 saylı, 6 saylı, 150 saylı, 189- 190 saylı məktəblərin, 100- 200 metrlik məsafədə yerləşən İqtisad Universitetinin, Politologiya Akademiyasının, 8-10 metrlik məsafədə ictimai nəqliyyat dayanacağının, 50- 100 metrlik məsafədə 3 ədəd super marketin, 200 metrlik məsafədə “içəri Şəhər” metrostansiyasının, 100-200 metrlik məsafədə Prezident Aparatının, Nazirlər Kabinetinin, Bakı şəhər icra Hakimiyyətinin, filarmoniya parkının, M.Ə.Sabir parkının, Şəlalələr parkının, muzeylərin, İçəri Şəhər Qoruğunun, 500 metrlik məsafədə Dənizkənarı Milli parkın, alış-veriş mərkəzlərinin, Dağüstü parkın, gözəl nəqliyyat-yol infrastrukturunun olması nəzərə alınmamışdır. İddiaçı tərəfindən olunan müraciət əsasında həmin mənzillərin qiymətləndirilməsi "xxxx" MMC tərəfindən aparılmışdır. Həmin qiymətləndiricinin xx.xx.2022-ci il tarixli 247 saylı rəyinə əsasən qiymətləndirmə gününə həmin mənzillərin bazar qiymətləri 2 531 000 (iki miliyon beşyüz otuz bir min) manat təşkil etmişdir. Bundan əlavə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 72/22 saylı müqavilə əsasında həmin mənzillər qiymətləndirilərək xx.xx.2022-ci il tarixli 248/KS/22 saylı qiymətləndirmə rəyinə əsasın həmin günə girov mənzillərinbazar qiymətinin 2 492 000 (iki miliyon dörd yüz doxsan iki min) manat olmuşdur. Son bir il ərzində isə bu qiymətlər daha da artmışdır. Mənzili ipoteka edib kredit alan zaman bank tərəfindən 1700 000.00 manata qiymətlədirilmişdir, bankdan alınan 1000 000.00 manat vəsait və özümə aid 350 000.00 manat vəsait mənzilin əsaslı təmirinə xərclənmişdir. Necə ola bilər ki, 9-10 il əvvəl 3 050 000.00 manata başa gəlmiş mənzil indi 1100000.00 manata qiymətləndirilsin. Baxmayaraq ki, bu illər ərzində istər yeni tikililərin, istərsədə köhnə tikililətin qiymətlərində dəfələrlə qiymət artımı olmuşdur. Məhkəmə iddiaçının dinlədikdən və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddiası Nizami rayon Məhkəməsinin icra vərəqəsi əsasında Səbail rayon İcra və probasiya şöbəsinin icra məmurunun "xxxx" MMCyə hərrac keçirilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 7146/2011-16-12/384 saylı sifarişin qeyri-qanuni hesab edilməsi tələbindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 26. icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir - 29.1.tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. - 87.1. icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün həmin hərəkətlərlə (hərəkətsizliklə) bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı “xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi, ev 7, mənzil 17,20,21-in “X3 Azarbaijan” MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli A-İ/0657 saylı rəyi əsasında Cavabdeh "xxxx" MMC-yə hərrac keçirilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 7146/2011-16-12/384 saylı sifarişin qeyriqanuni hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı “xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi, ev 7, mənzil 17,20,21-in “X3 Azarbaijan” MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli A-İ/0657 saylı rəyi əsasında Cavabdeh "xxxx" MMC-yə hərrac keçirilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 7146/2011-16-12/384 saylı sifarişin qeyri-qanuni hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-14341/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14341/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver