Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1435/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı - İddiaçı Razdak oğlunun cavabdeh - Cavabdeh1nə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Razdak oğlu cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” adlanan ərazisində, A.Şaiq küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində, 25 dekabr 2003-cü il tarixdə 3718-ə nömrə ilə mərhum atası X1 mülkiyyət hüququ qeydə alınmış qarajın altındakı torpaq sahəsinə görə ona kompensasiya verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı etirazı 01.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 13.04.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının mərhum atası X1 “Sovetski” adlanan ərazidə mülki olmuş, həmin ərazinin sökülməsi ilə başlı verilən pul varis kimi ona verilmiş, pulu verdiyi etibarnamə əsasında həyat yoldaşı Fəxriyyə qəbul etmişdir. Lakin nə mülkün altındakı torpaq sahəsinə nədə qarajın altındakı torpaq sahəsinə görə ödəniş edilməmişdir. Evin altındakı torpaq sahəsinə ödəniş edilməsi mübahisəli olduğundan bu haqda müraciət etməsə də qarajın altındakı torpaq sahəsinə qərar olduğundan bu sahənin əvəzinin ödənməsinə Cavabdeh1 və Nazirlər Kabinetinə müraciət etmişdir. Sonuncu təşkilat məsələnin araşdırılıb tədbir görülməsi üçün müraciəti Maliyyə Nazirliyinə göndərmişdir. Cavabdeh1 müraciətindən uzun müddət küçməsinə baxmayaraq cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və bununla əlaqədar abadlıq- quruculuq işləri çərçivəsində Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2013-cü il tarixli 501 nömrəli Sərəncamı əsasında Cavabdeh1 müvafiq qaydada təşkil etdiyi Komissiya tərəfindən həyata keçirilmişdir. İş materiallarından görünür ki, qeyd olunan ərazidə Razdak Məmmədova məxsus (Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 3718-Ə inventar nömrəli, 25 dekabr 2003-cü il tarixli Texniki Pasporta əsasən) qarajın alqı-satqısına dair bütün sənədlər hazırlandıqdan sonra notariat kontoruna müraciət edilməklə etibarnamə əsasında Nümayəndə1 ilə Cavabdeh1 arasında könüllü qaydada alqı-satqı müqaviləsi bağlanmış və hesablanmış 8945,00 manat kompensasiya məbləği onun adına müvafiq müvəkkil bankda açılmış bank hesabına köçürülərək, Nümayəndə1 tərəfindən 2014-cü ilin avqust ayında bankdan nağd qaydada götürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” adlanan ərazisində, A.Şaiq küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində, 25 dekabr 2003-cü il tarixdə 3718-ə nömrə ilə mərhum atası X1 mülkiyyət hüququ qeydə alınmış qarajın altındakı torpaq sahəsinə görə ona kompensasiya verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı A.Şaiq küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində, 25 dekabr 2003-cü il tarixdə 3718-ə nömrə ilə mərhum atası X1 mülkiyyət hüququ qeydə alınmış qarajın altındakı torpaq sahəsinin mərhum atasının mülkiyyətində olmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1-ci maddəsinə görə alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus qaraja dair müvafiq kompensasiya ödənilməsində məqsəd həmin qarajın yerləşdiyi torpaq sahəsindən dövlət ehtiyacları üçün istifadəni təmin etməkdən ibarətdir. Qeyd edilən torpaq sahəsinin isə iddiaçının mülkiyyətində olması və ya daimi istifadə üçün ona verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Beləliklə, göstərilənlə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması və ya iddiaçıya daimi istifadə üçün verilməməsi, qarajın yerləşdiyi torpaq sahəsindən dövlət ehtiyacları üçün istifadəni təmin etmək məqsədilə həmin torpaq sahəsinin üzərində yerləşən qaraja dair iddiaçıya kompensasiya ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Razdak oğlunun cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” adlanan ərazisində, A.Şaiq küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində, 25 dekabr 2003-cü il tarixdə 3718-ə nömrə ilə mərhum atası X1 mülkiyyət hüququ qeydə alınmış qarajın altındakı torpaq sahəsinə görə ona kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1435/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1435/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver