Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1435/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və əmək pensiyasının 240 manatadək azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının qanunsuz hesab edilməsi, İddiaçı son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyanın yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdehin 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və əmək pensiyasının 240 manatadək azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının qanunsuz hesab edilməsi, İddiaçı son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyanın yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01 avqust 2016-cı ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt 273 (iki yüz yetmiş üç) manat pensiya məbləği hesablanmışdır. Pensiya məbləği sonradan 2018-2019-2022-ci illərdə artaraq 403 (dörd yüz üç) manat oldu. Sonradan pensiyanın düzgün hesablanması üçün “Dost” xidmətinə müraciət etmiş, onlar iddiaçıdan əmək və digər gəlirlər haqqında arayış istədilər. Arayışı əldə etmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etdi. İddiaçı 1991-ci ildən 1994cü ilə kimi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər, Nəsimi və Nərimanov rayon şöbələrində işləmişdir. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının direktoru Yavər Məmmədovun xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli **********1 nömrəli, **********7 nömrəli məktublara əsasən bildirilmişdir: “Fondun Hüquq və Kadrlar şöbəsinin əməkdaşları və onları əmək haqqı gəlirləri barədə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında heç bir sənəd olmadığı üçün 1991- 1993-ci illər üzrə sizə əmək haqqı arayışının verilməsi mümkün deyildir.” Fonddan bu cavabı aldıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə “Dost” xidmətinə müraciət etmiş və ərizəyə əmrlərin surətlərini əlavə etmişdir. Əmrlərdə aylıq əmək haqqı məbləğləri yazılıb. Əmrdə göstərilən əmək haqqı ilə onun pensiyası hazırki pensiya məbləğindən 4-5 dəfə artıq olmalıdır. Əmrdə göstərilir ki, aylıq əmək haqqı 12400 rubl (on iki min dörd yüz) yəni 1240 (min iki yüz qırx) manat və 14880 (on dörd min səkkiz yüz səksən) rubl, yəni 1488 (min dörd yüz səksən səkki) manat olub. Bundan əlavə rüblük və illik mükafatlar almışdır. İddiaçının pensiyası hesablanarkən heç bir sənədə baxmadan və araşdırmadan qərar qəbul etmişlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, 01 avqust 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 313,13 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,31 manat olmaqla orta aylıq əmək haqqı 344,44 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 8 il 3 ay 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (344,44 manat) 51 faizi-175,66 manat məbləğində hesablanmalı olduğu halda, 273,11 manat müəyyən edilməklə xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 1851,55 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumillikdə vəzifə maaşının orta aylıq məbləği 515,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 51,50 manat olmaqla orta aylıq əmək haqqı 566,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (566,50 manat) arasındakı fərq məbləğinin (189,06 manat) 27,50 faizi-51,99 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (187,74 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 236,73 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 3638,04 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının artırılması ilə əlaqədar cari ilin yanvar ayından etibarən əmək pensiyası 240,00 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 506,64 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 7841,95 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 7841,95 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bundan əlavə əmək pensiyası 240,00 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 24,00 manat məbləğində maddi yardım ödənilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.İskəndərova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndələsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Zakir Yəhya oğluna ünvanladığı 20 may 2022-ci il tarixli, **********6 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktuba əsasən bildirilmişdir ki, 01 avqust 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 313,13 manat, qulluq stajına görə vəzifə naaşının 10 faizi miqdarında əlavəsi 31,31 manat olmaqla orta aylıq əmək haqqı 344,44 -manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında Azərbaycan Rspublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 8 il 3 ay 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (344,44 manat) 51 faizi-175,66 manat məbləğində hesablanmalı olduğu halda, 273,11 manat müəyyən edilməklə xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 1851,55 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumillikdə vəzifə maaşının orta aylıq məbləği 515,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 51,50 manat olmaqla orta aylıq əmək haqqı 566,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (566,50 manat) arasındakı fərq məbləğinin (189,06 manat) 27,50 faizi-51,99 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (187, 74 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 236,73 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 3638,04 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının artırılması ilə əlaqədar cari ilin yanvar ayından etibarən əmək pensiyası 240,00 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 506,64 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində 7841,95 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 7841,95 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bundan əlavə əmək pensiyası 240,00 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 24,00 manat məbləğində maddi yardım ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 dekabr 2021-ci il tarixli, **********7 nömrəli arayışında, İddiaçı xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək pensiyası ilə bağlı cədvəl təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə X2 Zakir Yəhya oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli “Əmək haqqı və digər gəlirlər barədə” məktuba əsasən bildirilmişdir ki, 1991-1994-cü illər əmək haqqı gəlirləri üzrə xx.xx.2021-ci il tarixli, **********7 nömrəli sorğu göndərilmiş, lakin həmin illər üzrə əmək haqqı sənədlərinin Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına təhvil verilməməsi səbəbindən arayışın verilməsi imkan xaricindədir. Məhkəmə sorğusu əsasında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı müraciətinə dair inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərardan görünür ki, iddiaçının müraciəti əsasında pensiya məbləği yenidən hesablanmış və 366,66 manatdan 236,73 manatadək azaldılmışdır. Məhkəmə sorğusu əsasında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 19 yanvar 2023ci il tarixli məktubla İddiaçı 1991-1993-ci illər üzrə əmək haqqı ilə bağlı mövcud sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Həmin Qanunun 20.11-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2: dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarında olan əmək haqqı cədvəllərindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsində 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək işləmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası dövlət qulluqçusu kimi 01 avqust 2016-cı il tarixdən cavabdehin qərarı ilə təyin edilmiş, iddiaçının pensiya məbləğinin yenidən hesablanması barədə müraciətinə əsasən, cavabdeh pensiya ödədiyi bütün dövr ərzində iddiaçıya ödənilmiş 7841,99 manat pul vəsaitdən iddiaçı əsassız faydalandığını hesab etmiş və bunu Fonda vurulmuş zərər kimi qiymətləndirərək “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə pensiya məbləğini 366,66 manatdan, 236,73 manata qədər azaltmışdır ki, məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini qanunvericiliyin tələblərinə zidd hesab edir. Çünki, iddiaçının 2016-ci ildə təyin edilmiş pensiya məbləğinın, onun 1991-1993-cü illərdə aldığı yüksək məbləğdə məvacibi nəzərə alınmaqla yenidən hesablanmasını tələb etmək hüququ əmək pensiyalar haqqında qanunvericiliyin normalarının müddəalarına uyğundur. Sözügedən qanun normasına(20.11-ci mad.) əsasən, dövlət qulluqçusu olan şəxsin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilə bilər. “Əmək pensiyaları haqqında” Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İddiaçıya əmək pensiysının təyin edilməsi barədə DSMF orqanının qərarı əlverişli inzibati akt sayılır. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin azaldılması ilə nəticələnən “Əmək pensiyasının yenidən hesablanması barədə“ xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının maddələrinin müddəalarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan ziyan vurmadığı hallarda. Maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalavağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.(64.3). “İnzibati icraat haqqında” Qanunun 21-ci (inzibati icraatda maraqlı şəxsin iştirakı) maddəsinə əsasən, (21.1) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (21.2.)Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (21.3.) İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1.) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;(21.3.2.) İctimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; (21.3.4.) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.5.) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuş hallar belə qənaətə gəlmək üçün əsas verir ki, cavabdehin inzibati icraat qaydalarına riayət etmədən, yəni inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı qanuni sayıla bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, iddiaçının pensiya məbləğinin yenidən hesablanması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən, onun 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək işləməsi faktının müəyyən oldunduğundan, iddiaçının müraciət etdiyi 7 aprel 2022-ci il tarixdən əvvəlki 3 il üçün, yəni 2019-cu ilin aprel ayından pensiya məbləğini yenidən hesablanması və yaranmış fərqi almaq hüququ mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, cavabdehin 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və əmək pensiyasının azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarı qanunsuz hesab edilməli, iddiaçının son iş yeri üzrə 17 iyul 1991ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyanın yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyasının üzərinə əlavə etməklə ödənilməsi (2019-cu ilin aprel ayından) öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və əmək pensiyasının 240 manatadək azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarı qanunsuz hesab edilsin; İddiaçı son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə (2019-cu ilin aprel ayından) ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1435/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1435/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver