Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14358/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 2 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ASC ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə xx.xx.2024-cü il, "xxxx" MMC ilə xx.xx.2024-cü il, "xxxx" MMC ilə xx.xx.2024-cü il, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə xx.xx.2024-cü il, X2 ilə xx.xx.2024-cü il, "xxxx" MMC ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə xx.xx.2024-cü il dövrlər aralığında əməliyyatlar apararaq elektron qaimələr əsasında xidmət alışı həyata keçirmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarları ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X2 və "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarları ilə "xxxx" MMC və "xxxx" MMC və xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-2/2-41334/2025 nömrəli, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqında haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2024-cü il üçün 246920,00 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-2/2-41334/2025 saylı Qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə təqdim edilmiş 2024cü il üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi ilə əlaqədar Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən xx.xx.2025-ci il tarixli, 3-21-2-2/2-36744/2025 №-li və xx.xx.2025-ci il tarixli, 3-21-2-2/2-38410/2025 №-li məktublar olmuşdur. Məktublarda araşdırma zamanı 2024-cü il ərzində məktuba əlavə edilmiş vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, müəssisənin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı qeyd edilmiş, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur. Bank tərəfindən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli **********996700 №-li məktubla müraciətə cavab verilmişdir və qeyd edilən vergi ödəyiciləri ilə aparılmış əməliyyatların riskli ödəyici siyahısına daxil edilməzdən əvvəl baş tutduğu və bu əməliyyatların əmtəəsiz olmadığı bildirilmişdir. Daha sonra, “X3” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) tərəfindən 2024-cü il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsi kameral qaydada yoxlanılmış və yoxlama nəticəsində xx.xx.2025-ci il tarixli 3-21-2-2/2-41334/2025 saylı Qərar qəbul edilmişdir. Həmin Qərar nəticəsində Bankın bəyan edilmiş 1.234.600,00 manat (bir milyon iki yüz otuz dörd min altı yüz manat sıfır qəpik) məbləğində ödənişlərinin xərc kimi nəzərə alınmasından imtina edilmişdir və yoxlama nəticəsində 246.920,00 manat (iki yüz qırx altı min doqquz yüz iyirmi manat sıfır qəpik) əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə- faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Bank tərəfindən 2024cü ildə mal, iş və xidmətlərin alındığı 13 vergi ödəyicisi sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyicisi sayılaraq riskli vergi ödəyicilərinin reyestrinə daxil edilmişdir. Bu səbəbdən sözügedən şəxslərə bağlanılmış 17 müqavilə üzrə ödənişlərin edilməsi zamanı onların riskli vergi ödəyicisi olmaları barədə məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunmamışdır. Nəticə etibarilə, Bank mal, iş və xidmət əldə edən və/və ya əməliyyatlar aparan zaman, ödəniş edən zaman, malın və/və ya xidmətin təhvil alınmasına dair təhvil-təslim aktları imzalandığı zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmirdi və onların gələcəkdə riskli vergi ödəyicisi olacağı barədə Bank məlumatlı ola bilməzdi. Bu hallar iddia ərizəsinə əlavə edilmiş Cədvəl № 1-dən də aydın olur. Daha sonrakı tarixlərdə, cədvəldə qeyd edilmiş müəssisələr tərəfindən aparılmış digər əməliyyatların riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərinin siyahısına salınması isə Bank ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da riskli hesab edərək, Bank tərəfindən edilmiş ödənişləri xərc kimi nəzərə almaqdan imtina etmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1 (102)-1143/2021 nömrəli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Əlavə edirlər ki, sözügedən şəxslər barədə qeyd edilən faktlar vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri çərçivəsində vergi orqanının malik olduğu inzibati-texniki resursların istifadəsi nəticəsində aşkarlanmışdır. Bank isə vergi ödəyicisi olaraq, vergi orqanının malik olduğu inzibati- texniki resurslara malik deyildir və sözügedən əməliyyatların aparıldığı tarixlərdə qeyd olunan məlumatlara çıxış imkanı mövcud olmamışdır (vergi ödəyicilərinin elektron kabineti üzərindən kontragentlərin kommersiya və vergi sirri təşkil edən məlumatların alınmasına imkan verən elektron xidmət yalnız 2025-ci ilin 2-ci rübü tarixlərindən etibarən istifadəyə verilmişdir). Cədvəldə qeyd edilən vergi ödəyiciləri ilə Bank arasında olan təsərrüfat əlaqələri həmin ödəyicilərin adı riskli vergi ödəyicisi siyahısına daxil edilməzdən öncəki dövrlərdə aparılmışdır. Vergi Məcəlləsinə əsasən əmtəəsiz əməliyyat xərc kimi tanınmır. Lakin, iddia ərizəsinə əlavə olunan e-qaimələr əsasında, görünür ki Bank mal/xidmətləri əldə etmişdir və nəticə etibarilə Bank tərəfindən əmtəəsiz əməliyyat aparılmamışdır. Bundan savayı, sözügedən əməliyyatların əmtəəsiz olmasını sübutetmə vəzifəsi Vergi orqanın üzərində olsa da, Vergi orqanı bu əməliyyatların əmtəəsiz olduğunu sübuta yetirə bilməmişdir. Həmçinin, nəzərə çatdırmaq istəyirlər ki, analoji iş üzrə iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iddiası Bakı İnzibati Məhkəməsinin № 2-1(1 12)-7845/2023 saylı xx.xx.2023-cti il tarixli qərarı təmin edilmişdir və Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********223900 saylı 04 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Eyni iş üzrə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1601/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7845/2023 saylı 18 sentyabr 23-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2261/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış kameral vergi yoxlaması zamanı 2024cü il ərzində vergi ödəyicisi “X3” ASC və "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), X2 (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) ilə aparılmış 1 234 600,0 manat dəyərində əməliyyatların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə müəyyən edilmiş meyarlara uyğun olaraq riskli olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma ilə qeyd edilən vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların, işlərin və ya xidmətlərin həcminin və çeşidinin həmin müəssisələr üzrə vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Qeyd olunanlar əsas götürülməklə həmin əməliyyatlar üzrə təqdim edilmiş sənədlər xərci təsdiq edən sənəd hesab edilməmiş, ümumilikdə vergi ödəyicisinə 246 920,00 manat mənfəət vergisi hesablanmasını nəzərdə tutan xx.xx.2025-ci il tarixli, 3-21- 2-2/2-41334/2025 saylı qərar qəbul edilmişdir. Hesab edirlər ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixlərində 228.9 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Reklam sahəsində xidmətlər" adlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçotbaza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerin yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq nəzarət-kassa aparatının quraşdırılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində cəmi 163.9 min manat dəyərində olan təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Reklam xidmətləri, ATŞ Pilləkən məhəccərlərin hazırlanıb quraşdırılması və s." xidmətlərin təqdim edildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerin yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Araşdırma zamanı vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş və müəssisənin alışında yalnız “dairəvi möhür” məhsulu aşkar edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 127499 manat dəyərində "EMUSİYA (10kl)" və digər mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Baza məlumatlarına əsasən vergi ödəyicisinin aktiv obyekti yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı il təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1, 2.1.3 v 3.1.1-ci bəndlərinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixd cəmi 128.2 min manat dəyərind təqdim edilmiş qaimə-fakturalar üzrə "Reklam xidmətlərinin göstərilməsi" adlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerinə yetirilmədiyini deməyə əsas verir. Eyni zamanda, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə 6 min manat dəyərində "Kartric HP2612A, Kağız A4 80 qr Xerox və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Əlavə olaraq vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeyd alınmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixlərində cəmi 122.3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Reklam xidmətlərinin göstərilməsinə dair ödəniş" adlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerin yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim edilmiş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. Araşdırma zamanı vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş və müəssisənin alışında yalnız “dairəvi möhür” məhsulu aşkar edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə cəmi 140 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Reklam xidmətləri" adlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerinə yetirilmədiyini deməyə əsas verir. Eyni zamanda, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə 29 min manat dəyərində "PROTEKTOR 127 BATR, PROTEKTOR 114 BATR və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. əlavə olaraq vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeyd alınmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixlərində cəmi 125.3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Reklam xidmətlərinin göstərilməsinə dair ödəniş" qeyd olunan xidmətlərin təqdim edildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerin yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Araşdırma zamanı müvafiq vergi ödəyicisinin idxalında və alışında hər hansı mal, iş və xidmət aşkar edilmədiyi halda, elektron qaimə fakturalara əsasən müəssisə tərəfindən reklam xidmətləri göstərilmişdir. Bundan əlavə vergi ödəyicisinin aktiv təsərrüfat subyekti aşkar edilməmişdir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə cəmi 51.8 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "80 ton yükgötürmə qabiliyyətinə malik,uzunluğu15 metr, eni 3 metr olan Çin istehsalı, "Kelli" marka yük tərəzisi, Emusiya və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeyd alınmadığı və xx.xx.2024cü il tarixində cəmi 53.5 min manat dəyərində olan təqdim edilmiş elektron qaiməfakturalar üzrə "Akta əsasən işlərin görülməsi" xidmətlərinin təqdim edildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı aşkar edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerinə yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixlərində cəmi 125.3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Reklam xidmətlərinin göstərilməsinə dair ödəniş" adlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerin yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Araşdırma zamanı müvafiq vergi ödəyicisinin idxalında və alışında hər hansı mal, iş və xidmət aşkar edilmədiyi halda, elektron qaimə fakturalara əsasən müəssisə tərəfindən reklam xidmətləri göstərilmişdir. Bundan əlavə vergi ödəyicisinin aktiv təsərrüfat subyekti aşkar edilməmişdir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixlərində cəmi 85.0 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Reklam xidmətlərinin göstərilməsinə dair ödəniş" adlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerin yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Araşdırma zamanı müvafiq vergi ödəyicisinin idxalında və alışında hər hansı mal, iş və xidmət aşkar edilmədiyi halda, elektron qaimə fakturalara əsasən müəssisə tərəfindən reklam xidmətləri göstərilmişdir. Bundan əlavə vergi ödəyicisinin aktiv təsərrüfat subyekti aşkar edilməmişdir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 135343,3 manat dəyərində "Stiker sənəd" və digər mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Baza məlumatlarına əsasən vergi ödəyicisinin aktiv obyekti yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömr li Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1, 2.1.3 v 3.1.1-ci bəndlərin əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisi X2 (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixlərində cəmi 70.4 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Reklam xidmətlərinin göstərilməsinə dair ödəniş" adlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerin yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq nəzarət-kassa aparatının quraşdırılmadığı müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş vergi ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş müvafiq vergi ödəyiciləri tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Bununla yanaşı, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olubolmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. Əlavə olaraq nəzərə alınmalıdır ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə həm riskli vergi ödəyicisinin meyarları, həm də riskli əməliyyatların meyarları müəyyən edilmişdir. Mübahisələndirilən iş üzrə “X3” ASC üçün əlavə vergi hesablanmasına səbəb əməliyyatlar aparılan zaman qarşı tərəflərin riskli vergi ödəyicisi deyil, əməliyyatların riskli əməliyyatlar hesab edilməsi olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2025-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Tətbiq edilən hüquq: Vergi Məcəlləsi: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmənin mövqeyi İşin hallarına əsasən iddiaçı elektron qaimə faktura əsasında iddiaçı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X2, "xxxx" MMC "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə əməliyyatlar apararaq elektron qaimələr əsasında mal (iş, xidmət) alışı həyata keçirmişdir. Dövlət Vergi Xidmətinin qərarları ilə iddiaçının əməliyyat apardığı hüquqi və fiziki şəxslər riskli vergi ödəyicisi hesab edilmişdir. Qeyd olunan hal iddiaçı barəsində “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqında haqlarının hesablanması barədə” Qərar çıxarılmasına əsas olmuşdur. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin qeyd olunmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş, xidmətləri və mal alışını şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərinin fəaliyyətlərinin araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Cavabdeh vergi orqanı iddiaçı ilə müqavilə tərəfləri arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları, işləri təqdim edən hüquqi şəxslərdə keçirilmiş OVN tədbirlərinə əsasən həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı ilə əməliyyat aparan vergi ödəyiciləri iddiaçı ilə alqı-satqı və iş, xidmətə dair əməliyyatlar həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər və iddiaçı həmin hüquqi şəxslərin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Alqı-satqı və iş, xidmət əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatları həyata keçirdiyi müəssisələr, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, riskli hesab olunan müəssisələrin riskli hesab olunmasına səbəb olan hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması, işçilərin müqaviləsiz işə cəlb edilməsi və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxslərin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz”. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın və iş, xidmətin alıcısına münasibətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın və iş,xidmətin alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsbit olunmuşdur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə əməliyyatın riskli hesab olunması yalnız malların alışı və təqdim edilməsi ilə bağlı (malların hərəkəti-alışı, satışına dair) müəyyən edilmişdir. Müəssisə tərəfindən alınmış xidmətlərə münasibətdə əməliyyatın riskli hesab olunması meyarları müəyyən edilməmişdir. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Vergi Məcəlləsinin 12-ci maddəsində vergilərin müəyyən edilməsinin əsas şərtləri sadalandırmışdır. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim aydır. 173.1-ci maddəsinə uyğun olaraq ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bundan başqa Məcəllənin 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X2, "xxxx" MMC "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı və iş, xidmət əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçı ilə “"xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X2, "xxxx" MMC "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-də özlərinə münasibətdə əmtəəsiz əməliyyatların aparıb-aparmamasının mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmadığından, mübahisələndirilən xx.xx.2025-ci il tarixli, 3-21-2-2/2-41334/2025 nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqında haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış vergi məbləğlərinin düzgünlüyü öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-1644/2024 nömrəli, 2-1(102)-462/2021 nömrəli, 2-1(102)-1045/2023 nömrəli, 2-1(102)-1757/2024 nömrəli, qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilibedilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1644/2024 nömrəli 2-1(102)-1918/2024 nömrəli, 2-1(102)-1502/2024 nömrəli, 2-1(102)-2261/2024 nömrəli qərardadlarına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadları mövcuddur. Məhkəmə kollegiyası hazırkı işlə bağlı qeyd edir ki, iddiaçı ilə riskli vergi ödəyicisi hesab edilmiş fiziki şəxslər arasındakı əməliyyatlar, həmin şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməmişdən öncə aparılmışdır. Fiziki şəxslər tərəfindən digər əməliyyatlarını riskli hesab edərək riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən şəxslər ilə əməliyyat apardığı zamanı həmin şəxslər riskli vergi ödəyicilər siyahısında olmamışdır” Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktları qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarları ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-2/2-41334/2025 nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqında haqlarının hesablanması barədə" qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-14358/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14358/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver