Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1437/2024 04.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun 25 ildən çox işlədiyi müddəti ümumi sığorta stajına daxil edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi, habelə bu pensiya məbləğinin 2-ci məktub üzrə imtina verildiyi tarixdən hesablanaraq üzərinə həmin tarixdən ödəniş edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin oktyabr ayında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Bununla əlaqədar ərizə və sənədləri Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına göndərilərək, müraciətinə həmin filialda baxılmışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının 19 oktyabr 2021-ci il tarixli **********6 nömrəli məktubunda həmin tarix üçün qadınların pensiya yaşının 62 yaş 6 ay təşkil etdiyi, təqdim edilən sənədlərə əsasən xx.xx.2006-cı ilə qədər iddiaçının sığorta stajının 24 il 7 ay 22 gün olduğu və bu rəqəmin yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulan 25 il iş stajının olmasına kifayət etmədiyi bildirilmişdir. Məktubdan göründüyü yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən 25 ilə təxminən 5 aya yaxın müddət çatmamışdır. Cavabdehin məktubunda qeyd edilənlərə uyğun olaraq əmək stajının toplanması üçün 14 noyabr 2022-ci il tarixdən "xxxx" MMC-də əmək müqaviləsi bağlayaraq işləməyə davam etmiş və tələb olunan 5 aya yaxın iş stajını artıqlaması ilə toplamışdır. Belə ki, hazırda aktiv olaraq davam edən əmək müqaviləsi üzrə tələb olunan təxminən 5 aya yaxın sığorta stajı əvəzinə, 1 il 3 aylıq sığorta stajı toplanmışdır. Tələb olunan sığorta stajının artıqlaması ilə toplanması ilə bağlı tərəfindən yenidən cavabdeh quruma müraciət edilmiş və yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş edilmişdir. Lakin cavabdehin 24 may 2023-cü il tarixli 3-17-1/2-R-115149/2023 nömrəli məktubunda isə eyni qurum tərəfindən əvvəlki məktubla etiraf edilən iddiaçının sığorta stajının 24 il 7 ay 22 gün deyil, 17 il 8 ay 23 gün təşkil etdiyi bildirilmişdir. İddiaçının sığorta stajının 24 il 7 ay 22 gün olması barədə 1-ci məktub Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru tərəfindən, 2-ci məktub isə həmin qurumun direktor müavini tərəfindən imzalanmışdır. 2-ci məktubda Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarına istinad edilərək imtinanın əsası kimi əmək kitabçasında qeydlərlə möhürün üstüstə düşməsi göstərilmişdir. Lakin cavabdeh qurumun imtina məktubunda göstərilən Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nda imza ilə möhürün üst-üstə düşməsi səbəbindən işçiyə sığorta stajının hesablanmasından imtina edilməsi əsası göstərilməmişdir. Göründüyü kimi cavabdeh qurum təhrifə yol verərək əsassız imtina vermişdir. Cavabdeh qurumun 1-ci məktubunda fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 18780,70 manat olduğu göstərilsə də, 2-ci məktubda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 16035,43 manat olduğu bildirilmişdir. Göründüyü eyni qurum tərəfindən iddiaçıya göndərilən 2 məktub bir-biri ilə zidd və əsassızdır. Dövlət orqanı olaraq cavabdeh qurumun vəzifəsidir ki, 2006-cı ildən, yəni pensiya informasiya sisteminin elektronlaşdırılmasından əvvəlki dövr üçün vətəndaşların pensiya kapitalını dürüst şəkildə hesablayıb vətəndaşa yaşa görə əmək pensiyası təyin etsinlər. Nəticədə, cavabdeh orqanın imtinaedici aktı əsasında onun hüquqları pozulmuş və ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəqiqləşdirilmiş, əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı 04 may 2023-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı sığorta stajının 17 il 8 ay 23 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olması və eyni zamanda xx.xx.2006-cı il tarixədək sığorta stajına (17 il 3 ay 23 gün) uyğun olaraq 16035,43 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 377,47 manat olmaqla, ümumilikdə 16412,90 manat pensiya kapitalının təşkil etməsi və qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd edilən bütün dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasına, diplomun surətinə və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı (01,09.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 17 il 8 ay 23 gün təşkil etmişdir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 3 ay 23 gün sığorta stajına uyğun olaraq 16035,43 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 377,47 manat olmaqla, ümumilikdə 16412,90 manat təşkil etmişdir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan verməmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları’na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu (qeydlər möhür vurulduqdan sonra eyni qələm, eyni xətlə möhür üzərindən yazılıb) üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1980-ci il tarixdə xx.xx.1980-ci il tarixli 99 saylı əmrə əsasən Yevlax ŞXMŞ 1980-ci il 398 №-li vəsiqə ilə sərəncama gəlmiş ali təhsilli riyaziyyat müəllimi orta məktəbə ixtisası üzrə təyin edilmişdir. xx.xx.1982-ci il tarixdə xx.xx.1982-ci il tarixli 95 saylı əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq orta məktəbdə Yevlax şəhər müəllimliyindən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə 382/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun hazırlıq şöbəsinin metodisti təyin edilmişdir. xx.xx.1994-cü il tarixdə 537/16 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən Azərbaycan Dövlət Neft Akademiyasından Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə 07KM saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən "xxxx" Kiçik Müəssisəsinə baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə 02 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən ərizəsi əsasında öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə 02/KŞ №-li xx.xx.2002-ci il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə 02 K/Ş saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən tutduğu vəzifədən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə 537 №-li xx.xx.2022-ci il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mühasib vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********6 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilinəsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən əmək kitabçasına və diplomun surətinə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək 24 il 7 ay 22 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajına (24 il 7 ay 22 gün) uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18780,70 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixidən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzi Filialın monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi "xxxx" MMC-də saxlanılan əmək haqqı hesablama cədvəlləri ilə tabel cədvəllərində olan işçi saylarında fərq olduğu üçün həmin dövrün araşdırılması və sığorta stajına daxil ediməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. xx.xx.2021-ci il tarixindən 130 manat yaşa görə sosial müavinət təyin olunmuşdur. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Nərimanov filialına müraciət etməyi tövsiyə edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-R-115149/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanıza, diplomunuzun suıəlinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığınız illər nəzərə alınmaqla) 17 il 8 ay 23 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 3 ay 23 gün sığorta stajına uyğun olaraq 16035,43 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 377,47 manat olmaqla, ümumilikdə 16412,90 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu (qeydlər möhür vurulduqdan sonra eyni qələm, eyni xətlə möhür üzərindən yazılıb) üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********0 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən HT-İ № ******* saylı əmək kitabçasında qeyd olunmuş "xxxx" Kiçik Müəssisəsində xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2002ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə pensiyası hüququna yenidən baxılacaqdır. EB seriyalı 267697 saylı xx.xx.1980-ci il tarixli diplomdan görünür ki, İddiaçı H.Zərdabi adına X2 İnstitutunun “riyaziyyat” ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********132900 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicilərinin dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə 0102-01-102 nömrəli ilə dövlət qeydiyyatına. xx.xx.2002ci il tarixdə ********* nömrəli VÖEN ilə, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN ilə vergi uçotuna alınması, hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması əsas fəaliyyət növünün "İxtisaslaşdırılmamış topdan satış" (kod. 46901), əlavə fəaliyyət növünün "Saxlama və anbarlara yığma" (kod: 52101), "Sair hazır metal məmulatlarının istehsalı" (kod: 25990), "Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi" (kod. 68200) və "Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət" (kod: 5210101) kimi qeyd olunması barədə məlumat müəyyən edilmişdir. Vergi orqanında "xxxx" MMC-nin (VÖEN: **********) "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması" barədə ərizə ilə müraciət etməsinə dair məlumat mövcud deyil. "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə 143-2000K nömrəli ilə dövlət qeydiyyatına, xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN ilə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək xx.xx.2012-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olunması, hazırda fəaliyyəti aktiv vəziyyətdə olması, əsas fəaliyyət növünün "Mağaza, çadır və bazarlardan kənarda satış pərakəndə satış" (kod: 47990), əlavə fəaliyyət növünün "Heyvandarlıqla əlaqəli bitkiçilik" (kod 01500) kimi qeyd olunması barədə məlumat müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktub ilə xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2002xx.xx.2004-cü illərdə "xxxx" MMC-də işləmişdir. Bununla əlaqədar müvafiq əmrlərin surəti təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02/KŞ saylı xx.xx.2002-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2002-ci il tarixdən ştat cədvəlinə uyğun olaraq mühasib vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-5222/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı inzibati işi ilə əlaqədar "xxxx" Kiçik Müəssisəsi haqqında məlumatın təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Məktubda qeyd olunan müəssisə barədə dövlət əmlakının registrində məlumat qeydiyyata alınmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 47 saylı xx.xx.2004-cü il tarixli arayışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN- **********) bildirir ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1993-ci il tarixindən Xətai rayonun ünvan 1 ünvanında onun ərazisində yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-534/01-3/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adı ilə 11 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 4-ü xx.xx.1996 - xx.xx.1996-cı il tarixləri ərzində, 1-i xx.xx.2007-ci ii tarixində qeydiyyata alınmış və hal-hazırda qeydiyyatdadırlar, 6-sı isə xx.xx.1996 - xx.xx.2000-ci il tarixləri ərzində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-729/01-3/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsi (VÖEN:**********) 18 iyun 2007-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır və hazırda qeyri-fəaldır. Sözügedən müəssisənin Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrindəki fəaliyyəti “İqtisadi fəaliyyət növləri təsnifatı” üzrə “Mağaza, çadır və bazarlardan kənarda sair pərakəndə satış” (kod 47990) kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 3-48-4/2-1747/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivi və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İddiaçı tərəfindən təqdim edilmişTəsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 912 saylı xx.xx.1993-cü il tarixli şəhadətnamədən görünür ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. İddiaçının xx.xx.1980-ci il tarixli əmək kitabçasında əsasən onun xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2004-cü il illər iş dövrləri qeyd edilmişdir. Cavabdeh qurum tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən siğorta stajı onun xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər və əmək kitabçasında qeyd edilən xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2002-ci illərdə işlədiyi dövrüdür. Mübahisəli sosial sığorta stajı iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi əmək fəaliyyəti dövrüdür. Cavabdeh həmin dövrün nəzərə alınmamasını əmək kitabçasının doldurulma qaydası pozulması (qeydlər möhür vurulduqdan sonra eyni qələm, eyni xətlə möhür üzərindən yazılması qeyd edilərək) ilə izah edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən "xxxx" Kiçik Müəssisəsi xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınması, işçilərinin siyahısında iddiaçının da adının qeyd edilməsi müəyyən edilir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərfindən iddiaçının işə götürülməsi barədə 02/KŞ saylı xx.xx.2002-ci il tarixli əmr məhkəməyə təqdim edilmişdir. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan iş dövrü onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır. Odur ki, cavabdeh qurumun gətirdiyi dəlil iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ən azı 25 il sığorta stajı var (26 il 08 ay 22 gün). Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə pensiyanın təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X3 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 01 iyul 2020 – 30 iyun 2021-ci il tarixlər arası dövrdə qadınlar üçün pensiya yaşı 62dir. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1959-cu il tarixdə doğulduğu üçün xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1437/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1437/2024
04.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver