Məhkəmə qərarları › İş №2-1(112)-14388/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14388/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14388/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı üçüncü şəxs X8 “soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı (X8 üçüncü şəxs qismində cəlb edilməklə) “soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ – İİ 025152 nömrəli, xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı (bundan sonra – iddiaçı) ilə X8 (bundan sonra – üçüncü şəxs) xx.xx.2009cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X16 adlı oğlu olmuşdur. Bakı şəhəri 2 saylı notariat ofisinin Xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş **********564 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, X8 X1 “Hacıbəyli”yə dəyişdirilməsinə etiraz etmir. İddiaçı oğlunun soyadının dəyişdirilməsi barədə ərizə ilə Yasamal rayon Qeydiyyat Şöbəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Azərbaycan Respublikası MM-nin 26-cı maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olnunur. Göstərilənlərə əsasən, soyadın “Hacıyev”dən “Hacıbəyli”yə dəyişdirilməsi imkanımız xaricindədir.” İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü övladı X11 doğum haqqında akt qeydinin uşağın soyadına dair bənddə soyadın “Hacıyev"dən “Hacıbəyli”yə dəyişdirilməsi barədə öhdəliyin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalan faktiki hallarına istinad ediləərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh soyadın “Hacıyev”dən “Hacıbəyli”yə dəyişdirilməsinin orqanın imkanı xaricində olması bildirilmiş, bununla bağlı yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına müraciət edilməsi məsləhət görülmüşdür. Cavabdehin imtinasında qeyd olunmuş “uşağın soyadı bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edilir” hissədəki mövqeyə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsində qeyd olunan “uşağın soyadının valideynlərin soyadı ilə müəyyən edilməsi” ifadəsi, uşağın soyadının valideynin soyadı ilə tamamilə eyni olması ilə deyil, məhz kökün saxlanması deməkdir. İstinad edilən normadan da aydın göründüyü kimi, qanunvericilikdə uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. Cavabdehin imtinasında qeyd olunmuş uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir” hissədəki mövqeyə münasibətdə isə bildiririlir ki, inzibati orqana olan müraciəti soyadın dəyişdirilməsi barədə deyil, soyadın sonluğunun dəyişdirilməsi barədə olmuşdur. Qanunvericilkdən də göründüyü kimi soyadın dəyişdirilməsi və soyad sonluğunun dəyişdirilməsi anlayışları eyni mənanı ifadə etmir, fərqli anlayışlardır. Birgə nikahdan doğulmuş övladları X4 sonluğunun dəyişdirilməsinə münasibətdə valideynlər arasında hər hansı fikir ayrılığı yoxdur. Valideyn olaraq hər ikisi “Hacıyev” soyadının “Hacıbəyli”yə dəyişdirilməsinə razıyıq (uşağın anası tərəfindən verilmiş razılıq ərizəsi də ərizəyə əlavə edilir). Cavabdehin imtinasında qeyd olunmuş “yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına müraciət edilməsi məsləhət görülür” hissədəki mövqeyə münasibətdə isə qeyd edilməlidir ki, bu imtina əsası da tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi” Qaydaların 4.3-cü bəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Yuxarıda da qeyd ediliyi kimi, cavabdeh inzibati orqana edilmiş müraciət soyad dəyişdirilməsi ilə bağlı olmamaışdır. Hətta müraciət soyad sonluğunun deyil, soyad dəyişdirilməsi ilə bağlı olduğu təqdirdə belə imtina əsassız olmuşdur. Belə ki, uşağın soyadının dəyişdirilməsinə (inzibati orqanın cavab məktubunda göstərdiyi kimi), uşağın soyad sonluğunun dəyişdirilməsinə münasibətdə valideynlər arasında hər hansı narazılq yoxdur. Bu səbəbdən də yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına müraciət edilməsinə də zərurət yaranmır. Əlavə olaraq onu da bildirir ki, digər övladları “Hacıbəyli” soyadı daşıyırlar. Üçüncü övladları “Hacıyev” soyadı daşıması ailə ənənəsinə uyğun sayılmır və bu hal ailə ciddi psixoloji narahatlıq yaradır, həmçinin, övladların soyadının eyni olmaması uşaqların gələcək həyatlarına təsirsiz ötüşməyə bilər. Hesab edir ki, cavabdeh idarənin ona verdiyi cavab onun konstitusion hüquqlarını pozur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə hər hansı münasibət məktubu göndərməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-13717/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmaması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək iddiaçı qismində X16 qeyd edilməklə Yasamal Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edilir və uşaq 18 yaşına çatana qədər onun soyadının yalnız digər valideynin soyadına dəyişdirilməsinə icazə verilə bilər. Hazırki iş üzrə 18 yaşına çatmayan X11 atasının soyadı “Hacıyev” (İddiaçı), anasının soyadı isə “Hacıyeva”dır (Reyhanə Ramiz qızı). İddia tələbinin məzmunundan isə aydın olur ki, hazırkı işdə uşağın (X11) soyadının valideynlərinin soyadlarından fərqli olaraq (“Hacıbəyli” kimi) dəyişdirilməsi tələb edilmişdir. X1 “Hacıbəyli” olaraq dəyişdirilməsi yalnız valideynlərindən birinin soyadı “Hacıbəyli” olduğu təqdirdə mümkündür. Uşağın mənafeyi nəzərə alınaraq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsi (eləcə də adının dəyişdirilməsi) valideynlərin birgə xahişinə əsasən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən verilmiş icazə (rəy) əsasında həyata keçirilir. Müvafiq halla bağlı iddiaçıya hüquqi yardım məktubu ünvanlanmasına baxmayaraq, şəxsin Qəyyumluq və Himayəçilik orqanına müraciət etməsi və müraciəti əsasında müvafiq orqan tərəfindən verilmiş rəyin mövcudluğu müəyyən edilməmişdir. Hazırkı iş üzrə iddia tələbi məhz X1 dəyişdirilməsi ilə bağlı olduğundan iddiaçı qismində də X16 (valideynləri isə qanuni nümayəndə qismində) iştirak etməlidir. İddiaçıya ünvanlanan hüquqi yardım məktubunda müvafiq tələb də qeyd olunmasına baxmayaraq, iddiaçı tərəfindən “iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi” barədə hər hansı ərizə təqdim edilməmişdir. İddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır və İddiaçı hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2099/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13717/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü X11 valideynləri arasında soyad sonluğunun dəyişdirilməsi ilə bağlı hər hansı narazılıq, fikir ayrılığı olmamışdır. Bakı Şəhərı Yasamal rayon Qeydıyyat Şöbəsinin 20 iyun 2025-ci il tarixli, 3- 16-5/8-İ3/1448/25 saylı məktubunda qeyd edilir ki, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş X6 xx.xx.2013-ci il tarixdə 2935 saylı doğum haqqında akt qeydi tərtib edilərkən uşaq bəndində soyad "Hacıbəyli” yazılmışdır. X14 xx.xx.2016-cı il tarixli 219 saylı doğum haqqında akt qeydi tərtib edilərkən isə soyad "Hacıyev” olaraq qeyd edilmişdir. Daha sonra Yasamal Rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən soyad "Hacıbəyli”yə dəyişdirilmişdir. Bakı Şəhərı Yasamal rayon Qeydıyyat Şöbəsinin 20 iyun 2025-ci il tarixli, 3-16-5/8-13/1448/25 saylı məktubuna əlavə edilmiş 05 sentyabr 2013-cü il tarixli, ********* nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş xx.xx.2013- cü il təvəllüdlü Almaz Kəyan qızının soyadı "Hacıbəyli”dir. 0032 **********016 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Əli Kəyan oğlunun soyadı "Hacıbəyli”dir. (Yasamal Rayon Məhkəməsinin 2882 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrası məqsədilə YİH-nin 412 saylı sərəncamı ilə "Hacıbəyli”yə dəyişdirilmişdir. İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş digər 2 uşağı onların istədiyi kimi "Hacıbəyli” soyadını daşıyır. X1 "Hacıbəyli” olaraq dəyişdirilməsinin yalnız valideynlərindən birinin soyadı "Hacıbəyli” olduğu təqdirdə mümkün olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin əsaslandırması: İşin hallarından göründüyü kimi, iddiaçı oğlu X1 “Hacıbəyli”yə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdeh imtina əsası kimi, “Azərbaycan Respublikası MM-nin 26-cı maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olnunur. Göstərilənlərə əsasən, soyadın “Hacıyev”dən “Hacıbəyli”yə dəyişdirilməsi imkanımız xaricindədir”. Məhkəmə, inzibati orqanın imtinasını əsaslı hesab etmir ona görə ki, inzibati orqanın istinad etdiyi əsasla soyad sonluğunun dəyişdirilməsindən imtina qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”

4. Soyadın verilməsi 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 7.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu Qaydaya və «Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı xx.xx.2001-ci il tarixli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qay-da-ları-nı müəyyən edən əsas Müddəalar»ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar»-ın 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyə-ti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslan-dırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Nazirlər Kabinetinin 79 saylı 12 may 2011-ci il tarixli “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarını”nın təsdiq edilməsi barədə qərarın 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzbati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Həmin qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyiş-dir-mə-sinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin qaydaların 6.5-ci bəndinə əsasən, ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülmüş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda, adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, Ailə Məcəlləsinin 189-cu maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilməsi ilə bağlı məhudiyyət, şəxsin özünün iradəsi əsasında 18 yaşına, yəni yetkinlik yaşına çatdıqdan sonra yol verilməsi halını tənzimləyir. Lakin bu, uşağın 18 yaşına çatana kimi valideynləri tərəfindən soyadının dəyişidirilməsinə yol verilməməsi kimi başa düşülməməlidir. Əks halda Ailə Məcəlləsinin 54-cü maddəsində bu hal tənzimlənməzdi. Belə ki, həmin normaya görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Məhkəmə müvafiq icra hakimiyyəti orqanı razılığı ilə bağlı qeyd edir ki, hazırkı işdə tələb, uşağın soyadının dəyişdirilməsi deyil, soyad sonluğunun dəyişdirilməsidir. Qanunvericilik isə soyad sonluğuunun dəyişdidirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı razılığının alınmasını nəzərdə tutmamışdır. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə öz mövqeyini əsaslandırmaq üçün həm də “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, “...Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər”. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X12rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X5rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X7rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64- 69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda istinad edilən normalarından göründüyü kimi, şəxsin qanunla müəyyən edilmiş qaydada soyadının dəyişdirilməsi hüququ vardır. Qeyd edilən qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”dır. Qaydaların 6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Qaydaların 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçının övladının soyad sonluğunun dəyişdirilməsinə qanuni heç bir maneələr yoxdur. Bununla əlaqədar olaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan iddiaçının övladlanın soyad sonluğunun dəyişdirilməsini, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim etməmişdir və imtinası əsassızdır. Həmçinin işə apellyasiya instansiya məhkəməsində baxılarkən, məhkəmə kollegiyası tərəfindən iddiaçının digər övladları X6 və X3 sonluğunun dəyişdirilməsinə əsas olmuş (məhkəmə qərarları və s.) sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətinin Azərbaycan Respublıkasının Ədlıyyə Nazirlıyi Bakı Şəhərı Yasamal rayon Qeydıyyat Şöbəsinə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhərı Yasamal rayon Qeydıyyat Şöbəsinin 20 iyun 2025-ci il tarixli, 3-16-5/8-İ3/1448/25 saylı məktubunda qeyd edilir ki, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş X6 xx.xx.2013-ci il tarixdə 2935 saylı doğum haqqında akt qeydi tərtib edilərkən uşaq bəndində soyad "Hacıbəyli” yazılmışdır. X14 xx.xx.2016-cı il tarixli 219 saylı doğum haqqında akt qeydi tərtib edilərkən isə soyad "Hacıyev” olaraq qeyd edilmişdir. Daha sonra Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən soyad "Hacıbəyli”yə dəyişdirilmişdir. Bakı Şəhərı Yasamal rayon Qeydıyyat Şöbəsinin 20 iyun 2025-ci il tarixli, 3-16-5/8- 13/1448/25 saylı məktubuna əlavə edilmiş 05 sentyabr 2013-cü il tarixli, 0032 1 2935 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Almaz Kəyan qızının soyadı "Hacıbəyli”dir. 0032 1 0219 16042016 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Əli Kəyan oğlunun soyadı "Hacıbəyli”dir. (Yasamal rayon Məhkəməsinin 2882 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrası məqsədilə YİH-nin 412 saylı sərəncamı ilə "Hacıbəyli”yə dəyişdirilmişdir. Göründüyü kimi, İddiaçı ilə Hacıyeva (Zeynalova) Reyhanə Ramiz qızının birgə nikahlarından doğulmuş digər 2 uşağı onların istədiyi kimi "Hacıbəyli” soyadını daşıyır. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. X4 sonluğunun dəyişdirilərək, soyadının “Hacıyev” soyadından “Hacıbəyli”yə dəyişdirilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar