Məhkəmə qərarları › İş №2-1(112)-1441/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1441/2020

19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1441/2020 19.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümаyəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı Nəqliyyat Agentliyində hüquq şöbəsinin əməkdaşı) iştirakı ilə, iddiaçı Şahverdiyev İmran Yusif oğlunun cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şahverdiyev İmran Yusif oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail – Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması və İddiaçı dəymiş 6812 manat məbləğində maddi zərərin, hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi ilə əlaqədar çəkdiyi 220 manat məbləğində vəkil xərcinin, bu işlə əlaqədar hüquqi məsləhətin alınmasına görə 200 manat məbləğində xərcin və iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi zərərin, beləliklə iddiaçıya dəymiş cəmi 8232 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Bakı Nəqliyyat Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şahverdiyev İmran Yusif oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə, saat 20:45-də Səbail – Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə, yolun hərəkət hissəsində irəliləyərkən qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni – təhlükəsizlik adacığını görmədiyinə görə etibarnamə əsasında idarə etdiyi Kia Rio minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin maneəyə dəymiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra xx.xx.2019-cu il tarixdə iddiaçı barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsinə dair inzibati tənbeh verilməsi barədə qərar qəbul edilmiş, iddiaçıya Səbail rayon X3 tərəfindən nəqliyyat vasitələrinin zədələnməsi haqqında arayış və inzibati xəta haqqında işlər üzrə icraatın təşkilinə dair təlimata 1 nömrəli əlavə təqdim edilmişdir. Arayışda və Əlavədə yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə dəymiş zərər təsvir edilmişdir. Avtomobilə 6812 manat zərər dəymişdir. İddiaçı tərəfindən yol-nəqliyyat hadisəsinin baş verməsi zamanı onun heç bir təqsiri olmadığına görə, yəni manevr etmə qaydaları pozulmadığına görə xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət verilmiş və Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən həmin qərarın ləğv edilməsinə dair xx.xx.2019-cu il tarixli, 3(011)-477/2019 nömrəli qərar qəbul edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə təhlükəsizlik adacığını-maneəni göstərən hər hansı yol nişanı olmamışdır, habelə hadisə axşam saatlarında qaranlıq hava şəraitində baş verdiyinə görə qarşıda olan maneənin iddiaçı tərəfindən görülməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsi və bunun üçün müvafiq yol nişanlarının quraşdırılması barədə müvafiq orqan və qurumların üzərinə vəzifələr qoyulmuşdur. Yol hərəkəti təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə olunması əsasında təşkil edilməlidir. Avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri, svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır. Hadisənin baş verdiyi yerdə heç bir yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edilməmiş,müvafiq yol nişanları quraşdırılmamışdır. Bundan əlavə iddiaçı ilə yanaşı onun azyaşlı qızı də avtomobildə olmuşdur. Avtomobilin maneyə-təhlükəsizlik adacığına dəyməsi nəticəsində azyaşlı və iddiaçı çox qorxmuş və sarsıntı keçirmişlər. İddiaçı özünün mənəvi iztirablarını 1000 manat kimi qiymətləndirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Bakı Nəqliyyat Agentliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, tələbin xüsusiyyəti ilə bağlı zərərin anlayışı, növləri, ödənilməsi qaydası və bu kimi digər məsələlərin tənzimlənməsində əsas qanunverici akt olan Mülki Məcəlləyə əsasən mülkü hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu baxımdan Agentliyin hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşıması üçün yuxarıda sadalanan dörd şərt eyni zamanda mövcud olmalıdır və həmin şərtlərdən birinin olmaması halında məsuliyyət istisna edilir. Həmin hadisədə iddiaçının təqsiri olduğunu təsdiq edən Səbail RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli qərarı Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(011)-477(2019) nömrəli qərarı ilə ləğv edilərək yenidən baxılması üçün Səbail RPİ DYPŞ-yə göndərilimiş və həmin şöbənin xx.xx.2019-ci il tarixli İXP ******* nömrəli qərarı ilə iddiaçı yenidən cərimə edilmişdir. İddiaçı Səbail – Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində hərəkət edərək havanın qaranlıq olmasını, yol və meterioloji şəraiti, həmin yolun hərəkət hissəsinin kəsişməsinin girişində və çıxışında piyada keçidinin olmasını, habelə yolun hərərkət hissəsinin son kənarı ilə hərəkət edərək yol ayırıcına daxil olarkən diqqətin artırılmalı olduğunu nəzərə almamış, buna uyğun sürət həddi seçməmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.İsmayılzadə cavabdehin etirazına uyğun məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini və nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 30 sentyabr 2017-ci il tarixli etibarnaməyə əsasən Kia Rio markalı, dövlət qeydiyyat nişanı 90TV014 olan avtomobil xx.xx.2010-cu il tarixdən xx.xx.2027-ci ilə qədər iddiaçının istifadəsinə verilmişdir. 030834 nömrəli “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışa əsasən Kia Rio markalı, 90TV014 dövlət qeydiyyat nömrəli avtomobilin Badamdar yolunda qabaq təkər diski, qabaq sol qanadı, qapısı zədələnmişdir, zədə daş səkiyə dəymə nəticəsində baş vermişdir. xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən Kia Rio markalı, 90TV014 dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 6812 manat məbləğində ehtiyat hissələrinin dəyişdirilməsi və işin görülməsi tələb olunur. 203944 və 659256 nömrəli mədaxil qəbzlərinə əsasən iddiaçı hüquqi yardım göstərilməsi üçün Bakı şəhər 6 saylı Vəkil bürosuna 2019-cu ilin aprel və fevral aylarında 222 manat ödəniş etmişdir. 236564 nömrəli, xx.xx.2019-cu il tarixli qəbzə əsasən iddiaçı Şahverdiyev İmran Yusif oğlu məsləhət xidmətlərinə görə "xxxx" MMC-yə 200 manat ödəmişdir. Cavabdeh Bakı Nəqliyyat Agentliyinin iddiaçı Şahverdiyev İmran Yusif oğluna ünvanlanmış 10 iyun 2019-cu il tarixli, 09-2673/Ş-2682 nömrəli məktubuna əsasən Səbail- Badamdar yolunda 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində Kia-Rio markalı, 90TV014 dövlət qeydiyyat nişanlı avtoimobil ilə hərəkət edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin Agentliyin hesabına ödənilməsi, habelə təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya dəymiş zərər ilə cavabdehin hüquq məsuliyyət arasında səbəbli əlaqə mövcud deyildir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına və Səbail rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokola, ******* nömrəli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”lara, iddiaçının xx.xx.2019-cu il tarixli izahatına, yol nəqliyyat hadisəsinin baş vermə sxeminə əsasən 20 yanvar 2019-cu ildə axşam saatlarında Səbail- Badamdar yolu ilə 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ila yolun hərəkət hissəsində irəliləyərkən qoşa xətt qurtardıqdan sonra təhlükəsizlik adacığına dəydiyinə görə iddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına) görə 40 manat cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi barədə X4 Polis Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edimiş, iddiaçı tərəfindən həmin qərardan verilmiş şikayət Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Şahverdiyev İmran Yusif oğlu xx.xx.2019-cu il tarixdə, Səbail – Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə, yolun hərəkət hissəsində istifadəsində olan idarə etdiyi Kia Rio minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə irəliləyərkən qoşa xətt qurtardıqdan sonra təhlükəsizlik adacığına dəymiş, nəticədə maşın zədələnmişdir. İddiaçı hazırda baş vermiş hadisənin cavabdeh Bakı Nəqliyyat Agentliyi tərəfindən vəzifələrinin yerinə yetirilməməsi, yəni hadisənin baş verdiyi yerdə təhlükəsizlik adacığını –maneəni göstərən hər hansı bir nişanın olmaması səbəbindən baş verdiyini bildirərək həmin yerdə, yəni Səbail – Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması, hadisə nəticəsində iddiaçıya dəymiş zərərin, həmçinin keçirdiyi sarsıntıya görə mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçı Şahverdiyev İmran Yusif oğlunun iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibat məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.1-ci maddəsinə əsasən Bakı Nəqliyyat Agentliyi (bundan sonra — Agentlik) Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma (bundan sonra - sərnişindaşıma) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1-ci bəndinə əsasən Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.11. avtomobil yollarının normativ hüquqi aktlar və beynəlxalq standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər görür; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu 71-ci maddəsinə əsasən “İ. Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur (6 saylı Əlavə): 1) görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar; 2) nizamlayıcı göstəriciləri olan sürətli hərəkət lövhələri; 3) iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sarışan işıqlar; 4) hərəkətin istiqamətini göstərən maneə; 5) görülən yol işarələrindən yan keçməni göstərən maneələr; Lakin işin faktiki hallarına əsasən yol nəqliyyat hadisəsinin baş verdiyi yerdə yol işləri aparılmamış, yol zədələnmiş olmamışdır, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının müddəalarında təmir işləri görülmədiyi və ya yol qəzalı vəziyyətdə olmadığı halda təhlükəsizlik adacığını göstərən nişanın qoyulması kimi tələb nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının istifadəsində olan idarə etdiyi avtomobil təhlükəsizlik adacığına dəyərək zədələnsə də bunun səbəbkarı iddiaçının özü olmuşdur, belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinikn 4-cü bəndinə əsasən yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməli olduğu halda idarə etdiyi avtomobillə təhlükəizlik adacağına dəymişdir, bu zaman baş vermiş yol-nəqliyyat hadisəsinin başqa iştirakçısı olmamışdır. Belə olan halda baş verən hadisədə yalnız iddiaçı Şahverdiyev İmran Yusif oğlu iştirak etdiyinə, cavabdeh Bakı Nəqliyyat Agentliyinin hadisənin baş verdiyi yerdə iddiaçının tələb etdiyi yol nişanını qoyması öhdəliyinin yaranması üçün qanunvericiliklə tələb edilən hallar mövcud olmadığına görə iddiaçının istifadəsində olan avtomobilə ziyan dəyməsi ilə cavabdehin hüquq və vəzifələri arasında səbəbli əlaqə müəyyən olunmamışdır. İddiaçı Şahverdiyev İmran Yusif oğlunun baş vermiş hadisə ilə bağlı ona tətbiq edilmiş inzibati tənbehin məhkəmə tərəfindən ləğv edilməsinə istinad etməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hal baş vermiş hadisənin səbəbkarının iddiaçının özünün olmasını istisna etməyərək yalnız baş vermiş hadisədə iddiaçının inzibati məsuliyyətinin mövcud olmamasının göstəricisidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının idarə etdiyi avtomobilə ziyan vurulmasının cavabdehin təqsirindən(qanunsuz qərarı (inzibati aktı) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində ) baş verməməsi, ziyan dəyməsinin səbəbkarının iddiaçının özü olması nəticəsinə gəldiyi üçün məhkəmə avtomobilə vurulmuş ziyanın məbləğinin iddiaçının iddia ərizəsində göstərdiyi məbləğə uyğun gəlib-gəlməməsi məsələsini araşdırmağa zərurət görmür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Cavabdeh Bakı Nəqliyyat Agentliyinin iddiaçı qarşısında təqsirli hərəkətləri sübuta yetirilmədiyi üçün məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması halları baş verməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda işə baxılan zaman iddiaçının cavabdehə qarşı iddiasının əsassız olması müəyyən edildiyi üçün iddiaçının hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi ilə əlaqədar çəkdiyi 220 manat məbləğində xərcin, bu işlə əlaqədar hüquqi məsləhətin alınmasına görə çəkdiyi 200 manat məbləğində xərcin cavabdeh Bakı Nəqliyyat Agentliyindən iddiaçı Şahverdiyev İmran Yusif oğlunun xeyrinə tutulması barədə tələb də təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Şahverdiyev İmran Yusif oğlunun Səbail – Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması və İddiaçı dəymiş 6812 manat məbləğində maddi zərərin, hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi ilə əlaqədar çəkdiyi 220 manat məbləğində vəkil xərcinin, bu işlə əlaqədar hüquqi məsləhətin alınmasına görə 200 manat məbləğində xərcin və iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi zərərin, beləliklə iddiaçıya dəymiş cəmi 8232 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Bakı Nəqliyyat Agentliyinə üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2.2-ci, 68-ci, 69-cu, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şahverdiyev İmran Yusif oğlunun Səbail – Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması və İddiaçı dəymiş 6812 manat məbləğində maddi zərərin, hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi ilə əlaqədar çəkdiyi 220 manat məbləğində vəkil xərcinin, bu işlə əlaqədar hüquqi məsləhətin alınmasına görə 200 manat məbləğində xərcin və iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi zərərin, beləliklə iddiaçıya dəymiş cəmi 8232 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Bakı Nəqliyyat Agentliyinə üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar