Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1442/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirаkları ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə barədə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 06.05.2020-ci il tarixli **********199524 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 06.05.2020-ci il tarixli **********199524 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının qüvvədə olan hissədə ləğv olunması, 12.03.2021-ci il tarixli **********145343 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.10.2018-ci il tarixli **********165965 saylı qərarına əsasən İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilmiş və yoxlama 16.03.2020-ci il tarixli **********167704 saylı Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra yoxlama materiallarına baxılmış və 06.05.2020-ci il tarixli **********199524 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına ğörə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 2.213.925,44 manat vergi məbləği hesablanmış və 1.063.820,73 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama zamanı 15.04.2019cu il tarixli **********181013 saylı “Səyyar vergi yoxlamasının müddətinin artırılması haqqında” Qərar qəbul edilmiş, lakin həmin Qərar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Yoxlama zamanı 25.10.2019-cu il tarixli **********192181 saylı “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” Qərar qəbul edilmiş, lakin həmin Qərar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Yoxlama zamanı 29.01.2020-cu il tarixli **********196671 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul edilmiş, lakin həmin Qərar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.Yoxlama zamanı 06.02.2020-ci il tarixli **********196968 saylı və 14.02.2020ci il tarixli **********197242 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” Qərar qəbul edilmiş, lakin həmin Qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. 20.02.2020-ci il tarixdə iddiaçının ərazisinə keçirilən baxış barədə məlumat yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Qeyd olunlardan da aydın olur ki, aktı tərtib etmiş vəzifəli şəxslərin adları Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”. Cavabdeh tərəfindən qanunvericiliklə imperativ qaydada müəyyən olunan tələblərin pozulması nəticəsində yoxlama öz hüquqi əhəmiyyətini itirmişdir. Vergi Məcəlləsinin tələbinə görə mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutulur (maddə 45.3). Lakin yoxlama zamanı 22.05.2019-cu il tarixli qərar əsasında mütəxəssis dəvət olunmuş və həmin mütəxəssisin təmsil olunduğu hüquqi şəxs ilə 24 sentyabr 2019-cu il tarixdə müqavilə bağlanılmışdır. Hansı ki, bu müqavilə bağlanana qədər bir neçə dəfə mütəxəssis rəyi hazır olmaması səbəbində yoxlamanın müvəqqəti dayandırılması barədə qərar qəbul edilmişdir. Müqavilə olmadan mütəxəssis işə cəlb olunmuşdur. Eyni şəxs həm də 29.05.2019-cu il tarixli qərar əsasında ekspert kimi dəvət olunmuş və həmin ekspertin təmsil olunduğu hüquqi şəxs ilə 07 yanvar 2020-ci il tarixdə müqavilə bağlanılmış, müqavilə olmadan müəyyən hərəkətlər edilərək müəssisə ərazisinə daxil olmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 41.4-cü maddəsinə görə, ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Hazırda ölkəmizdə fəaliyyət göstərən yeganə məhkəmə ekspertizası idarəsi AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzidir. Özəl məhkəmə ekspertləri barədə müvafiq normalar 01.01.2020-ci il tarixdən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əlavə edilsə də, bugünədək onların xüsusi biliklərə malik olmasını və beynəlxalq səviyyədə tanınmasını təsdiq edən sənədlərin siyahısı, məhkəmə eksperti şəhadətnaməsinin verilməsi, attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları AR Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Bir sözlə, özəl məhkəmə ekspertizasının fəaliyyəti hələ ki, praktiki mümkün deyil. Lakin AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi qanuni əsaslarla fəaliyyət göstərir və vergi orqanı müvafiq rəy üçün həmin quruma müraciət etmək imkanına malik olmuşdur. İddiaçı barəsində ilk yoxlama aktı 09.12.2019-cu ildə tərtib olunmuş, lakin həmin akt vergi ödəyicisinə təqdim olunmamışdır. Vergi ödəyicisinin xəbəri olmadan yoxlama materiallarına baxılmış və baxılmanın vaxtı barədə məlumat verilməmişdir. Nəticədə 29.01.2020-cu il tarixli **********196671 saylı "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərarla bağlı yuxarıda qeyd olunduğu kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.17-3.4.19-cu maddələrinin tələbləri gözlənilməmişdir. Bundan əlavə Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilməli və ya göndərilməli olduğu halda, 16.03.2020-ci il tarixli ikinci akt da vergi ödəyicisinə təqdim olunmamışdır. Nəticədə 28.04.2020-ci ildə yoxlama materiallarına baxılmış, aktın surəti ona əlavə olunmuş sənədlər isə 04.05.2020-ci ildə vergi ödəyicisinə göndərilmiş və 06.05.2020-ci ildə isə məsuliyyətə cəlb olunma barədə qərar qəbul edilmişdir. Yəni vergi ödəyicisi aktın nəticələrinə baxılmasında iştirak etməmək üçün, aktda yazılanlara etirazını bildirməyin qarşısını almaq üçün vergi orqanı qanunsuz bütün hərəkətləri etmişdir. Yoxlama zamanı ƏDV, mənfəət və aksiz vergisi müəssisənin fəaliyyət sahəsində təcrübəsi olmayan mütəxəssis rəyindəki qeyri-müəyyən göstəricilərə istinadən hesablanmışdır. 30.01.2020-ci il tarixli mütəxəssis rəyinə nəzər yetirsək görürük ki, mütəxəssis tərəfindən gəlinən nəticənin əsaslandırılması mövcud deyil və hesablamalar vergi qanunvericiliyinə zidd həyata keçirilmişdir. Belə ki, cavabdeh tərəfindən mütəxəssis qarşısında iddiaçının istehsal həcminin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Və həmin sualın cavablandırılması üçün mütəxəssisə iddiaçının işıq və qaz sərfiyyatı göstəriciləri, aldığı və satdığı mallar barədə məlumat təqdim olunmuşdur. Rəydə mütəxəssis tərəfindən iddiaçının istehsal sahəsinə baxış keçirildiyi qeyd olunmuş, sonra spirtli içki istehsalına dair ümumi məzmunlu ifadələr əks olunmuş, istehsal həcminin müəyyən olunmasına dair isə heç bir əsaslandırma aparılmamışdır. Mütəxəssis tərəfindən rəydə qeyd olunmuşdur ki, “İstehsal olunmuş spirtli içkilərin həcmi tərtib olunmuş dövri hesabat cədvəlində göstərilmişdir”. Amma həmin cədvəl rəyə əlavə olunmamış, orada əks olunan göstəricilərin hansı ölçmələrə və normativlərə istinad olunaraq hesablanması barədə rəydə heç bir məlumat qeyd olunmamışdır. Daha sonra rəyin sonuncu səhifəsində tündlük dərəcəsi 40% olan arağın istehsalına sərf olunan xammalın miqdarı 1827798,6 litr, ixrac edilmiş arağın miqdarı 12180 litr, daxili bazarda satılmış arağın miqdarı 12180 litr və qalıqlar nəzərə alınmaqla 40 % tündlük dərəcəsi olan spirtli içki arağın miqdarı 1050801,61 litr olaraq müəyyən edildiyi göstərilmişdir. Daha sonra mütəxəssis müəyyən etdiyi həmin xəyali istehsal həcmini butulka ölçüləri üzrə faizlərə ayırmaqla hər birinə dair istehsal həcmi çıxartmışdır. Göründüyü kimi, mütəxəssis tərəfindən heç bir tədqiqat aparılmadan birbaşa hansı həcmdə spirtli içkinin istehsal edilməsi və butulka ölçüləri ilə hansı faiz nisbətini təşkil etməsi göstərilmişdir ki, bu göstəricilərin nəyə əsasən müəyyən olunduğu məlum deyil .Yuxarıda qeyd olunduğu kimi, rəydə istehsal həcminin müəyyən olunmasının hansı formada həyata keçirilməsinə dair heç bir araşdırmaya rast gəlinmir. Cavabdeh tərəfindən həmin mütəxəssis yoxlamaya həm də ekspert kimi cəlb edilmiş və müəyyən etdiyi xəyali istehsal həcminə satış qiyməti tətbiq etmişdir. Nəticədə cavabdeh tərəfindən ƏDV, mənfəət və aksiz vergiləri üzrə aparılan hesablamalar yuxarıda qeyd olunan heç bir tədqiqata əsaslanmayan mütəxəssis rəyi əsasında həyata keçirildiyi üçün tamamilə qanunsuzdur. Vergi orqanı tərəfindən qəbul edilmiş 12.03.2021-ci il tarixli qərara münasibətdə bildirilir ki, inzibati məhkəmə icraatının gedişatında iddiaçı barəsində 14.01.2021-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” Qərarla mübahisələndirilən 06.05.2020- ci il tarixli **********199524 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla hesablanmış vergilərin şəxsi hesab vərəqəsindən azaldılması, 378081,36 manat (aksiz vergisi üzrə - 232127,90 manat, ƏDV üzrə 122036,83 manat, mənfəət vergisi üzrə 23916,63 manat) və həmin vergilərin azaldılmasına görə 170696,19 manat maliyyə sanksiyasının hesablanması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən həmin Qərar icra olunarkən 12.03.2021-ci il tarixli **********145343 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərar qəbul olunmuş və həmin qərarla əlavə hesablama aparılmışdır. Bildiririk ki, həmin inzibati akt (eyni zamanda 06.05.2020-ci il tarixli inzibati aktın qüvvədə olan hissəsi) Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X3 kimya laboratoriyasının müdiri X7 tərəfindən təqdim edilən 01.12.2020-ci il tarixli mütəxəssis rəyi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin işçisi Nazim Rzayevin rəyi əsas götürülmüşdür. İlk növbədə bildiririk ki, Nazim Rzayev vergi orqanı əməkdaşı olaraq maraqlı şəxs olduğundan heç bir halda mütəxəssis kimi cəlb oluna bilməzdi. Belə ki, Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. İnstitutun əməkdaşının təqdim etdiyi rəy isə yalnız nəzəri biliklər əsasında aparılmışdır. Həmin rəy heç bir praktiki ölçmə və normativ tələblərlə uyğun şəkildə əsaslandırılmamışdır. Göstərilənlərə əsasən, iddiaçıya cavabdeh tərəfindən hesablanmış 06.05.2020-ci il tarixli Qərar qüvvədə olan hissədə, 12.03.2021-ci il tarixli qərar isə tam hissədə ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Ləğv olunmuş Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 16.10.2018-ci il tarixli **********165965 nömrəli qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) səyyar vergi yoxlaması (yoxlanılan dövr - 01.03.2017-31.08.2018) təyin edilmişdir. Səyyar vergi yoxlamasına 17.10.2018-ci il tarixdə başlanmış, 12.03.2020-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticələri üzrə 16.03.2020-ci il tarixli **********167704 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktın bir nüsxəsi ödəyicinin hüquqi ünvanına və elektron poçt ünvanına göndərilmişdir. VM-sinin 23.1.2-ci maddəsinə əsasən yoxlama ilə əhatə olunan dövrdə aşağıda göstərilənlərlə bağlı müvafiq izahat verilməsi müəssisədən tələb olunmuş: Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı və AR Maliyyə Nazirliyinin 30 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ciddi uçot blanklarının alınmasına dair qaimə fakturanın surəti və hazır məhsulun təsərrüfatdaxili yerdəyişməsinə tətbiqi tarixi barədə, İstehsal etdiyiniz məhsulların növləri üzrə təsdiq edilmiş kalkulyasiyalar (hazır məhsul, qablaşdırılmamış araq və 96,5 % -lıq spirt rektifikatı), Səyyar vergi yoxlaması ilə təsdiq edilmiş və mənfəət bəyannaməsinin 1 nömrəli əlavəsində 2017-ci ilin əvvəlinə və sonuna əks etdirilmiş 618087,47 manat məbləğində bitməmiş istehsalın, 11938,91 manat hazır məhsulun satışda əks edilmədiyi halda ilkin mühasibat uçotu sənədlərində öz əksini tapmaması səbəbi barədə, 2017-ci ilin dekabr ayında uçot məlumatlarına əsasən xam mal (buğda) qalığı və məhsul istehsalından mədaxil olmadığı halda 46871 kub.m qaz sərfiyyatının olması barədə, 2017-ci il ilə müqayisədə 2018-ci ildə 1 ton buğda emalına 2 dəfə çox qaz sərf edilməsi səbəbi barədə (2017-ci ildə 1 ton buğdanın qıcqırdılmasına 633,88 kub.m, 2018-ci ildə isə 1209,38 kub.m), 01 avqust 2018-ci il tarixə 232356 ədəd aksiz markasının çatışmazlığı səbəbi *(D1 avqust 2018-ci il tarixə uçot məlumatlarına əsasən aksiz markasının qalığı 622356,0 ədəd - nəzarət postu yaradılmış obyektdə aksiz markalarının qalıqlarının inventarizasiyası edilməsinin nəticələri haqqında inventarizasiya aktına əsasən 390000,0 ədəd olmuşdur) 31 avqust 2018-ci il tarixə 79471,85 litr hazır məhsul qalığının çatışmazlığı səbəbi barədə. Lakin müəssisə tərəfindən müvafiq izahat verilməmişdir. Qeyd olunanlardan əlavə yoxlama ilə əhatə olunan dövrdə “xxxx” MMC-dən alınması rəsmiləşdirilmiş 604382,00 ədəd 0,1 lt həcmli araq butulkalarının idxalı, istehsalı və alışına dair “xxxx” MMC-yə rəsmi mürciət edilmiş, 12 noyabr 2018-ci il tarixli yoxlamaya təqdim edilmiş cavab məktubuna əsasən müəssisəyə satışı rəsmiləşdirilmiş 0,1 lt butulkaların rəsmi idxalı, istehsalı və alışına dair sənədlərin olmadığı bildirilmişdir. Buna baxmayaraq, müəssisə tərəfindən 652472 ədəd 0,1 l həcmli araq məhsulu istehsal edilmişdir. Müəssisənin fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən spirtli içkilər istehsalı sexində 01.03.2017-ci il tarixdən 01.09.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların istehsal həcminin müəyyən edilməsi üçün “Mütəxəssisin dəvət edilməsi haqjında” 23.05.2019-cu il tarixli **********183579 nömrəli Qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Alınmış 30.01.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən yoxlanılan döyrdə 0,1 litr həcmli şüşə butulkada tünd spirtli içkinin istehsal həcmi 192191,4 litr, 0,25 litr həcmli şüşə butlkada tünd spirtli içkinin istehsal həcmi 421055,81 litr, 0,5 litr həcmli şüşə butulkada tünd spirtli içkinin istehsal həcmi 860830,6 litr, 0,7 litr həcmli şüşə butlkada tünd spirtli içkinin istehsal həcmi 232752,3 litr, 1,0 litr həcmli şüşə butlkada tünd spirtli içkinin istehsal həcrri 34676,42 litr təşkli etmişdir. Müəssisənin fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən spirtli içkilər istehsalı sexində 01.03.2017-ci il tarixdən 01.09.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların və satılmış məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin 29.05.2019-cu il tarixli **********183851 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarı çıxarılaraq, yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Alınmış 30.01.2020-ci il tarixli ekspert rəyinə əsasən İstehsal olunmuş 1 litrlik arağın satış qiyməti 3,96 manat, 0,7 litrlik arağın satış qiyməti 3,35 manat; 0,5 litrlik arağın satış qiyməti 2,53 manat, 0,25 litrlik arağın satış qiyməti 1,30 manat və 0,1 litrlik arağın satış qiyməti 0,54 manat müəyyən olunmuşdur. Aksiz vergisinin yoxlanılması: Müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələrə əsasən yoxlanılan dövrdə 575222,1 manat aksiz vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı yuxarıda qeyd olunduğu kimi mütəxəssis dəvət olunaraq yoxlanılan dövrdə müəssisənin istehsal həcmi müəyyənləşdirilmiş, 1827798,6 litr 40% tündlük dərəcəsi olan araq xammalı istehsal olunduğu müəyyən olunmuş və aksiz vergisinin yenidən hesablanması aparılmış, aksiz vergisinin 1735579.48 manat azaldılması, 183600,36 manat artıq hesablanması müəyyən olınmuşdur, son nəticədə Vergi Məcəlləsinin 182, 183,184,185 və 190-cı maddələrinə əsasən aksiz vergisinin bəyannamədə göstərilən məbləğinin bəyənnamədə göstərilməli olan məbləğinə nisbətən cəmi 1551979.12 manat (1735579,48- 183600,36=1551979,12) azaldılması aşkar edilmişdir. Mənfəət vergisinin yoxlanılması üzrə: Müəssisə 2017-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərini 556922,52 manat, xərclərini 537667,95 manat, mənfəətini 19254,57 manat göstərməklə 3850,91 manat mənfəətdən vergi hesablamışdır. Yoxlama zamanı vergi ödəyicisinin dövriyyəsi mütəxəssis və ekspert rəyi ilə müəyyən edilidiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001 -ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% müəssisənin əldə etdiyi mənfəəti (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablandı: X M = xR 120 M - vergi ödəyicisinin mənfəəti, X - gəlirləri (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2017-ci il üzrə müəssisənin müəssisənin mənfəətinin 204463,08 manat olduğu müəyyən olundu. Habelə sair satışdan gəlir 800,0 manat olmaqla ümumi mənfəəti 205263,08 (204463,08+800=205263,08) müəyyən olundu. Göstərilən mənfəət məbləğinə 20% dərəcəsi ilə 41052,62 manat mənfəət vergisi hesablandı. Müəssisənin: təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən hesablanmış 3850,91 (41052,62- 3850,91=37201,71) manat nəzərə alınmaqla büdcəyə Vergi Məcəlləsinin 103,104,105 və 134- cü maddələrinə əsasən əlavə 37201,71 manat mənfəətdən vergi hesablandı. Yoxlama dövrünün sonuna müəssisənin 1263027,74 manat mal qalığı olmuşdur. O cümlədən qablaşdırılmış araq-727310,0 manat, spirt rektifikatı -364499,4 manat, qablaşdırılmamış araq 171218,0 manat. X14nin yoxlanılması üzrə: Vergi ödəyicisi ƏDV məqsədləri üçün 02.04.2005-ci il tarixli **********51 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış, bildiriş 01.04.2005-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə əhatə edilən dövr 01.03.2017-cü il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr əhatə edildi. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş X14 bəyannamələrinin düzgünlüyü yoxlanıldı və bəyannamədə göstərilən məbləğin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 624744,6 manat azaldılması aşkar edildi. Müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələrə əsasən yoxlanılan dövrdə 80377,87 manat X14 hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı yuxarıda qeyd olunduğu kimi mütəxəssis dəvət olunaraq yoxlanılan dövrdə müəssisənin istehsal həcmi müəyyənləşdirilmiş və X14nin yenidən hesablanması aparılmış, X14nin 673016,54 manat azaldılması, 48271,93 manat artıq hesablanması müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən son nəticədə X14nin bəyənnamədə göstərilən məbləğinin bəyənnamədə göstərilməli olan məbləğinə nisbətən cəmi 624744,6 manat (673016,54- 48271,93=624744,6) azaldılması aşkar edilmişdir. Ümumi hesablanmış 673016,54 manat ƏDV məbləğinin (artıq hesablama çıxılmadan) 45165,0 manatı yoxlanılan dövrdə müəssisə tərəfindən 250916,66 manat dəyərində malların xarab olması ilə əlaqədar uçotdan silinməsi aşkar olunmuş və Vergi Məcəlləsinin 159.5- ci maddəsinə əsasən hesablanmışdır. Ümumilikdə yoxlanılan dövrdə X14nin (48271.93 manat artıq hesablama çıxılmaqla) 67.4744,6 manat azaldılması müəyyən olunmuşdur. Ümumilikdə müəssisəyə Vergi qanunvericiliyinin pozulmasına görə müəssisəyə Vergi Məcəlləsinin 58-ci maddələrinə əsasən mənfəətdən verginin 37201,71 manat aksiz vergisinin 1735579.48 manat, X14nin 673016,54 manat azaldılmasına görə 1222898,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı isə öz iddiasını onunla əsaslandırmışdır ki, cəlb edilmiş mütəxəssisin alkoqollu məhsul istehsalında iş təcrübəsi və xüsusi biliyi yoxdur. Yoxlama materiallarında buna dair hər hansı sübut mövcud deyil. İddiaçı “Azərekspertiza” Birliyinin rəyinin mötəbərliyinə əsaslı və ciddi şübhə doğurduğunu qeyd edirdisə, onda həmin əsaslı və ciddi şübhənin nədə ifadə olunduğunu da göstərməli idi. ikincisi isə “Azərekspertiza" Birliyinin məhkəmə ekspertiza fəaliyyəti üzrə səlahiyyətli olmaması ilə bağlı iddiaçının qeyd etdikləri barədə bildirilir ki, iddiaçı bu hala istinad edərkən inzibati aktın inzibati icraatın nəticəsində qəbul edildiyini, həmin rəyin cinayət işi üzrə ibtidai araşdırma və məhkəmə araşdırması zamanı əldə edilmədiyini diqqətdən qaçırmışdır. Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsilə əsasən, məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Göründüyü kimi inzibati icraat zamanı keçirilmiş ekspertiza məhkəmə ekspertizası anlayışı ilə əhatə olunmadığından iddiaçının iddiası əsassızdır. Bunun əksinə olaraq qeyd edillər ki, həm Vergi Məcəlləsinin 44 və 45-ci maddələrində, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində inzibati icraata (səyyar vergi yoxlamasına) ekspertin və mütəxəssisin cəlb edilməsi öz əksini tapmışdır. İnzibati icraat çərçivəsində ekspertizanın yalnız məhkəmə ekspertizasını həyata keçirən subyektlər tərəfindən keçirilə bilməsi hər hansı qanunvericilik aktında öz əksini tapmamışdır. “Azərekspertiza” Birliyi isə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində yaradılmış təşkilat olmaqla bir sıra fəaliyyət istiqamətləri vardır ki, nizamnaməsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə və müvafiq orqanların tapşırığına əsasən daşınmaz, daşınar əmlakın və malların qiymətləndirilməsi birliyin həmin fəaliyyət istiqamətlərindən biridir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 39 və 49-cu maddəsinin tələblərinin pozulması barədə iddiaçı barəsində ilk yoxlama aktı 09.12.2019-cu ildə tərtib olunmuş, lakin həmin akt vergi ödəyicisinə təqdim olunmamışdır. Vergi ödəyicisinin xəbəri olmadan yoxlama materiallarına baxılmış və baxılmanın vaxtı barədə məlumat verilməmişdir. Nəticədə 29.01.2020-ci il tarixli **********196671 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin qərarla bağlı yuxarıda qeyd olunduğu kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.17-3.4.19-cu maddələrinin tələbləri gözlənilməmişdir. Bundan əlavə Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilməli və ya göndərilməli olduğu halda, 16.03.2020-ci il tarixli ikinci akt da vergi ödəyicisinə təqdim olunmamışdır. Nəticədə 28.04.2020-ci ildə yoxlama materiallarına baxılmış, aktın surəti ona əlavə olunmuş sənədlər isə 04.05.2020-ci ildə vergi ödəyicisinə göndərilmiş və 06.05.2020-c ildə isə məsuliyyətə cəlb olunma barədə qərar qəbul edilmişdir. Yəni vergi ödəyicisi aktın nəticələrinə baxılmasında iştirak etməmək üçün, aktda yazılanlara etirazını bildirməyin qarşısını almaq üçün vergi orqanı qanunsuz bütün hərəkətləri etmişdir. İlk yoxlama aktı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" Qərara əsasən öz hüquqi nəticəsini itirmişdir. Yəni həmin yoxlama aktı vergi ödəyicisində heç bir məsuliyyət yaratmır. 16.03.2020-ci il tarixli **********167704 nömrəli aktla bağlı isə qeyd edilir ki, vergi ödəyicisi aktı imzalamaqdan imtina etdiyindən, bu barədə aktın bir nüsxəsi ödəyicinin hüquqi ünvanına və elektron poçt ünvanına göndərilmişdir. Qeyd edilir ki, 15.04.2020-ci il tarixli məktubla vergi yoxlaması aktina, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə 28.04.2020-ci il tarixdə saat 15:00-da baxılacağına dair iddiaçıya məktub göndərilməsinə baxmayaraq iddiaçı araşdırmada iştirak etməmişdir. Qeyd olunanlarla bağlı səyyar vergi yoxlaması aktına baxılma haqqında 28.04.2020-ci tarixli protokol tərtib olunmuşdur. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, göründüyü kimi, mütəxəssis tərəfindən heç bir tədqiqat aparılmadan birbaşa hansı həcmdə spirtli içkinin istehsal edilməsi və butulka ölçüləri ilə hansı faiz nisbətini təşkil etməsi göstərilmişdir ki, bu göstəricilərin nəyə əsasən müəyyən olunduğu məlum deyil. Yuxarıda qeyd olunduğu kimi, rəydə istehsal həcminin müəyyən olunmasının hansı formada həyata keçirilməsinə dair heç bir araşdırmaya rast gəlinmir. Mütəxəssis tərəfindən öz rəyində ətraflı olaraq hesablanmanın əsasları və istinadları qeyd olunmuşdur. Qeyd olunanlarla bağlı suallar yaranarsa mütəxəssisin məhkəmə icraatına çağırılması istisna olunmur. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yoxlama bir sıra prosessual pozuntularla aparılmışdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası 21.05.2021-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə, iddia tələbinin artırılmasına dair ərizəyə uyğun, həmçinin əlavə izahat verərək bildirmişdir ki, inzibati orqanın həm 06.05.2020-ci il tarixli **********199524 saylı Qərarı, həmçinin həmin qərara düzəliş edilməsinə dair 12.03.2021-ci il tarixli **********145343 saylı Qərarı mübahisləndirilir. 06.05.2020-ci il tarixli Qərarın qəbul edilməsinə əsas olan səyyar vergi yoxlaması qanunverilik normalarını pozmaqla qəbul edilmiş, həmin Qərara düzəliş edilməsi haqqında Qərar da həmin yoxlamanın nəticəsi olaraq qəbul edilmişdir. İkinci Qərarın qəbul edilməsinə əsas kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin 14 yanvar 2021-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” Qərarı nəzərə alınaraq Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X3 kimya laboratoriyasının müdiri X7 tərəfindən təqdim edilən 01.12.2020-ci il tarixli mütəxəssis rəyi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin işçisi Nazim Rzayevin rəyi əsas götürülmüşdür. 12.03.2021-ci il tarixli Qərar düzəliş qərarı olsa da, həmin qərarla da əlavə hesablamalar aparılmışdır. Belə ki, “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” Qərarda səyyar vergi yoxlaması ilə hesablanmış 2213925,44 manat vergilər və həmin vergilərin azaldılmasına görə tətbiq edilmiş 1063820,73 manat maliyyə sanksiyasının azaldılması, araşdırmanın nəticəsi olaraq isə Şəxsi hesab vərəqəsində 378081,36 manat vergilərin-aksiz vergisi üzrə 232127,90 manat, ƏDV üzrə 122036,83 manat, mənfəət vergisi üzrə 23916,63 manat) və həmin vergilərin azaldılmasına görə tətbiq olunan 170696,19 manat maliyyə sanksiyasının hesablanması qərara alınmışdır. Lakin ŞHV-də 12.03.2021-ci il tarixində cəmi 231872,29 manat hesablama aparılmışdır. Deməli, cinayət işi üzrə qərar şəxsi vərəqəyə işlənərkən 146209,07 manat 06.05.2020-ci il tarixli Qərarla hesablanmış məbləğlərdən saxlanılmışdır. İnzibati orqan ümumilikdə inzibati icraatı düzgün aparmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X9 iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun həmçinin əlavə olaraq izahat verərək bildirmişdir ki, mahiyyət etibarilə vergi ödəyicinin vergi öhdəliyi 12.03.2021-ci il tarixli Qərardakı həcmdədir. Həmin Qərar əvvəlki qərara düzəliş qərarıdır. Bu Qərarın qəbul edilməsi üçün ayrıca yoxlamanın keçirilməsinə ehtiyac yoxdur. 16.03.2020-ci il tarixli **********167704 saylı Səyyar vergi yoxlaması aktı mövcuddur, 12.03.2021-ci il tarixli Qərarla hesablanmış vergi borcu son olaraq 01.03.2017-01.09.2018-ci il vergi dövrü üzrə aparılmış səyyar vergi yoxlaması ilə hesablanmış məbləğdir. “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” Qərar əsas götürülməklə ŞHV-də vergi ödəyicisinə 378081,36 manat vergilər-aksiz vergisi üzrə 232127,90 manat, ƏDV üzrə 122036,83 manat, mənfəət vergisi üzrə 23916,63 manat və həmin vergilərin azaldılmasına görə tətbiq olunan 170696,19 manat maliyyə sanksiyası hesablanmışdır. İnzibati orqan tərəfindən qanunvericilik normaları pozulmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin səlahiyyətli nümayəndələrinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 06.05.2020-ci il tarixli **********199524 saylı qərarından iddiaçı tərəfindən şikayət verilmiş, həmin şikayətin nəticəsində İddiaçı MMC ilə vergi orqanı arasında 28 iyul 2020-ci il tarixdə və 06.08.2020-ci il tarixdə (izahat) yazışmalar aparılmışdır. Bundan sonra iddiaçı müvafiq olaraq 19.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, inzibati orqan tərəfindən qəbul edilən qərarın ləğv edilməsini xahiş etmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 29 mart 2005-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. -Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 16.10.2018-ci il tarixli, **********165965 saylı qərarı ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə mart 2017-avqust 2018 dövr üzrə vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -İddiaçı MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Camal Hacıəliyev 28D ünvanında yerləşən istehsal obyektində distillə edilmiş və təmizlənmiş spirtli içkilərin 01.03.2017-ci il tarixdən 01.09.2018-ci il yoxlanılan dövr üzrə istehsal həcminin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza“ Birliyinin 30 yanvar 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis araşdırılması ilə yoxlama dövrü ərzində 0,1 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 192.191,4 litr, 0,25 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 421.055,81 litr, 05 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 170.124,619 litr, 0,7 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 232.752,3 litr, 1 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 34.676,42 litr olaraq müəyyən edilmişdir. -İddiaçı MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Camal Hacıəliyev 28D ünvanında yerləşən istehsal obyektində distillə edilmiş və təmizlənmiş spirtli içkilərin 01.03.2017-ci il tarixdən 01.09.2018-ci il tarixə yoxlanılan dövr üçün real bazar qiymətlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza “ Birliyinin 30 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert araşdırılması ilə müəyyən edilmişdir ki, idarə tərəfindən sualla qoyulmuş müddət ərzində etil spirtindən istehsal olunub satılmış tündlük dərəcəsi 40% olan arağın, 01,1 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 0,54 AZN, 0,25 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 1,30AZN, 0,5 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 2,53 AZ, 0,7 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 3,35 AZN, 1 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 3,96 AZN olaraq müəyyən edilmişdir. İş materiallarında olan 16 mart 2020-ci il tarixli, **********167704 saylı Səyyar vergi yoxlaması haqqında aktın surətindən görünür ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş 01.01.2017-cı il tarixdən 01.09.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmişdir. Həmin aktın yoxlamanın nəticələri üzrə təklifdən görünür ki, vergi qanunvericiliyin pozulmasına görə müəssisəyə Vergi Məcəlləsinin 58-ci maddələrinə əsasən mənfəətdən verginin 37.201,71 manat, aksiz vergisinin 1.7335.579,48 manat, X14nin 673.016,54 manat azaldılmasına görə 1.222.898,87 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. -Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 06 may 2020-ci il tarixli, **********199524 saylı qərarın surətindən görünür ki, İddiaçı MMC-yə 2.213.925,44 manat məbləğində vergi borcu hesablanmış və 1.063.820,73 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimlərin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********190000 nömrəli tələbnaməyə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələr üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 06.05.2020-ci il tarixli, **********199524 saylı qərar əsasında İddiaçı MMC-yə 2.213.925,44 manat məbləğində vergi borcu və 1.063.820,73 manat məbləğində maliyyə sanksiyası, ümumilikdə 3.277.746,17 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. -Cinayət işi üzrə icraata xitam verilməsi barədə 14 yanvar 2021-ci il tarixli qərarı ilə 30.01.1983-cü ildə Gəncə şəhərində anadan olmuş ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı ali təhsilli, evli, məhkum olunmamış X1 miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktına dair Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata, bu əməli ilk dəfə törətdiyindən və cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən, Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən xitam verilməsi; Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin şəxsi hesab verəqəsində 01.03.2017-01.09.2018- vergi dövrü üzrə aparılmış səyyar vergi yoxlaması ilə hesablanmış 2.213.925,44 manat vergilər (1.551.979,12 manat aksiz vergisi, 624744,59 manat ƏDV və 37.201,71 manat mənfəət vergisi) və həmin vergilər azaldılmasına görə tətbiq edilmiş 1063820,73 manat maliyyə sanksiyasının azaldılması, araşdırmanın nəticəsi olaraq isə ŞHV-də 378081,36 manat vergilər (aksiz vergisi üzrə 232127,90 manat, ƏDV üzrə 122036,83 manat, mənfəət vergisi üzrə 23916,63 manat) və həmin vergilərin azaldılmasına görə tətbiq olunan 170696,19 manat maliyyə sanksiyasının hesablanmasının təmin edilməsi qərara alınmışdır. -Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqına 12.03.2021-ci il tarixli, **********145343 nömrəli qərarı ilə İddiaçı MMC-yə 378.081,36 manat məbləğində vergi borcu və 170.696,19 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İşin faktiki hallarından görünür ki, İddiaçı MMC 01.04.2005-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Yoxlama üzrə araşdırılan dövrdə spirtli içkilərin istehsalı və satışı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlamasının nəticəsi olaraq 2.213.925,44 manat məbləğində vergi borcundan yayınması ilə bağlı vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 may 2020-ci il tarixli, **********199524 saylı qərar qəbul edilmiş, həmin qərar əsasında vergi ödəyicisinə əlavə olaraq 1.063.820,73 manat maliyyə sanksiyasına cəlb olunmuşdur. Bundan sonra, cinayət işi üzrə aparılmış araşdırma, həmçinin, həmin dövrdə alınmış mütəxəssis rəyləri əsasında iddiaçının ümumilikdə 378.081,36 manat məbləğində vergi borcundan yayınması halı aşkar olunmuş və barəsində Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında 12.03.2021-ci il tarixli, **********145343 nömrəli qərar qəbul edilərək, İddiaçı MMC tərəfindən 378.081,36 manat məbləğində vergi borcunun və 170.696,19 manat maliyyə sanksiyasının ödənilməsinə qərar verilmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərarı əsasında iddiaçıya üç növ vergi – ƏDV, mənfəət və aksiz vergisi üzrə əlavə vergi məbləğləri hesablanıb maliyyə sanskiyaları tətbiq etmişdir. İddiaçı hazırki iddia ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 may 2020-ci il tarixli, **********199524 saylı qərarının qüvvədə olan hissəsini, həm də Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında 12.03.2021-ci il tarixli, **********145343 nömrəli qərarı mübahisələndirir. İddiaçının tələbini əsaslandırdığı hallar- vergi yoxlaması zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.17-3.4.19-cu maddələrinin tələblərinin gözlənilməməsi; Yoxlama zamanı ƏDV, mənfəət və aksiz vergisi müəssisənin fəaliyyət sahəsində təcrübəsi olmayan mütəxəssis rəyindəki qeyri-müəyyən göstəricilərə əsasən hesablanması; mütəxəsis rəyinin xüsusi biliyə malik olmayan şəxs tərəfindən verilməsi; Cinayət işi üzrə icraata xitam verilməsi barədə 14 yanvar 2021-ci il tarixli qərara istinad etməklə ŞHV-də yenidən hesablama getməli olduğu halda, mübahisləndirilən birinci qərarın 146209,07 manat hissədə qüvvədə saxlanılması və düzəliş qərarı ilə 231872,29 manat verginin hesablanmasıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı iddia tələbində səyyar vergi yoxlaması zamanı alınmış 30.01.2020-ci il tarixli ekspert və mütəxəssis rəylərinin mötəbərliyini şübhə altına alsa da, Məhkəmə belə qənaətə gəlir ki, həmin rəylərin mötəbərliyinə qiymət verilməməlidir. Belə ki, “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan, həmin qərara əsaslanaraq qəbul edimiş düzəliş qərarından, həmçinin cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, vergi ödəyicisinə vergi öhdəliyi hesablanması zamanı qeyd edilən rəylərə istinad olunmamış, əsas olaraq Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X3 kimya laboratoriyasının müdiri X7 tərəfindən təqdim edilən 01.12.2020-ci il tarixli mütəxəssis rəyinə və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit Şöbəsindən alınmış rəyə istinad edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. X14nin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir- malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci və 104.2-ci maddələrinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli, Q-01 №li Qərarı ilə təsdiq edilmiş “X2 Standartlarına əsasən X4 Qaydaları”nın 2.1.6-cı və 2.1.7-ci maddələrinin tələblərinə görə, gəlir- mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır; xərc–mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır. Məhkəmə sadalanan qanunvericiliyin normalarını şərh etməzdən əvvəl qeyd etmək istəyir ki, sahibkarların müəssisə fəaliyyətində əsas məqsədi gəlir (mənfəət) əldə etməkdir. Gəlirlər mahiyyət etibarilə aktivlərin artmasına və öhdəliklərin azalmasına birbaşa təsir edir. Bu zaman kapitalın artımı baş verir və bu artımın mülkiyyətçilərin paylarına heç bir təsiri yoxdur. Müəssisənin əsas gəlir mənbəsi məhsul və xidmət satışından gəlirlərdir. Lakin bununla yanaşı valyuta mübadiləsi, icarə, və s. bunun kimi sahələr də gəlir mənbəsi hesab edilir. Sahibkarlıq fəaliyyəti ilə məşqul olan vergi ödəyicisinin əldə etdiyi mənfəət iki elementin törəməsidir, gəlir çıxılsın xərclər. Milli Mühasibat Standartının Anlayış Sistemində nəzərdə tutulduğu kimi gəlir, xərc və mənfəət anlayışları daha geniş məna ifadə edirlər. Başqa sözlə desək, gəlir, bir müəssisənin fəaliyyəti nəticəsində aldığı, məsələn məhsul və ya xidmətin satdığı, lakin dolayı yolla da əldə edilə bilən ümumi pul məbləği, mənfəət və ya xalis mənfəət isə bütün xərclər çıxıldıqdan sonra qalan pul məbləğidir. Zəruri olan hal isə odur ki, gəlirdən yalnız gəlirin əldə edilməsi ilə bağlı olan xərclər (gəlirdən çıxılmayan xərclər istisna olmaqla VM-nin 109-cu maddə) çıxıldıqdan sonra mənfəət əldə edilir. İşin hallarından görünür ki, vergi ödəyicisi İddiaçı MMC barəsində vergi məsuliyyətinə cəlb olunması haqqında qərar və həmin qərara düzəliş edilən zaman, iddiaçının 2017-ci il dövr üzrə mənfəət, X14 və aksiz vergisi üzrə ümumilikdə 378.081,36 manat məbləğində vergi hesablanarkən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit Şöbəsi tərəfindən verilmiş 15.12.2020-ci il tarixli mütəxəssis rəyinə istinad olunmuş, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı əsas götürülməklə şərti rentabellik tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. Həmin rəyin surətindən görünür ki, vergi orqanın mütəxəssisi tərəfindən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 01.03.2017-01.09.2018 vergi dövrü üzrə aparılmış səyyar vergi yoxlaması ilə hesablanmış 2213925,44 manat vergilər (1551979,12 manat aksiz vergisi, 624744,59 manat ƏDV və 37201,71 manat mənfəət vergisi) və həmin vergilərin azaldılmasına görə tətbiq edilmiş 1063820,73 manat maliyyə sanksiyasının azaldılması, araşdırmanın nəticəsi olaraq isə ŞHV-də 378081,36 manat vergilər (aksiz vergisi üzrə 232127,90 manat, ƏDV üzrə 122036,83 manatŞ mənfəət vergisi üzrə 23916,63 manat) və həmin vergilərin azaldılmasına görə 170696,19 manat maliyyə sanksiyası üzrə hesablama aparılması qənaətinə gəlinmişdir. Göründüyü kimi, sözügedən mütəxəssis rəyində ümumilikdə 378081,36 manat verginin hesablanması göstərilsə də, həmin məbləğin məhz 2017-ci ilə aid olması müşahidə olunmur. Halbuki, Vergi Məcəlləsinin 83.1-ci maddəsinə görə, vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Həmçinin, vergi ödəyicisinin ŞHV-nə diqqət yetirildikdə görünür ki, 12.03.2021-ci il tarixində 06.05.2020-ci il tarixli Qərarla hesablanmış vergilərin azaldılması ilə yanaşı, ümumilikdə 231872,29 (23151,40 man, 614,60 man, 3779,35 man, 9303,88 man, 8555,24 man, 89554,96 man, 35322,74 man, 61590,12 man) manat hesablama aparılmışdır. Düzəliş Qərarında görünən hesablamadan 146209,07 (378081,36 -231872,29) manat fərq olduğu aşkardır. Belə olan halda, aydın olur ki, həmin 146209,07 manat məbləğində 06.05.2020-ci il tarixli Qərar qüvvədədir. İddiaçı hər iki qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Həmçinin, cavabdehin nümayəndəsi düzəliş qərarı üçün əlavə yoxlamanın keçirilməsinə lüzum olmadığını, **********167704 nömrəli səyyar vergi yoxlaması aktının qüvvədə olduğunu bildirir. Düzəliş qərarında Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X3 kimya laboratoriyasının müdiri X7 tərəfindən təqdim edilən 01.12.2020-ci il tarixli mütəxəssis rəyi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin işçisi Nazim Rzayevin mütəxəssis rəyinə və onlara əsaslanan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərara əsasən hesablamaların aparıldığını bildirir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən sözügedən mütəxəssis rəyinə istinad olunması VM-nin 45-ci maddəsinin tələblərinin pozulmasına səbəb olur. Belə ki, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, mütəxəssis dedikdə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti həyata keçirilərkən, habelə vergi ödəyicisinin əmlakı siyahıya alınarkən bilavasitə vergi orqanlarının fəaliyyət dairəsi aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin qərarına əsasən dəvət olunan şəxs başa düşülür. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərlə cavab verməyən mütəxəssisin rəyi vergi orqanı tərəfindən istifadə oluna bilməz. Buna baxmayaraq, sözügedən mütəxəssis rəyi İqtisadiiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit Şöbəsinin baş dövlət vergi müffətişi Nazim Rzayev tərəfindən verilmiş, həmin şəxs vergi orqanının əməkdaşı olaraq maraqlı şəxs hesab olunur. Bu səbəbdən həmin rəyə istinad olunması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X3 kimya laboratoriyasının müdiri X7 tərəfindən təqdim edilən 01.12.2020-ci il tarixli mütəxəssis rəyinin tərtibi üzrə praktik ölçmə işlərinin aparılmasına istinad edilməmiş, yalnız ümumi nəzərə biliklər üzrə aparılmışdır. Bundan başqa, Məhkəmə qeyd etmək istəyir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı aşağıdakı icraat qüsurlarına yol verilmişdir. Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 07.09.2016-cı il tarixli **********011400 saylı Qərarı (X10 Reyestrinin qeydiyyat nömrəsi **********1400) ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda isə Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda, yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9-cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilməz. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3- cü, 37.2-ci, 37.4-cü, 42.1-ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7- ci, 76.2-ci, 77-ci, 83.4cü, 157.2-ci, 221.4-cü və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. İş materiallarına əsasən Vergılər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 16.10.2018-ci il tarixli **********165965 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununla da Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. Sözügedən 16.10.2018-ci il tarixli **********165965 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar isə “Sahibkarlıq sahəsin aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi 17.10.2018-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə 28.11.2018-ci il göstərilmişdir. Yoxlama 17.10.2018-ci il tarixdə başlamışdır (səyyar vergi yoxlaması aktının 1.1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti 15.11.2018-ci ildə başa çatmalı olduğu halda, yoxlama 15.11.2018-ci il tarixdən 28.11.2018-ci il tarixədək qeyri-qanuni olaraq, ümumilikdə 43 gün müddətində davam etdirilmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətinin bitməsinə qədər verilməmişdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarlar daxil edilməlidir. Cavabdeh tərəf yoxlama müddətinin dayandırılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi (bu qərar özündə yoxlama müddətinin artırılmasını ehtiva edir) barədə 15.04.2019-cu il tarixli, **********181013 saylı; 25.10.2019-cu il tarixli **********192181 saylı qərarların, həmçinin, 29.01.2020-ci il tarixli, **********196671 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarı, o cümlədən də, 06.02.2020-ci il tarixli, **********196968 saylı və 14.02.2020-ci il tarixli, **********197242 saylı “Səyyar vergi yoxlmasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” qərarı yuxarıda qeyd olunan reyestrə daxil olunmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, həmin qərarların qeydiyyata alınması təqdim olunmuş çıxarışda öz əksini tapmamışdır. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Eləcə də keçirilən səyyar vergi yoxlamasının hansı əsaslarla “növbədənkənar” keçirilməsi ilə bağlı tutarlı hər hansı dəlil də təqdim etməmişdir. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar (qərara dəyişiklik olunarkən) qəbul olunarkən AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan həm səyyar vergi yoxlamasının keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və onun əsasında qəbul edilmiş qərarda mahiyyətindən savayi, prosessual pozuntulara belə yol vermişdir. Məhkəmə həmçinin, hesablanmış vergi borcuna görə tətbiq olunmuş maliyyə sanskiyasına münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, səyyar vergi yoxlaması aktı və onun əsasında qəbul edilmiş vergi məsuliyyətinə cəlb olunma haqqında qərar və düzəliş qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərarlar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Bu səbəbdən, iddiaçıya tətbiq olunan maliyyə sanksiyaları da əsassız hesab olunur. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi səyyar vergi yoxlamasının keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və onun əsasında qəbul edilmiş qərarlarda prosessual pozuntulara yol verildiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 06.05.2020-ci il tarixli **********199524 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qüvvədə olan hissədə və 12.03.2021-ci il tarixli **********145343 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” Qərar isə tam ləğv edilməlidir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 06.05.2020-ci il tarixli **********199524 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qüvvədə olan hissədə və 12.03.2021-ci il tarixli **********145343 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına düzəliş edilməsi haqqında” Qərarı tam ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1442/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1442/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver