Məhkəmə qərarları › İş №2-1(112)-14442/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14442/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14442/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Vahid oğlunun sədrliyi ilə, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində doğum tarixi bəndinə dəyişiklik edilməsi”nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Ağdaş rayonu Pirəzə icra nümayəndəliyi tərəfindən xx.xx.1962-ci il tarixdə tərtib edilmiş 78 saylı doğum haqqında akt qeydləri kitabında uşaq haqqında məlumat qrafasında doğum tarixi bəndində “xx.xx.1962-ci il” tarixinin “xx.xx.1961-ci il” tarixi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Nuhova (nikaha daxil olduqdan sonra Musazadə) Güllər Şakir qızı 10 iyun 1961 -ci il tarixində Ağdaş rayonu, Xınaxlı kəndində anadan olmuşdur. Valideynləri - X11 və X10, nikahlarını 22 avqust 1959-cu il tarixdə Ağdaş rayon Kotavan kənd icra nümayəndəliyində 07 saylı nikah akt qeydi ilə rəsmiləşdirmişlər. İddiaçının doğumu ilə bağlı Ağdaş rayonu Pirəzə icra nümayəndəliyi tərəfindən 15 iyun 1962-ci il tarixdə tərtib edilmiş 78 saylı doğum haqqında akt qeydləri kitabında uşaq haqqında məlumat qrafasında doğum tarixi səhvən “xx.xx.1962-ci il” kimi göstərilmişdir. Halbuki faktiki və ailə məlumatlarına, eləcə də ailə üzvlərinin doğum tarixlərinə əsasən, iddiaçının doğum tarixi xx.xx.1961-ci ildir. Ailənin tərkibinə və rəsmi sənədlərə əsaslanaraq bildirir ki, ailənin ilk övladıdır. İddiaçıdan sonra dünyaya gəlmiş kiçik qardaşı X12 isə 1 noyabr 1962-ci il tarixdə Ağdaş rayonu, Türyançay qəsəbəsində anadan olmuş, bu barədə 22 mart 1963-cü il tarixdə Ağdaş rayon Qolqəti icra nümayəndəliyində 40 nömrəli doğum haqqında akt qeyd tərtib olunmuşdur. İddiaçının valideynlərinin nikahı və ailə tərkibi, ardıcıllığı bir daha təsdiq edir ki, iddiaçının doğum tarixinin rəsmi qeydiyyatda səhv göstərilməsi, yalnız texniki və ya insan faktoru ilə bağlı sənəd tərtibatında yol verilmiş xətadan irəli gəlmişdir. İddiaçının X2 25 iyun 2008-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində vəfat etmiş, bu barədə 15 iyul 2008-ci il tarixli, 15 nömrəli ölüm haqqında akt qeyd tərtib olunmuşdur. İddiaçının anası X10 isə 19 avqust 2009-cu il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində vəfat etmiş, 27 avqust 2009-cu il tarixli, 27 saylı akt qeyd tərtib olunmuşdur. 08 oktyabr 1990-cı il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuşur və nikah Ağdaş rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə 169 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşmişdir. İddiaçı nikaha daxil olduqdan sonra soyadını dəyişdirərək ərinin soyadı - Musazadə soyadını götürmüşür. 23 iyul 2025-ci il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək doğum tarixindəki bu texniki səhvin aradan qaldırılması üçün müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci bəndinə əsasən müraciəti rədd edilmişdir. İddiaçı xüsusi olaraq vurğulayır ki, valideynlərinin nikahı 1959-cu ildə rəsmiləşdirilmiş, iddiaçı ilk övlad kimi dünyaya gəlmişdir və ailənin ikinci övladı - qardaşı X12 1 noyabr 1962-ci ildə anadan olmuşdur. Bu faktların birlikdə qiymətləndirilməsi, iddiaçının doğum tarixinin 1961-ci il olmasını şübhəsiz edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1962-ci il”, Ağdaş rayon Pirəzə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 78 saylı, xx.xx.1962-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixi “xx.xx.1962-ci il”, Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 169 saylı, xx.xx.1990-cı il tarixli nikah haqqında akt qeydində qadın haqqında məlumat qrafasında doğum tarixi “xx.xx.1962-ci il” qeyd edilmişdir. Ağdaş rayon Pirəzə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 78 saylı, xx.xx.1962-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın doğum tarixi bəndində “xx.xx.1962-ci il”-dən “xx.xx.1961-ci il”-ə dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın 1-ci bəndinə əsasən ərizənizin təmin edilməsi mümkün deyildir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, vətəndaş 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə Ağdaş rayon Pirəzə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 78 saylı, xx.xx.1962-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın doğum tarixi bəndində “xx.xx.1962-ci il”-dən “xx.xx.1961-ci il”-ə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Ağdaş rayon Pirəzə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 78 saylı, xx.xx.1962-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın doğum tarixi bəndində “xx.xx.1962-ci il”-dən “xx.xx.1961-ci il”-ə dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşın ərizəsini təmin etmək tərəfimizdən mümkün deyildir. II. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İddianın növü Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. IV. Tədqiq edilən sübutlar 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən X11 və X1 nikahı haqqında 22 avqust 1959-cu il tarixdə 07 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan onra arvada “Nuhova” soyadı verilmişdir. 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfinən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən X11 25 iyun 2008-ci ildə Ağdaş rayon Ləki qəsəbəsində ölmüşdür. 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən X10 19 avqust 2009-cu ildə Ağdaş rayon Ləki qəsəbəsində ölmüşdür. 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən X12 1 noyabr 1962-ci ildə Ağdaş rayon Türkançay qəsəbəsində anadan olmuşdur. AZ-V 130371 nömrəli “Doğum haqqında Şəhadətnamə”yə əsasən X7 xx.xx.1962-ci ildə doğulmuşdur. X2, anası X5r. 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən X4 və X3 nikah haqqında 08 oktyabr 1990-cı il tarixdə 169 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Musazadə” soyadı verilmişdir. İddiaçı məxsus doğum və nikah haqqında akt qeydlərinin surəti iş materiallarına əlvə olunmuşdur. X8 məxsus doğum haqqında akt qeydinin surəti iş materiallarına əlvə olunmuşdur. V. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddia tələbi doğum haqqında akt qeydində doğum tarixinin düzəliş edilərək “xx.xx.1961-ci il” kimi qeyd edilməsi və buna dair şəhadətnqamənin verilməsi ilə bağlıdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının X2 və iddiaçının anası X10 arasında xx.xx.1959-cu il tarixdə nikah bağlanmışdır. xx.xx.1962-ci il tarixli 78 nömrəli Doğum haqqında akt Qeydinə əsasən iddiaçı X3 doğum tarixi “xx.xx.1962-ci il” qeyd edilmişdir. xx.xx.1963-cü il tarixli Doğum haqqında akt Qeydinə əsasən iddiaçının qardaşı X6 doğum tarixi “xx.xx.1962-ci il” qeyd edilmişdir. Beləliklə rəsmi akt qeydlərinə əsasən iddiaçı və qardaşının doğum tarixləri arasındakı fərq 04 ay 21 gün təşkil edir. Məhkəmə qeyd edir ki, eyni valideynlərdən olan iki uşağın qeyd edilən müddət ərzində dünyaya gəlməsi tibbi-bioloji baxımdan mümkün deyildir. Bu hal doğum haqqında akt qeydlərində ziddiyyətin mövcudluğunu və iddiaçıya münasibətdə doğum tarixinin qeydə alınması zamanı səhvə yol verilməsi ehtimalını göstərir. Bu baxımdan iddiaçının doğum tarixinin “xx.xx.1962-ci il” kimi qeyd edilməsi həqiqətə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi qanunvericiliklə ona həvalə olunmuş vəzifə və səlahiyyətlər çərçivəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıyır. Hazırkı mübahisə predmeti olan vəziyyət, yəni iddiaçının doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində doğum yerinin yanlış yazılması cavabdeh orqanın məsuliyyəti və müdaxilə səlahiyyəti daxilində olan məsələlərdir və qeyd edilən hal onun tərəfindən aradan qaldırılmalıdır. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus xx.xx.1962-ci il tarixli 78 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “xx.xx.1962-ci il” doğum tarixinin “xx.xx.1961-ci il” kimi qeyd edilməsi və doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus xx.xx.1962-ci il tarixli 78 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “xx.xx.1962-ci il” doğum tarixinin “xx.xx.1961-ci il” kimi qeyd edilməsi və doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Qərardan, təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar