Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14449/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin Xidmətinin 04 sentyabr 2024-cü il tarixli, İQ- 55/1 nömrəli qərarının ləğv edilməsi və Qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi, ona və ailə üzvlərinə (ərvadına və uşaqlarına) "Qaçqın vəsiqəsi"nin verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzəyinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya “qaçqın statusu verilməsi haqqında” verilməsi üçün vəsatəti ilə 07 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh isə vəsatətini təmin etməyib və bu barədə 04 sentyabr 2024-cü il tarixli, İQ-55/1 nömrəli qərar qəbul edib. Aşağıda qeyd edəcəklərinə əsasən hesab edir ki, cavabdehin 04 sentyabr 2024-cü il tarixli imtina qərarı ləğv edilməli və vəsatətinin təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Vəsatətini onunla əsaslandırmışdır ki, vətəndaşı olduğu Respublikada onun, ailəsinin həyat təhlükəsizliyinin təminatı nəinki inamsızdır, hətta o və ailəsi aşkar təhdid edilirlər. Pakistan hökuməti isə onların hüquqlarının müdafiə etmək iqtidarında deyil. İddiaçının vəsatətinin dəlillərini cavabdeh nəinki görməməzlikdən gəlib, hətta dediklərini bir çox məqamlarda təhrif edib. Belə ki, guya nə o, nə ailəsi Pakistanda heç bir təqibə məruz qalmamışlar. Halbuki, dini baxışlarına görə, xristian olduğuna görə böyük əksəriyyət sünni məzhəbini təmsil edən müsəlman əhali tərəfindən dəfələrlə girov götürülmüş və min bir çətinliklə, böyük məbləğlər ödədikdən sonra girovluqdan azad ola bilmişdir. Dini rejimin pik həddini yaşayan Pakistan dövləti bütün bu baş verənlərə susmaqla keçər, şikayət edənlər qısa müddətdə aradan götürülür, yoxsa çıxarılır. Ona görə də, bu cəhənnəm həyatından qaçıb Azərbaycan Respublikasına pənah gətirmişdir.
3. Cavabdehin xx.xx.2024-cü il tarixli İQ-55/1 nömrəli Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarı onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, 25 may 2004-cü il təvəllüdlü İddiaçı (Pasport: № KE1853411)7 iyun 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 85-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Şeyxpura şəhərində doğulduğunu, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Şeyxpura şəhərində 2010-2020-ci illərdə “Allied Public school” adlı məktəbdə 10 il orta təhsil aldığını, 2023-cü ildə Nankana şəhərində “Punjab College" adlı kolleci bitirdiyini, təhsilini bitirdikdən sonra atasına məxsus dükanda satıcı işlədiyini bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, valideynlərinin, 3 bacı və 1 qardaşının hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəbini izah edərkən ərizəçi Pakistanın Hindistanla sərhəd kəndində yaşadığını və orada radikal sünni təşkilatı olan “Ləşkər-e-Tayba” üzvləri tərəfindən təhdid olunduğunu, onu Hindistana qaçaqmalçılıq yolu ilə mallar keçirməyə məcbur etdiklərini, lakin buna razı olmadığını, keçən ilin payızında həmin qrup tərəfindən girov götürüldüyünü və atasından azad olunması üçün pul tələb edildiyini bildirmişdir. O, atasının həmin pulu ödədikdən sonra onu azad etdiyini, lakin buna baxmayaraq təhdidlərin davam etdiyini, bu səbəbdən Pakistanda qalmaqdan ehtiyat etdiyini və atasının tövsiyəsi ilə 20 may 2024-cü il tarixində Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, o, özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, o, ərizə-anketinin qeydiyyatı zamanı girov götürülərkən böyük evdə saxlanıldığını qeyd etsə də, müsahibə zamanı kiçik bir daxmada saxlanıldığını bildirmişdir. Bundan əlavə o, ilkin müsahibəsi zamanı atasının onu girovluqdan azad etməsi müqabilində “Ləşkər-e-Tayba” üzvlərinə 200 min Pakistan rupi ödədiyini desə də, ikinci müsahibəsi zamanı bu məbləğin 100 min olduğunu demişdir. Qeyd edilənlərdən başqa, ərizəçi ilkin müsahibəsi zamanı ona qarşı edilən təhdidlərə görə polisə şikayət etmədiyini qeyd edərək və bunu polis məntəqəsinin yaşadığı kənddən uzaqda yerləşməsi ilə əsaslandırsa da, ikinci müsahibəsi zamanı atasının polisə şikayət etdiyini, lakin şikayətlərinə baxılmadığını qeyd etmişdir. Ərizəçiyə yaranmış uyğunsuzluqlara aydınlıq gətirməsi üçün müvafiq şərait yaradılmış, lakin o, bu məqamlarla bağlı əsaslı izahatlar verə bilməmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq ərizəçinin dedikləri inandırıcılıq baxımından zənaətbəxş hesab edilməmiş və ona qarşı mənşə ölkəsində əsaslı təqib qorxusunun olmadığı qənaətinə gəlinmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqinə, milliyətinə, siyasi əqidəsinə, milliyyətinə və dini etiqadına görə ciddi təqib olunmamışdır, iş materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın statusu verilməsi haqqında” vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində zaçqınra verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Komissiyanın 4 sentyabr 2024-cü il tarixli, 17 saylı protokolu).
4. Cavabdeh Dövlət Miqrasiya Xidməti etirazını onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki: 1. Birinci və ikinci müsahibəsi zamanı ifadəsində ziddiyyətlər mövcud olmuş: a) İlk müsahibəsində girovluqdan azad olunması üçün 200 min rupi ödədiyini bildirsə də, ikinci müsahibəsi zamanı bu rəqəmin 100 min rupi olduğunu bildirmiş; b) İlk müsahibəsində baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini bildirsə də, ikinci müsahibəsində atasının aidiyyəti dövlət qurumlarına müraciət etdiyini bildirmiş; 2. Alternativ yerdəyişmədən istifadə etməmişdir. 3. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.
İİ. İddianın növü və mümkünlüyü
8. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
9. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
10. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
11. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
İİİ. Məhkəmənin mövqeyi
12. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024cü il tarixli İQ-55/1 nömrəli qərarının surətindən görünür ki, Pakistan Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Şeyxpura şəhərində doğulduğunu, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Şeyxpura şəhərində 2010-2020-ci illərdə “Allied Public school” adlı məktəbdə 10 il orta təhsil aldığını, 2023-cü ildə Nankana şəhərində “Punjab College" adlı kolleci bitirdiyini, təhsilini bitirdikdən sonra atasına məxsus dükanda satıcı işlədiyini, Pakistanın Hindistanla sərhəd kəndində yaşadığını və orada radikal sünni təşkilatı olan “Ləşkər-e-Tayba” üzvləri tərəfindən təhdid olunduğunu, onu Hindistana qaçaqmalçılıq yolu ilə mallar keçirməyə məcbur etdiklərini, lakin buna razı olmadığını, keçən ilin payızında həmin qrup tərəfindən girov götürüldüyünü və atasından azad olunması üçün pul tələb edildiyini bildirmişdir. O, atasının həmin pulu ödədikdən sonra onu azad etdiyini, lakin buna baxmayaraq təhdidlərin davam etdiyini, bu səbəbdən Pakistanda qalmaqdan ehtiyat etdiyini və bu səbəbdən də atasının tövsiyəsi ilə 20 may 2024-cü il tarixində Pakistan İslam Respublikasını tərk edərək Azərbaycan Respublikasına gəldiyini bildirərək, keçirilmiş müsahibə nəticəsində cavabdehin qəbul etdiyi imtina qərarı ilə razılaşmamış, qərarın qanunsuz hesab edilərək, ona və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.
14. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.
3. “Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.
7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.
15. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
16. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir.
17. Göstərilən dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş İQ-09/1 nömrəli xx.xx.2022ci il tarixli «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir.
18. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
19. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə qanunsuz hesab edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın qanunsuz hesab edilməklə qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır və təmin edilə bilməz.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva