Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14464/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin şəxsi vərəqəyə bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 dekabr 2022-ci il tarixli "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə" bildiriş üzrə İddiaçı vergi orqanındakı şəxsi hesab vərəqəsində 384 691.10 (üç yüz səksən dörd min altı yüz doxsan bir manat, on qəpik) manat artıq ödənilmiş vergi məbləğinin "Vergilər üzrə vərəqə"və bərpa olunmasının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə üzərinə qoyulması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi “19 dekabr 2022-ci il tarixli “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” bildiriş üzrə İddiaçı vergi orqanındakı şəxsi hesab vərəqəsində “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”ndə əks olunmuş 384 691.10 (üç yüz səksən dörd min altı yüz doxsan bir manat, on qəpik) manat artıq ödənilmiş vergi məbləğinin şəxsi hesab vərəqəsində “Vergilər üzrə vərəqə”yə bərpa olunmasının cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, vergi orqanının 19 dekabr 2022-ci il tarixli “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” bildirişi İddiaçı MMC-nin (bundan sonra “Şirkət”) şəxsi kabinetinə daxil olmuşdur. Bildirişdə xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsində tələbetmə müddəti bitmiş 384691,1 manat artıq ödəmə məbləğinin müəyyən edildiyi və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə" adlı vərəqəyə işlənməsinin təmin edildiyi qeyd olunmuşdur. Şirkət tərəfindən xx.xx.2023-cü tarixli, DK/2484 nömrəli və xx.xx.2023-cü il tarixli, DK/2485 nömrəli məktublarla Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmişdir. Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla “Vergilər üzrə vərəqə" hissəsində 384691,10 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edildiyi və həmin məbləğin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirildiyi bildirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələrinə istinad edərək Şirkətin şəxsi hesab vərəqəsində olan 384 691.10 (üç yüz səksən dörd min altı yüz doxsan bir manat, on qəpik) manat artıq ödəmə məbləği əsassız olaraq “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənmiş və bu səbəbdən Şirkətin qeyd olunan vəsaitdən istifadə hüququ məhdudlaşdırılmışdır. Halbuki, Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, həmçinin hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında da qeyd edildiyi kimi, hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir. Belə bərabərlik hüqııqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə təmin edilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalı, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyieisinin xeyrinə şərh edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(102)-2113/2022 saylı Qərarına əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Hyni zamanda həmin Qərarda qeyd olunur ki, 5 il müddətində məhdudiyyət yalnız artıq ödənilmiş verginin qaytarılması və əvəzləşdirilməsi ilə bağlıdır. Lakin bir vergi növü üzrə artıq ödənilmiş vergi məbləğinin sonrakı (gələcəkdə yaranacaq) öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini məhdudlaşdırmır. Vergi ödəyicisi müddət məhdudiyyəti qoyulmadan istənilən zaman vergi öhdəliyi yaranarsa, hesablanan məbləğ artıq ödənilən məbləğ hesabına nəzərə alınmalıdır. Çünki artıq ödənilən vəsait vergi ödəyicisinin büdcə hesabında vergi ödəyicisinə məxsus olan vəsaitidir. VM-in 3.8-ci maddəsinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, vaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. VM-in 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. VM-in 62.1 -ci maddəsinə görə, hər bir vergi ödəyieisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
4. xx.xx.2022-ci il tarixli “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” bildirişə əsasən iddiaçıya bildirilmişdir ki, xx.xx.2022 tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 384691,1 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir.
5. Cavabdeh məhkəməyə iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edərək vəsatəti onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” ərizə forması ilə müraciət etməmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunan maddədə müvafiq icra hakimiyyəti - Azərbaycan Respublikasının Nazirər Kabineti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 saylı Qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydaları təsdiq edilmişdir. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. Qeyd olunan Qaydaların 5.7-ci maddəsinə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6.1 -ci maddəsinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Bu Qaydaların 6.2-ci və 6.3-cü maddələrinin tələblərinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 8.22-ci bəndinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin dövlət büdcəsində qaytarılmasını həyata keçirmək Maliyyə Nazirliyinin vəzifəsidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi İqtisadiyyat Nazirliyi artıq ödənilmiş vergilərin dövlət büdcəsindən qaytarılmasını təmin edən orqan deyildir, yalnız bununla bağlı müvafiq tədbirlərin görülməsi öhdəliyini daşıyır. Məhkəmə tərəfindən iddiya cavab verməli olmayan cavabdeh barəsində iddianın təmin edilməsi son nəticədə cavabdeh tərəfindən icrası mümkün olmayan məhkəmə qərarının qəbul olunması ilə nəticələnəcəkdir. Məlumat üçün qeyd edilir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001 -ci il 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1 -ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri dəqiq göstərilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qaydaların 6.1 -ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Eyni zamanda nəzərinizə bildirilir ki, yuxarıda adıçəkilən Qaydaların 7.2-ci maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları” ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında, qaytarılacaq bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməklə) və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1 -ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırılmalıdır.
6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi vəsatətin məzmununa uyğun izahat verməklə iddianın mümkün sayılmamasını xahiş etdi. İİ. İddianın növü və mümkünlüyü
8. İddia tələbi şəxsi hesab vərəqəsindəki qeydlərin əvvəlki vəziyyətinin bərpa edilməsi bağlıdır.
9. Məhkəmə qeyd edir ki, iddiaçının istər inzibati orqana dəfələrlə müraciətində, istərsə də iddia ərizəsində aşkar şəkildə artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmir, belə ki, həmin vəsait üzrə tələb etmə müddətinin keçməsinə dair tərəflər arasında mübahisə yoxdur. Mübahisələndirilən məsələ inzibati orqanın öz təşəbbüsü ilə şəxsi hesab vərəqəsində artıq ödənilmiş vəsaitin “Vergilər üzrə vərəqə”dən “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”nə keçirilməsi ilə bağlı vergi orqanının səlahiyyətinin olmasına məhkəmə tərəfindən qiymət verilməsi, müdaxilənin qanunsuz hesab edilməsi və müdaxilədən əvvəlki vəziyyətin bərpasıdır.
10. Odur ki, iddianın növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır.
11. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
13. Məhkəmə ilk növbədə qeyd edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə əsasən hazırkı işdə olduğu kimi vergi orqanının şəxsi hesab vərəqəsində apardığı əməliyyat ödəyicinin ödəməli olduğu vergi öhdəliyinin həcmini müəyyənləşdirdiyi üçün ayrıca yazılı inzibati akt əsasında həyata keçirilməlidir (qeyd edilən yazılı inzibati aktın qəbul edilməsi isə vergi qanunvericliyində nəzərdə tutulmayıb). Belə ki, mübahisə vergi orqanının həyata keçirdiyi konkret real əməliyyatla vergi ödəyicisini artıq ödənilmiş vergi məbləğinin həmin vergi növü üzrə sonrakı (gələcəkdə yaranacaq) öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsindən bilavasitə məhrum edilməsi ilə bağlıdır.
14. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-828/2022 nömrəli qərarına (i) və xx.xx.2022-ci il tarixli, 2-1(102)- 2113/2022 nömrəli qərarına (ii) uyğundur.
15. Həmin (i) qərara əsasən müəyyən edilir ki: -“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin inzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyat olmuşdur. Yalnız şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır. -Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində həmin inzibati aktı qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir.
16. Həmin (ii) qərara əsasən müəyyən edilir ki:
33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
34. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.
35. Həmin Məcəllənin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir.
36. Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
37. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrindən də göründüyü kimi vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, 5 il müddətində məhdudiyyət yalnız artıq ödənilmiş verginin qaytarılması və əvəzləşdirilməsi ilə bağlıdır. Lakin bir vergi növü üzrə ödənişin həmin növ vergi üzrə hesablamada nəzərə alınmasını, yəni bir vergi növü üzrə artıq ödənilmiş vergi məbləğinin həmin vergi növü üzrə sonrakı (gələcəkdə yaranacaq) öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini məhdudlaşdırmır. Vergi ödəyicisi müddət məhdudiyyəti qoyulmadan istənilən zaman bir vergi növü üzrə vergi öhdəliyi yaranarsa, hesablanan məbləğ həmin vergi növü üzrə artıq ödənilən məbləğ hesabına nəzərə alınmalıdır.
39. Burada əhəmiyyət kəsb edən məqam odur ki, məhdudiyyət yalnız 5 ildən sonra artıq ödənilmiş verginin geri alınmasına və digər vergi növü ilə əvəz edilməsinə tətbiq edilir. Çünki artıq ödənilən vəsait vergi ödəyicisinin büdcə hesabında vergi ödəyicisinə məxsus olan vəsaitidir... ... 42. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edərək bildirir ki, cavabdeh vergi orqanının “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” qəbul etdiyi Qərar Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş qərarın sağ yuxarı küncündə əks olunmuş qeyddən də görünür ki, həmin qərarın forması Azərbaycan Respublikası Vergilər Nazirliyinin nömrəsi və tarixi əks olmayan “əmri” ilə təqsiq edilmişdir. Beləliklə, cavabdeh vergi orqanı qanunvericilikdə nəzərdə tutulmayan növ qərar qəbul etmişdir.
11. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh qurumun faktiki xarakterli hərəkətləri ilə bir tərəfdən iddiaçının mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyat həyata keçirilmiş, yəni həmin əməliyyatlar inzibati akt əsasında həyata keçirilməlidir. Digər tərəfdən isə qeyd edilən növ qərarın, yəni şəxsi hesab vərəqəsində “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”ndə əks olunan qərarın qəbul edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Odur ki, istər faktiki xarakterli hərəkətlə (belə ki, vergi öhdəliyinin həcmini dəyişdirdiyi üçün inzibati akt qəbul edilməlidir), istərsə də qəbul edilən inzibati aktla (bu cur qərar qəbul edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır) vergi orqanının qeyd edilən hərəkəti, yəni artıq ödənilmiş vergi məbləğinin şəxsi hesab vərəqəsində “Vergilər üzrə vərəqə”dən “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”nə keçirilməsi (belə səlahiyyəti olmadığı üçün) qanuni hesab edilə bilməz. Odur ki, vergi orqanı vergi ödəyicisinin fəaliyyətinə münasibətdə (qanunda nəzərdə tutulmadığı üçün) belə müdaxilədən çəkinməlidir.
12. Qeyd edilən qənaətin maddi hüquqi əsaslandırması ondan ibarətdir ki, 5 il müddətində məhdudiyyət yalnız artıq ödənilmiş verginin qaytarılması və əvəzləşdirilməsi ilə bağlıdır. Lakin bir vergi növü üzrə ödənişin həmin növ vergi üzrə hesablamada nəzərə alınmasını, yəni bir vergi növü üzrə artıq ödənilmiş vergi məbləğinin həmin vergi növü üzrə sonrakı (gələcəkdə yaranacaq) öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini məhdudlaşdırmır. Vergi ödəyicisi müddət məhdudiyyəti qoyulmadan istənilən zaman bir vergi növü üzrə vergi öhdəliyi yaranarsa, hesablanan məbləğ həmin vergi növü üzrə artıq ödənilən məbləğ hesabına nəzərə alınmalıdır. Vergi Məcəlləsində bu hüququn həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur.
13. Burada əhəmiyyət kəsb edən məqam odur ki, məhdudiyyət yalnız 5 ildən sonra artıq ödənilmiş verginin geri alınmasına və digər vergi növü ilə əvəz edilməsinə tətbiq edilir. Çünki artıq ödənilən vəsait vergi ödəyicisinin büdcə hesabında vergi ödəyicisinə məxsus olan vəsaitidir.
14. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
15. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı şəxsi hesab vərəqəsində “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”ndə əks olunmuş 384.691,10 (üç yüz səksən dörd min altı yüz doxsan bir manat, on qəpik) manat artıq ödənilmiş vergi məbləğinin şəxsi hesab vərəqəsində “Vergilər üzrə vərəqə”yə bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva