Məhkəmə qərarları › İş №2-1(112)-1448/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1448/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1448/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 21 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Miidafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına havalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2004-cü il tarixə kimi müxtəlif idarələrdə çalışmışdır. Hazırda pensiya yaşının çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. xx.xx.2022-ci il tarixli **********8 saylı cavab məktubunda qanunvericiliyə istinad etməklə hazırda pensiya yaşının kişilər üçün 65 yaş müəyyən edildiyini qeyd etməklə əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Remontnik” müstəqil kooperativində olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurətini əsas gətirməklə ona pensiya təyinatından əsassız olaraq imtina edilmişdir. Qanunvericiliklə pensiya yaşı 65 olsa da hazırda iddiaçı 68 yaşın içindədir. Müəyyən edilmiş pensiya yaşını keçməklə bərabər qanunvericilikdə nəzərdə tutulmuş 25 ildən artıq iş stajına da malikdir. Qeyd edilən təşkilatın təqsiri səbəbindən hazırda ona əmək pensiyası təmin edilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Əmək kitabçasından göründüyü kimi o, rəsmi olaraq xx.xx.1973-xx.xx.1991-ci il tarixlərdə müxtəlif dövlət müəssisələrində, xx.xx.1991-xx.xx.2004-cü ilərdə isə “Remontnik" kooperativində işləməklə bu barədə əmək kitabçasında rəsmi qeydiyyat aparılmışdır. Həmin illərin ona iş stajı hesab edilməməsi və bununla bağlı araşdırılma zərurətinin yarandığını bəhanə gətirməklə ona pensiya təyin edilməməsi tamamilə əsas izdir və bunda onun təqsiri yoxdur. Hazırda iddiaçı 68 yaşın içindədir, iş qabiliyyəti yoxdur, səhhəti ilə bağlı əlavə maddi xərclərə ehtiyacı vardır. Cavabdeh isə onun qanunla qorunan hüquqlarını pozur, müxtəlif bəhanələrlə ona pensiya təyin etmir. İddiaçı pensiya yaşına xx.xx.2021-ci il tarixdə çatmışdır, onun 25 ildən artıq iş stajı vardır və həmin illərdə işləməyi əmək kitabçası ilə təsdiq olunur. Həmin vaxtdan da ona yaşa və staja görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan; - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011- ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarf’nın 3.1.1-ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İş materiallarından aydın olur ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, əmək kitabçasına əsasən əmək fəaliyyəti dövrü) 20 il 06 aydır. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək 19 il 06 ay sığorta stajına uyğun olaraq 14811,66 manat, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minumum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mübahisəli sosial sığorta stajı 12 il 03 ay 24 gündür: xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Remontnik” kiçik müəssisəsində işlədiyi dövrün arxiv sənədləri müəssisənin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırki işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Mülki Məcəllənin 48.1ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Bundan əlavə, hüquqi şəxslərin dövlət qeydiyyatının və reyestrinin həyata keçirilməsi əsaslarını müəyyən edən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. AR Milli Arxiv İdarəsinə sorğu göndərilmiş, Milli Arxiv İdarəsinin 4/1728 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən “Remontnik” kiçik müəssisəsinə aid sənədlər arxivə təhvil verilməmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin **********07 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən “Remontnik” kiçik müəssisəsi barədə hər hansı məlumat yoxdur. AR Dövlət Statistika Komitəsinə sorğu göndərilmiş, Statistika Komitəsinin 01/3- 3665 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən “Remontnik” kiçik müəssisəsi xx.xx.1996ci il tarixdən qeydiyyatdadır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə sorğu göndərilmiş, X8 Üzrə Baş İdarəsinin **********875100 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən “Remontnik” kiçik müəssisəsi xx.xx.1995-ci il tarixdən qeydiyyatdadır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9781/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməsi şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1975-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1977-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı N.Nərimanov adına NQÇİ qəbul olana qədər əmək stajı olmamışdır. xx.xx.1973-cü ildə N.Nərimanov adına NQÇİ Elmi-tədqiqat və istehsalat sexinə 2-ci dərəcəli lay təzyiqinin saxlanması üzrə operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.1975-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırışla əlaqədar azad edilmişdir. xx.xx.1977-ci ildə “Azneft” birliyinin OİS 15 saylı yeməkxanaya bufetçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1979-cu ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1979-cu ildə mağaza müdiri əvəzləyicisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1979-cu ildə müvəqqəti olaraq mağaza müdiri əvəzləyicisi vəzifəsindən azad edilmişdir. xx.xx.1979-cu ildə “Xəzər dəniz neft-qaz sənayesi” texnoloji-istehsalat idarəsi 3 saylı Tİİ 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1980-ci ildə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə “Azneft” birliyinin OİS-də Dərin dəniz özülləri zavodunun 7/2 saylı yeməkxanaya bufetçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1980-ci ildə OİS ümumi şöbə üzrə 363 saylı əmrinə əsasən 7/2 saylı yeməkxanaya 18 nömrəsi verilmişdir. xx.xx.1981-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə TMM trestinin TQİ-7-də TTŞ mühasibi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci ildə Təchizat sahəsinə 3-cü dərəcəli fəhlə işinə keçirilmişdir. xx.xx.1984-cü ildə vəzifədən azad edilmişdir. xx.xx.1984-cü ildə 3-cü dərəcəli izolyasiyaedici vəzifəsinə qəbul edilmişdir. xx.xx.1986-cı ildən “Azsukəməriborutikintisi” trestinin adı “Azsukəməriborutikintisi” tresti TQİ-3 adına dəyişdirilmişdir. xx.xx.1986-cı ildə dördüncü dərəcəli çilingər dərəcəsi verilmişdir. xx.xx.1988-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1988-ci ildə Maştağa subtropik sovxozu. “Ələt” nöqtəsinə satıcı vəzifəsinə qəbul edilmişdir. Azərbaycan SSR X11 Komitəsinin 21 fevral tarixli 146 saylı əmri ilə Abşeron RSB Maştağa subtropik sovxozu “Zeytun” Aqrar firmasının tabeliyinə verilmişdir. xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1991-ci ildə Müstəqil “Remontnik” (Təmirçilər) kooperativinə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir. xx.xx.2004-cü ildə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubunda bildirilmişdir ki, “Remontnik” Müstəqil Kooperativi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” idarə heyəti aparatının rəhbərinin xx.xx.2022-ci il tarixli, AAŞ-40/49 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Remontnik” kooperativi Azərittifaqa aid olmadığı üçün məktub Sizə geri qaytarılır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********211500 nömrəli məktubunda bildirilmişdir ki, “Remontnik” Müstəqil Kooperativinin xx.xx.1990-cı il tarixdə dövlət qeydiyyatına alınmasına dair məlumat mövcud olsa da, sözügedən qurumun qeydiyyat qovluğunun Ədliyyə Nazirliyindən təhvil-təslim işləri ilə bağlı təhvil verilməsinə dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə göndərilmiş inzibati icraat materiallarından görünür ki: - İddiaçıya xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Dost Mərkəzi vasitəsilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X9, Daxili Nəzarət vvə Monitorinq Departamentinin xx.xx.2021-ci il tarixli Aktında qeyd olunmuşdur ki, İddiaçı 1992-2004-cü illərdə “Remontnik” Kooperativində işləməsi faktını qarşılıqlı araşdıraraq “Remontnik” Kooperativinə aid arxiv sənədlərini (əmrlər kitabını, əmək haqqı hesablanması cədvəlləri) saxlanılmadığı üçün həmin dövrlərin sığorta stajını araşdırmaq mümkün olmadı. -X1 sədri X4 tərəfindən tərtib olunmuş və müəssisəyə aid möhürlə təsdiq edilmiş arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən də xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək X2 2-ci dərəcəli fəhlə işləmişdir. X1 ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı 110 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X1 sədri X4 tərəfindən tərtib olunmuş və müəssisəyə aid möhürlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, həqiqətən də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan şossesi 59-cu küçədə yerləşən X3 2009-cu ildə söküntüyə məruz qalmış və bütün sənədləri məhv olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz vətəndaş İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “Remontnink” müstəqil kooperativində olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma bitdikdən sonra vətəndaş İddiaçı yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaya etirazında iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2020-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçıya məxsus hərbi bilet, əmək kitabçası qeydlərinə əsasən iddiaçının xx.xx.1975- xx.xx.1977-ci ilədək hərbi xidmət dövrü 02 il 03 gün, xx.xx.1973- xx.xx.1975ci ilədək 01 il 04 ay 15 gün, xx.xx.1977-xx.xx.1979-cu ilədək 01 il 07 ay 13 gün, xx.xx.1979-xx.xx.1979-cu ilədək 01 ay 20 gün, xx.xx.1979-xx.xx.1980-ci ilədək 10 ay 16 gün, xx.xx.1980-xx.xx.1981-ci ilədək 11 ay 13 gün, xx.xx.1982-xx.xx.1984-cü ilədək 02 il 06 ay 07 gün, xx.xx.1984- xx.xx.1988-ci ilədək 03 il 03 ay 25 gün, xx.xx.1988-xx.xx.1991ci ilədək 02 il 11 ay 20 gün, xx.xx.1991-xx.xx.2004-cü ilədək 12 il 11 ay 01 gün təşkil edir. Cavabdeh iddiaçının qeyd edilən staj dövrlərindən xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü ilədək “Remontnik” müstəqil kooperativində olan əmək fəaliyyəti dövrünün arxiv sənədləri aşkar olunmadığına görə həmin dövrləri sığorta stajına daxil etməmişdir. Məhkəmə cavabdehin qeyd edilən imtina əsası ilə razılaşmır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hüquq münasibətlərinin yarandığı dövrü tənzimləyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1.Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi arxiv sənədləri, o cümlədən əmrlər, əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmrlər və ya əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. Əmək kitabçası bilavasitə işçi kimi müəssisə, idarə və təşkilatda işləyən şəxs barəsində, onun əmək fəaliyyətinin əsas dövrləri qeyd edilməklə tərtib edilir. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. Bu baxımdan 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı iş üzrə iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur. Əmək kitabçasında 24-25-ci səhifələrində iddiaçının “Remontnik” Müstəqil Kooperativinə 19k nömrəli xx.xx.1991-ci il tarixli əmrlə işə qəbul edildiyi, xx.xx.2004-cü il tarixli 170 k nömrəli əmrlə işdən azad edildiyi barədə qeydlər göstərilmiş, həmin qeydlər kooperativin təmsilçisinin imzası və müəssisəyə aid möhürlə təsdiq olunmuşdur. Əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliliyinə şübhə ediləcək hallara rast gəlinməmişdir. Cavabdeh orqan istinad etdiyi imtinanın əsasını təşkil edən “Remontnink” Müstəqil Kooperativində olan əmək fəaliyyəti dövrünün nəzərə almamasını əsaslandıra bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda İİQ-nin 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına aid edilməklə ona pensiya təyin edilməsi vəzifəsi ilk növbədə cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh etirazda “Remontnik” kiçik müəssisəsi (VÖEN **********) ilə bağlı sorğular vermiş, lakin iddiaçının işləmiş olduğu müəssisə “Remontnink” Müstəqil Kooperativi olmaqla VÖEN ********* nömrəsi ilə qeydiyyata alınmışdır. Başqa sözlə, cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilməyən müəssisə üzrə araşdırma apararaq, eyni adla lakin fərqli təşkilati hüquqi formada olan müəssisənin xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmasına istinad etməsi əsassız olmuşdur. Bununla yanaşı məhkəmə icraatı gedişində iddiaçının mübahisələndirilən “Remontnink” Müstəqil Kooperativinin fəaliyyəti ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, sorğulara cavab olaraq “Remontnik” Müstəqil Kooperativinin qeydiyyat qovluğu aşkar olunmasa da ********* VÖEN-lə xx.xx.1990-cı il tarixdə dövlət qeydiyyatına alındığı müəyyən olunmuşdur. Əmək kitabçasında qeydləri imzalayan kooperativin rəhbərinin təqdim etdiyi arayışlarda iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək X2 2-ci dərəcəli fəhlə işlədiyi, Kooperativinin ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı 110 manat təşkil etdiyi, lakin “Müstəqil Remontnink” Kooperativinin yerləşdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan şossesi 59-cu küçədəki ünvanı 2009-cu ildə söküntüyə məruz qaldığı, bununla da müəssisəyə aid bütün sənədlərin məhv olduğu qeyd edilmişdir. Başqa sözlə, hazırkı halda müəssisə rəhbəri iddiaçının əmək kitabçasındakı qeydləri bir daha təsdiq etsə də lakin arxiv sənədlərini təqdim edə bilməməsini kooperativə aid binanın sökülməsi zamanı arxiv sənədlərinin məhv olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, sözügedən dövrə aid arxiv sənədlərinin bu və ya digər səbəbdən təqdim edilə bilməməsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Qeyd edildiyi kimi əmək fəaliyyəti ilk növbədə işə qəbul və işdən çıxma barədə əmrlər barədə qeydlərin edildiyi əmək kitabçası əsasında müəyyən olunur. İş stajının sübuta yetirilməsi ilə bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. Beləliklə, iddiaçının hərbi xidmət, əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrləri xx.xx.2006-cı il tarixədək hesablanmaqla 28 il 08 ay 13 gün ümumi iş stajının mövcud olduğu müəyyən olunur. İddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar