Məhkəmə qərarları › İş №2-1(112)-1448/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1448/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1448/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslər X7, X8, X10, X3, X4 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X7, X8, X10, X3, X4, X5 iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Tingliyi küçəsində yerləşən 78/78 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Tingliyi küçəsində yerləşən 78/78 saylı ev İddiaçı məxsusdur. Bu barədə İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 014701 nömrəli FM seriyalı qeydiyyat vəsiqəsi verilmişdir. Üçüncü şəxslərin kimliyi və onun evinə necə qeydiyyata düşmələri barədə iddiaçının heç bir məlumatı yoxdur. Onlar həmin evdə yaşamırlar, lakin hələ də pasport qeydiyyatında qalmışlar. Adı qeyd olunan şəxslərin iddiaçıya məxsus olan mənzildə qeydiyyatda olmaları hazırda iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili alqı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Belə olan halda, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş və qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması barədə müfaviq tədbirlərin görülməsini xahiş etmiş, lakin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixli cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanununun tələblərinə əsasən imtina edilmiş və məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-46/2-M-206xx/xx/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

1. yaşayış yeri dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, 2. başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, 3. öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, 4. yaşayış sahəsindən istifadə hüququna xitam verildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1448/2024 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X8, X10, X3, X4 və X9 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1448/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə X7, X8, X10, X3, X4 və X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilməsi zəruri cəlbetməyə dəyişdirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixli, 3-13-46/2-29100 nömrəli məktubu ilə İddiaçı cavabdehə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair xx.xx.2024-cü il tarixində keçiriləcək məhkəmə iclasına onların səlahiyyətli şəxsin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh və digər üçüncü şəxslərin iştirakları olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı Səhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 014701 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Tingliyi küçəsindəki 3 otaqlı, 34,8 kv.m yaşayış sahəsi, 40.9 kv.m ümumi sahəsi olan 78/78 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış və bu barədə 55 saylı reyestr kitabında 8323-cü səhifədə №30 8323 nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Eyni zamanda aşkar edilmişdir ki, Azərbaycan Respublikası Bakı Səhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 147878 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Xutor, 1-ci Şimal Tingliyi küçəsindəki 78/78 saylı yaşayış evi X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 41li/evi nömrəli reyestr kitabında 6258-ci səhifədə № 30 16593 qeydə alma nömrəsi ilə xx.xx.1998-ci il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023cü il tarixli, 3-13-46/2-27197/2023 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaşlar X7 xx.xx.2005-ci il, X8 xx.xx.2005-ci il, X10 xx.xx.2002-ci il, X3 xx.xx.2002-ci il, X4 xx.xx.2011ci il, X9 xx.xx.2003-cü il tarixlərdən ünvan 2 ünvanına qeydiyyata alınmışlar. Bildirilir ki, şəxsiyyət vəsiqəsinin verilməsi barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunması imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, **********19/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Tingliyi küçəsi, ev 78/78 Bakı şəhəri 20 saylı DNK-nın 3MA-107 reyestr nömrəli xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda sonuncunun mülkiyyətlərindədir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********02 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 ünvanında sorğuda qeyd olunan şəxslərin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, eyni ünvana dair həm iddiaçının, həm də üçüncü şəxs N.Məmmədovun adına qeydiyyat aparılmışdır və digər üçüncü şəxslər N.Məmmədovun ailə üzvləri olmaqla faktiki olaraq ona məxsus ünvanda qeydiyyatdadırlar. Bununla bağlı məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən qanunvericiliyin tələbləri izah edilmiş və nəzərinə çatdırılmışdır ki, nə qədər ki ünvanla bağlı məsələ öz həllini tapmamışdır iddia tələbinə mahiyyəti üzrə baxıla bilməz. Belə ki, hər iki şəxsin adına tərtib edilmiş qeydiyyat vəsiqələrində eyni ünvan göstərildiyindən ilk növbədə sözügedən uyğunsuzluq aradan qaldırılmalı, daha sonra müvafiq qeydiyyatlar mübahisələndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı qanunvericiliyin tələblərinin ona aydın olduğunu bildirmiş və iddianın mümkün sayılaraq, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 ailə üzvləri ilə birlikdə onun adına qeydiyyata alınmış evdə qeydiyyatda olduqlarını bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını iş materiallarına olan sənədlərlə qarşılıqlı münasibətdə təhlil edərək hesab edir ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxs X2 mübahisələndirilən ünvan ünvan 4t hüquqları hətta iddiaçıdan daha əvvəl, yəni xx.xx.1998-ci il tarixdən qeydiyyata alınmışdır. X6 verilmiş MH seriyalı 147878 nömrəli qeydiyyat vəsiqəsinin qanunsuz olması ilə bağlı heç bir subut məhkəməyə təqdim olunmamışdır. Mübahisəli ünvandan qeydiyyatdan çıxarılması tələb edilən digər üçüncü şəxslər N.Məmmədovun ailə üzvləri olmaqla ona məxsus evdə qeydiyyatdadırlar. Odur ki, üçüncü şəxslərin mübahisələndirilən ünvana qeydiyyata düşmələri qanuni və əsaslıdır. Lakin hazırkı vəziyyətdə hər iki şəxsə münasibətdə mülkiyyətlərində olan evlərə nəzərən eyni ünvan verildiyindən, ilk növbədə ünvanla bağlı məsələ öz həllini tapmalı, daha sonra qeydiyyatla bağlı uyğunsuzluqlar davam edərsə onunla bağlı mübahisə həll edilməlidir. Bununla bağlı İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya münasibətdə məhkəmənin yardımetmə vəzifəsi icra edilmiş, onun dinlənilmə hüququ təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslər X7, X8, X10, X3, X4 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

X14.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar