Məhkəmə qərarları › İş №2-1(112)-1449/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1449/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1449/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X16 və X5) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum anası X3 miras qalmış Abşeron rayonu Binə qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona müvafiq Çıxarış, eləcə də plan və ölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsnin üzərinə qoyulmasına dair müvafıq qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı xx.xx.1990-cı il tarixli əmrindən çıxarışa əsasən fəhlə X10 (mərhum anasına) fərdi ev tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)-2176/2012 nömrəli qərarı ilə X8 iddiası təmin edilmiş, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X10 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. Anası X14 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bundan sonra tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi xahiş edilmişdir. Müraciətinə verilmiş cavab məktubu ilə xahişi təmin edilmədiyindən tərəfindən müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə (iş № 2- 1(112)-1670/2022, sədrlik edən hakim Ş. Həsənova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 18 oktyabr 2022-ci il tarixli qərarı ilə (s/e A.P. Oruczadə, hakimlər X.A. Cəmilova və M.N. Tağızadə, iş № 2-1(103)-2003/2022) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2003/2022 nömrəli 10 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarında yol verilən yanlışlıq düzəldilmiş, qərarın nəticə hissəsində “Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmri ilə X10 verilmiş Abşeron rayon Binə qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin mərhum X10 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun” abzası əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 18 oktyabr 2022-ci ii tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx.xx.2023-cü il tarixli qərarı ilə (s/e hakim Z. Quliyev, iş № 2-1(102)- 538/2023) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22-1(103)-2003/2022 nömrəli 18 oktyabr 2022-ci il tarixli qərarı, 10 noyabr 2022-ci il tarixli qərardadla edilmiş düzəliş nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qeyd olunan məhkəmə qərarı icra edilərək anası X8 Abşeron rayon Binə qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona müvafiq arayış verilmişdir. Qeyd olunan arayış əsasında Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən ona Abşeron rayon Binə qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Bundan sonra tərəfindən qeyd olunan xx.xx.2024-cü il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsnə müraciət edilərək, anası X2 miras qalmış Abşeron rayon Binə qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq ona müvafiq Çıxarış, eləcə də plan və ölçünün verilməsi xahiş edilmişdir. Müraciətinə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə (yeri gəlmişkən həmin məktub ona göndərilməmiş, yalnız təkrar müraciətdən sonra nümayəndəsinə xx.xx.2024cü il tarixdə təqdim edilmişdir.) əsassız olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin böyük hissəsi digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmış sahələrlə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır.Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı “mərhum X7 miras qalmış Abşeron rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********24 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin böyük hissəsi ayrı-ayrılıqda digər şəxslərin (X13, X19) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmış sahələrlə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.

5. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən X16 və X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. 12 iyul 1990-cu il tarixli 135 nömrəli Abşeron rayon Dövlət arxiv fondunun sənəd materiallarına əsasən ərizə ilə əlaqədar Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrindən çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cu il tarixli 23 №-li qərarın tələbinə uyğun olaraq X14 (fəhlə) sovxoz fəhlə və qulluqçularına 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

7. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 verilmiş torpaq sahəsinin planı və ölçüsü Abşeron rayon Binə qəsəbəsində yerləşən 1000 kv.m olan torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2022 nömrəli 31 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona müvafiq arayışın verilməsi” iddia tələbi rədd edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2003/2022 nömrəli 18 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “torpaq sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-538/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22-1(103)-2003/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı, 10 noyabr 2022-ci il tarixli qərardadla edilmiş düzəliş nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmışdır.

11. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,10 hektar olan torpaq sahəsi (mərhum) X8 adına rəsmiləşdirilmişdir. (xx.xx.2024-cü il tarixli)

12. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən X8 vərəsələri oğlu İddiaçı və qızı X11 hər biri miras əmlakdan ½ irs almalıdırlar.

13. xx.xx.2024-cü il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qoyan mərhum – xx.xx.2014-ci il tarixdə vəfat etmiş X14-ya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.10 ha. olan torpaq sahəsindən X9 çatan hissəsini İddiaçı bağışlamışdır.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 29-cu Binə küçəsi, 358 saylı 0.04 ha torpaq sahəsi olan X1 adına mülkiyyət hüquqları qeydiyyata alınmışdır. (Daşınmaz əmlakın reyestr nömrəsi: **********56, Qeydiyyat tarixi: xx.xx.2022) (Torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə edilmişdir.)

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 29-cu Binə küçəsi, 4-cü döngə, 2 saylı sahə 0.04 ha torpaq sahəsi olan X12 adına mülkiyyət hüquqları qeydiyyata alınmışdır. (Daşınmaz əmlakın reyestr nömrəsi: **********75, Qeydiyyat tarixi: xx.xx.2022) (Torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə edilmişdir.)

16. Cavabdehin xx.xx.2025-ci il tarixli qeyd olunan ünvana dair sənədlərin surətlərinin verilməsi barədə məktubla Abşeron rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin üçüncü şəxslər X15 və X4 məxsus torpaq sahələri ilə üst-üstə düşən hissələri göstərilməklə ortofoto görüntüsü, **********75 və **********56 reyestr nömrəli torpaq sahələrinin qeydiyyata alınmasına əsas olan sənədlərin təsdiq edilmiş surəti, həmçinin ortofoto görüntüsünü təqdim edilmişdir.

17. Məhkəmə iclasında üçüncü şəxslər iştirak edən zaman izahatlarında bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilən ortofoto faktiki vəziyyətə uyğundur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 29-cu Binə küçəsi, 358 saylı 0.04 ha torpaq sahəsi X1 adına və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 29-cu Binə küçəsi, 4-cü döngə, 2 saylı sahə 0.04 ha torpaq sahəsi X12 adına qeydiyyata alınmışdır. Torpaqlar qonşuluqda yerləşir və 2 torpağın arxa hissəsində başqa şəxsə məxsus ev vardır. X14 adlı şəxsi tanımayıbdır, əvvəlki məhkəmə icraatından xəbərləri olmayıbdır. İddiaçı adlı şəxsi də tanımayıblar, son vaxtlar həmin şəxs əraziyə yaxınlaşaraq onlara məxsus torpaq sahəsinin anasına aid olduğunu iddia edir. Lakin həmin torpaq sahələri illərdir ki, onların sahibliyində və istifadələrində olmaqla mülkiyyət hüquqları qeydə alınıbdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər.

18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.

II. İddianın növü və mümkünlüyü

19. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;

25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - 12 iyul 1990-cu il tarixli 135 nömrəli Abşeron rayon Dövlət arxiv fondunun sənəd materiallarına əsasən ərizə ilə əlaqədar Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrindən çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cu il tarixli 23 №-li qərarın tələbinə uyğun olaraq X14 (fəhlə) sovxoz fəhlə və qulluqçularına 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 verilmiş torpaq sahəsinin planı və ölçüsü Abşeron rayon Binə qəsəbəsində yerləşən 1000 kv.m olan torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2022 nömrəli 31 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona müvafiq arayışın verilməsi” iddia tələbi rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2003/2022 nömrəli 18 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “torpaq sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-538/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22-1(103)-2003/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı, 10 noyabr 2022-ci il tarixli qərardadla edilmiş düzəliş nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmışdır. - Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,10 hektar olan torpaq sahəsi (mərhum) X8 adına rəsmiləşdirilmişdir. (xx.xx.2024-cü il tarixli) - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən X8 vərəsələri oğlu İddiaçı və qızı X11 hər biri miras əmlakdan ½ irs almalıdırlar. - xx.xx.2024-cü il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qoyan mərhum – xx.xx.2014-ci il tarixdə vəfat etmiş X10 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsindən X9 çatan hissəsini İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 29-cu Binə küçəsi, 358 saylı 0.04 ha torpaq sahəsi olan X1 adına mülkiyyət hüquqları qeydiyyata alınmışdır. (Daşınmaz əmlakın reyestr nömrəsi: **********56, Qeydiyyat tarixi: xx.xx.2022) (Torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə edilmişdir.) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 29-cu Binə küçəsi, 4-cü döngə, 2 saylı sahə 0.04 ha torpaq sahəsi olan X12 adına mülkiyyət hüquqları qeydiyyata alınmışdır. (Daşınmaz əmlakın reyestr nömrəsi: **********75, Qeydiyyat tarixi: xx.xx.2022) (Torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə edilmişdir.)

26. Məhkəmə müəyyən edir ki, iddia tələbinin predmetini təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,10 hektar olan torpaq sahəsi X1 və X12 torpaq sahələri ilə üst-üstə düşür və iddiaçının da məhz həmin torpaq sahəsi üzərinə hüququn qeydə alınmasını və plan-ölçü sənədinin verilməsi tələb edir. 27.Azərbaycan Respublikasinin Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

28. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı); - Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). -İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Odur ki, məhkəmə qeyd edir ki, digər iş üzrə qərarlar iddiaçılar həmin işdə proses iştirakçısı olmadığından hazırki iş üzrə məhkəmə üçün məcburi deyil. Belə ki, məhkəmə aktının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır.

29. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-538/2023 nömrəli qərarı üzrə icraat zamanı X16 və X5 üçüncü şəxslər qismində prosesə cəlb edilmiş və prosesin iştirakçısı olmadıqlarından həmin qərar üçüncü şəxslər üçün preydusial deyil. Faktiki olaraq, X16 və X1 xx.xx.2022-ci il tarixində hər biri 0,4 ha olmaqla torpaq sahələrinə dair mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyata alınmışdır. Ortofoto çıxarışından da görünür ki, həmin torpaq sahələri qonşuluqda yerləşməklə bitişik torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir (həmin hissədə qeydiyyat haqqında məlumat yoxdur) və fərdi yaşayış evinin yerləşdiyi bitişik həmin hissə də başqa şəxsin sahibliyində və istifadəsindədir. İddiaçının məhz üçüncü şəxslərin hüquqlarının qeydə alındığı torpaq sahəsinə iddialı olduğu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilən hüquqlara əsasən, mülkiyyət hüquqları toxunulmazdır və dövlət tərəfindən qorunur. Buna görə də, bu hüquqların müdafiəsi və təminatı mütləqdir və qanunvericiliyə uyğun olaraq təmin edilməlidir. Hazırkı iddia tələbinin təmin olunması üçüncü şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu, yalnız üçüncü şəxslərin mülkiyyət hüquqlarını qeyri-qanuni şəkildə məhdudlaşdırmaqla yanaşı, həm də dövlətin mülkiyyətin qorunması ilə bağlı verdiyi zəmanətləri və etimadı sarsıda bilər.

30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

31. Məhkəmə hesab edir, iddia tələbi təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar