Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-145/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X31 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlakın adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mülk üzərində Nəsimi Rayon Məhkəməsinin 2(006)-5101/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadı ilə həbs qoyularaq 2(006)-5101 /2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 285 200 manat alınaraq ona verilməsi qət edilmişdir. Bundan sonra qarşı tərəf Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayət etmiş və onların şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-5852/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədində mərhum (artıq vəfat etmişdir) X10 hüquqi varisləri borclular X22, X19, X12, X20 və X2 atalarından onlara miras qalmış miras mülk aktivi hesabına müştərək qaydada cəmi 285 200 AZN borc alınaraq ona verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə 285 200 AZN borcu təmin etmək məqsədi ilə məhkəmə icraçısı tərəfindən miras mülk üzərində qiymətləndirilmə işi aparılaraq mülkün hazırki bazar qiymətinin 112 350 AZN olması müəyyən edilmiş və hərrac təşkilatı tərəfindən hərraca çıxarılmışdır. Bundan sonra isə o, həmin hərraca çıxarılmış mülkü 78645 AZN borc hesabına almışdır. Lakin, bütün bunlara baxmayaraq üzərinə həbs qoyulmuş və hərrac təşkilatı tərəfindən ona borc hesabına satılmış mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən mülkü o, öz adına rəsmiləşdirmək məqsədi ilə lazımi sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etsə də, bu günə kimi öz adına rəsmiləşdirə bilməmişdir. O, bunun səbəbini soruşduqda onlar ona nə Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5101/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin qət etdi hissəsində, nə də ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinin qət etdi hissənində mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yəni konkret olaraq borclu mərhum X4 miras qalmış ünvan 1 ünvanının qeyd olunmadığını əsas gətirmişlər və ona **********76 saylı xx.xx.2019-cu il tarixli imtina məktubu ilə rəsmi cavab yazmışlar. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsinə izah verilməsi üçün ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə qətnaməyə izah verilməsi üçün ərizəsi təmin edilməmiş. Bunun səbəbi kimi qərardadın təsvirimüəyyənedici hissəsində qeyd olunan qətnamənin məzmununda həmin miras aktivi dedikdə məhz ünvan 1 nəzərdə tutulduğunun aydın görüldüyü, eyni zamanda qətnamənin qət etdi hissəsində miras aktivinin nədən ibarət olmasının göstərilməsi Reyestr Xidmətinin heç bir mənafeyini pozmadığını, həmin xidmətin hüquqları qeydə alan orqan olduğunu, tələbkar icra icraatı qaydasında hərrac vasitəsi ilə əmlak əldə etmişdirsə, Reyestr Xidməti təqdim edilən əqdlər əsasında onun hüquqlarını qeydə almalı olduğunu göstərmişdir. Ona görə də, bütün bu sadalananları nəzərə alıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sənədlər toplusuna əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsində mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi qeyd olunmamışdır. Bu səbəbdən ərizənin icrası tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********76 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən mərhum X10 vərəsələri X13, X5, X1, X6, X2 onlara mərhum X10 miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə), miras aktivindən əldə etdikləri paylara uyğun (payları nisbətində) olaraq cəmi 285.200 (iki yüz səksən beş min iki yüz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sözügedən daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydiyyata alınmışdır. Həmçinin bildirirlər ki, Nərimanov Rayon Məhkəməsindən iddiaçı X7 cavabdehlər “X18” MMC, "xxxx" MMC və İddiaçı qarşı “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin ləğv olunması tələbinə dair 2(005)-3315/2019 saylı mülki iş üzrə əmlakı qiymətləndirmə ekspertizası keçirilməsinə dair xx.xx.2019-cu il tarixli qərardad və Nəsimi Rayon Məhkəməsindən İddiaçı cavabdehlər X14, X8, X15, X21, X11 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “borcun əmlaka yönəldilməsi və s” tələbinə dair mülki iş üzrə 2(006)- 5211/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardad 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Sözügedən mülki işlər üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən mərhum X10 vərəsələri X13, X5, X1, X6, X2 onlara mərhum X10 miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə), miras aktivindən əldə etdikləri paylara uyğun (payları nisbətində) olaraq cəmi 285.200 (iki yüz səksən beş min iki yüz) manat tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri 150 manatın X22, X19, X16, X20, X11 aid edilməsi və həmin məbləğin müştərək qaydada onlardan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 12192-90219/2017-5-1 nömrəli məktubdan görünür ki, İdarəyə bildirilmişdir ki, tərəflərindən də hərrac vasitəsi ilə satılmış borclu X17 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın məhkəmə qərarı üzrə hərrac vasitəsilə satıldığı qeyd edilərək, alıcı İddiaçı adına rəsmiləşdirilməsinə dair xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə məktubla müraciət olunmuşdur. Hazırda müraciətin məzmununa uyğun sənədlərin surəti ona təqdim olunaraq ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alıcı İddiaçı adına rəsmiləşdirilməsinin təmin edilməsi xahiş olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********76 nömrəli, xx.xx.2019cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının ərizəsinə baxılaraq bildirilmişdir ki, sənədlər toplusuna əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5852/ 2016 saylı, xx.xx.2016–cı il tarixli icra vərəqəsində mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi qət edilməmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********46 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd oluann məsələ ilə bağlı müraicətinə İdarənin xx.xx.2019-cu il tarixli, **********76 nömrəli məktubu ilə cavab verilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı xx.xx.2019-cu il tarixli qətnaməyə izah verilməsindən imtina edilməsi barədə qərardadın surətindən görünür ki, həmin qərardadda göstərilmişdir ki, qətnamənin məzmununda həmin “miras aktivi” dedikdə məhz “ünvan 1”nin nəzərdə tutulduğu aydın görünür. Eyni zamanda qətnamənin qət etdi hissəsində miras aktivinin nədən ibarət olmasının göstərilməsi Reyestr Xidmətinin heç bir mənafeyini pozmur. Həmin xidmət hüquqları qeydə alan orqandır. Tələbkar icra icraatı qaydasında hərrac vasitəsi ilə əmlak əldə etmişdirsə, Reyestr Xidməti təqdim edilən əqdlər əsasında onun hüquqları qeydə almalıdır. Tələbin borcluların hansı əmlakına yönəldilməsi məsələsi icra sənədini icra edən orqanın, yəni icra qurumunun səlahiyyətinə aid olan məsələdir. Məhkəmənin sorğusuna əsasən Nəsimi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 90219/2017-5-1 nömrəli məktubla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2016 nömrəli, xx.xx.2017-ci il tarixli məhkəmə qərarının icrası ilə bağlı başlanılmış 90219/2017-5-1 saylı icra işi təqdim edilmişdir. Təqdim edilmiş icra işində olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi ryaon İcra Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, 4369-90219/2017-5-1 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə borclu X10 mülkiyyətində olan ünvan 1 ünvanının üzərinə həbs qoyulmuşdur. "Sərraf-M” MMC-nin 084/22 saylı, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən, ünvan 1 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan hissəsinin bazar dəyəri 73.200 (yetmiş üç min iki yüz) manat müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən sözügedən əmlak borc əvəzi olaraq tələbkara təklif edilmiş, İddiaçı təklifi qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 48.8 kv.m olan hissəsinin İddiaçı adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Nəsimi rayon İcra Şöbəsinin “qiymətləndiricinin dəvət edilməsi barədə” qərarından borclu X22 tərəfindən şikayət verilsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-120/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadları ilə şikayəti təmin edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətindən **********6 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəldikdə isə, iddia mahiyyəti etibarı ilə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən mərhum X10 vərəsələri X13, X5, X1, X6, X2 onlara mərhum X10 miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə), miras aktivindən əldə etdiləri paylara uyğun (payları nisbətində) olaraq cəmi 285.200 (iki yüz səksən beş min iki yüz) manat tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri 150 manatın X22, X19, X16, X20, X11 aid edilməsi və həmin məbləğin müştərək qaydada onlardan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə borclu X10 mülkiyyətində olan ünvan 1 ünvanının üzərinə həbs qoyulmuş, icra məmuru tərəfindən qiymətləndirici dəvət edilmiş, "xxxx" MMC-nin 084/22 saylı, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən, ünvan 1 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan hissəsinin bazar dəyəri 73.200 (yetmiş üç min iki yüz) manat müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən sözügedən əmlak borc əvəzi olaraq tələbkara təklif edilmiş, İddiaçı təklifi qəbul etmişdir. İcra Şöbəsi tərəfindən müvafiq məktubla bu barədə cavabdehə məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmlakı qanuni qüvvəsini almış məhkəmə qərarının icra icraatı mərhələsində əldə etməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq onun müraciətindən imtina edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab edilir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi iddiaçının mübahisəli mənzilə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan sənədi mövcuddur. Bu səbəbdən də, onun mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilsə də, məhkəmə həmin imtinanı əsaslı hesab etmir. Belə ki, cavabdehin iddiaçının müraciətindən imtina üçün istinad etdiyi yuxarıda göstərilən arqumentlər formal olmaqla, iddiaçının hüquqlarını məhdudlaşdıran hal olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan hissəsinin İddiaçı adına (mülkiyyət hüquqü üzrə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-145/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-145/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver