Məhkəmə qərarları › İş №2-1(112)-1450/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1450/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1450/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmamış məzuniyyətlərə görə kompensasiyanın hesablanıb ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1994-cü ildən 2003-cü ilədək almadığını məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı X3 müəssisəsindən pensiyaya çıxmışam. 7 saylı MTCM-yə dəfələrlə ona xidmət dövründə məzuniyyətə çıxmadığım illər barədə arxiv sənədinin verilməsinə dair ərizə ilə müraciət etmiş. Lakin, yazdığı ərizələrə müsbət cavab verilməmişdir. Penitensiar xidmətin Baş idarəsinə etdiyi müraciətə də müsbət cavab verilməmişdir. Təkrar müraciət zamanı isə 1465 (min dörd yüz altmış beş) manat pulun ödənilməsi üçün ondan bank rekvizitləri istənilmişdir. Bank hesabına isə cəmi 1405 (min dörd yüz beş) manat pul köçürülmüşdür. 1979-cu ildən 2010-cu ilədək N saylı hərbi hissənin Ağdam bölüyündə, daha sonra isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı X3 müəssisəsində nəzarətçi, böyük nəzarətçi və nəzarətçilər üzrə məntəqə rəisinin köməkçisi vəzifələrində çalışmış. Xidmət etdiyi illərin müəyyən dövründə Respublikanın ərazisində fövqəladə vəziyyət elan olunmuş, xidmət etdiyi 7 saylı MTCM cəbhə bölgəsində-Ağdam şəhərində yerləşdiyi üçün mürəkkəb əməliyyat şəraiti mövcud olmuşdur. Göstərilən vəziyyət ilə əlaqədar digər işçilər ilə bərabər o da müxtəlif tədbirlərə cəlb olunmuş və müəyyən illərdə məzuniyyətə çıxmaq hüququndan istifadə edə bilməmiş. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 1993-cü il tarixli Fərmanı ilə Məhkəmə Qərarlarının icrası Baş idarəsinin şəxsi heyəti Ədliyyə polisi adlandırılmış və Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. xx.xx.2006-cı il ildə qəbul edilmiş və 31,07.2006-cı ildə qüvvəyə minmiş "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu"na görə "Penitensiar Xidmətinin xidməti fəaliyyəti" "Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə tənzimlənmiş və ildə bir dəfə əsas məzuniyyətlə təmin olunması öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikasının xx xxxxxxx 2007-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklik edilərək 88-ci maddə aşağıdakı redaksiyada verilmişdir:- əməkdaş müvafiq iş illərində bu əsasnamənin 78-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətindən istifadə etmədikdə ona həmin iş illəri üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir.İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya əsas iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu vəzifə maaşı, rütbəsi, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Bununla əlaqədar Penitensiar xidmətin rəhbərliyinə məktubla bir neçə dəfə müraciət etmiş. Onlar tərəfindən aparılmış araşdırmalar xidmət illərini tam əhatə etməmiş, məktublar mahiyyəti üzrə icra olunmamış, istifadə edilməmiş məzuniyyət illəri barədə tam məlumatlar verilməmişdir. Həmçinin, yuxarıda qeyd olunmuş Qanunların, eləcə də, Ali Dövlət Orqanlarının fərman, sərəncam və qərarları uyğun istifadə olunmayaraq məzuniyyət illərinə görə kompensasiyanın hesablanaraq ödənilməsi əvəzinə yazılmış məktublara mahiyyəti üzrə cavab verilməmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi X2 iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.1979xx.xx.1997-ci il tarixlərində Penitensiar xidmətin N saylı hərbi hissəsinin müxtəlif bölüklərində nəzarətçi vəzifəsində, xx.xx.1997-xx.xx.2010-cu il tarixlərində 7 saylı X3 müəssisəsində nəzarətçi, müəssisə rəisinin nəzarətçilər xidməti üzrə köməkçisi və böyük nəzarətçi vəzifələrində qulluqda olmuşdur. xx.xx.2010-cu il tarixdə qulluqda olmanın son yaş həddinə çatdığına görə pensiyaya çıxmaqla tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı işlədiyi müddət ərzində 1995, 2000, 2002-ci illərdə məzuniyyətdən istifadə etməyib və bu illər üçün istifadə edilməmiş növbəti məzuniyyətlərə görə iddiaçının hesabına 1465 (bir min dörd yüz altmış beş) manat məbləğində kompensasiya ödənilmişdir. “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx xxxxxx 2014-cü il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarının 1-ci bəndinə əsasən: “Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu ıl iyunun 12-dək dövr əsas götürülsün” Həmin Qərarın 2-ci bəndinə uyğun olaraq 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təgvim günlərinin orta illik migdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təgvim günlərinin sayına vurmagla müəyyən edilir. Kompensasiya məbləğindən ( 1465 manat) 54 manat 60 gəpig gəlir vergisi tutulmuş, və 1410 manat 86 qəpiq iddiaçının “Kapital Bank”dakı bank hesabına köçürülmüşdür. İddianın əsassız olduğunu nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar gəbul edilməsini xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi X2 imtina məktubuna uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı X3 müəssisəsi tərəfindən İddiaçı ünvanlanmış № 17 A 7-29 saylı xx xxxxxx 2020-ci il tarixli məktubun sürətindən görünür ki, iddiaçının xx xxxxxx 2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirmişlər ki, 7 saylı X3 müəssisəsində böyük nəzarətçi vəzifəsində işlədiyi illərin 1991-2002-ci il tarixinədək arxiv sənədləri baş idarədə olduğundan, Penitensiar xidmətin mühasibat şöbəsi tərəfindən 1995, 2000 və 2002-ci illər üçün məzuniyyətdən istifadə etmədiyinə görə “Kapital Bank”-da iddiaçının hesabına 1465 (min dörd yüz altmış beş) manat pulun köçürülməsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Penitensiar Xidməti tərəfindən İddiaçı ünvanlanmış № 17/7-788 saylı xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, xx xxxxxx 2014-cü il tarixli 399 nömrəli qərarına əsasən İddiaçı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya 1995, 2000, 2002-ci illər üzrə 2019-cu ilin dekabr ayında hesablanıb ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Mühafizə Alayının xx.xx.2019-cu il tarixli 210 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Penitensiar Xidmətinin Mühafizə Alayında xidmət edib və xidmət etdiyi müddət ərzində 1993-cü il, 1995-ci il və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək məzuniyyətdən istifadə etməyibdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 7 saylı X3 Müəssisəsinin № 17/47-215 saylı xx xxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, 7 saylı X3 müəssisəsinin sabiq əməkdaşı İddiaçı Əkrəm oğlu 1995-ci, 1996-cı, 2000-ci və 2002-ci illər üzrə məzuniyyətdən istifadə etməyibdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, ödəyici Penitensiar Xidmət tərəfindən vəsaiti alan şəxs İddiaçı 1410.86 (bir min dörd yüz on manat səksən altı qəpik) manat, ödənişin təyinatı və əsas bölməsində istifadə edilməmiş məzuniyyət kompensasiyası kimi qeyd edilmişdir. Beləliklə, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı Pensitensiar xidmətdə işlədiyi dövrlər ərzində 1994-cü ildən 2003-cü ilədək əmək məzuniyyətindən istifadə etmədiyini, cavabdeh tərəfindən ödənilmiş 1410,86 manat kompensasiyanın məbləğinin az olduğunu və buna görə ona qeyd edilən illər üzrə tam məbləğdə kompensasiya ödənilməli olduğunu iddia edir. Cavabdeh inzibati orqanın etirazı ondan ibarətdir ki, iddiaçının müraciəti əsasında onun çalışdığı müddət ərzində əmək məzuniyyətindən istifadə edib-etməməsinin araşdırıldığı, iddiaçının 1995,2000 və 2002-ci illər üçün məzuniyyətdən istifadə etmədiyi müəyyən edilmiş və 2019-cu ilin dekabr ayında istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya hesablanıb ödənilmişdir. Məhkəmə tərəfindən araşdırılmalı hal, iddiaçı tərəfindən 1994-2003-cü illər ərzində əmək məzuniyyətindən istifadə edilib-edilməməsi, həmçinin, iddiaçıya ödənilən kompensasiya məbləğinin düzgün hesablanıb-hesablanmaması ilə bağlıdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü hissəsinə əsasən, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx xxxxxx 2014-cü il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarının 1-ci bəndinə əsasən: “Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu ıl iyunun 12-dək dövr əsas götürülsün” . Həmin Qərarın 2-ci bəndinə uyğun olaraq 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təgvim günlərinin orta illik migdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təgvim günlərinin sayına vurmagla müəyyən edilir İş üzrə araşdırmadan aydın olur ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1997-ci ilədək Pensitensiar Xidmətin N saylı hərbi hissəsində, xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilədək 7 saylı X3 müəssisəsində müxtəlif vəzifələrdə çalışmışdır. Pensitensiar Xidmətin N saylı hərbi hissəsində işlədiyi müddət ərzində 1995-ci ildə əmək məzuniyyətindən istifadə etmədiyi, 7 saylı X3 müəssisəsində çalışdığı 1997-ci ildən 2003-cü ilədək isə 2000 və 2002-ci illərdə əmək məzuniyyətindən istifadə etmədiyi müəyyən olunur. Beləliklə, iddiaçının 1994-2003-cü illər üzrə əmək məzuniyyətindən istifadə etmədiyi illər-1995,2000 və 2002-ci illər olmuşdur. İddiaçıya ödənilən kompensasiya məbləğinin az olması dəlilinə münasibət bildirərək Məhkəmə qeyd edir ki, iddiaçıya kompensasiya məbləği hesablanan zamanı sonuncu vəzifə üzrə vəzifə maaşı (220 manat), hərbi rütbəyə görə maaş (110 manat) və xidmət illərinə görə əlavə (165 manat), toplam 495 manat və 3 il üzrə cəmi 90 günlük əmək məzuniyyəti müddəti nəzərə alınmış, 1465 manat kompensasiya məbləği hesablanmışdır (495:30,4x90=1465 m). 1465 manatdan da gəlir vergisi tutulduqdan sonra 1410 manat 86 qəpik iddiaçının bank hesabına köçürülmüşdür. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın ödənilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar