Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1450/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil,cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının sahibliyində olan ünvan 1 ünvanı üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının sahibliyində olan ünvan 1 ünvanı üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının sahibliyində ünvan 2 ünvanında yerləşən 7 saylı mənzil var. Həmin mənzili "Bulaq-2” MTK-ya üzv olaraq, müvafiq müqavilə bağlayaraq, ona qeyd edilən ünvanda yerləşən 4 otaqdan ibarət yaşayış sahəsi ( mənzil) verilmişdir. Həmin mənzil üzrə üzərinə düşən pay tərəfindən tam olaraq hələ 2001-ci ildə ödənilmişdir. O, vaxtdan bəri həmin mənzil daima olaraq sahibliyindədir. Nəticə etibarı ilə uzun müddətdir ki, iddiaçı ailəsi ilə birgə həmin mənzildən istifadə edirlər və onun üzərində faktiki sahiblik hüququnu həyata keçirir. Bununla əlaqədar olaraq iddiaçı cavabdehə müraciət edərək əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını və nəticə etibarı ilə müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfidən xx.xx.2022-ci il tarixli, **********59 nömrəli cavabı ilə imtina verilmişdir. İmtinanın əsası kimi, ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Qanununun müxtəlif maddələri gətirilmişdir. Ən vacibi da odur ki, imtinada 2013-cü ilin yanvar ayından etibarən qüvvəyə minmiş AR Şəhərsalma və Tikinti Məcəlləsinin maddi hüquq normalarına istinad olunur. Halbuki, çıxarış almaq istədiyi mənzil 2001-ci ildə tərəfindən əldə olunmuşdur. Hamıya bəllidir ki, hüquqlarını pisləşdirən və ya məhdudlaşdıran qanunun geriyə qüvvəsinin hüququ yoxdur. Bu imtinan əsasları iddiaçının müraciətinə aidiyyatı yoxdur və beləliklə, imtina əsassızdır. Belə olduğu təqdirdə inzibati aktı qanuni və əsaslı olmalıdır. Əks təqdirdə həmin akt məhkəmə qaydasında ləğv oluna bilər. Digər tərəfdən, mənzilin yerləşdiyi yaşayış binasında olan bir neçə digər mənzil üzrə cavabdeh tərəfindən mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlar, hətta texniki pasport tərtib olunaraq verilmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil üzrə X10 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3202, Cəfər Xəndan küçəsi, ev 26/1 ünvanında yerləşən 7 saylı mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Həmçinin, qeyd edilən mənzilin sənəd üzrə sahəsi 99.6 kv.m, faktiki sahəsi isə 97.1 kv.m-dir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək və istismara icazə aktının olmadığını bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.
İş materiallarında olan
İddiaçı tərəfindən məhkəməyə AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, ünvan 3 ünvanına dair X11 məxsus texniki pasport və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Diarəsinin **********59 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surəti təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********57 nömrəli “İdarəyə ünvanlanmış müraciətin və müraciətə verilmiş cavab məktubunun təsdiq edilmiş surətlərinin təqdim olunması barədə” məktubuna əsasən iddiaçının müraciəti əsasında inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx/xx-06934 nömrəli, 03 oktyabr 2022-ci il tarixliktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3202, Cəfər Xəndan küçəsi, ev 26/1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına dair istismara hazırlıq aktının alınması üçün MTK rəhbərliyi tərəfindən Agentliyə heç bir müraciət daxil olmamışdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 19 oktyabr 2022-ci il tarixli, MİHO/2.1.1-2-2022-4388 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3202, Cəfər Xəndan küçəsi, ev 26/1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktının olubolmaması ilə bağlı sənəd aşkar edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********98 nömrəli “Ünvana dair müvafiq sənədlərin surətlərinin verilməsi barədə” məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 12 saylı mənzilin X10 adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli “Qeyd olunan əmlakla bağlı sənəd surətinin təqdim edilməsi haqqında” məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 69 saylı mənzil X6, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 30 saylı mənzil X3 adına, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 18 saylı mənzil X12 adına, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 17 saylı mənzil X4 adına, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 12 saylı mənzil X10 adına, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 9 saylı mənzil X7 adına, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 16 saylı mənzil X8 adına, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 1 saylı mənzil Əli-zadə Abuzər Akif oğlunun adına, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 15 saylı mənzil X1 adına qeydiyyatdan keçmişdir. ünvan 7 ünvanda qeyri-yaşayış sahələrinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli “Qeyd olunan əmlakla bağlı sənəd surətinin təqdim edilməsi haqqında” məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 69 saylı mənzilin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 25 iyun 2023-cü il tarixli, 3-35-2/2-2085/2023 nömrəli məktubu ilə, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binasının tikintisinə dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 19 iyul 2023-cü il tarixli, 3-35-1/2-1695/2023 saylı məktubu ilə, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binasının tikintisinə dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:
10. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1.-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
12. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1–ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139- 1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
13. İnzibati işin materiallarından göründüyü kimi iddiaçının iddia tələbində göstərilən əmlak - Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3202, Cəfər Xəndan küçəsi, ev 26/1, 7 mənzil nömrəli yaşayış sahəsidir və iddiaçının iddia tələbinin tərkibinə həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb daxildir.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir.
15. Həmin əsaslar kimi aşağıda göstərilənlər qeyd edilmişdir: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binaya dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər (tikinti obyektinin istismarına icazə) məhkəməyə təqdim edilməmişdir və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmişdir.
17. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında yaşayış sahəsi üzərində iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı deyil.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
19. Beləliklə, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3202, Cəfər Xəndan küçəsi, ev 26/1, 7 saylı mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reystrindən çıxarışın verilməsi barədə tələb ilə hüquqların dövlət qeydiyyatını aparan orqana müraciət edən iddiaçı buna əsas ola bilən hüquqi sənədləri təqdim etsədə, mənzilin yerləşdiyi binanın istismara icazə sənədi mövcud olmadığından, cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.
20. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının sahibliyində olan ünvan 1 ünvanı üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməməlidir.
22. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,34,68,69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova