Məhkəmə qərarları › İş №2-1(112)-14507/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14507/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14507/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X3rşı Azərbaycan Respublikasının Dövlət X5 fakültəsi, əyani, birinci kurs, rus bölməsi, bakalavr pilləsində təhsil almaq üçün sənədlərin qəbul edilməsi barədə əmr verilməsinə dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X3rşı Azərbaycan Respublikasının Dövlət X5 fakültəsi, əyani, birinci kurs, rus bölməsi, bakalavr pilləsində təhsil almaq üçün sənədlərin qəbul edilməsi barədə əmr verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X12 Azərbaycan Respublikasının Prezidenti yanında X8 qəbul olunmaq üçün həm elektron qaydada, həm də, sənədlərini həmin Akademiyaya verib, xx.xx.2022-ci il tarixində və prorektor tərəfindən baxılmasını və cavablandırılmasını ərizələrinin üstünə yazıb qeyd etmişlər. O, xx.xx.2022-ci il tarixində Prezident X1b bildirmişdir ki, həmin akademiyaya qızının sənədlərini qəbul etmək üçün məktub göndərsinlər ki, onun sənədlərini qəbul etsinlər. Lakin, həmin Administrasiya yenə də, məktubla bildirmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə hər vətəndaşın təhsil, ali təhsil almaq hüququ var. Artıq otuz beş gün keçməsinə baxmayaraq, ərizə və sənədlərini akademiyaya verməklərindən, bu gün iki ay yarımdır ki, qızı ali məktəbdə təhsilini davam etdirə bilmir və onun hüquqları pozulur. Bunu nəzərə alaraq, məhkəmədən təcili olaraq qızının təhsil hüququnun bərpa edilməsi, onun Hüquq fakültəsi, əyani, birinci kurs, rus bölməsi, bakalavr pilləsində təhsil almaq üçün sənədlərini qəbul edilib əmr verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə mümkünlük iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən idida ərizəsinə münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, İddiaçı 22 sentyabr 2022-ci il tarixdə X4 ərizə ilə müraciət edərək qızı X7 Akademiyaya hüquqşünas ixtisasına qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, bakalavr səviyyəsinə Akademiyaya qəbul barədə X14 tərəfindən göndərilmiş siyahıda Elen Romanovanın adı yoxdur. Akademiyanın tam orta məktəbi bitirmiş şəxslərin X14 tərəfindən keçirilən müsabiqədən kənar tələbə qəbul etmək səlahiyyəti olmadığı ona izah edilmişdir. Bununla razılaşmayan iddiaçı sonradan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək qızının X4 qəbul edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraicətlərə də, Akademiyada aidiyyəti üzrə baxılaraq qüvvədə olan hüquq normalarının təlblərinə uyğun əsaslandırlımış cavab verilmişdir. Məlumat üçün bildirirlər ki, İsveç vətəndaşı olan X12 Azərbaycanda Vüqar Sadıqov adına 214 nömrəli tam orta məktəbi 2022-ci ildə bitimişdir. O, ali təhsil almaq üçün “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın və “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının X14 tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etməklə göstərilən nəticələrə uyğun bakalavr səviyyəsinə istənilən ali təhsil müəssisəsinə, o cümlədən X4 qəbul oluna bilər. Ona Azərbaycan Respublikasında tələbə qəbulu qaydaları izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.2-ci maddəsində qeyd olunur ki, “Əcnəbilər Azərbaycan Respublikası X13 keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sənədləri təqdim etməlidirlər” ona görə də, X11 iddiasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iddia ərizəsinə və iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının qızı X12 xx.xx.2004-cü il təvəllüdlü olmaqla tam həcmdə yetkinlik yaşına çatmış fiziki şəxsdir və o, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasının nümayəndəyə tapşırmaq qabiliyyətlərinə (mülki-prosessual fəaliyyət qabiliyyətinə) malikdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə (məhkəmənin yardım etmək vəzifəsinə) istinad edərək, məhkəmə bununla bağlı iddiaçıya hüquqi yardım məktubu göndərmiş və məktubda qanunvericiliyin normalarına istinad edilməklə sözügedən nüanslar iddiaçının diqqətinə çatdırılaraq, iddia ərizəsinə düzəliş və əlavələr etməsi təklif olunmuşdur. Lakin, iddiaçı tərəfindən məhkəməyə hər-hansı bir dəqiqləşmiş ərizə təqdim edilməmişdir. Hüquqi yardım məktubunda göstərilənlər məhkəmə iclasında bir daha iddiaçının diqqətinə çatdırılmasına baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsinə düzəlişlər və əlavələr edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə tam həcmdə yetkinlik yaşına çatmış, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasının nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki-prosessual fəaliyyət qabiliyyətinə) malik olan şəxsin əvəzinə iddiaçının öz adından idida qaldırmaq hüququnu istisna edərək, hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X15 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə istər inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmüş iddiaçı, istərsə də, tələbin ona qarşı irəli sürüldüyü cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X9 inzibati orqan deyildirlər. Həmçinin, tərəflər arasındakı mübahisənin predmeti xüsusi hüquq sahəsinə aid olmaqla (belə ki, nəticə etibarı ilə tərəflər arasında təhsil hüquqları ali müəssisənin tərtib etdiyi, tərəflərin qarşılıqlı razılaşaraq imzaladıqları müqavilə əsasında tənzimlənir) xüsusi huququn subyektləri olan fiziki və hüquqi şəxs arasında yaranan hüquq münasibətləri təşkil edir. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli, 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında X9”nın Nizamnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında X9 (bundan sonra «Akademiya» adlandırılacaq) Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Prezidenti yanında X9 haqqında» 3 yanvar 1999-cu il tarixli Fərmanı ilə yaradılmışdır və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə müvafiq olaraq ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir. Həmin Nizamnamənin 8-ci bəndinə əsasən Akademiya hüquqi şəxsdir, əmlaka, müstəqil balansa, bank və digər kredit idarələrində özünün hesablarına, o cümlədən valyuta hesabına malikdir, öz adından müqavilələr bağlaya bilər, əmlak və qeyri-əmlak hüquqları əldə edə və müvafiq öhdəliklər daşıya bilər. Beləliklə, Akademiyanın publik hüquqi şəxs olması da, müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəflər subyektiv tərkibinə görə inzibati orqan olmadığından, həmçinin mübahisənin predmetini xüsusi hüquq sahəsinə aid olan mübahisə təşkil etdiyindən, hazırki mübahisənin predmeti inzibati məhkəmə icraatına aid deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar