Məhkəmə qərarları › İş №2-1(112)-14516/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14516/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14516/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X1, xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1993-cü il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X5 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ona verilən məlumata görə cavabdehlərin ona məxsus evdən qeydiyyatdan çıxdıqlarını bildirmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, üçüncü şəxslər xx.xx.1968-ci il təvəllüdlü X4, xx.xx.1961-ci il təvəllüdlü X6 və xx.xx.1993-cü il təvəllüdlü X7 hazırda mübahisəli ünvanda deyil, Bakı şəhəri, Nəsimi Rayonu, X12 Küçəsi, 1061-ci Məhəllə, Ev 7, Mənzil 22 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, həmin üçüncü şəxslərə münasibətdə iddianın mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı inzibati işin icraatına xx.xx.1968-ci il təvəllüdlü X1, xx.xx.1961-ci il təvəllüdlü X2 və xx.xx.1993-cü il təvəllüdlü X3 xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması hissəsində xitam verilməlidir. Belə ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən həmin üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Göründüyü kimi, iddiaçının tələbi təmin olunmuş, üçüncü şəxslər X4, X6 və X7 mübahisəli ünvandan qeydiyyatdan çıxaraq başqa ünvana qeydiyyata düşmüşdürlər. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə icraata üçüncü şəxslər X4, X6 və X7 mübahisəli ünvandan qeydiyyatdan çıxarılması hissəsində xitam verilməlidir. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-cü maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata üçüncü şəxslər X4, X6 və X3 ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması hissəsində xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar