Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1452/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabeh Cavabdeh (Bakı şəhərində qeydiyyatdadır, peşəsi-sazlayıcı, pensiyaçı) iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “cavabdehə artıq ödənilmiş 20509,61 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsinə və Cavabdeh iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ilkin iddiasının təmin edilməməsi, əmək pensiyanın ödənişinin dayandırılması haqqında qəbul edilmiş qərarın ləğv edilməsi, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırıldığı, 30.10.2020-ci il tarixdən bərpa edilməsi və həmin vaxtdan almadığı əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” tələbi üzrə qarşılıqlı iddiasına dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh artıq ödənilmiş 20509,61 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Araşdırma zamanı 10 sentyabr 1977-ci il tarixli MT-İ ******* nömrəli cavabdehə məxsus əmək kitabçasında 17.06.1977-15.11.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də sazlayıcı şagirdi və sazlayıcı vəzifələrində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi sazlayıcı şagirdi və sazlayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən 24.10.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi cavabdehə 05.04.2009-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən X4 departamenti tərəfindən ona 05.04.2009- 30.10.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20509,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, cavabdeh 2009-cu il tarixində güzəştli şərtlərlə pensiya hüququndan istifadə etmək üçün Azərbaycan Respubılikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə müraciət etmişdir. Bu zaman ondan tələb olunan sənədləri təqdim etmişdir. Nəticədə onun müraciətinə Nizami rayon Şöbəsində baxılmış və barəsində müsbət qərar verilmişdir. 2020-ci ilin noyabr ayından isə Cavabdeh pensiyası dayandırılmışdır. Cavabdehə pensiya verən iddiaçı qurumun özüdür. İndi isə iddia ərizəsi ilə məhkəməyə müraciət edib bildirirlər ki, həmin vaxt qanunlar cavabdehə pensiya verilməsinə icazə vermirdi. Əgər bu hal mövcuddursa bu yenə də iddiaçının səhvidir. İddiaçı illər boyu aldığı pensiyadan məhrum qalsa da bu barədə məhkəməyə müraciət etməmişdir, çünki qanunları o qədər də yaxşı bilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddiaçı Azərbaycan Respubılikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı Artıq alınmış pensiya məbləğinin qaytarılınası tələbinə dair iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonradan qarşılıqlı iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respubılikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, ilkin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiasının təmin edilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının güzəştli şərtlərlə yaşa görə əmək pensiyamın ödənişinin dayandırılması haqqında qəbul etdiyi qərarının ləğv edilməsi, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırıldığı, 30.10.2020-ci il tarixdən bərpa edilməsi və həmin vaxtdan almadığı əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin ilkin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə X3 Departamenti və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya təyinatı ilə əlaqədar, ona məlumat verilmədən və iştirakı təmin edilmədən inzibati icraat zamanı 05.04.2009-cu il tarixdən 30.10.2020-ci il tarixinədək olan dövr ərzində pensiya kimi ödənilmiş 20509.61 manat pulun artıq ödənilmiş pul vəsaiti olması barədə qərara gəlinmiş, onun əmək pensiyası ödənişinin dayandırılması haqqında qərar qəbul edilmişdir. X4 departamenti tərəfindən ona 30.10.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20509,61 manat artıq pul vəsaitinin ödəniidiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ərizəsində ilkin iddia tələbini əsaslandırmaq üçün göstərdiyi “iddiaçının 10 sentyabr 1977-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 17.06.1977 - 15.11.1995ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də sazlayıcı şagirdi və sazlayıcı vəzifələrində işləməsi”, “Sazlayıcı şagirdi və sazlayıcı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması”, “Bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək Cavabdeh güzəştli iş stajının olmaması”, “Qeyd edilən faktların, "xxxx" ASC tərəfindən 24.10.2020-ci il tarixli Aktla təsdiq edilməsi”, “Cavabdeh 05.04.2009- cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi”, “X4 Departamenti tərəfindən Cavabdeh 05.04.2009 - 30.10.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20509.61 manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən edilməsi”, “Cavabdeh artıq ödənilmiş pul vəsaitinin qaytarılması ilə əlaqədar yazılı razılığını Mərkəzi Filiala təqdim etməyi barədə 22.02.2021-ci il tarixli **********7 nömrəli məktubla müraciət edilməsi”, barədə məlumatlar, hallar, əsassız, həqiqətə uyğun olmayan, qanunla təsdiq edilə bilməyən onun əmək pensiyası təminatı hüququnu pozan və işgüzar nüfuzunu ləkələyən yalan məzmunlu məlumatlardır. Belə ki, Cavabdeh heç bir vaxt "xxxx" ASC adlı müəssisədə sazlayıcı şagirdi və sazlayıcı vəzifələrində işləməmişvə belə bir müəssisə, cəmiyyət tanımır İşlədiyi müəssisənin adı əmək kitabçasında və ona vurulmuş möhürdə "xxxx" ASC deyil, Bakı "xxxx" İstehsalat Birliyinin Baş zavodu kimi göstərilmişdir. Cavabdeh 17.06.1977-ci il tarixdən 15.11.1995-ci il tarixədək olan dövr ərzində dövlət müəssisəsi olan Bakı "xxxx" İstehsalat Birliyinin Baş zavodunun Lyüminafor lampalarının hazırlanması sexində quraşdırıcı yarımavtomatda sazlayıcı şagirdi və sazlayıcı peşəsində işləmişdir. İşlədiyi sazlayıcı şagirdi və sazlayıcı işi vəzifə deyil, fəhlə işi hesab edilmişdir. Lakin iddiaçı orqanın iddia ərizəsində ona təyin edilmiş “əmək pensiyasının təyininə qanuna zidd” təyin edilmə donunu geyindirmək üçün işlədiyi müəssisənin adını düzgün olmayaraq "xxxx" ASC kimi, işlədiyi sazlayıcı şagirdi və sazlayıcı peşəsini isə, sazlayıcı şagirdi və sazlayıcı vəzifələri kimi göstərmişdir. Bundan başqa, "xxxx" ASC adlı cəmiyyət 09.05.2018-ci il tarixdə ləğv edildiyi halda, həmin cəmiyyətin adından Cavabdeh güzəştli iş stajının olmaması barədə yalan məlumatlar daxil edilmiş 24.10.2020-ci il tarixli saxta akt tərtib edilərək istifadə edilmişdir. SSRİ dövrünün qanunvericiliyinə və həm də SSRİ dağıldıqdan sonrakı dövrün qanunvericiliyinə əsasən, 17.06.1977-ci tarixdən 15.11.1995-ci il tarixədək olan 18 il müddətində (qanuna əsasən hərbi xidmət müddəti sığorta stajına əlavə edilir) çalışdığı Bakı "xxxx" İstehsalat Birliyinin baş zavodunun Lyüminafor lampalarının yığılması sexində tərkibinə gündüz işığı verməsi üçün zərərli və zəhərli maddələr olan civə, oksid, lyüminafor və digər maddələr vurulan lyüminafor lampaları istehsal edildiyindən əmək şəraiti xüsusilə zərərli və ağır olan istehsal sahəsi hesab edilmişdir. Cavabdeh həmin sexdə fəhlə kimi 18 il müddətində tərkibinə insan orqanizmi üçün zərərli olan civə, oksid, lyüminafor və digər maddələr vurulan lyüminafor lampalarının istehsalı ilə bilavasitə məşğul olub, çalışmışdır. Bu səbəblərdən də 18 il müddətində işlədiyi həmin sexdə hər iş günü üçün ona və onunla birlikdə işləyən işçilərə pulsuz 0.5 litr süd və digər sağlamlıq mühafizə vasitələri verilmişdir. göstərilənlərə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 05.04.2009-cu il tarixdən 30.10.2020ci il tarixədək olan müddət ərzində ona ödənilmiş ümumilikdə 20509.61 manat pensiya məbləği artıq ödənilmiş pensiya məbləği hesab edilərək Cavabdeh tutula bilməz. Cavabdeh bütün bu səbəblərə görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı İnzibati Məhkəməsində ona qarşı qaldırılmış iddia əsassız hesab edilərək təmin edilməməsini və onun əmək pensiyası ödənişinin dayandırılması haqqında qəbul edilmiş qərarın qanunsuz əlverişsiz qərar olduğundan ləğv edilməsini xahiş etmişdir. İnzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşılıqlı iddiaya dair etirazını məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;) 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 53.1-ci ilkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir. Həmin Məcəllənin 53.2-ci qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır. Hazırda tərəflərin ilkin və qarşılıqlı iddiaları mümkünlük şərtlərinə cavab verir. Hər iki iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. İnzibati Prosessual Məcəllənin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdeh X2 ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin iddia ərizəsini və qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi əsassız, qarşılıqlı iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 10 sentyabr 1977-ci il tarixli əmək kitabçasının surətinə əsasən Cavabdeh 17.06.1977-ci il tarixdən 15.11.1995-ci il tarixədək olan dövr ərzində Bakı "xxxx" İstehsalat Birliyinin Baş zavodunun Lyüminafor lampalarının hazırlanması sexində quraşdırıcı yarımavtomatda sazlayıcı şagirdi və sazlayıcı peşəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh ünvanladığı 22.02.2021-ci il tarixli məktubda qeyd olunur ki, Cavabdeh ərizələrinə baxaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Cavabdeh vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 departamenti tərəfindən araşdırılmışdır. Araşdırma zamanı 10 sentyabr Cavabdeh məxsus 1977-ci il tarixli əmək kitabçasında 17.06.1977-15.11.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də sazlayıcı şagirdi və sazlayıcı vəzifələrində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi sazlayıcı şagirdi və sazlayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnda nəzərdə tutulmamışdır Bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən 24.10.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Ona 05 04.2009-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X3 departamentı tərəfindən ona 05.04.2009-30.10.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20509,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitim könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edilmiş, əks halda Cavabdeh artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə iddiaçının iddiasını əsassız, cavabdehin qarşılıqlı iddiasını isə aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006- cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçıya 05.04.2009-cu il tarixdən yəni 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 05.04.2009-cu ildən 30.10.2020-ci il tarixə qədər həmin əmək pensiyasını almağa davam etmişdir. 2020-ci il noyabr ayından iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Pensiyaçı Cavabdeh 24 dekabr 2020-ci və 17.12.2020 tarixlərində göndərdiyi müraciətlərə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 22.02.2021ci ildə təqdim etdiyi cavab məktubunda “pensiya ödənişin dayandırılmasının əsaslarını açıqlamışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab edir ki, Cavabdeh əsassız olaraq 20509,61 manat artıq ödənilmiş pul vəsaiti geri qaytarılmalıdır. Cavabdeh iddia tələbi ilə razılaşmadığı üçün qarşılıqlı iddia ərizəsində inzibati orqanın müvafiq əlverişsiz inzibati aktın ləğv edilməsi, pensiyanın ödənilməsinin dayandırılmış tarixdən bərpasını tələb etmişdir. “Əmək pensyaları haqqında” Qanunun 39.1–ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2. –ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Həmin Qanunun 39.3.-ci maddəsinə əsasən, bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən, borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya pensiyanın ödənilməsinin dayandırılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Qanunvericiliyə görə artıq ödənilmiş pensiyanın geri qaytarılnması şəxsin razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında və razılığı olmadıqda məhkəmə qaydasında mümkündür. Bu halların heç biri mövcud deyil. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin 05 aprel 2009-cu il tarixli qərar qüvvədə olduğu halda, həmin qərar əsasında 05.04.2009-cu il tarixdən 30.10.2020-ci il tarixədək olan dövr üçün hesablanmış və iddiaçıya ödənilmiş əmək pensiyasının tam məbləğinin qaytarılması barədə 22.02.2021-ci il tarixli, **********7 nömrəli məktub ilə Cavabdeh müraciət edilərək ondan artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması tələb olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsində göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin tabeliyində olan inzibati orqan Nizami rayon şöbəsinin 05.04.2009-cu il tarixli qərar) ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.(64.3). “İnzibati icraat haqqında” Qanunun 21-ci (inzibati icraatda maraqlı şəxsin iştirakı ) maddəsinə əsasən, (21.1) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) trəfindən Cavabdeh münasibətdə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələbi yuxarıda sadalanan inzibati icraat haqqında hüquq normalarına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin DSMF-nin Nizami rayon şöbəsi (Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialının sələfisi) pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) Cavabdeh qarşı “cavabdehə artıq ödənilmiş 20509,61 manat pensiya məbləğinin ödənilməsi barədə ilkin iddia tələbi təmin edilməməli, Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilməli, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı)nın Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın ödənişinin dayandırılması haqqında qərarı ləğv edilməli, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırıldığı 30.10.2020-ci il tarixdən bərpa edilməli və həmin vaxtdan almadığı əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) həvalə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 32-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı)nın ilkin iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın ödənişinin dayandırılması haqqında qərarı ləğv edilsin, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırıldığı, 30.10.2020-ci il tarixdən bərpa edilməsi və həmin vaxtdan almadığı əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) həvalə edilsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1452/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1452/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver